Məhkəmə qərarları › İş №e-2(3-8)-774/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-774/2026

08.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-774/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqının ödənilməsi və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh MMC-dən işdən çıxdığı ##.##.2023-cü il tarixdən yekun məhkəmə qətnaməsi qəbul edilən tarixədək əmək kitabçasının verilmədiyi dövr üçün orta əmək haqqının ödənilməsinin təmin edilməsi, 9 aylıq 3105 manat əmək haqqının və ##.##.2023-cü il tarixdən yekun məhkəmə qətnaməsi qəbul edilən tarixədək əmək haqqının gecikməsinə görə faizlərin hesablanaraq ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi kompensasiyanın, ##.##.2023-cü il tarixdən yekun məhkəmə qətnaməsi qəbul edilən tarixədək məzuniyyət haqqının gecikməsinə görə faizlərin hesablanaraq ödənilməsi, əmək kitabçasının və hərbi biletin əslinin qaytarılması öhdəliynin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqının ödənilməsi və sair tələbinə dair iddia təmin edilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadı ilə sözügedən qətnamədən verilən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş üzrə iddiaçı İddiaçı şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətində göstərmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh MMC-dən işdən çıxdığı ##.##.2023-cü il tarixdən yekun məhkəmə qətnaməsi qəbul edilən tarixədək əmək kitabçasının verilmədiyi dövr üçün orta əmək haqqının ödənilməsinin təmin edilməsi, 9 aylıq 3105 manat əmək haqqının və ##.##.2023cü il tarixdən yekun məhkəmə qətnaməsi qəbul edilən tarixədək əmək haqqının gecikməsinə görə faizlərin hesablanaraq ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi kompensasiyanın, ##.##.2023-cü il tarixdən yekun məhkəmə qətnaməsi qəbul edilən tarixədək məzuniyyət haqqının gecikməsinə görə faizlərin hesablanaraq ödənilməsi, əmək kitabçasının və hərbi biletin əslinin qaytarılması öhdəliynin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamə ##.##.2026-cı il tarixdə elektron sistemdə yerləşdirilmişdir. Qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadı ilə şikayət gecikdiyi üçün geri qaytarılmışdır. Əsas olaraq qeyd edilir ki, qətnamə ##.##.2026-cı il tarixdə kabinetə yerləşdirilmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarının 151-ci səhifəsindəki Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, məhkəmə qətnaməsi ##.##.2026-cı il tarixdə İddiaçı nümayəndəsi və vəkili İsmayılov Yusif Yaşar oğlunun elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh isə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verməklə şikayət verilmə müddəti olan 1 aylıq müddəti ötürmüşdür. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşır və hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Qeyd olunan Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar