Məhkəmə qərarları › İş №e-2(3-8)-494/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-494/2026

07.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-494/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, cavabdehin nümayəndəsi vəkil X1 qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin direktoru nümayəndə2 ##.##.2025-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi, onun həmin məktəbə xor müəlliməsi vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi və iddiaçı İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə (xor müəlliməsi) bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qəarardadı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, ödənilmiş 50 manat dövlət rüsumunun (************ saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinə və ya nümayəndəsi Həsənzadə (Abdullayeva) Aynur Yaşar qızına qaytarılması, qərara alınmışdır (hakim Məlahət Abbasova). Cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən ##.##.2026-cı il tarixdə yenidən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin AR MPMin 360-cı maddəsinin tələblərinə uyğun verilməsinin və 366-cı maddəsinə əsasən mümkün hesab olunmasının açıq məhkəmə iclasında yoxlanılmasını zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X1 qızı apellyasiya şikayətinin mümkün hesab edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə əsasən qeyri-mümkün hesab edilməli və şikayət mülki iş ilə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsi ilə apellyasiya şikayətinin verilmə müddəti müəyyən edilsə də, apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməmiş, qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə verilmişdir. AR MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehin nümayəndəsi nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı MPM ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından müddətin axımı da elektron kabinetə yerləşdirildiyi gündən sonrakı gündən başlamış və cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə (1 ay sonra) ## #### 2026-cı il tarixdə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətini müddət ötürməklə vermiş və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir və yuxarıda sadalanan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamış, prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki iş ilə birlikdə Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar