Məhkəmə qərarları › İş №e-2(3-8)-742/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-742/2026

30.06.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-742/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun itirlimiş hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh1, cavabdeh cavabdeh2, onun nümayəndə və vəkili vəkil1 İbrahim qızının iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia qaldıraraq, cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 Sumqayıt şəhəri, 1-ci məhəllə, *A saylı evin, ** saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən İddiaçı ##.##.1993-cü il tarixdə Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4A, mənzil 36 verilmişdir. Mənzilə dair İddiaçı **a/*** saylı order verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyi ##.##.2024-cü il tarixli məktubuna qoşmada Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4A, mənzil 36-nın orderinin surətini təqdim etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhəri * saylı Mənzil Kommunal Sahəsinin ##.##.2024-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4A, mənzil 36-nın sahibi İddiaçı ##.##.2024-cü il tarixində * saylı MKS-nə yazmış olduğu ərizə ilə əlaqədar olaraq, qeyd olunan qonşularla birlikdə mənzilə baxış keçirildi. Qonşuların və ərizəçinin bildirdiklərinə əsas olaraq İddiaçı ##.##.2011ci il tarixində həbs olunub, həbs olunan vaxta kimi İddiaçı ailəsi və uşaqları ilə birlikdə göstərilən mənzildə yaşamışlar. İddiaçı həbsdə olan vaxtı qardaşı cavabdeh1 göstərilən mənzilə gəlmiş, İddiaçı ailəsini və uşaqlarını mənzildən çıxartmışdır, həmin vaxtdan hal-hazıra kimi mənzildə cavabdeh1 yaşayır. İddiaçı uşaqlarının cavabdeh1 tərəfindən mənzildən çıxarılmasını və həmin vaxtdan həmin mənzildə cavabdeh1 yaşamasını qeyd etdikləri qonşular təsdiq edirlər. Hal-hazırda mənzilin ##.##.2024-cü il tarixinə kimi məişət tullantılarının daşınması və xidmət haqqı üzrə 575.68 manat borc yığılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ##.##.2025-ci il tarixli məktubuna qoşmada * saylı MKS-nin Arayışı təqdim olunmuşdur, Arayışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4A, mənzil 36-nın ##.##.2025-ci il tarixinə olan məişət tullantılarının daşınmasına olan borcu 491 manat, mənzil fondunun saxlanması üçün xidmət haqqı 189,85 manat təşkil edir. * saylı Sumqayıt Regional “ASAN XİDMƏT” X11 verilmiş arayışdan görünür ki, ##.##.2024-cü il tarixə ##.##.1971-ci il təvəllüdlü İddiaçı ailə tərkibi aşağıdakılardır: - arvadı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (##.##.1977) - oğlu: cavabdeh4 (##.##.1991). Qaradağ rayon qeydiyyat şöbəsindən ##.##.2015-ci il tarixdə verilmiş nikah şəhadətnaməsindən görünür ki, İddiaçı və Novruzova (sonradan Cabbarova) Tərgül Fəyyaz qızı ##.##.2015-ci il tarixində nikaha daxil olmuşlar. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 13.01.2024cü il tarixində verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X2 ##.##.2023-cü ildə ölmüşdür. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ##.##.2024-cü il tarixində verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 ##.##.2005-ci ildə ölmüşdür. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının ## ### 2025-ci il tarixli, *-*/*-****/**** saylı məktubundan bəlli olmuşdur ki, “Azərkimyatəmir” trestinin * saylı ##.##.1994-cü il tarixli protokolu əsasında yaşayış sahəsi 48.74 kv.m olan 3 otaqlı 11-ci mkr., bina 1A, mənzil 11 X4 4 nəfərdən (özü, əri, qızı və oğlu) ibarət aşağıdakı ailə tərkibinə ayrılmışdır: - X4 (özü), - cavabdeh1 (əri), - cavabdeh3 (oğlu), - X6 (qızı). Cavabdehlər - cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 başqa ünvanda daimi yaşamalarına baxmayaraq ünvan 1 qeydiyyatda qalmaqla iddiaçı İddiaçı mənzildən sərbəst sərəncam vermək hüquqları məhdudlaşmışdır. Cavabdehlər ilə iddiaçı arasında mənzildən istifadə ilə bağlı hər hansı bir yazılı razılaşması yoxdur. Cavabdehlər - cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 Sumqayıt şəhəri, 1-ci məhəllə, *A saylı evin, ** saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir.

3. Cavabdeh cavabdeh3 iddia tələbinə qarşı ərizə ilə müraciət edərək qeyd etmişdir ki, ##.##.1985-ci ildə həmin ünvanda anadan olmuşdur. 1992-2003-cü illərdə Sumqayıt şəhəri, ** saylı orta məktəbdə təhsil almışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası H.Əliyev adına ali hərbi məktəbdə təhsil almışdır. 2007-2008-ci illərdə Müdafiə Nazirliyi nəzdində TTM-də qulluq etmişdir. 2008-2016-cı illərdə Müdafiə Nazirliyinin Naxçıvan MR-də zabit kimi xidmətini davam etdirmişdir. 2016-2023-cü illərdə döyüş bölgələrində (Tərtər, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa) xidmət etmişdir. Bununla da fəxr edir. Həmin dövr ərzində ailəsi ilə birlikdə Naxçıvan MR-də və digər bölgələrdə yaşamışdır. Bu səbəbdən də qeydiyyatda olduğu ünvanda yaşamamışdır. 2023-cü ildə təsadüf nəticəsində cinayət törətmişdir. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində cəza çəkir. Qeydiyyatda olduğu ünvanda yaşamamağının səbəbini iddiaçı İddiaçı izah edilməsini xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia təmin edilmiş, cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 Sumqayıt şəhəri, 1-ci məhəllə, *A saylı evin, ** saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhəri, 1ci məhəllə, ev 4a, ** saylı mənzilə dair İddiaçı order verilmişdir. Yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək, yəni ## ####### 2009-cu il tarixədək yarandığından, belə münasibətlərdən irəli gələn mübahisələrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və ya 123-cü maddələrinin tələblərinə görə baxılmalı və hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Mübahisəli mənzil ##.##.1993-cü il tarixli order əsasında İddiaçı istifadəsində olmuşdur. Cavabdehlər mübahisəli mənzildə icarədarla birlikdə yaşayıb, onunla ümumi təsərrüfat apararaq ailə üzvü qismində həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbinə əsasən mənzildən istifadə hüququ əldə etmişlər. Cavabdeh cavabdeh1 əvvəllər həmin ünvanda yaşamış, daha sonra ailə ilə birlikdə həmin evdən çıxmışdır. İş materiallarına əlavə edilmiş qonşular tərəfindən təqdim edilmiş və * saylı MİS tərəfindən təsdiq edilmiş aktdan görünür ki, iddiaçı İddiaçı həbsdə olarkən ## ##### 2011-ci il tarixdə həmin mənzilə gəlmiş və orada yaşamaqda davam etmişdir. İddiaçı həbsdən azad olunduqdan sonra qardaşı cavabdeh1 sözügedən mənzildən çıxarmışdır. cavabdeh1 2011-ci il tarixədək həmin evdən çıxmaqla və başqa yaşayış sahəsində yaşamaqda davam etməklə sözügedən mənzilə istifadə hüququnu itirmişdir. Cavabdeh həmin mənzildən daimi əsaslarla deyil, müvəqqəti çıxmasını təsdiq edən hər hansı bir sübutu da məhkəməyə təqdim etməmişdir. 2011-ci ildə isə həmin evə icarədarın razılığı olmadan, o, həbsdə olduğu müddətdə köçmüşdür. Cavabdeh cavabdeh1 sözügedən mənzilə 2011-ci ildə köçdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, həmin dövrdə tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. cavabdeh1 2011-ci ildə evə icarədarın razılığı və ya onun tərəfindən köçürülməmiş və onunla birgə təsərrüfat idarə etməmişdir. Bu halda cavabdeh cavabdeh1 qeyd edilən tarixdə, yəni 2011-ci ildə həmin mənzildən istifadə hüququ əldə etməmişdir. Digər cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Belə ki, məhkəmə iclasında cavabdeh2 ailə quraraq, həmin evdən köçdüyünü bildirmişdir. Cavabdehlərdən cavabdeh4 elektron məhkəmə informasiya məlumatlarından əldə edilmiş məlumatlardan görünür ki, o, ## ###### 2017-ci il tarixdən Rusiya Federasiyasına getmişdir. Məhkəmə cavabdeh4 sözügedən mənzili uzun müddət ərzində tərk edərək xarici ölkəyə getməsini onun həmin mənzili daimi əsaslarla tərk etməsi kimi qiymətləndirir. Cavabdeh cavabdeh3 isə məhkəməyə ünvanladığı iddiaya qarşı yazılı münasibətində 1992-2003-cü illərdə Sumqayıt şəhəri, ** saylı orta məktəbdə təhsil aldığını, 2003-2007ci illərdə Azərbaycan Respublikası H.Əliyev adına ali hərbi məktəbdə təhsil aldığını, 2007- 2008-ci illərdə Müdafiə Nazirliyi nəzdində TTM-də qulluq etdiyini, 2008-2016-cı illərdə Müdafiə Nazirliyinin Naxçıvan MR-də zabit kimi xidmətini davam etdirdiyini, 2016-2023cü illərdə döyüş bölgələrində (Tərtər, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa) xidmət etdiyini, əmin dövr ərzində ailəsi ilə birlikdə Naxçıvan MR-də və digər bölgələrdə yaşadığını, bu səbəbdən də qeydiyyatda olduğu ünvanda yaşamadığını bildirmişdir. Göründüyü kimi cavabdeh cavabdeh3 hərbi qulluqçu olmaqla xidməti vəzifəsi ilə əlaqədar müxtəlif bölgələlərdə yaşamış və özünün qeyd etdiyi kimi uzun müddət ərzində həmin mənzildən köçmüşdür. Cavabdeh cavabdeh1 arvadı və eyni zamanda cavabdeh3 anası X4 ünvan 2 ünvanında ** saylı mənzilə dair order verilmişdir. Beləliklə cavabdehlərin qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına və həmin mənzil hesabına öz mənzil ehtiyaclarını qarşılamaq imkanlarına malik oduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, onların hazırda mübahisə predmeti olan mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni 21. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 53, 54, 60, 87.2, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 66.1, 68.1, 68.2, 68.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarına istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli saylı qətnaməsinin ləğv olunması, iddianı rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uzun müddət mübahisəli yaşayış sahəsində ailə üzvü kimi yaşamış, həmin ünvan onun daimi yaşayış yeri olmuşdur. O, yalnız formal qeydiyyatda olan şəxs deyil, faktiki olaraq həmin yaşayış sahəsi ilə sıx hüquqi və faktiki bağlılığı olan şəxs idi. Mübahisəli mənzildə ailə münasibətləri çərçivəsində yaşamış, həmin yaşayış sahəsinin saxlanılmasında, məişət şəraitinin formalaşmasında, ailədaxili münasibətlərin qurulmasında və gündəlik yaşayış xərclərinin qarşılanmasında iştirak etmişdir. Məhkəmə nəzərə almalı idi ki, tərəflər arasında sadəcə formal mülki münasibətlər deyil, uzun illər davam etmiş ailə-qohumluq münasibətləri mövcud olmuşdur. O, həmin ailənin bir üzvü kimi həmin yaşayış sahəsində yaşamışdır. Bu səbəbdən yaşayış hüququna xitam veriləcəyi təqdirdə, onun yaşayış vəziyyəti, sosial durumu və uzun illər formalaşmış yaşayış mühitinin itirilməsi nəzərə alınaraq münasib kompensasiya ödənilməsi zəruridir. Məhkəmə tərəfindən həmçinin nəzərə alınmamışdır ki, hazırda ona məxsus əşyaların mühüm hissəsi hələ də mübahisəli yaşayış sahəsində qalmaqdadır. Həmin əşyalar onun şəxsi mülkiyyəti olmaqla yanaşı, orda yaşadığı müddət əsasında müəyyən edilmiş məişət əşyalarıdır. Bu əşyaların taleyi müəyyən edilmədən, onların ona təhvil verilməsi təmin olunmadan və əmlak münasibətlərinə hüquqi qiymət verilmədən onun mənzildən istifadə hüququna xitam verilməsi hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Birinci instansiya məhkəməsi tərəfindən onun əşyalarının mövcudluğu, onların hazırda mübahisəli mənzildə saxlanılması, həmin əşyaların ona məxsus olması və bunun yaşayış münasibətlərinə təsiri ümumiyyətlə araşdırılmamışdır. Halbuki iş üzrə həmin hallar mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli mənzil babasından qalıb, babasının vəsiyyətinə görə həmin ev üç qardaş arasında bölünməli idi. Mübahisəli mənzildə yaşamışdır. Sonradan əmisi Elşən onu həmin evdən qovmuşdur. Belə ki, 4-5 ay əvvəl gedib həmin evdə yaşamaq istəmiş, lakin iddiaçı buna imkan verməmişdir. 2014-cü ildən 2026-cı il tarixədək mütəmadi olaraq mübahisəli evdə yaşamışdır. Birinci instansiya məhkəməsində 2014-cü ildən mübahisəli evdə yaşamaması ilə bağlı verdiyi izahatı ərizəni özünün yazmaması ilə bağlı olmuşdur. Hazırda Masazır qəsəbəsində kirayədə yaşayır uşqları da orada məktəbə gedirlər. Uşaqları əvvəllər məktəbə getməyiblər. İbtidai təhsillərini isə Sumqayıt şəhər ** nömrəli məktəbdə təhsil alıblar. Həmin məktəb 9-cu mikrorayonda yerləşmişdir. Belə ki, uşaqlara həmin vaxt anası baxdığından orada məktəbə gediblər. Mübahisəli mənzilin yerləşdiyi Sumqayıt şəhəri 1-ci məhəllədə yerləşən məktəbədə uşaqları təhsil almamışdır. Birinci instansiya məhkəməsindəki izahatında əmisi Elşəni nəzərdə tutmuşdur. Sadəcə konkret ad qeyd etməmiş, əmisi Elşən həbsdən çıxandan sonra onu evdən çıxarmışdır.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 nümayəndə və vəkili vəkil1 İbrahim qızı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs mübahisəli mənzildə yaşamış, mütəmadi olaraq mənzildən istifadə etmişdir. Əşyaları da orada mövcud olmuşdur. İddiaçı həbsdə olduğu müddətdə Rəxşəndə və digər cavabdehlər mübahisəli mənzildə yaşamağa davam etmişlər. Lakin iddiaçı həbsdən çıxdıqdan sonra hüquqlarını müdafiə etdiyim şəxs və digər cavabdehlərin həmin mənzildən istifadəsinə mane olmağa başlamış, onları mənzildən qovmuşdur.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2011-ci ildə həbs olunmuş, 13 il cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Həbs olunana qədər mübahisəli mənzildə öz ailəsilə yaşamışdır. Mübahisəli mənzil 33 ildir ki, onun adınadır. Qarşı tərəfin qeyd etdiyi vəsiyyətnsmə mövcud olmamışdır. 9-cu mikrorayonda yerləşən ata evi bütün bacı-qardaşlar razılaşaraq xəstə qardaşına verilmiş, həmin evə olan payından imtina etmişlər. Qardaşı həmin pulla torpaq almasını tövsiyə etmişəm. O isə Tağıyev qəsəbəsində yataqxanada 1 otaqlı mənzil almışdır. cavabdeh2 isə 1 otaqlı evi satmışdır. Mübahisəli mənzildə isə ailəsilə yaşamış, həbs olunduqdan sonra arvadını hamilə vəziyyətdə evdən çıxarmış, evi zəbt etmişlər. Həbsdən çıxdıqdan sonra evinə gəlib görmüşdür ki, evdə qardaşının qaynatası yaşayır, Rəxşəndə isə orada yaşamışdır. 9-cu mikrorayondakı ev satıldıqdan sonra atası ikimərtəbəli ev almış, ata-qız həmin evdə qonşu kimi yaşamışlar. Hazırda həmin evin bir mərtəbəsi kirayə verilmişdir. Rəxşəndə ailə qurduqdan sonra mübahisəli mənzildə yaşamamışdır, o, 9-cu mikrorayonda yaşamışdır. Həbsdə olduğu müddətdə cavabdeh ərindən boşandığı üçün mənzilimdə müvəqqəti yaşamasına razılıq vermiş, həmin vaxt orada yaşamışdır, ondan sonra isə digər qardaşı Səxavət Rəxşəndəni həmin mənzildən qovmuş, orada özü yaşamışdır. Cavabdeh cavabdeh1 özünün üç otaqlı evi var, həmin mənzil ünvan 3 ünvanında yerləşir.

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 bildirdi ki, mübahisəli mənzildə doğulmuş, böyümüş, orada qeydiyyatdadır. Ailəsi ilə orada yaşamışdır. Rəxşəndə uşaqları ilə bir müddət mübahisəli mənzildə yaşayıblar. Hazırda yaşamağa yeri yoxdur. Hazırda yaşamağa yeri yoxdur, qardaşı Elşən onu evdən qovub çıxarmışdır. 11ci mikrorayondakı evimdə isə məcburi köçkünlər məskunlaşmışlar. Qardaşı tutulanda 9cu mikrorayonda atasının yanında yaşamış, həmin müddətdə mübahisəli mənzildə cavabdeh2 anası atası ilə birgə yaşayırdı. Daimi yaşayış yeri olmamış, iddiaçı həmişə maneələr yaratmışdır. 2011-ci ildən 3-4 ya bundan öncəyədək arvadı, uşaqları ilə birgə 1ci məhəllədə yaşamış, qaynatası isə həmin mənzildə cəmi iki il yaşamışdır. 2011-ci ildə mübahisəli mənzilə köçəndə Rəxşəndəgil həmin evdən çıxaraq atasının evinə getmişdilər. 2011-ci ildən sonra Rəxşəndə arabir həmin evdə gəlib qalırdı. Kirayədə yaşamağa maddi imkanı olmayanda mübahisəli mənzildə yaşamışdır.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə cavabdehlər cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

15. ##.##.1993-cü il tarixli orderdən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 4a, ** saylı mənzilə dair İddiaçı order verilmişdir.

16. AZ-II ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 ##.##.2005ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2006-cı ildə 177 nömrə ilə qeyd edilmişdir.

17. AZ-II ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 ##.##.2023cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2024-cü ildə 85 nömrə ilə qeyd edilmişdir.

18. * saylı MKS-də sahə ustası işləyən Solmaz Abbasxanova, qonşu Elxan Həsənov, S.Qələndərova tərəfindən tərtib edilmiş, Sumqayıt şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin * saylı mənzil kommunal sahəsi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, 1-ci məhəllə, ev 4a, mənzil 36-nın sahibi İddiaçı ##.##.2024-cü il tarixində * saylı MKS-nə yazmış olduğu ərizə ilə əlaqədar qeyd olunan qonşularla birlikdə mənzilə baxış keçirilmişdir. Qonşuların və ərizəçinin bildirdiklərinə əsas olaraq İddiaçı ##.##.2011-ci il tarixində həbs olunub, həbs olunan vaxta kimi Elşən ailəsi ilə birlikdə göstərilən mənzildə yaşamışlar. İddiaçı həbsdə olan vaxtı qardaşı cavabdeh1 göstərilən mənzilə gəlmiş, İddiaçı ailəsini və uşaqlarını mənzildən çıxarmışdır. Həmin vaxtdan hal-hazıra kimi mənzildə cavabdeh1 yaşayır. Elşənin uşaqlarının Səxavət tərəfindən mənzildən çıxarılmasını və həmin vaxtdan həmin mənzildə Səxavətin yaşamasını qeyd etdikləri qonşular təsdiq edirlər.

19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid ##.##.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyətinə dair yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (arvadı), cavabdeh4 (oğlu).

20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ##.##.2024cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumatlara əsasən ## #### 1971-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu barədə aşağıda göstərilən məlumatlar vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. ## ##### 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir.

21. AZ-II ****** saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında bağlanmış nikah ##.##.2015-ci il tarixində akt qeydləri kitabında 237 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Cabbarova” soyadı verilmişdir.

22. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının ##.##.2025-ci il tarixli məktubundan görünür ki, “Azərkimyatəmir” trestinin * saylı ##.##.1994-cü il tarixli protokolu əsasında yaşayış sahəsi 48,74 kv.m olan 3 otaqlı 11-ci mikrorayon, bina 1 A, mənzil 11 X4 4 nəfərdən (özü, əri, qızı və oğlu) ibarət ailə tərkibinə verilmişdir.

23. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyinin ** saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı 1-ci məhəllə, ev 4a, ** saylı mənzildə qeydiyyatdadır.

24. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, ev iddiaçının adınadır. Atası iddiaçı kiçik övlad olduğu üçün ona vermişdir. İddiaçı ailəsi ilə birlikdə yaşayan zaman orada ailəsindən başqa heç kim yaşamamışdır.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyası:

13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

51. Dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

27. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

28. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh cavabdeh2 birinci instnasiya məhkəməsində verdiyi izahatında 2010-cu ildə ailə qurararaq mübahisəli evdən köçdüyünü, lakin 2014-cü ildə nikahı pozulduğu üçün yenidən həmin evə qayıtdığını, lakin həmin evdə az müddət yaşadıqdan sonra əmisi tərəfindən evdən çıxarıldığına dair izahat versə də apellyasiya icraatı zamanı 2014-cü ildən 2026-cı il tarixədək mütəmadi olaraq mübahisəli evdə yaşadığını bildirmişdir ki, cavabdeh ziddiyyətli izahat verməsinə dair hər hansı bir ağılabatan dəlil irəli sürə bilməmişdir. Bu ziddiyyətlə bağlı cavabdeh məhkəmə kollegiyasının suallarına cavabında 2014-cü ildən mübahisəli evdə yaşamaması ilə bağlı birinci instansiya məhkəməsində verdiyi izahatı ərizəni özünün yazmaması ilə əlaqələndirmişdir ki, bu izahat isə anlaşılmaz olmuşdur. Hərçənd ki, birinci instansiya məhkəməsində keçirilmiş ## #### 2026-cı il tarixli məhkəmə iclasının videogörüntüsündən də görünür ki, cavabdeh 2014-cü ildə mübahisəli mənzildən digər əmisi tərəfindən çıxarıldıqdan sonra yaşamadığını bildirmişdir.

31. Bundan başqa cavabdeh məhkəmə kollegiyasının iclasında hazırda Masazır qəsəbəsində kirayədə yaşadığını, uşaqlarının da orada məktəbə getdiyini bildirsə də sonrakı suallara cavabda uşaqların əvvəllər məktəbə getmədiyini, daha sonra isə uşaqların əvvəllər təhsillərini Sumqayıt şəhər ** nömrəli məktəbdə aldıqlarıını, uşaqlara həmin vaxt anası baxdığından orada məktəbə getməsinə dair ziddiyyətli izahatlar verməklə yanaşı, uşaqlarının mübahisəli mənzilin yerləşdiyi Sumqayıt şəhəri 1-ci məhəllədə yerləşən məktəbdə təhsil almadığını etiraf etmişdir ki, bununla da cavabdehin birinci instansiya məhkəməsində 2014-cü ildən etibarən mübahisəli evdə yaşamaması ilə bağlı izahatı mötəbər olmuşdur. Hərçənd ki, cavabdeh 2014-cü ildən 2026-cı il tarixədək mütəmadi olaraq mübahisəli evdə yaşamasına dair də məhkəməyə hər hansı bir sübut da təqdim edə bilməmişdir. Cavabdeh mübahisəli mənzildə ona məxsus əşyaların qalmasını da iddia etsə də bu əşyaların nədən ibarət olmasını və həmin mənzildə olmasına dair də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən isə məhkəmə kollegiyasının iclasında iştirak edən digər cavabdeh cavabdeh1 da cavabdeh cavabdeh2 mübahisəli mənzildə daimi yaşamasını birmənalı olaraq təsdiq etməmiş, onun cavabdeh cavabdeh2 arabir həmin mənzildə yaşaması ilə bağlı izahatı birgə cavabdehlik, həmrəylik baxımından mötəbər qiymətləndirilməmişdir.

32. Göründüyü kimi cavabdeh cavabdeh2 ailə qurması ilə əlaqədar 2011-ci il tarixdən etibarən mübahisəli daimi olaraq köçüb getmiş, onun həmin mənzildən daimi əsaslarla deyil, müvəqqəti çıxmasını təsdiq edən hər hansı bir sübutu da məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh cavabdeh2 mübahisəli evə istifadə hüququnun itirilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

33. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar