Məhkəmə qərarları › İş №e-2(3-8)-600/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-600/2026

26.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-600/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, İddiaçılar iddiaçı6, iddiaçı2, iddiaçı3 İman oğlu, iddiaçı1, iddiaçı5, iddiaçı4 cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadəyə, müdaxiləyə son qoyulması və məzarın köçürülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı6 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq baxaraq, müəyyən etdi: İddiaçılar iddiaçı6, iddiaçı2, iddiaçı3 İman oğlu, iddiaçı1, iddiaçı5, iddiaçı4 cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadəyə, müdaxiləyə son qoyulması və məzarın köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı iddiaçı6 vəkili və nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək, sözügedən qərardadın ləğv olunması, mülki işin icraata qəbul olunması ilə bağlı yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı6 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllədə iddiaçı beş nəfər olduqda beşinin də ayrı-ayrılıqda dövlət rüsumunu ödəməli olduğu qeyd edilməmişdir. Bu hal Mülki Prosessual Məcəllədə nəzərdə tutulmadığından məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Bu səbəblə qərardad ləğv olunmalıdır. Eyni zamanda qərardadda qeyd edir ki, “iddiaçı öz tələbi ilə istinad etdiyi fakt və halları təsdiq edən sənədlərin əslini və rəsmi qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmiş, cavabdehlərin hər birinə qarşı yönələn tələbin nədən ibarət olmasını göstərməmişdir”. Lakin iddia tələbindən də göründüyü kimi bütün cavabdehlərdən yanlız bir şey tələb olunur ki, bu da torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulmasıdır. Belə olan təqdirdə isə cavabdehlərə qarşı müştərək qaydada eyni tələb olduğundan hər birinə ayrı-ayrılıqda iddia tələbinin göstərilməsi məcburiyyəti yoxdur. Həmçinin iddiaçıların özləri iddia ərizəsini kağız daşıyıcıda imzalayaraq göndərdiklərindən kabinet üzərindən göndərilən iddia ərizəsi yalnız səlahiyyətli şəxsin imzası ilə onun adından göndərilmişdir. Digər iddiaçılar isə özləri kağız daşıyıcıda iddianı imzalamışdılar. Onu da qeyd etmək zəruridir ki, eyni iddia ərizəsi kağız daşıyıcıda məhz iddiaçılar tərəfindən dəftərxana vasitəsilə məhkəməyə təqdim edilmiş, iddiaçılar tərəfindən imzalanmış orginal iddia ərizəsi də məhkəmənin icraatında olan digər işə əlavə edilmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdən görünür ki, iddia ərizəsi iddiaçılardan yalnız iddiaçı6 tərəfindən elektron şəkildə imzalanmış, digər iddiaçılar iddiaçı2, iddiaçı3 İman oğlu, iddiaçı1, iddiaçı5, iddiaçı4 tərəfindən elektron imzalanmamışdır. Həmçinin iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sənədlərin (order, etibarnamə, çıxarış) əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmiş, cavabdehlərin hər birinə qarşı yönələn tələbin nədən ibarət olması göstərilməmiş, elektron məhkəmə informasiya sisteminə torpaq sahəsinə aid çıxarışın kserosurəti oxunmaz halda yerləşdirilmiş və torpaq sahəsinin məkan göstəricisinin sərhədlərini müəyyən etmək üçün müvafiq sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci madəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. İş materiallarına əlavə edilmiş ************ nömrəli qəbzin surətindən görünür ki, 100 manat məbləğində dövlət rüsumu Abşeron Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Kollegiya rüsumun ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçılar hazırkı ərizəni verərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə rüsum ödəmişdirlər. Kollegiya işin qeyd olunan hallarına qiymət verərək hesab edir ki, iddiaçının iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır və şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar