Məhkəmə qərarları › İş №e-2(3-8)-839/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-839/2026

21.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-839/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı “AZRİB” MMC-nin cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərardadından iddiaçı “AZRİB” MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: “AZRİB” MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9093,24 manat dəymiş ziyanın və ödənilmiş 60 manat dövlət rüsumunun cavabdeh Cavabdeh Mahadur oğlundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə (hakim Sərxan Səmədzadə) “AZRİB” MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ərizəsi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün müvafiq qaydada dövlət rüsumunu ödəməmişdir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. “AZRİB” MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Belə ki, Dövlət rüsumu haqqında qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş əmək mübahisəsi olmaqla cavabdehin əmək fəaliyyəti nəticəsində iddiaçıya vurduğu ziyan barədədir. Buna görə də ilk əvvəl mediasiyaya da müraciət edilmişdir. Lakin məhkəmə bunu nəzərə almadan əsassız qərardad qəbul etmişdir. Məhkəmənin sözügedən qərardadı vahid məhkəmə təcrübəsini də pozmuşdur. Belə ki, eyni predmetli işlər barədə dövlət rüsumu ödənilmədən məhkəməyə müraciət edilmiş, məhkəmə isə qanuni olaraq iddia ərizəsini icraata qəbul edərək baxışa təyin etmişdir. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli e-*(*-***)-****/**** nömrəli qərardadı qanunvericiliyin pozulması ilə çıxarılmışdır, buna görə də ləğv edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşəgötürən əmək fəaliyyəti ilə məşğul olmamaqla, işçinin əməyini ödəyən şəxs hesab olunur. Göründüyü kimi qanunvericlilik yalnız işçinin əmək fəaliyyəti və əməyinin ödənilməsi ilə bağlı mübahisələrə dair iddia ərizəsi verilərkən dövlət rüsumun ödənilməsini istisna etmişdir. Buna görə də iddaçının şikayəti əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “AZRİB” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar