Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-732/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: paylar müəyyən edilmiş əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun paylara uyğun şəkildə bölünməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh, onun vəkili vəkil1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 202A, M4, m6 ünvanında yerləşən ümumi sahəsi 47,8 kv.m olan mənzil üzərində İddiaçı 1/5 (beşdə bir) hissədə payına uyğun olaraq fərdi yaşayış evinin naturada bölünərək iddiaçının payının faktiki olaraq ona verilməsi və ya həmin payın əvəzi olaraq 35000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, bu da mümkün olmadıqda sözügedən əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülərək onlara ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bacısı X3 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. H.Fəridənin vəfatından sonra iddiaçı * saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. ## #### 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2021-ci il tarixdə X3 verilmiş 011011006621- 05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Yeni qaydalarla AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M4, m6 ünvanında yerləşən ümumi sahəsi 47,8 kv.m. olan əmlakdan və DİN BDYPİ Qİİ tərəfindən verilmiş ##.##.2022-ci il tarixli BB****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2022-ci il olan JAC J7 minik markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Həmin şəhadətnaməyə əsasən Hüseynov İddiaçı Fəridə Əlizadə qızının qanun üzrə vərəsəsi kimi şəhadətnamədə qeyd edilən miras əmlakdan 1/5 (beşdə bir) hissədə pay almalıdır. ## ###### 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun bacısı Cavabdeh miras əmlakdan 1/5 (beşdə dörd) hissədə pay almalıdır. Sözügedən mənzil üzərində İddiaçı 1/5 (beşdə bir) hissədə payı ##.##.2024-cü il tarixində, həmçinin Cavabdeh 4/5 (beşdə dörd) hissədə payı ##.##.2024-cü il tarixində dövlət qeydiyyatına alınmış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən buna dair çıxarış verilmişdir. Miras əmlak qanun üzrə vərəsəlik haqqında şəhadənamələrə əsasən bölünsə də tərəflər faktiki olaraq miras əmlakın bölgüsü ilə bağlı razılığa gələ bilmirlər. Belə ki, mənzilə dair çıxarışdan da göründüyü kimi mənzilin ümumi sahəsi 47,80 kv.m olmaqla 1 otaqdan ibarətdir. İddiaçının isə həmin mənzildəki payı cüzidir, yəni mənzilin 1/5 (beşdə bir) hissəsi iddiaçıya məxsusdur. Belə olan halda mənzilin naturada bölgüsü mümkünsüzdür. Digər tərəfdən iddiaçı ailəlidir və iddiaçının öz ailəsi ilə həmin mənzildə yaşaması qeyri-mümkündür. O cümlədən, iddiaçı ilə cavabdehin münasibəti çox pisdir, cavabdeh iddiaçını həmin mənzilə buraxmır və bu vəziyyət onların bir mənzildə yaşamasını istisna edir. İddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixində təklif göndərilmiş və iddiaçının sözügedən miras əmlaka daxil mənzil üzərində olan 1/5 (beşdə bir) hissədə payının əvəzi olaraq 35000 (otuz beş min) manat məbləğində kompensasiyanın ona ödənilməsi təklif olunmuşdur. Lakin, cavabdeh tərəfindən həmin təklifə heç bir münasibət bildirilməmişdir. Buna görə də paylı mülkiyyətdə olan sözügedən əmlakın bölünməsi və ondan payın ayrılmasına dair mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. Sözügedən əmlakın tərəflər arasında naturada bölgüsü müəyyən edilməli, bu mümkün olmadıqda iddiaçının həmin əmlak üzərində 1/5 hissədə payının əvəzi olaraq 35000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, bu da mümkün olmadıqda həmin əmlak açıq hərracdan satılaraq əldə olunan gəlir tərəflərin payına uyğun onların arasında bərabər şəkildə bölünməlidir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M4, m6 ünvanında yerləşən ümumi sahəsi 47,8 kv.m. olan mənzil üzərində İddiaçı 1/5 (beşdə bir) hissədə payına uyğun olaraq fərdi yaşayış evinin naturada bölünərək iddiaçının payının faktiki olaraq ona verilməsi, bu mümkün olmadıqda həmin payın əvəzi olaraq 31040 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, bu da mümkün olmadıqda sözügedən əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülərək onlara ödənilməsi, hazırda sözügedən mənzildə yerləşən və mərhum Hüseynova Fəridənin mülkiyyətində olmuş adları qeyd etdiyi daşınar əşyaların- soyuducu - 1 ədəd (Whirlpool markalı); paltaryuyan maşın -1 ədəd (Haier markalı); kondisioner -1 ədəd (Haier markalı); şifoner və tək nəfərlik çarpayı - hərəsindən 1 ədəd (Embawood mağazasından alınmış); divan -1 ədəd (Kontakt home mağazasından alınmış); servant qab yığmaq üçün -1 ədəd (Madeyra mağazasından alınmış); televizor -1 ədəd; stol -1 ədəd; stul-4 ədəd; çilçıraq - 2 ədəd; xalça - 2 ədəd; güzgülü paltar asılqanı (şkaf formasında) – 1 ədəd (Madeyra mağazasından alınmış); mətbəx mebeli -1 ədəd; pərdə - 2 ədəd; divar rəsmi - 1 ədəd; dekorativ gül -1 ədəd; xəz kürk (şuba) - 2 ədəd (1 ədədi ağ rəngdə, digəri qara rəngdə, hər ikisi uzun model) adlı əşyaların dəyərinin müəyyən edilərək İddiaçı miras kütləsinə daxil olan əmlaklar üzrə 1/5 (beşdə bir) hissədə payına uyğun olaraq ona çatası pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı 31040 (otuz bir min qırx) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M4, m6-ya iddiaçı İddiaçı paylı mülkiyyət hüququna xitam verilməsi, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı kompensasiya ödənilməsi ilə iddiaçı İddiaçı evdə paylı mülkiyyət hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi, Kompensasiyanın ödənilməsi üçün hazırkı qətnamənin qanuni qüvvəsini aldığı andan 1 ay müddət müəyyən edilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra 1 ay müddətində cavabdeh Cavabdeh tərəfindən kompensasiya ödənişi həyata keçirilmədiyi təqdirdə, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M4, m6-nın ilkin satış qiyməti 155.200 (bir yüz əlli beş min iki yüz) manat müəyyən edilməklə, ev qapalı hərracda satılması, mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılması, mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə onların arasında bölüşdürülməsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M4, m6-da yerləşən daşınar əşyalarsoyuducu - 1 ədəd (Whirlpool markalı); paltaryuyan maşın -1 ədəd (Haier markalı); kondisioner -1 ədəd (Haier markalı); şifoner və tək nəfərlik çarpayı - hərəsindən 1 ədəd (Embawood mağazasından alınmış); divan -1 ədəd (Kontakt home mağazasından alınmış); servant qab yığmaq üçün -1 ədəd (Madeyra mağazasından alınmış); televizor -1 ədəd; stol -1 ədəd; stul-4 ədəd; çilçıraq - 2 ədəd; xalça - 2 ədəd; güzgülü paltar asılqanı (şkaf formasında) – 1 ədəd (Madeyra mağazasından alınmış); mətbəx mebeli -1 ədəd; pərdə - 2 ədəd; divar rəsmi - 1 ədəd; dekorativ gül -1 ədəd; xəz kürk (şuba) - 2 ədəd (1 ədədi ağ rəngdə, digəri qara rəngdə, hər ikisi uzun model) adlı əşyaların ümumi dəyəri 1727,50 (bir min yeddi yüz iyirmi yeddi manat, əlli qəpik) manat pulun 1/5 hissəsi, yəni 345,5 (üç yüz qırx beş manat, əlli qəpik) manat məbləğində puluncavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202A, M4, m6-nın naturada bölgüsü aşkar surətdə mümkün deyil. İddiaçı öz payının əvəzi kimi 31040 manat tələb etmişdir. Məhkəmə araşdırması zaman əldə edilmiş mütəxəssis rəyinə əsasən sözügedən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202A, M4, m6nın bazar dəyəri 155200 (bir yüz əlli beş min iki yüz) manat müəyyən edilmişdir ki, həmin məbləğin 1/5 hissəsi (paya uyğun) də 31040 manat təşkil edir. Mülki Məcəllənin 220.4-cü maddəsinin 3-cü cümləsində nəzərdə tutulan şərtlərin hər 3-nün eyni vaxtda mövcud olması (mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda) hazırkı işdə müəyyən edildiyindən, məhkəmə digər paylı mülkiyyətçi olan cavabdehin 31040 manat qarşılığında iddiaçının payını almaq istəyib-istəmədiyini araşdırmış və cavabdehin öz izahatı ilə buna razı olması müəyyən edilmişdir. Cavabdeh məhkəmə tərəfindən müəyyən edilən ədalətli kompensasiya məbləğini 1 ay müddətinə iddiaçıya ödəməyə mülkiyyətçilər üçün qapalı hərracla eynilik təşkil edən məhkəmə iclası zamanı razılıq verdiyindən, tələb bu hissədə kənara çıxma sayılmadan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının ##.##.2024-cü il tarixli, **/**** nömrəli Qərardadındakı göstərişlər rəhbər tutulmaqla, növbəti cümlədə göstərilən formada təmin edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya 31040 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202A, M4, m6-da iddiaçının paylı mülkiyyət hüququna xitam verilməli, cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənilməsi ilə iddiaçının evdə paylı mülkiyyət hüququna xitam verilməsi eyni vaxtda icra edilməli, kompensasiyanın ödənilməsi üçün hazırkı qətnamənin qanuni qüvvəsini aldığı andan 1 ay müddət müəyyən edilməli, qətnamə qanuni qüvvəsini aldıqdan sonra 1 ay müddətində cavabdeh tərəfindən kompensasiya ödənişi həyata keçirilmədiyi təqdirdə, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202A, M4, m6-nın ilkin satış qiyməti 155200 manat müəyyən edilməklə, ev qapalı hərracda satılmalı, mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılmalı, mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə onların arasında bölüşdürülməlidir. Sözügedən mənzildə yerləşən və mərhum Hüseynova Fəridənin mülkiyyətində olmuş daşınar əşyaların dəyərinin müəyyən edilərək İddiaçı miras kütləsinə daxil olan əmlaklar üzrə 1/5 (beşdə bir) hissədə payına uyğun olaraq ona çatası pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis rəyinə əsasən sözügedən əmlakların bazar dəyəri 1727,50 manat təşkil etmişdir ki, həmin məbləğin də iddiaçıya münasibətdə 1/5 hissəsi 345,50 manat təşkil edir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 15..4, 213, 215.1, 220-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2024-cü il tarixli Qərardadına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, qiymətləndirmə düzgün aparılmamışdır. Qeyd olunan qiymət həddindən artıq çoxdur və onun imkanı bu məbləği ödəməyə yetmir. Yenidən ekspertiza təyin olunmalı və evin bazar qiyməti müəyyən olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, qiymətləndirmənin düzgün aparılmamasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qiymətləndirmə məhz birinci instansiya məhkəməsinin müəyyən etdiyi şirkət tərəfindən həyata keçirilmişdir. Cavabdeh tərəf həmin rəyin mötəbərliyini şübhə altına alacaq 1 dənə də olsun sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis rəyinə əsasən sözügedən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202A, M4, m6- nın bazar dəyəri 155200 (bir yüz əlli beş min iki yüz) manat müəyyən edilmişdir ki, həmin məbləğin 1/5 hissəsi (paya uyğun) də 31040 manat təşkil edir. Mülki Məcəllənin 220.4-cü maddəsinin 3-cü cümləsində nəzərdə tutulan şərtlərin hər 3-nün eyni vaxtda mövcud olması (mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda) hazırkı işdə müəyyən edildiyindən, məhkəmə digər paylı mülkiyyətçi olan cavabdehin 31040 manat qarşılığında iddiaçının payını almaq istəyib-istəmədiyini araşdırmış və cavabdehin öz izahatı ilə buna razı olması müəyyən edilmişdir. Həmçinin, cavabdeh məhkəməyə ərizə təqdim edərək, sözügedən məbləğin (əşyaların iddiaçıya çatan hissəsi nəzərə alınmaqla ümumilikdə 31385 manat pulun) iş üzrə qəbul ediləcək qətnamə qanuni qüvvəsini aldıqdan sonra 1 ay ərzində iddiaçıya verilməsinə razı olduğunu bildirmişdir. Göründüyü kimi iddia tələbi cavabdeh tərəfindən etiraf edilmiş və etiraf həm cavabdehin məhkəməyə təqdim etdiyi ərizədə, həm də onun izahatında ifadə olunmuşdur. İndiki halda, cavabdeh qətnamə üzrə müəyyən edilən məbləği iddiaçıya ödəməkdən yayınmaq üçün belə bir əsassız apellyasiya şikayəti verərək qətnamənin icrasını yubatmağa çalışmaqla həmin şikayətdə qanunvericilik normalarını sadalamış və iddiaçıya qətnamədə qeyd edilən məbləğdə kompensasiya ödəməyə imkanının olmadığını qeyd etmişdir. Halbuki, qətnamədə o da öz əksini tapıb ki, cavabdeh qətnamədə qeyd edilən şərtlərlə kompensasiya ödəməsə mənzil hərracdan satışa çıxarılmalı və satışdan əldə edilən pul tərəflərin payına mütənasib onlar arasında bölünməlidir. Yəni, cavabdehin həmin pulu ödəməyə imkanı yoxdursa da belə, mənzilin hərracdan satılması imkanı qətnamədə nəzərdə tutulub. Cavahdeh isə əsassız olaraq qiymətləndirmənin düzgün aparılmadığını, kompensasiya ödəməyə vəsaitinin olmadığını əsas gətirərək işin yenidən qiymətlənidirilməli olduğunu apellyasiya şikayətində qeyd etmişdir. Göründüyü kimi mülki prosessual qanunvericilikdə təkrar ekspertiza keçirilməsinin konkret əsasları təsbit edilib. Hansı ki, hazırki işdə bu əsasların heç biri müəyyən edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, əmlakın bölgüsü ilə bağlı mübahisə var. Evin bazar dəyəri 130000 manatdır. Lakin evin dəyəri ekspert rəyinə görə 150000 manat qiymətləndirilib. Yenidən qiymətləndirmə aparılmasını xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkməsində hüquqi savadsızlığından məbləği bir ay müddətində ödəyə biləcəyi barədə ərizə yazmışdır. Yenidən qiymətləndirmə keçirilməsini xahiş edir, maddi imkanı yoxdur.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh briinci instansiya məhkəməsində qətnamənin qanuni qüvvəyə minməsindən sonra 1 ay müddətində ödənişi edəcəyini bildirsə də apellyasiya şikayəti verərək birinci instansiya məhkməəsinin qətnaməsinin icrasının ləngitmək, yubatmaq niyyətindədir. İnternet saytlarından araşdırma aparmışdır, eyni kvadratda olan mənzillərin qiyməti 150000-165000 manata arasında dəyişir. Həmin evdə mərhum bibisi yaşayıb,normal təmirli evdir. Ona görə də yenidən qiymətləndirmə keçirilməsinə etiraz edir. Maddi imkanını nəzərə alaraq qətnamə qüvvəyə minməsində sonra 1 ay da möhlət verə bilər. Lakin ödəniş edə bilmirsə mənzilin hərracda satılmasına da etiraz etmir.
İşdə olan sübutlar
14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 202A, M4, m6-ya dair 4/5 hissədə Cavabdeh, 1/5 hissədə İddiaçı paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 011011006621-05301-****** nömrə ilə qeydiyyata alınmışdır.
15. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, AS **-***/** saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 202A, M4, m* saylı mənzilin ədalətli bazar dəyəri ##.##.2025-ci il tarixinə 155200 (bir yüz əlli beş min iki yüz) manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmişdir.
16. Mərkəzi Ekspertiza Bürosunun MEB-***-**** nömrəli, ##.##.2025-ci il tarixli hesabatından görünür ki, “Whirpool” markalı soyuducu - 1 ədəd təmirə ehtiyacı var -70 manat ; Haier markalı paltaryuyan maşın -1 ədəd istifadədə olmuş-150 manat, “Haier” kondisioner -1 ədəd-150 manat, Dolab və tək nəfərlik çarpayı 1 ədəd istifadə olunmuş 160 manat, Divan 1 ədəd istifadə olunmuş 62,50 manat, Servant qab yığmaq üçün 1 ədəd istifadə olmuş 80 manat, 2Samsung” markalı televizor 42 dioqanal 1ədəd istifadə olunmuş 180 manat, Yumru masa 1 ədəd istifadə olmuş 75 manat, oturacaq 4 ədəd istifadə olmuş 160 manat, çilçıraq 1 ədəd istifadə olmuş 20 manat, çilçıraq 6 şamlı 1ədəd istifadə olmuş 50 manat, xalça 2 ədəd istifadə olmuş 20 manat, şkaf formasında güzgülü paltar asılqanı 1 ədəd istifadə olmuş 130 manat, mətbəx mebeli p/m 2.5 istifadə olmuş 375 manat, pərdə 2 ədəd istifadə olmuş 30 manat, divar rəsmi 1 ədəd istifadə olmuş 10 manat, dekorativ gül 1 ədəd istifadə olmuş (sınmış) 5 manat, olmaqla, əşyaların bazar dəyəri cəmi 1727,50 manat təşkil etmişdir.
17. Məhkəmə iclasında cavabdeh Cavabdeh ərizə təqdim edərək bildirmişdir ki, sözügedən daşınmaz əmlakın və həmin əmlakda yerləşən əşyaların pul vəsaiti olaraq məbləğ 31385 manat pulu qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan 1 ay ərzində ödəyəcəkdir.
Tətbiq edilən hüquq
18. Azərbacyan Respublikası Mülki Məcəlləsinin
220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## ##### 2014-cü il tarixli qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli qərardadı:
39. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi.
40. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər.
42. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. 47-50.Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il # ##### tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ilə razılaşmaması bu mərhələ üzrə araşdırmanın yekunlaşması və növbəti mərhələyə keçid edilməsi üçün əsas deyil. Məhkəmə hər bir halda cavabdehlərə iddiaçının payının dəyəri kimi müəyyən edilmiş kompensasiyanın ödənilməsini təklif etməlidir. Əks yanaşmada ayrılan mülkiyyətçi hüquqdan sui-istifadə edərək payına görə tənasübsüz yüksək kompensasiya tələb etməklə qalan mülkiyyətçiləri ağır vəziyyətə sala, yaxud əşyanın məcburi şəkildə hərraca çıxarılmasına nail ola bilər ki, bu da payın dəyərini ödəməyə razı olan cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir.
53. Təcrübədən görünür ki, bəzi hallarda cavabdehlər məhkəmə prosesində müəyyən edilmiş kompensasiyanın məbləğini ödəməyə razılıq versələr də, sonradan qətnamənin icrası mərhələsində maddi vəziyyətlərinin pisləşməsi, hüquqdan sui-istifadə və ya hər hansı digər səbəbdən vədlərini yerinə yetirmirlər. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə məhkəmə qətnamənin nəticə hissəsində onun icrası üsulunu və qaydasını dəqiq şəkildə müəyyən etməlidir. 55-ci bənd. Bu məqsədlə qətnamə qəbul edilənədək kompensasiyasının ödənilməsi müddəti ilə bağlı tərəflərlə müzakirə aparılmalı və hər iki tərəfin razılığı ilə müddət müəyyən olunmalıdır. Tərəflər arasında razılıq əldə edilmədikdə isə məhkəmə MPM-in 128.1-ci maddəsi baxımından “İcra haqqında” Qanunun 12.1-ci maddəsində bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 2 aylıq müddət təyin etməlidir.
56. Bununla yanaşı, qətnamənin nəticə hissəsində cavabdehlər tərəfindən kompensasiyanın ödənilməsi ilə iddiaçının paylı mülkiyyət hüququna xitam verilməsinin eyni vaxtda icra edilməli olması və müəyyən edilmiş müddət ərzində kompensasiya ödənişinin həyata keçirilmədiyi halda, tələbkarın istəyinə uyğun olaraq əşyanın açıq hərracdan satılması və əldə olunan vəsaitin mülkiyyətçilərin paylarına uyğun olaraq aralarında bölünməli olması da göstərilməlidir.
59. Mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır.
60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, mübahisəli mənzilin bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirici təyin edilmiş və evin dəyərinin 156100 manat müəyyən edilməsi barədə rəy verilımişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, hazırkı rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Cavabdeh mənzilin bazar dəyərinin aşağı olmasını iddia edərək, yenidən qiymətləndirilməsini xahiş etsə də mənzilin dəyərinin mütəxəssis rəyi ilə müəyyən edilmiş dəyərdən aşağı dəyərdə olmasına dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya sübut təqdim etməmişdir.
25. Bundan başqa məhkəmə kollegiyası qeyd edirki, işin hallarından görünür ki, birinci instansiya məhkəməsində mübahisəli mənzilinin dəyəri 155200 manat müəyyən edildikdən sonra cavabdeh Cavabdeh ərizə təqdim edərək, sözügedən daşınmaz əmlakın və həmin əmlakda yerləşən əşyaların pul vəsaiti olaraq 31385 manat pulu qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan 1 ay ərzində ödəyəcəyini bildirmiş, bununla da mənzilin dəyərinin 155200 manat müəyyən edilməsinə etiraz etməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.