Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-785/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi X4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh Cavabdeh ona məxsus olan ünvan 1, mənzil 4 (Yeni qaydalarla : AZ 5011, ünvan 2) və ünvan 1, mənzil 5 (Yeni qaydalarla : AZ 5011, ünvan 3) ünvanlarında yerləşən mənzillərdən çıxarılması və onun və onun ailə üzvlərinin həmin mənzillərə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, ## ###### 2022-ci il tarixdə daşınmaz əmlakın AN-İ № ******* və AN-İ № ******* nömrəli və alqı-satqı müqavilələri əsasında müvafiq olaraq ünvan 1 ünvanında yerləşən * saylı mənzili (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 585, M2 ünvanında yerləşən ümumi sahəsi 65.4 kv. m. olan mənzili) və ünvan 1 ünvanında yerləşən * saylı mənzili (yeni qaydalarla: AZ 5011, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73.5 kv. m. olan mənzili) cavabdeh Cavabdeh hər biri 50000 manat olmaqla, ümumilikdə 100000 manat ödəməklə almışdır. Sözügedən mənzillər 2022-ci ilin mart ayından tam payda iddiaçının mülkiyyətindədir. Bunu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar təsdiq edir. Onu qeyd etmək istəyir ki, iddiaçı sözügedən mənzilləri cavabdehdən aldıqdan sonra cavabdeh onunla əlaqə saxlayaraq özlərinə yeni yaşayış yeri tapana qədər almış olduğu mənzildə qalmalı olduqlarını bildirmiş və mənzildə qaldıqları müddət ərzində də iddiaçıya kirayə haqqı ödəməyə hazır olduğunu qeyd etmişdir. Həmin tarixdən bu günə kimi iki ildən artıq vaxt keçmişdir. Cavabdeh və onun ailə üzvləri hələ də sözügedən mənzildən çıxmamışdır. Bununla bərabər iddiaçıya məxsus iki mənzil arasındakı divarı söküb mənzilləri birləşdirmişdirlər. Bununla da ona xeyli miqdarda zərər vurulmuşdur. İki mənzili olduğu halda cavabdeh və onun ailə üzvlərinə görə öz mülkiyyətində olan mənzildə yaşaya bilmir. Cavabdeh və onun ailə üzvlərinin sözügedən mənzillərdə qeydiyyatı yoxdur, yəni həmin şəxslərin sözügedən mənzilə dair heç bir hüuqu yoxdur. Cavabdeh və onun ailə üzvlərinin həmin mənzillərdə yaşaması onun bir mülkiyyətçi kimi hüuqlarının pozulması deməkdir. Həmçinin, cavabdeh ödəməyə hazır olduğunu bildirdiyi kirayə haqqını da ödəməmişdir. Dəfələrlə cavabdehə mənzilləri boşaltmaları barədə xəbərdarlıq olunsa da cavabdeh və onun ailə üzvləri mənzillərdən çıxmaqdan boyun qaçırmışdır. Bu səbəblə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh və onun ailə üzvləri iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən * saylı mənzildən və ünvan 1 ünvanında yerləşən * saylı mənzildən çıxarılmalı iddiaçı və onun ailə üzvləri həmin mənzillərə köçürülməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh ünvan 1, * saylı mənzil və ünvan 1, * saylı mənzildən çıxarılması, iddiaçı İddiaçı ünvan 1, * saylı mənzil və ünvan 1, * saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixində alqı-satqı müqavilələri ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 12A, * saylı və * saylı mənzilləri Cavabdeh almışdır. Həmin mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il və ##.##.2022-ci il tarixli çıxarışlara əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmiş, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Belə ki, cavabdeh iddiaçıya məxsus mənzildə hər hansı bir qanuni əsas olmadan yaşayır və həmçinin məhkəməyə mənzilə dair hər hansı hüquqlarının olmasına dair sənəd də təqdim edə bilməmişlər. Mübahisəli yaşayış sahələri iddiaçının mülkiyyətində olduğu halda, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuş, onun məhrum olduğu əmlaklar naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə mübahisəli əşyaya sahiblik hüququ yoxdur. Cavabdehin mübahisəli mənzillərdə məskunlaşması həmin mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olur. Eyni zamanda iddia tələbində iddiaçı ailə üzvlərinin bu mənzilə köçürülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin iddiaçının ailə üzvlərinin qeyd olunan mənzilə köçürülməsi hissəsi qeyri-müəyyən olmaqla aydın deyildir. Belə ki, ailə üzvlərinin adları tam olaraq qeyd olunmamış, eyni zamanda onlar tərəfindən belə bir tələblə məhkəməyə müraciət edilmədiyindən həmin mənzilə köçürülmələri ilə bağlı niyyətlərinin olubolmaması müəyyən deyildir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin152.1, 152.5, 157.2, 178.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyət hüququnun mövcudluğu əsas götürülsə də tərəflər arasındakı faktiki münasibətlər, xüsusilə də mübahisəli mənzillərin alqı-satqısının real xarakteri tam araşdırılmamışdır. Belə ki, tərəflər arasında real olaraq daşınmaz əmlakın alqı-satqısı məqsədi olmamış, cavabdeh iş adamı kimi ticarət fəaliyyəti üçün faizlə pul götürmüş və qeyd olunan mənzilləri girov qismində iddiaçının adına rəsmiləşdirmişdir. Cavabdeh tərəfindən götürülmüş borc və faiz məbləğlərinin böyük hissəsi (62.000 manat qarşılığında 35.000 manat, həmçinin sonradan alınan 10.000 manat) iddiaçıya geri qaytarılmışdır. Həmçinin apellyasiya və Ali Məhkəmə mərhələlərində tərəflər arasında mənzilin "ata mənzili" olması səbəbi ilə satılacağı təqdirdə cavabdehə satılması barədə qiymət razılığı əldə olunmuşdur. Birinci instansiya məhkəməsi bu halları, tərəflərin şifahi sövdələşmələrini və borc münasibətlərini tam nəzərə almadan, birtərəfli qaydada qətnamə çıxarmışdır. Məhkəmə cavabdeh tərəfinin borcun qaytarılması, telefon danışıqları və tərəflər arasındakı real sövdələşmə barədə dəlillərini araşdırmamış, sübutları birtərəfli qiymətləndirərək MPMnin 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə tərəflər arasında mövcud olmuş real borc münasibətlərini və mənzillərin faktiki olaraq girov qoyulması faktını aydınlaşdırmamışdır. Cavabdeh tərəfi 62.000 manat borc qarşılığında 35.000 manat pul ödədiyini, eləcə də digər 10.000 manatlıq borcu tam bağladığını bəyan etsə də, məhkəmə bu pul hesablaşmalarını və tərəflər arasındakı telefon danışıqları qeydlərini sübut kimi araşdırmadan xitam vermişdir. Bu halların aydınlaşdırılması mənzildən çıxarılma iddiasının əsassızlığını sübut etmək üçün mühüm əhəmiyyət kəsb edirdi. Birinci instansiya məhkəməsi tərəfindən işin ədalətli həlli üçün prinsipial əhəmiyyət kəsb edən halların araşdırılması tamamilə kənarda qoyulmuşdur. Belə ki, tərəfindən iş üzrə real borc öhdəliklərini, mənzillərin faktiki olaraq girov müqabilində rəsmiləşdirilməsi və nəğd pul hesablaşmaları faktını təsdiq edə biləcək üçüncü şəxslərin işə tərəf kimi əlavə olunması barədə vəsatət qaldırılsa da, məhkəmə bu şəxslərin məhkəmə iclasına dəvət olunmasını və dindirilməsini təmin etməmiş, bununla da müdafiə hüququnu birbaşa məhdudlaşdırmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, üçüncü şəxs kimi çağırılmasını istədiyi şəxslər, iş materiallarında olan ##.##.2014-cü il tarixli, AN-İ № ******* nömrəli müqavilə üzrə * saylı mənzilin əvvəlki satıcısı X3 və ##.##.2014-cü il tarixli, AN-İ № ******* nömrəli müqavilə üzrə * saylı mənzilin əvvəlki satıcısı X2 idilər. Bu şəxslərin dindirilməsi həm mənzillərin onun tərəfindən hələ 2014-cü ildə qanuni əsaslarla və real bazar qiymətinə (müvafiq olaraq 39.200 manat və 48.595,60 manata) alınmasını, həm də bu mənzillərin məhz onun tərəfimdən birləşdirilərək "ata mənzili" kimi istifadə olunması tarixçəsini, eləcə də iddiaçı ilə aralarındakı xalis borc-girov münasibətlərinin mahiyyətini tam aydınlaşdıracaqdı. Bununla yanaşı, qətnamədə istinad olunan əvvəlki məhkəmə mübahisələri ilə bağlı bildirir ki, tərəflər arasındakı müqavilələrin etibarsızlığı barədə çıxarılmış keçmiş qərardan, o cümlədən Ali Məhkəmənin qərarından tərəfindən məhkəməyə müvafiq şikayət verilmişdir və hazırda həmin icraat davam etməkdədir. Məhkəmə iddiaçının mənzili tam alqı-satqı məqsədilə və qanuni əsaslarla əldə etdiyi nəticəsinə gəlmişdir. Lakin cavabdeh tərəfindən mənzillərin arasındakı divarın sökülərək birləşdirilməsi (əmlakın vahid hala salınması) və cavabdehin uzun müddət orada maneəsiz yaşaması faktı göstərir ki, tərəflər arasında mülkiyyətin real ötürülməsi deyil, yalnız formal sənədləşmə olmuşdur. İddiaçının mənzili "real yaşayış sahəsi" kimi alması faktı ziddiyyətli sübutlarla əhatələnmiş və tam təsdiqini tapmamışdır. Məhkəmə belə bir səhv nəticəyə gəlmişdir ki, cavabdeh mənzildə heç bir hüquqi əsas olmadan yaşayır. Halbuki, işin halları bəyan edir ki, əvvəlki instansiyalarda və Ali Məhkəmədə işə baxılarkən tərəflər arasında mənzilin satılacağı təqdirdə cavabdehə qaytarılması ilə bağlı qiymət razılığı daxil olmaqla müəyyən razılıqlar əldə edilmişdir. Məhkəmənin tərəflər arasında heç bir hüquqi əlaqənin və ya öhdəliyin olmaması qənaəti işin faktiki gedişatına tamamilə ziddir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddiaçı ilə razılıq əldə olunması ilə bağlı danışıqlar gedir. Evi satmamışdır, iddiaçı evi görməyib. 62000 manat qarşıllığında evi girov qoymuşdur. 35000 manat geri qaytarmışdır. 100000 manat verməyə hazırdır, lakin qarşı tərəf 140000 manat tələb edir. Hazırda 120000 manat barədə razılıq əldə olunması üçün 1 ay müddətinə məhkəmə iclasını təxirə salınmasını xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdeh X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ## #### 2022-ci il tarixli və ********** qeydiyyat nömrəli, ## #### 2022ci il tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”lardan görünür ki, ünvan 1, mənzil 4 və ünvan 1, mənzil 5 üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
13. ## ###### 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1, * saylı mənzili İddiaçı satmışdır.
14. ## ###### 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1, * saylı mənzili İddiaçı satmışdır.
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1, * saylı mənzildə qeydiyyatda heç bir şəxs yoxdur.
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1, * saylı mənzildə qeydiyyatda heç bir şəxs yoxdur.
17. Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki,iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və borc məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbini təmin edildiyi hissədə yoxlanılmışdır
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzillər cavabdeh tərəfindən iddiaçıya satılmış, həmin mənzilllər üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin, cavabdeh həmin mənzildən çıxmamışdır.
25. Məhkəmə kollegiyası mübahisəli mənzillərin borc qarşılığından girov qoyulması, müqavilələrin formal bağlanması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, mübahisəli mənzillərin alqı-satqı müqavilələri cavabdeh tərəfindən mübahisələndirilərək, müqavilələrin etibarsız hesab edilməsi və borc məbləğinin geri qaytarılması tələblə məhkəməyə müraciət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*****/**** saylı qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi mübahisə predmeti olan evin alqı-satqısına dair müqavilələr mübahisələndirilmiş, lakin iddia tələbi təmin edilməmişdir ki, bununla da cavabdehin alqı-satqının etibarsızlığına da dair dəlilləri əsassız olmuşdur. Həmin qətnamələrlə müəyyən edilmiş hallar hazırkı mübahsiə üzrə preyudisial əhəmiyyət kəsb etməklə, cavabdehin iddiaçının müklkiyyətində olan mənzillər üzərindəki faktiki sahibliyi qanunsuz olmuşdur. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.