Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-769/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı əmrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı "əmrin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının, həmin orqanın Əsaslı İnşaat İdarəsinin rəisi vəzifəsinə iddiaçının təyin edilməsi barədə ## ### 2016-cı il tarixli, ** saylı əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia təmin edilmiş, cavabdeh Sumqayıt şəhəri İcra Hakimiyyətinin Başçısının İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi barədə ## ### 2016-cı il tarixli, ** saylı əmrinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməməsi əsası ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsinə (cavabdeh1) məxsus şəxsi elektron kabinetə ##.##.2025ci il tarixdə, saat 12:39-da yerləşdirilmiş və bu barədə iş materiallarına çıxarış əlavə edilmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi (cavabdeh1) tərəfindən apellyasiya şikayəti elektron qaydada ##.##.2026-cı il tarixdə prosessual müddətin bərpasına dair ərizə təqdim edilmədən daxil olmuşdur ki, bununla da onun verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Bununla əlaqədar məhkəmə qeyd edir ki, məhkəmə iclasları ilə bağlı bildirişlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus elektron kabinetə yerləşdirilmişdir. Həmçinin, məhkəmə sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, mülki işə İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Mülki işin materiallarından görünür ki, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət cavabdeh tərəfindən buraxılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müddət ötürülməmişdir. Qətnamə onlara 2026-cı il tarixdə məlum olmuşdur. Qətnamə icra hakimiyyətinə poçt vasitəsi ilə, nə də elektron sənəd dövriyyəsi vasitəsi ilə təqdim edilməmişdir. Qərardadda qeyd edilən Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsinə məxsus elektron kabinet heç vaxt fəaliyyət göstərməmişdir. ##.##.2026-cı il tarixdə qətnamənin surətinin təqdim edilməsi üçün müraciət etmişlər. Həmin məktuba cavab olaraq, ##.##.2026-cı il tarixdə elektron sənəd dövriyyəsi vasitəsi təqdim edilmişdir. Bundan sonra 1 ay müddətinə şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, 04.06..2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Eldar oğlu şikayətə etiraz edərək bildirdi ki, 1 il üç aydan sonra cavabdeh qətnamədən apellyasiya şikayəti verilmişdir. Dəfələrlə məhkəmə iclası təxirə salınmışdır. Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Buna görə də şikayətin təmin edilməməsini xahiş edir. Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı *(***)-***/**** saylı, 04.06..2026-cı il tarixli qərardadı ləğv edilməli, apellyasıya şikayətinin təkrar olaraq Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Hazırki işdən görünür ki, qətnamədən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə göndərilməmiş, şikayəti Sumqayıt Şəhər İcra Hakimiyyətinnin hüquq və kadr məsələləri sektorunun müdiri Layiqə Hidayətova imzalasa da onun səlahiyyətini təsdiq edən sənədlər şikayətə əlavə edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətinin yuxarıda qeyd edilən xüsusatlara uyğun verilib-verilməməsini, eləcə də şikayəti imzalamış şəxsin həmin şikayəti imzalamaq səlahiyyətinin olub-olmamasını müəyyən etmədən apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi əsası ilə geri qaytarmışdır. Nəzərə alınmalıdır ki, apellyasiya şikayətinin yalnız prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılması halı artıq şikayəti vermiş şəxsin buna səlahiyyəti olması anlamına gəlməkdədir. Buna görə də ilk öncə məhkəmələr apellyasiya şikayətini onu verməyə və imzalamağa hüququ olan şəxs tərəfindən verilib-verilməməsini, imzalanıbimzalanmamasını yoxlamalıdır. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin apellyasiya şikayətinin qaytarılması adlı 363-cü maddəsinin strukturunda qeyd edilən əsas birinci qeyd edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi cavabdeh1 ekeltron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirildiyini, bununla da qətnamənin Sumqayıt Şəhər İcra Hakimiyyətinə verilmiş hesab olunduğunu qeyd etsə də iş materiallarında cavabdeh1 Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi olmasını təsdiq edən sənəd mövcud olmamışdır. Belə olduğu təqdirdə isə qətnamənin Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslandırmamış hesab olunmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardaddan verilmiş şikayət üzrə də eyni hallar baş verməklə yanaşı, həmçinin şikayət Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş * saylı Əlavəyə uyğun verilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı *(***)-***/**** saylı, 04.06..2026-cı il tarixli qərardadı ləğv edilməli, apellyasıya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasıya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün iş birinci instansiya məhkəməsinəqaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-769/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-769/2026
17.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver