Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-718/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “İKAR-QRUP” MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndə və vəkili Nümayəndə, cavabdeh “İKAR-QRUP” MMC-nin nümayəndə və vəkili vəkil1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh “İKAR-QRUP” MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh "İKAR-QRUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehdən ala bilmədiyi əmək haqqı və cavabdehin qanunsuz hərəkətləri nəticəsində işə çıxmadığı dövr üzrə əldən çıxmış gəlirlərinin əvəzi maddi zərər olaraq ümumilikdə 8000 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 2000 manat pulun, vəkil və mediyasiya xidmət haqqına görə ödənilmiş 60 manat və 320 manat olmaqla, cəmi 380 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,14 manat pulun alınaraq onun xeyrinə ödənilməsi, habelə cavabdehin üzərinə öz arzusu ilə işdən çıxması barədə ərizəsinin təmin edilərək bu barədə əmr verməsi və ona son haqq hesab verilməsi vəzifəsinin qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh "İKAR-QRUP" Məhdud Məsuliyyətli Cəmiyyətində ##.##.2020-ci ildə iş düzəlmiş və müxtəlif vəzifələrdə çalışmışdır. Sonradan cavabdeh "İKAR QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti o da daxil olmaqla bir çox işçilərə qarşı haqsızlıq etməyə başlamışdır. Belə ki, cavabdeh "İKAR- QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərliyi müəssisədə guya aşkar edilmiş yeyintilər adı altında onun kimi yiyəsiz işçiləri çağıraraq onların dilindən ərizə və izahatlar alaraq işçilərin boynuna yükləməyə başlamışdır. Əvvəlcə onları çağırıb könüllü olaraq müəyyən məbləğlərdə pul vəsatlərini guya işçilər tərəfindən mənimsənilməsi barədə etirafedici ərizə və izahat vermək tələb olunmuş, hansı işçi rəhbərliyin dediyi pul vəsaitlərini mənimsənilməsi barədə ərizə vermədiyi halda, cavabdeh "İKAR QRUP" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyi həmin işçini polis orqanına sifariş edib həmin işçiləri qeyri-rəsmi olaraq polis idarəsinə çağırıb orada işçilərə qeyri-qanuni təzyiqlər edərək, cavabdeh təşkilatın sifarişinə uyğun istədikləri məzmunda ərizə və izahtlar alıb sonra işçini işdən çıxarmışlar. Bu haqsızlığa məruz qalanlardan biri də odur. Belə ki, bir gün onu da cavabdeh təşkilatın rəhbərliyi yanına çağıraraq yuxarıda qeyd etdiyi məzmunda ərizə verməsini tələb etmişdir. O, rəhbərliyin tələbini qəbul etməyib tələb olunan ərizəni verməyəcəyini bildirdikdə, rəhbər onu otağından qovaraq polisdə cavab verməli olacağını ona bildirərək onu hədələmişdir. Həmin hadisədən sonra Bakı şəhəri Nizami rayon Polis İdarəsindən ona zəng olunmuş və həmin idarəyə dəvət olunmuşdur. Hətta sahə inspektoru onun ünavanına gəlmişdir. O, vəkillə məsləhətləşmiş və öz arzusu ilə işdən çıxması barədə cavabdeh "İKAR-QRUP" Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Belə ki, bu formada işləmək mümkün deyil idi. Buna görə də cari ilin avqust ayının 19-da öz arzusu ilə işdən çıxması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin ötən müddət ərzində cavabdeh "İKAR-QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti onu işdən çıxarmayaraq işdən çıxması barədə ərizəsinə cavab olaraq ünvanlanmış məktubları ilə işə çıxmalı olduğunu, əks təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən qovulacağı ilə hədələnmişdir. Buna görə də hazırki tələblə bağlı ilk öncə müvafiq mediyasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh "İKAR-QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin mediyasiya sessiayasının vaxtı və yeri haqqında xəbərdar olmasına baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən ilkin mediyasiya sesiyasında iştirak etməkdən imtina etmişdir. Cavabdeh bu kimi qanunsuz hərəkətləri ilə ona maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, işləyə bilməmişdir, cavabdeh isə ötən dövr ərzində ona əmək haqqı ödəməmiş, habelə cavabdeh tərəfindən ona qanunsuz hədə-qorxu gəlinərək ona psixoloji qorxu və sarsıntı yaşadılmış nəticə etibarı ilə ona 8000 manat maddi və 2000 manat mənəvi ziyan vurmuluşdur.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdeh Cəmiyyətin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmiş, həmçinin iddiaçı öz arzusu ilə işdən çıxması barədə ərizə ilə Cəmiyyətə müraciət etməsi barədə ərizəni, habelə işdən qovulacağı ilə hədələməsi barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə Cəmiyyət tərəfindən dəfələrlə iddiaçıya məktub ünvanlanaraq, işə çıxması və işə çıxmamasının səbəblərinin sübutu olaraq sənədlərini Cəmiyyətə təqdim etməsi barədə iddiaçı xəbərdarlıq edilmiş, lakin iddiaçı həmin xəbərdarlıqlara heç bir məhəl qoymayaraq işə qayıtmamış, ümumiyyətlə işəgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin olması məhkəmədə öz təsdiqini tapmamışdır. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində işləyə bilməməsini, ötən dövr ərzində cavabdeh tərəfindən ona əmək haqqı ödənilməməsini, habelə cavabdeh tərəfindən ona qanunsuz hədə-qorxu gəlinərək onun psixoloji qorxu və sarsıntı yaşadılmasını, bunun nəticəsində iddiaçıya 8000 manat maddi və 2000 manat mənəvi ziyan vurulmasını qeyd etmişdir. Göründüyü kimi iddiaçı dəfələrlə işə dəvət edilmişdir. Lakin onun özünün işə getməməsinə cavabdeh məsuliyyət daşıya bilməz. İddiaçı tərəfindən “İKAR-QRUP” MMC tərəfindən ona ziyan vurulması və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bunula da cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Ccavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb təmin olunmadığından, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin “cavabdehin üzərinə öz arzusu ilə işdən çıxması barədə ərizənin təmin edilərək bu barədə əmrin verilməsi və son haqq hesab verilməsi vəzifəsinin qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız hesab edildiyindən təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələbləri baxımından işçi ilə işəgötürən arasındakı münasibətlər əmək müqaviləsinin tələblərinə uyğun olaraq həyata keçirilməli olduğundan, iddiaçının qeyd olunan tələbi üzrə məhkəmə tərəfindən cavabdehin üzərinə vəzifə qoyula bilməz. Bu həmçinin ondan irəli gəlir ki, iddiaçının işdən çıxması barədə ərizənin verilməsi müəyyən olunmur.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2, 69, 191.1, 191.2, 195.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsiin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsaslı iddia tələbi heç bir hüquqi əsas gətirilmədən təmin edilməmişdir. Məhkəmənin mövqeyinə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından vəməhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də əgər irəli sürülmüş iddia tələbininqanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yənidispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlliüçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsası kimi çıxış edir. Həmin məcəllənin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Lakin buna baxmayaraq məhkəmə heç bir əsas gətirmədən iddia tələbini rədd etmiş, işçinin işdən öz arzusu ilə işdən çıxarılması tələbinə münasibətdə, habelə maddi və mənəvi ziyanla bnağlı iddia tələbinin rədd edilməsini qətnamədə qanuna müvafiq qaydada əsaslandıra bilməmişdir. Məhkəmə əsassız olaraq belə bir qənaətə gəlmişdir ki, guya iddia üzrə araşdırma predmetini cavabdehin qeydedilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdeh Cəmiyyətin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmiş, həmçinin iddiaçı öz arzusu ilə işdən çıxması barədə ərizə ilə Cəmiyyətə müraciət etməsi barədə ərizəni, habelə işdən qovulacağı ilə hədələməsi barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə Cəmiyyət tərəfindən dəfələrlə iddiaçıya məktub ünvanlanaraq, işə çıxması və işə çıxmamasının səbəblərinin sübutu olaraq sənədlərini Cəmiyyətə təqdim etməsi barədə iddiaçı xəbərdarlıq edilmiş, lakin iddiaçı həmin xəbərdarlıqlara heç bir məhəl qoymayaraq işə qayıtmamış, ümumiyyətlə işəgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin olması məhkəmədə öz təsdiqini tapmamışdır. Qeyd olunan qətnamədə göstərilir ki, guya iddiaçı öz arzusu ilə işdən çıxmaq haqqında ərizəsinin olmasını məhkəmədə sübuta yetirə bilməmişdir. Bildirmək istəyir ki, cavabdeh təşkilatın iddiaçının işdən çıxmaq haqqında müraciətlərinə cavab olaraq alınmış bir neçə məktubu məhkəməyə təqdim edilmiş, hansı ki, həmin məktublarda cavabdeh tərəf iddiaçının öz arzu ilə işdən çıxamaq barədə müraciətinin daxil olduğunu təsdiq etmişdir. Lakin məhkəmə cabadeh təşkilatın həmin cavab məktublarına düzgün hüquqi münasibət bildirməmiş və nəticə etdibarı ilə qanunsuz qətnamənin qəbul edilməsilə nəticələnmişdir. Cavabdeh təşkilatın qanunsuz əməlləri nəticəsində hazırad işsiz qalmış və nəticə etibarı ilə iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Hörmətli məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istərdi ki, cavabdeh təşkilatın rəhbərliyi özünün iş güzar nüfuzdan sui-istifadə etməsi nəticəsində bir neçə dəfə Nizami rayon polis idarəsinin polis əməkdaşları vasitəsilə iddiaçının polis orqanına çağırdırıb onu üzərinə əsassız pul vəsaitlərini ödəmək öhdəliyini qoydurmağa çalışmış, hətta hazırkı iddia tələbimizlə məhkəməyə müraciət olunnduqdan sonra cavabdeh iddiaçını barəsində Bakı şəhəri Nizami rayon prokurorluğuna şikayət etmiş, lakin, iddiaçının əməlində hər hansı cinayət əməlinin tərkibi olmadına görə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçının işdən çıxması haqqında ərizəsinin cavabdeh işəgötürən təşkilata göndərilməsinə dair poçt qəbzləri, habelə həmin müraciətə cavabdehin cavab məktubu təkrar olaraq təqdim olunur. Belə ki, həmin qəbzlərdən görünür ki, ##.##.2025-ci il tarixdə öz arzusu ilə işdən çıxmaq haqqında ərizə ilə cavabdehə müraciət edilmiş. həmin müraciətə cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1 maddəsinə əsasən sizin əmək müqavilənizə ##.##.2025-ci il tarixində xitam verilməlidir. Lakin, ##.##.2025-ci il tarixindən etibarən heç bir səbəb göstərmədən işə gəlmirsiniz. Bir daha bildirir ki, işə çıxmamağının səbəbləri haqqında (müvafiq arayış və ya hüquqverici sənədlər əlavə olunmaqla) rəsmi məlumat verməyi və işəçıxmağı tələb olunur. Həmçinin nəzərinizə çatdırır ki, onunla bağlanmış tam-maddi məsul şəxs haqqında müqavilənin şərtlərinə əsasən, öhdəliyində olan müvafiq məhsulların təhviltəslimi ilə bağlı şirkətə yaxınlaşıb təhvil-təslim etməlidir. Əks təqdirdə tam-maddi məsul şəxs haqqında müqavilənin şərtlərinə əsasən aidiyyatı hüquq-mühafizə orqanılarına müraciət olunacaqdır. Halbuki, o, şəxsən özü iddiaçının nümayəndəsi olaraq cavabdehin ünvanına yaxınlaşıb əmək mübahisəsilə bağlı cavabdehin iddia etdiyi məsələlər ilə bağlı sənədlərin təqdim edilməsin tələb etsə də cavabdeh tərəf heç bir əsas gətirmədən maddi zərərlə bağlı iddia etdiyi sənədləri ona təqdim etməkdən yayınmış, habelə keçirilmiş mediyasiya sesiyasına da dəfələrlə dəvət edilməsinə baxmayaq gəlməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ##.##.2020-ci il tarixdən “İKAR-QRUP” MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu dəfə 2025-ci ildə zərərvurma ilə bağı mübahisə yaranmış, təmsil etdiyi şəxs və digər işçilər haqsız olaraq polisə şikayət edilmiş, qorxudularaq izahat alınmışdır. Hüquqlarını müdafiə etdiyi şəxsə də qanunsuz təsir edərək zərəri öz üzərinə götürməsi istənilmişdir. Sonuncu dəfə Nizami rayon Polis idarəsindən çağırmışlar. 2025-ci ilin avqust ayının ortalarında öz arzusu ilə tutduğu vəzifədən azad olunması barədə işəgötürənə ərizə ünvanlamış, cavab məktubunda da işəgötürən təsdiq edir ki, ərizə ilə müraciət edərək öz arzusu ilə işdən çıxarılnasını xahiş etmişdir. Həmin məktubda həm də qeyd olunmuşdur ki, təhvil-təslim olmadan işdən azad edilməsi mümkün deyildir. Bununla bağlı mediasiyaya müraciət edilmiş, işəgötürənin nümayəndəsi mediasiya sessiyasına gəlməmişdir. İşəgötürən hüquqlarını müdafiə etdiyi şəxs barəsində polisə şikayət etmiş, Nizami rayon polis idarəsində 3 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarda iddiaçının qanunsuz əməllər törətmədiyi öz təsdiqini tapmışdır. Abşeron Rayon Məhkəməsinə işdən azad olunma barədə ərizəyə işəgötürənin cavab məktunbunu təqdim etsələr də məhkəmə iddiaçının həmin ərizəni ünvanladığının sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Maddi və mənəvi ziyanla bağlı hissəyə gəldikdə isə İddiaçı hazırda qorxusundan işə gedə bilmir. İddiaçı işə getmədiyi halda həmin şirkətdə işçi siyahısından adı çıxarılmamış, adı qalsa da əmək haqqı ödənilməməkdədir. İşəgötürən hüquqlarından sui-istifadə edərək hüquqlarını müdafiə etdiyi şəxsin hüquqlarını pozur. İddiaçı 2025-ci ilin iyul ayından işə çıxmır, əmək haqqı almır, yeni işə girə bilmir, qazancından olmuşdur, 500 manat əmək haqqı alırdı. 8000 manat zərəri təxmini hesablamışlar. Hazırda onara məluma olmuşdur ki, cavabdeh ## #### 2026-cı il tarixli əmrlə iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarmışdır. Həmin əmrin ləğv edilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsində iddia qaldırılmışdır. Buna görə də hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh “İKAR-QRUP” MMC-nin nümayəndə və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı şirkətdə maddi-məsul şəxs olaraq müəyyən əraziyə rəhbərlik etmişdir. Daxili araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı qanunsuz və əsassız olaraq bəzi mağazalara qaiməsiz mal vermiş, həmin pulu nağd şəkildə götürərək kassaya mədaxil etməmiş, işəgötürən ondan hesabat tələb etmiş, hesabat verməkdən yayınmış, daha sonra xəstəliyi bəhanə edərək işə çıxmamışdır. Qarşı tərəf bildirir ki, öz arzusu ilə işdən azad olunması barədə ərizə ilə işəgötürənə müraciət etmişdir, lakin həmin ərizəni indiyədək məhkəməyə təqdim etməmişdir. Çünki belə bir ərizə mövcud deyil, bizə təqdim olunmamışdır. İddiaçı yalnız xəstə olması ilə əlaqədar işə çıxa bilməyəcəyini bildirmiş, ərizəyə münasibətdə ərazinin təhvil-təslimini, hesabatını istəmiş, yalnız təhvil-təslimdən sonra ərizə ilə müraciət edərək işdən azad oluna biləcəyini izah etmişlər, o isə bundan boyuq qaçırmışdır. İddiaçı işdən azad olunması barədə ərizə ünvanlamamış, yalnız xəstəliyi ilə əlaqədar işə çıxa bilməməsi barədə ərizə ünvanlamamış, cavabdeh isə ona ilk olaraq hesabat verməli olduğunu, ərizə ünvanladığı təqdirdə işdən azad oluna biləcəyini nəzərə çatdırmışdır. Hazırd mənimsəmə ilə bağlı prokurorluqdakı işin yekunlaşmasını gösləyirlər. İddiaçının iddia etdiyi məktub onlarda yoxdur. Həmin müraciət itmişdir. Lakin, həmn müraciətdə işdən azad edilmə barədə xahiş olmamışdır. Hazrda ona məlum olmuşdur ki, cavabdeh ## #### 2026-cı il tarixli əmrlə iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarmışdır. İddiaçının həmin əmrin ləğv edilməsinə dair Abşeron Rayon Məhkəməsində qaldırdığı iddianın icraata qəbul edilməsinə dair sübut mövcud deyildir. Buna görə də hesab edir ki, iş üzrə icraatın dayandırılması üçün əsas da yoxdur.
İşdə olan sübutlar
12. İKAR-QRUP” MMC ilə İddiaçı arasında bağlanmış tam maddi məsuliyyət haqqında ##.##.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı bölgə müdiri tam maddi məsul vəzifəyə qəbul olunmuş və ona bir sıra vəzifələr etibar olunmuşdur.
13. “İKAR-QRUP” MMC-nin ##.##.2023-cü il tarixli İ-07/04-23/1 saylı əmrin surətindən görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdən satış təmsilçisi vəzifəsindən bölgə müdiri vəzifəsinə keçirilmişdir. Sumqayıt şəhəri və Bakı şəhəri Yasamal rayonu əraziləri üzrə satış prosesinin təşkili və bu proseslərə nəzarət ona həvalə edilmişdir.
14. “İKAR-QRUP” MMC-nin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixindən halhazırki dövrə kimi işə çıxmaması, 3 iş günü ərzində işə çıxmamasının səbəbləri haqqında (müvafiq əyani və ya hüquqverici sənədlər əlavə olunmaqla) rəsmi məlumat verməsinin tələb olunması, əks təqdirdə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” maddəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam veriləcəyi barədə xəbərdar edilmişdir.
15. “İKAR-QRUP” MMC-nin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verilməli olduğu, lakin ##.##.2025-ci il tarixindən etibarən heç bir səbəb göstərmədən işə gəlməməsi, işə çıxmamasının səbəbləri haqqında (müvafiq arayış və ya hüquqverici sənədlər əlavə olunmaqla) rəsmi məlumat verməsi və işə çıxmasının tələb olunması, bağlanmış tam maddi məsul şəxs haqqında müqavilənin şərtlərinə əsasən, öhdəliyində olan müvafiq məhsulların təhvil-təslimi ilə bağlı şirkətə yaxınlaşıb təhvil-təslim etməli olduğu, əks təqdirdə, tam maddi məsul şəxs haqqında müqavilənin şərtlərinə əsasən aidiyyəti hüquqmühafizə orqanlarına müraciət olunacağı bildirilmişdir.
16. “İKAR-QRUP” MMC-nin tərtib etdiyi ##.##.2025-ci il tarixli aktdan görünür ki, İkar-Qrup MMC-də satış bölgə müdiri vazifəsində çalışan əməkdaş- İddiaçı satılmış məhsulların dəyərini müxtəlif vaxtlarda siyahısı aşağıda göstərilmiş müştərilərdən əldə etməsinə baxmayaraq, Cəmiyyətə məxsus kassaya təhvil verməmişdir. Bu səbəbdən Cəmiyyətə ümumilikdə 2270.32 manat məbləğində zərər vurmuşdur.
17. “İKAR-QRUP” MMC-nin nümayəndəsi-vəkili vəkil1 Nizami rayon Prokurorluğuna ünvanladığı cavab məktubunun surətindən görünür ki, Nizami rayon Prokurorluğunun məktubunda qeyd olunan sənədlərin hazırda tərəflərindən toplandığı, həmçinin X2, X3 və İddiaçı əməllərində mənimsəmə faktının müəyyən edilməsi məqsədi ilə, onların fəaliyyəti ilə bağlı audit yoxlamasının keçirilməkdə olduğu, lakin audit yoxlamasına dair müvafiq rəyin hazırda müəssisəyə daxil olmadığı, müvafiq rəy və məktubda qeyd edilən digər sənədlər tam hazır olduqdan sonra təqdim ediləcəyi bildirilmişdir.
18. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, Nizami rayon Prokurorluğunda araşdırılmış *-*-***-***C/** nömrəli material üzrə müstəntiq Cavad Kürbəyov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarın əsassız olduğundan ləğv edilməsi, material üzrə əlavə araşdırma aparılması Nizami rayon Prokurorluğunun müstəntiqi, R Şirxan Fərəcova həvalə edilməsi qərara alınmışdır.
19. İşə əlavə edilmiş ##.##.2026-cı il tarixli, k-**/**-**/* nömrəli əmrdən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
Maddə 62. İşçinin işdən kənar edilməsi
1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: e) əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə.
4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər.
4. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsu qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
22. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəflərin tərəfin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
24. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz arzusu ilə işdən çıxması barədə ərizə ilə Cəmiyyətə müraciət etməsi barədə ərizəni, habelə işdən qovulacağı ilə hədələməsi barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, qanunvericiliyin tələbləri baxımından işçi ilə işəgötürən arasındakı münasibətlər əmək müqaviləsinin tələblərinə uyğun olaraq həyata keçirilməli olduğundan, iddiaçının qeyd olunan tələbi üzrə məhkəmə tərəfindən cavabdehin üzərinə vəzifə qoyula bilməz.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsinə dair yalnız ərizənin surətinin məhkəməyə təqdim edilməsi vəzifəsinin sübutetmə vəzifəsinə uyğun olaraq iddiaçının üzərinə qoyulması əsaslı hesab edilə bilməz. Qeyd edilən hallarda işçi olan iddiaçı onun təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənə müraciət etməsini sübut etmək vəzifəsini daşımaqdadır. Nəzərə alınmalıdır ki, işçi işəgötürənə ünvanladığı əmək müqaviləsinə xitam verilməsinə dair ərizənin bir sutərini özündə saxlamaya bilər. Zərurət yarandığı təqdirdə işçinin işəgötürənə ünvanladığı yazılı müraciətin surətini sübut qismində məhkəməyə təqdim etmək vəzifəsi işəgötürən olan cavabdehə aid olmuşdur. Hərçənd ki, hazırkı mübahisə üzrə iddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənə yazılı müraciət etməsinə dair müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, cavabdeh “İKAR-QRUP” MMC-nin iddiaçı İddiaçı ünvanladığı ##.##.2025ci il tarixli bildirişdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verilməli olduğu, lakin ##.##.2025-ci il tarixindən etibarən heç bir səbəb göstərmədən işə gəlməməsi, işə çıxmamasının səbəbləri haqqında (müvafiq arayış və ya hüquqverici sənədlər əlavə olunmaqla) rəsmi məlumat verməsi və işə çıxmasının tələb olunması, bağlanmış tam maddi məsul şəxs haqqında müqavilənin şərtlərinə əsasən, öhdəliyində olan müvafiq məhsulların təhvil-təslimi ilə bağlı şirkətə yaxınlaşıb təhvil-təslim etməli olduğu, əks təqdirdə, tam maddi məsul şəxs haqqında müqavilənin şərtlərinə əsasən aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət olunacağı bildirilmişdir. Bildirişin məzmunundan göründüyü kimi qeyd olunan bildiriş, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verilməli olması ilə bağlı müraciətinə cavab xarakteri daşımışdır. Həmçinin, iddiaçının müraciətinin cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzi də məhkəməyə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi isə iddiaçının müraciətində onun təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair xahiş olmadığını iddia etsə də həmin müraciətin surətini sübutetmə vəzifəsinə uyğun olaraq məhkəməyə təqdim edə bilməmiş, iddiaçının müraciətinin itdiyini bildirmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair müraciət etməsinə baxmayaraq, işəgötürənin hərəkətsizlik etməsi halında işçinin təşəbbüsü əsasında əmək müqaviləsinə xitam verilməsinə dair iddia qaldırmaq hüququ məhdudlaşdırmamaqla, Əmək Məcəlləsinin 83cü maddəsinin 1-ci hissəsinin tələbinə müvafiq olaraq, işəgötürəndən əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsini tələb etmək hüququ da verməkdədir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən əsaslara görə iddianı rədd etməsini qanunsuz və əsassız hesab etmişdir.
26. Bununla yanaşı apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh ##.##.2026-cı il tarixli, k-**/**-**/* nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermiş, bununla da yeni hüquqi vəziyyət yaranmışdır. Belə ki, iddiaçının tələbinin əksinə olaraq, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən xitam vermişdir. Nəzərə alınmalıdır ki, cavabdeh işəgötürən tərəfindən Əmək Məcəlləsinin 62-ci maddəsi üzrə müvafiq təbirlər görülməklə, sonradan əmək müqaviləsinə xitam verməsi mümkündür. Həmin əmr isə hazırkı icraatın predmetinə aid olmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, yeni yaranmış vəziyyət iddiaçıya cavabdehin ##.##.2026-cı il tarixli, k-**/**-**/* nömrəli əmrini mübahisələndirməklə yanaşı, yeni əsasla hazırkı iddia tələbləri ilə də yenidən məhkəməyə müraciət etmək hüququ verməkdədir. Hərçənd ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin surətindən görünür ki, o, ##.##.2026-cı il tarixli, k-**/**-**/* nömrəli əmrin qanunsuz hesab edilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbinə müvafiq olaraq xitam verilməsi öhdəliyinin qoyulması, maddi zərər qismində 9000, mənəvi zərər qismində 3000 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də həmin iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilib-edilməməsindən asılı olmayaraq, hazırkı iş üzrə icraatın dayandırılmasına əsas mövcud olmamışdır.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ##.##.2026-cı il tarixli, k-**/**-**/* nömrəli əmr ilə əmək hüquq münasibətlərində yeni hüquqi vəziyyət yaranması, iddiaçıya cavabdehin ##.##.2026-cı il tarixli, k-**/**-**/* nömrəli əmrini mübahisələndirmək, eyni zamanda yeni əsas qismində hazırkı iddia tələbləri ilə də məhkəməyə müraciət etmək hüququ vermişdir. Lakin, qeyd edilən vəziyyət hazırkı iddia tələbinin qismən və ya tam təmin edilməsini istisna etmişdir. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.
28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsinş İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.