Məhkəmə qərarları › İş №e-2(3-8)-642/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-642/2026

09.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-642/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürülmə və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim M.Abbasova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürülmə və pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, iddiaçı İddiaçı hazırki mülki iş (e-*(*-***)-****/**** nömrəli mülki iş) üzrə ödəmiş olduğu 145 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı İddiaçı qaytarılması qərara alınmışdır. İddiaçı İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürülmə və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Asvaltzavod ərazisində yerləşən torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş ***/B saylı yaşayış evinə köçürülməsi, evin tikilməsinə və təmirinə çəkilən 70000 manat xərcdən ½ payda, yəni 35000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından şikayət ərizəsi verərək, qərardadın ləğv olunmasını və iddiaya mahiyyətinə görə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürülmə və pul tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qərardad MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, qərardadda qeyd edilmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan iki tələb birləşdirilmişdir. Belə ki, evə köçürülmə və pul tələbləri bir-biri ilə bağlı olmayan tələblərdir və onların birgə baxılması mümkün deyildir. Bu tələblərdən birinin məhkəmə qaydasında həll edilməsi digər tələbin həllini istisna edir. Lakin iddia ərizəsində göstərilən pul tələbi iddiası birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü ilə, evə köçürülmə tələbi isə yenə birgə nikah dövründə tikilmiş evə köçürülmə ilə əlaqədardır. Ona görə də bu iddialar bir-birilə əlaqəlidir. Bundan başqa, mübahisəli ev Sumqayıt şəhərində yerləşsə də, sənədi yoxdur. Cavabdehin qeydiyyatı isə Abşeron rayonudur. Tələb isə həmin evə çəkilən xərcin bölünməsi və həmin evə köçürülmədir. Buna görə də məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməməsini iddiaçının cavabdehlərə qarşı bir iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirdiyi müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsi iddiaçının bir və ya bir neçə cavabdehə iddia tələblərinin bir iddia ərizəsində birləşdirmək hüququnu nəzərdə tutur. Qeyd olunmalıdır ki, iddiaçının bu hüququnun həyata keçirilməsi üçün zəruri şərt ondan ibarətdir ki, həmin iddia tələbləri bir-biri ilə bağlı olsun. Qanunvericiliyin məqsədi həmin tələblərə dair işlərin daha tez və düzgün həll olunmasıdır. Baxılan iş üzrə iddia tələbləri mübahisəli yaşayış sahəsinə köçürülmə, həmin yaşayış sahəsinin tikinti və təmirinə çəkilmiş xərcin yarısının cavabdehdən alınaraq ona verilməsi barədədir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab edir ki, iddiaçının cavadehə qarşı irəli sürdüyü bir-biri ilə əlaqədar olmayan tələbləri bir iddia ərizəsində birləşdirməsi MPM-nin 149.3-cü maddəsinin dispozisiya şərti ilə uzlaşmadığından, MPM-nin 152.1.7-ci maddəsinə əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddaçıya qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1. 263, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI İddiaçı İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli və onunla bağlı ## ### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar