Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-645/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh İmran qızına qarşı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İmran qızına qarşı “cavabdehin azyaşlı uşaqları ilə birlikdə şəxsi mülkiyyətdə olan mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İmran qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda 1414010599 qeydiyyat nömrəsi ilə, ##.##.2014-cü il tarixində rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyetsr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Asan-Sumqayıt” tərəfindən daxil olmuş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ## ######## 2024-cü il tarixdən ünvan 1-də qeydiyyatdadır. ##.##.1960-cı il təvəllüdlü Qafarov Rahib İbrahim oğlu, ##.##.2019-cu il təvəllüdlü X10, ##.##.1988-cı il təvəllüdlü X1, ##.##.1996-cı il təvəllüdlü Cavabdeh İmran qızı, ##.##.2015-ci il təvəllüdlü X11, ##.##.1986-cı il təvəllüdlü X6, ##.##.1988-ci il təvəllüdlü X2, ##.##.2013-cü il təvəllüdlü X12, ##.##.2019-cu il təvəllüdlü X3, ##.##.1993-cü il təvəllüdlü X7 və ##.##.2022-ci il təvəllüdlü X4 mənzildə qeydiyyatda olan digər şəxslərdir.
3. “İPE Sumqayıt” MMC tərəfindən təqdim olunmuş *** saylı, ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Cavabdeh İmran qızı 22017-ci il tarixdən ünvan 2 ünvanında yaşayır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh İmran qızının azyaşlı uşaqları ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 1-də yerləşən 3 otaqlı mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1-də yerləşməklə yaşayış sahəsi 52,2 kv.m olan 3 otaqdan ibarətdir. Mənzil üzərində mülkiyyət hüquqları ##.##.2014-cü ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Cavabdeh İmran qızı, oğlu - X2 ilə 2017-ci ildə ildə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahdan ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 adlı iki övladı var. Cavabdeh onunla və oğlu ilə yola getmir, onu mülkiyyətində olan mənzilinə buraxmır. Dəfələrlə mənzilinə gəlmək istədikdə onu qapı arxasında saxlamış onu təhqir etmiş və onu oğlu ilə birlikdə mənzildə yaşamasına icazə verməmişdir. Onun mənzilə istifadə hüququ yoxdur və hazırda oğlu cavabdehə qarşı məhkəmədə boşanma barədə iddia qaldırmışdır. Cavabdeh uşaqları ilə bu mənzildə qeydiyyatda olsa da, onun mənzilə hər hansı bir hüququ yoxdur və yaranmış vəziyyətdən yeganə çıxış yolu onun uşaqları ilə bu mənzildən çıxarılmasıdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh İmran qızı ##.##.2019-cu il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 ilə birlikdə iddiaçı İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 46-da yerləşən ** saylı mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzildən cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan istifadə edilir. Cavabdeh Cavabdeh İmran qızının mübahisəli mənzildə məskunlaşması mülkiyyətçi İddiaçı hüquqlarının pozulmasına səbəb olur.
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2017-ci il tarixdən rəsmi nikahdan daxil olduqdan sonra Sumqayıt şəhəri, 6-cı mkr, Zəhmət MTK, ev 46, ** nömrəli mənzilə gəlin köçmüşdür. Həmin mənzildə daimi şəkildə oğlu ##.##.2019-cu il təvəllüdlü X3 və qızı ##.##.2022-ci il təvəllüdlü X4 qeydiyyatda olaraq yaşayırlar. İddiaçı İddiaçı onun ərinin anasıdır, o, heç vaxt onunla yaşamayıb. Birgə nikahdan olan qızı X4 anadangəlmə birinci qrup əlil olduğundan onun xüsusi qayğı və diqqətə ehtiyacı olduğu üçün işləyə bilmir. Hazırda Sumqayıt şəhərində normal yaşayış sahəsində kirayədə yaşamağın aylıq kirayə xərci 500-700 manat civarı təşkil edir. Himayəsində iki körpə uşaqla ayda 700 manat ödəməklə yaşaya biləz. Bu xərci qarşılamağa imkanı yoxdur. Evdar xanımdır, heç bir yerdə işləmir və əlavə gəliri də yoxdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə tərəfəlrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi : Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçı İddiaçı məxsus yaşayış sahəsindən gəlini Cavabdeh İmran qızının azyaşlı uşaqları (nəvələri) ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədədir.
19. İddia tələbi mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
20. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyində olmamalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası qalmamaldır.
22. İşin mabahisəsiz halı ondan ibarətdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ##.##.2014-cü il tarixində rəsmiləşdirilmişdir.
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, # ####### 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.
24. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir.
25. Məhkəmə kollegiyası cavabdehin sözügedən mənzildən çıxarılmasına dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan və cavabdeh ilə heç bir istifadə hüququ ilə bağlı razılaşma olmadığından iddiaçının iddia ilə məhkəməyə müraciəti əsaslı olmuşdur.
26. Belə ki, işin hallardan görünür ki, cavabdeh sözügedən mənzildə iddiaçının oğlu ilə ailə münasibətləri əsasında, yəni sonuncu ilə nikah münasibətlərinə daxil olduqdan sonra yaşamışdır. Lakin həmin hal cavabdeh üçün mənzil üzərində müstəqil əmlak və ya istifadə hüququ yaratmır. Cavabdeh tərəfindən mənzilin əldə edilməsində iştirak etməsi, mənzilə dair hər hansı mülkiyyət və ya digər əşya hüququ əldə etməsi, yaxud onun həmin mənzildə daimi və müstəqil yaşayış hüququnun yaranmasına əsas verən hüquqi faktların mövcudluğu iş materialları ilə təsdiq olunmamışdır.
27. Bu baxımdan, cavabdehin mənzildən çıxarılacağı təqdirdə ona kompensasiya ödənilməsi barədə iddia tələbinə etmiş olduğu etiraz (izahatında) hüquqi cəhətdən doğru hesab edilə bilməz. Belə ki, kompensasiya tələbinin təmin olunması üçün şəxsin qanunla qorunan əmlak, istifadə və ya digər subyektiv hüququnun pozulması, yaxud qanunda birbaşa nəzərdə tutulmuş digər əsasların mövcudluğu tələb olunur. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən belə hüquqi əsasların mövcudluğu sübuta yetirilməmiş, onun kompensasiya almaq hüququnun yaranmasına səbəb ola biləcək hər hansı normativ və ya faktiki əsas müəyyən edilməmişdir.
28. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçının oğlu ##.##.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, işin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən mənzil ##.##.2014-c il tarixdən iddiaçının adına dövlət qeydiyyatına alınmışdır.
29. Bununla yanaşı məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, cavabdehlə iddiaçının oğlu arasında bağlanmış nikah qeydi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ləğv edilmiş və bununla da tərəflər arasında ailə münasibətlərinə xitam verilmişdir. Bu səbəbdən cavabdeh artıq yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü statusuna malik deyildir.
30. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. İş materiallarında tərəflər arasında cavabdehin mənzildən istifadə hüququnun nikahın ləğvindən sonra da davam etməsini nəzərdə tutan hər hansı yazılı və ya şifahi razılaşmanın mövcudluğu müəyyən edilməmişdir.
31. Beləliklə, işin faktiki hallarından göründüyü kimi cavabdeh tərəf iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Belə olan halda isə iddiaçının bu hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək hüququ vardır.Bundan əlavə, iddiaçı tələbində cavabdehə məxsus cehiz əmlakları ilə birlikdə çıxarılmalarını xahiş etsə də, bu əmlakların nədən ibarət olması qeyd edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında istər birinci istər apellyasiya mərhələsində cehiz əşyalarının nələrdən ibarət olması barədə mübahisə olmadığından , cavabdeh buna etiraz etmədiyindən, apellyasiya baxışında tərəflər iştirak etmədiyindən həmin hissənin müfəssəl müəyyən edilməsinə zərurət qalmamışdır. Həmçinin məhkəmə kollegiyası onuda qeyd edir ki, gələcəkdə cehiz əşyaları barədə tərəflər arasında mübahisə olduğu təqdirdə cavabdehin məhkəməyə müraciət etmək hüququ istisna edilmir.
32. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Sadalanan xüsusatlara, işin araşdırılmış hallarına və iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir və belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.