Məhkəmə qərarları › İş №e-2(3-8)-827/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-827/2026

07.07.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-827/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə2 cavabdeh Cavabdeh MMC-yə qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla ona məxsus Qusar rayonu Xürel kəndi ərazisində yerləşən 1,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh MMC-nin çıxarılması, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilmiş, ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı məxsus Qusar rayonu Xürel kəndi ərazisində yerləşən 1,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh MMC-nin çıxarılması, həmin torpaq sahəsinin cavabdeh Cavabdeh MMC-nin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq iddiaçı İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsinin tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X2 bildirdi ki, apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə vermişlər. Apellyasiya şikayətini özü imzalayıb. Şirkətin elektron imzası var. MMC-nin elektron imzası hüquqşünasdadır, şikayəti ona təqdim edib, şikayəti hüquqşünas imzalayıb. Əliyev Zakir MMC- nin baş direktorudur. Apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Həmin Məcəllənin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.1-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər, həmçinin apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “xxxx” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “xxxx” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından müəyyən edilir ki, cavabdeh MMC tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilərək kabinetdə sənədlər bölməsində “xxxx” funksiyasından istifadə edilərək “xxxx” formatında əlavə edilmiş və MMC-nin direktoru Əliyev Zakir tərəfindən imzalanaraq işin əlavə sənədi kimi elektron kabinetə əlavə edilmiş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron qaydada imzalanmadığından geri qaytarılmışdır. Bundan sonra ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi nümayəndə1 tərəfindən apellyasiya şikayəti “Microsoft Word” formatında tərtib edilərək "xxxx" informasiya sistemində MMC-yə məxsus elektron kabinetdə sənədlər bölməsində “xxxx” funksiyasından istifadə edilərək MMC-nin direktoru Əliyev Zakir tərəfindən imzalanmaqla işin əlavə sənədi kimi elektron kabinetə əlavə edilmişdir. Lakin apellyasiya şikayəti MMC-yə məxsus elektron kabinetdə mülki iş üzrə “yeni şikayət + ” bölməsində yaradılmamış, bununla da Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin Məcəllənin * nömrəli əlavəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin forma və məzmununa uyğun tərtib edilməmişdir. Mülki Prosessual Məcəllənin 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı apellyasiya şikayətində göstərilməlidir. Həmçinin, apellyasiya şikayətindən görünür ki, cavabdeh şikayətin sonunda Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, "xxxx" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə xxxx icraatı çərçivəsində verilən apellyasiya şikayəti həmin Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun təqdim edilmədikdə, belə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Qanunverici bu normanı imperativ qaydada təsbit etmiş və birinci instansiya məhkəməsinə həmin prosessual tələblərə əməl olunmasını yoxlamaq və tələblər pozulduğu halda apellyasiya şikayətini qaytarmaq vəzifəsi həvalə etmişdir. Mülki Prosessual Məcəllənin qeyd olunan müddəalarının məzmunundan göründüyü kimi, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada təqdim olunmasının yoxlanılması apellyasiya instansiyası məhkəməsinin deyil, birinci instansiya məhkəməsinin prosessual vəzifəsidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini apellyasiya instansiyasına göndərməzdən əvvəl onun qanunun forma və təqdim edilmə qaydalarına uyğunluğunu yoxlamalı, şikayətin xxxx icraatı qaydasında mütləq elektron kabinet vasitəsilə elektron qaydada imzalanıb-imzalanmadığına və MPM-nin tələblərinə uyğun tərtib edilməsi hallarını yoxlamalıdır. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh MMC tərəfindən ##.##.2026-cı il tarixdə “xxxx” formatında sistemə yüklənmiş apellyasiya şikayətini elektron qaydada imzalanmaması əsası ilə geri qaytarsa da, geri qaytarılmış ##.##.2026-cı il tarixli şikayətlə eyni forma və məzmunda olan, lakin “Microsoft Word” formatında tərtib edilərək ##.##.2026-cı il tarixdə elektron kabinetə işin əlavə sənədi kimi əlavə edilmiş şikayət ərizəsini elektron qaydada imzalanmış apellyasiya şikayəti kimi qəbul edərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bununla da məhkəmə apellyasiya şikayəti "xxxx" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ünvanlansa da, şikayətin elektron qaydada tərtib olunmadığına, eləcə də şikayətin sonunda başqa məhkəmə qərarının ləğv edilməsinin qeyd edilməsinə qiymət vermədən, apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayəti MPM-nin 361-363-cü maddəsinin tələblərinə uyğun olmadığından, bununla da işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR A RA ALDİ: Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“xxxx” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar