Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-885/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun ##.##.1993cü il tarixindən ## ###### 1993-cü il tarixədək, yəni N nömrəli hərbi hissə ləğv olunan tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi faktın təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Gülsarə İmanova) iddia ərizəsi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəyə əlavə edilmiş Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-**/*-F-*****-**/**** nömrəli məktubun məzmunundan aydın olur ki, ərizəçiyə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Maraqlı şəxs Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə ##.##.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuş və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanunun 14.8-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malik olması izah edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi Ərizəçi qeyd edilən tələblə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında məhkəməyə müraciət etməlidir. Ərizəçi Ərizəçi Zəngilan Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadından şikayət verərək, məhkəmədən qərardadın ləğv edilməsini və işi məhkəmə icraatına qəbul edərək mümkün hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun ##.##.1993-cü il tarixindən ## ###### 1993-cü il tarixədək, yəni N nömrəli hərbi hissə ləğv olunan tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi faktın təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, ərizə məhkəmədə baxılmalı olmadığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-**/*-F-*****-**/**** nömrəli məktubun məzmunundan aydın olur ki, ərizəçiyə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Maraqlı şəxs Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə ##.##.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuş və “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malik olması izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi Ərizəçi qeyd edilən tələblə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında məhkəməyə müraciət etməlidir. Hesab edir ki, ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qəbul etdiyiniz qərardad əsassız sayılaraq ləğv edilməli və iş məhkəmə icraatına qəbul edilməlidir. Belə ki, Maraqlı şəxs Şəxsi Heyət Baş İdarəsinin ## ##### 2025-ci il tarixli, *-**-**/*-H-**/*-**/**** nömrəli və ## ###### 2025ci il tarixli, *-**-**/*-K-*****-**/**** nömrəli məktublarından görünür ki, Ərizəçi “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın # ##### 2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Maraqlı şəxsMərkəzi Arxivinin # #### 2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə # ##### 1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə Ərizəçi “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Ərizəçi Maraqlı şəxs imtina məktubundan Sumqayıt İnzibati Məhkəməsinə şikayət vermiş və Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddiası təmin edilməmişdir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf olan Müdafiə Nazirliyinin mövqeyinə görə isə 0# ##### 1993-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar mövcud deyil, həmçinin müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində Ərizəçi barəsində əlavə məlumat aşkar olunmamışdır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması və ya döyüş əməliyyatları zamanı yaralanması barədə hər hansı bir sübut mövcud deyildir. Müdafiə Nazirliyi tərəfindən Ərizəçi “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ona görə imtina edilmişdir ki, Ərizəçi 0# ##### 1993cü il tarixdən sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin qərarından da görünür ki, məhkəmə də eyni əsasla iddianı təmin etməmişdir. Belə olduğu təqdirdə, ərizəçi Ərizəçi ##.##.1993-cü il tarixindən ## ###### 1993-cü il tarixədək, yəni N nömrəli hərbi hissə ləğv olunan tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi faktını təsdiq etdirmək üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmır. MPM-in 308-ci maddəsində də qeyd edilir: Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-nin 310-cu maddəsində qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutlar göstərilməlidir. Hesab edir ki, Maraqlı şəxs cavab məktublarında və Sumqayıt İnzibati Məhkəməsinin araşdırma nəticəsində verdiyi qərarda ərizəçi Ərizəçi lazımi sənədləri əldə edə bilməməsi təsdiq olunur. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumuun ## ##### 2019-cu il tarixli, ** nömrəli qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının məzmunundan görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsini əslində iddianın yolverilməzliyinə görə Mülki Prosessual Məcəlləsnin 153.2.1-ci maddəsinə əsasən qəbulundan imtina etməklə geri qaytarmış, lakin səhvən Mülki Prosessual Məcəlləsnin 152.1.3-cü maddəsinə istinad etmişdir ki, məhkəmə kollegiyası formal texniki səhvə görə qərardadın ləğv edilərək, yenidən iddianın qəbulundan imtina edilməsinə zərurət görməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-885/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-885/2026
28.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver