Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-753/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, cavabdeh Abasquliyev Elşən Elşən oğlunun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7) cavabdeh X2 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras vərəsəliyin açılması, əmlakın vərəsələr arasında bölünməsi və vərəsəlik üzrə payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Abasquliyev Elşən Elşən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı cavabdeh Abasquliyev Elşən Elşən oğluna qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, əmlakın miras kimi qəbul edilmiş hesab edilməsi, vərəsəliyin açılması və əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu * saylı Notariat ofisinin notariusu İslamov Bahadur Sabir oğlu tərəfindən təsdiqlənmiş 2V-*** reyestr nömrəli, ##.##.2023-cü il tarixdə Abasquliyev Elşən Elşən oğlunun adına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi, mərhumə anası Abasquliyeva İsmət Həbi qızının adına ünvan 1 ünvanında yerləşən *** saylı mənzilin (##.##.2012-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı Çıxarışa əsasən (qeydiyyat nömrəsi 1612002667) miras kimi qəbul edilmiş hesab edilməsi, ünvan 1 ünvanında yerləşən *** saylı mənzilə miras vərəsəliyin açılması və qeyd edilən əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ##.##.2025-ci il tarixində iddiaçı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən *** saylı mənzilə miras vərəsəliyin açılması və qeyd edilən əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi, onun payının müəyyən edilməsi, Abşeron rayonu * saylı Notariat ofisinin notariusu İslamov Bahadur Sabir oğlu tərəfindən təsdiqlənmiş 2V-*** reyestr nömrəli, ##.##.2023-cü il tarixdə Abasquliyev Elşən Elşən oğlunun adına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ##.##.2025-ci il tarixində iddiaçı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu * saylı Notariat ofisinin notariusu İslamov Bahadur Sabir oğlu tərəfindən təsdiqlənmiş 2V-*** reyestr nömrəli, ##.##.2023-cü il tarixdə Abasquliyev Elşən Elşən oğlunun adına 1/3 payın müəyyyən edilməsi barədə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən *** saylı mənzilə dair əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi və onun miras əmlakdan 1/5 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Abşeron Rayon * saylı Notariat Ofisi tərəfindən Abasquliyev Elşən Elşən oğlunun adına 1/3 payın müəyyyən edilməsi barədə verilmiş ##.##.2023-cü il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən *** saylı mənzilin qanun üzrə vərəsələr arasında paylara uyğun bölünməsi, mərhumə Abasquliyeva İsmət Həbi qızının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 308011000002-05101-****** reyestr nömrəli, ##.##.2022-ci il tarixli çıxarışa əsasən tam paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən *** saylı mənzilə dair miras payından vərəsələri İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X8, Abasquliyev Elşən Firuz oğlu və X7 hər birinin 1/5 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.(hakim Habil Əhmədov). Cavabdeh Abasquliyev Elşən Elşən oğlu ##.##.2026-cı il tarixdə elektron kabineti vasitəsilə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-inin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Abasquliyev Elşən Elşən oğlunun nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Belə ki, mülki iş materiallarının 63-cü səhifəsində olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ##.##.2025-ci il tarixdə cavabdeh Abasquliyev Elşən Elşən oğluna məxsus elektron kabinetdə yerləşdirilmişdir. Beləliklə, mülki iş materialları ilə aydın olur ki, apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddətin axımı qətnamənin cavabdehin elektron kabinetinə yerləşdirildiyi tarixdən, yəni ##.##.2025-ci il tarixdən başlanmışdır. Lakin apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş bir aylıq müddət ötürülməklə ##.##.2026-cı il tarixdə elektron sistemə yüklənilmişdir. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi barəsində apellyasiya şikayəti verilmiş məhkəmə aktının Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq rəsmi qaydada verilməsinə dair zəruri araşdırma aparmadan, işi apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiyasına göndərmişdir. Beləliklə, kollegiya hesab edir ki, hazırkı apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Abasquliyev Elşən Elşən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Abasquliyev Elşən Elşən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-8)-753/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-753/2026
24.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver