Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-894/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı X1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov Ilqar Kamal oğlu, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi ilə, Iddiaçı X1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Işin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli məhkəmə əmri ilə ## #### 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş və ünvan 2 ünvanında yaşayan borclu cavabdeh2 və ## ### 1970-ci ildə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş və ünvan 1 ünvanında yaşayan borclu (zamin) cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 50/14 ünvanında qeydiyyatda olan kreditor X1 xeyrinə 1367 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manat, cəmi 1388 manat pul tutulması qət edilmişdir.
2. ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən məhkəmə qərarının icrası 11 il, 02 ay, yəni 134 ay gecikdirilərək icra olunduğundan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən 774,96 manat məbləğində hesablanmış faiz borcunu bildirişi aldığı gündən 5 gün müddətində kreditor “Sunny Electronics” mağazası (tələbkar) X1 məxsus bank hesabına ödənilməsi tələb edilmiş, əks halda hesablanmış faiz borcu və eyni zamanda məhkəmə xərclərinin ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə olunacağı barədə xəbərdarlıq edilmişdir. 3.Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “Icraata xitam verilməsi haqqında” Qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2014-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. 4.## ###### 2025-ci il tarixli, ## #### 2025-ci il tarixli, ## ### 2025-ci il tarixli, ## ### 2025-ci il tarixli qəbzdən görünür ki, X1 ## ###### 2025-ci ildə 238 manat, ## #### 2025-ci il tarixdə 250 manat, ## ### 2025-ci il tarixədək 650 manat, ## ### 2025-ci i tarixdə 250 manat məbləğində pul vəsaiti ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı X1 cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı iddia qaldıraraq qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdeh(lər) cavabdeh2 və cavabdeh1 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 774,96 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla cəmi 807,16 manat məbəğində pulun tutularaq iddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) X1 (Sunny Electronics) mağazası (bundan sonra iddiaçı) cavabdeh cavabdeh2 (bundan sonra cavabdeh) arasında bağlanmış ## ###### 2012-ci il tarixli, **** saylı alqı-satqı müqaviləsinə əsasən borcluya 1367 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 18 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh(lər) müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdırlar. Daha sonra gecikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ****/**** saylı, ##.##.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular cavabdeh2 və cavabdeh1 cəmi 1388 manat məbləğində pul müştərək qaydada tutularaq X1 xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 11 il, 02 ay, yəni (134 ay) müddətində ##.##.2025-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdeh(lər) qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı, öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin cavabdeh(lərin) məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 1388 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (1388 azn x 0,05 % = 69,40 azn / 12 = 5,78 azn x 134 ay = 774,96 azn ) təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdeh(lərə) rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdeh(lər) icra etməmişlər (ödəməmişlər).
7. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 763 (yeddi yüz altmış üç) manat, 04 (dörd) qəpik məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1 (bir) manat, 80 (səksən) qəpik məbəğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbəğində pul və 40 (qırx) qəpik bank xidmət haqqı olmaqla cəmi 807,16 manat məbləğində pulun tutularaq iddiaçı X1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ****/**** saylı, ##.##.2014-cü il tarixli məhkəmə əmri ilə ## #### 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş və ünvan 2 ünvanında yaşayan borclu cavabdeh2 və ## ### 1970-ci ildə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş və ünvan 1 ünvanında yaşayan borclu (zamin) cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 50/14 ünvanında qeydiyyatda olan kreditor X1 xeyrinə 1367 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manat, cəmi 1388 manat pulun tutulması qət edilmişdir. Icra sənədi üzrə borc ##.##.2025-ci il tarixdə tam şəkildə ödənilmişdir. Cavabdehlər məhkəmə qətnaməsi ilə tutulan pul məbləğinin ödənilməsini gecikdirdiklərindən hazırda iddiaçı (kreditor) məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 774,96 manat məbləğində faiz borcunun, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1.80 manat, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı olmaqla cəmi 807,16 manat məbləğində pulun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarlarında istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış borcun tutulması tələbi əsaslıdır. Lakin gecikdirilən dövrə görə tələb edilən vəsaitə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən faiz hesablanarkən məhkəmə əmri ilə tutulmuş 1388 manat məbləğin bütün gecikmə müddəti ərzində dəyişməz qaldığı qəbul edilmişdir. Halbuki iş materiallarından görünür ki, həmin məbləğin tərkibinə 1367 manat əsas borc və 21 manat dövlət rüsumu daxildir. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faiz pul öhdəliyinin icrasının gecikdirilməsinə görə tətbiq edilən qanuni faiz olduğundan, onun hesablanması məhkəmə xərclərinə deyil, yalnız əsas borc məbləğinə münasibətdə aparılmalıdır. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, icra sənədi üzrə borc birdəfəlik deyil, hissəhissə ödənilmişdir. Belə ki, ## ###### 2025-ci il tarixdə 238 manat, ## #### 2025- ci il tarixdə 250 manat, ## ### 2025-ci il tarixdə 650 manat və ## ### 2025-ci il tarixdə 250 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Buna görə də borcun qalıq məbləği hər bir ödənişdən sonra azalmış və faizlərin hesablanması zamanı həmin hallar nəzərə alınmalıdır. Məhkəmə hesab etmişdir ki, borcun müəyyən hissəsi ödənildikdən sonra artıq ödənilmiş məbləğə görə sonrakı dövr üçün faiz hesablanması Mülki Məcəllənin 445.7-ci maddəsinin məqsədinə uyğun deyildir. Çünki həmin norma kreditorun faktiki olaraq istifadə edə bilmədiyi pul vəsaitinə görə kompensasiya xarakteri daşıyır və yalnız ödənilməmiş qalan borc hissəsinə tətbiq oluna bilər. Buna görə də məhkəmə hesab etmişdir ki, 1367 manat məbləğində əsas borca ## ###### 2014-cü il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddət üçün illik beş faiz hesablanmalıdır. Daha sonra ## ###### 2025ci il tarixdə həyata keçirilmiş 238 manat məbləğində ödəniş nəzərə alınaraq qalan 1129 manat borca ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək olan müddət üçün faiz hesablanmalı, sonrakı mərhələdə ## #### 2025-ci il tarixdə ödənilmiş 250 manat məbləğ çıxıldıqdan sonra qalan 879 manat borca ## #### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək olan müddət üçün faiz hesablanmalı, nəhayət, ## ### 2025-ci il tarixdə ödənilmiş 650 manat məbləğ nəzərə alınmaqla qalan 229 manat borca ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək olan müddət üçün faiz hesablanmalıdır. Aparılmış hesablamaya əsasən, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış qanuni faiz məbləği 763,04 manat təşkil edir. Buna görə də iddia tələbi faiz hissəsində tam deyil, həmin məbləğdə əsaslı hesab edilməli və qismən təmin olunmalıdır.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 442, 443.1, 445.7, 448.1, 448.2, 740.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini, məhkəmə iddianın tam rədd edilməsini mümkün hesab etmədiyi halda, əlavə 5 faiz icra ödənişinin hesablanmasının qanuniliyi və düzgünlüyünün yenidən yoxlanılmasını, hesablamalardakı uyğunsuzluqlara hüquqi qiymət verilməsi və tutulacaq məbləğin konkret işin halları, könüllü icra faktı və proporsionallıq prinsipi nəzərə alınmaqla azaldılmasını xahiş etmişdir. 11.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə bütün mühüm halları tam və hərtərəfli araşdırmamış, təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Iş materiallarından görünür ki, tərəflər arasında həmin kredit öhdəliyi ilə bağlı əvvəllər də məhkəməmübahisəsi olmuş, iddiaçı əsas borc üzrə indeksasiya tətbiq edilməsini tələb etmişdir. Həmin iş üzrə məhkəmə müəyyən etmişdir ki, əsas borc tam ödənilmişdir və bu səbəbdən indeksasiya tələbi təmin edilməmişdir. Hazırkı işə baxılarkən birinci instansiya məhkəməsi həmin məhkəmə aktı ilə müəyyən olunmuş hallara lazımi hüquqi qiymət verməmiş, əvvəlki qətnamənin hüquqi nəticələrinin hazırkı mübahisəyə təsirini araşdırmamışdır. Icra sənədinin mövcudluğundan xəbər tutduqdan sonra hər hansı məcburi icra tədbirlərinin tətbiqini gözləmədən borcun tam məbləğini öz təşəbbüsü ilə ödəmişdir. Icra məmuru tərəfindən icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi də bunu təsdiq edir. Bu hal göstərir ki, öhdəliyin yerinə yetirilməsindən qəsdən yayınma halı olmamışdır. Birinci instansiya məhkəməsi bu mühüm faktın hüquqi nəticələrini lazımi qaydada qiymətləndirməmişdir. Icra məmuru tərəfindən icraatın xitam verilməsi haqqında qərar qəbul olunmuşdur ki, bu da öhdəliyin tam icra edildiyini təsdiq edir. O, borcun ödənilməsindən yayınmamış, əksinə, məlumat əldə etdikdən dərhal sonra öhdəliyini könüllü yerinə yetirmişdir. Birinci instansiya məhkəməsi bu halı formal şəkildə qeyd etsə də, həmin faktın hüquqi nəticələrini qiymətləndirməmişdir. Qeydiyyatda olduğu yaşayış ünvanı dəyişməsə də, faktiki olaraq həmin ünvanda yaşamamışdır. Icra sənədinin mövcudluğundan yalnız elektron hökumət portalı vasitəsilə xəbər tutmuşdur. Məhkəmə ona icra sənədlərinin və bildirişlərin faktiki qaydada çatdırılıbçatdırılmamasını araşdırmadan nəticəyə gəlmişdir. Iş üzrə bu halın tam araşdırılmaması işin faktiki hallarının natamam müəyyən edilməsinə səbəb olmuşdur. Qətnamədə aparılmış hesablamaların düzgünlüyü şübhə doğurur. Qətnamədə göstərilən ayrı-ayrı məbləğlərin cəmi yekun nəticə kimi göstərilən məbləğlə uyğun gəlmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin ziddiyyəti araşdırmamış, hesablamaların necə aparıldığını əsaslandırmamışdır. Məhkəmə qərarı tam, aydın və daxili ziddiyyətsiz olmalı olduğu halda, bu riyazi uyğunsuzluq qərarın qanuniliyinə və əsaslandırılmışlığına şübhə yaradır. Apellyasiya instansiyasından hesablamaların yenidən yoxlanılmasını və zərurət olduqda məhkəmə-mühasibat hesablamasının aparılmasını xahiş edir. Məhkəmə yalnız "Icra haqqında" Qanunun tətbiqi ilə kifayətlənmiş, lakin konkret işin xüsusiyyətlərini kifayət qədər nəzərə almamışdır. Belə ki, borc könüllü şəkildə tam ödənilmişdir; icraata xitam verilmişdir; əvvəlki məhkəmə qətnaməsində əsas borcun tam ödənildiyi müəyyən edilmişdir; hesablamalarda ziddiyyət mövcuddur; o, icra sənədindən xəbər tutduqdan dərhal sonra öhdəliyi yerinə yetirmişdir. Bu hallar birlikdə qiymətləndirilmədən yalnız formal əsaslarla iddianın təmin edilməsi qanunilik və ədalət mühakiməsinin məqsədlərinə uyğun hesab edilə bilməz. Hazırda ailənin yeganə işləyən üzvüdür. Himayəsində azyaşlı övladı vardır. Əmək haqqı minimum əmək haqqına yaxın məbləğ təşkil edir. Bu hallar məhkəmə tərəfindən lazımi səviyyədə nəzərə alınmamışdır.
Apellyasiya şikayətinə etiraz
12. Iddiaçı X1 apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə, iş üzrə toplanmış sübutlar tam və obyektiv qiymətləndirilməklə qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilən bütün arqumentlər birinci instansiya məhkəməsində araşdırılmış, onlara hüquqi qiymət verilmiş və qətnamədə əsaslandırılmış cavab verilmişdir. Azərbaycan Respublikası MPM-in sübutetmə prinsiplərinə əsasən apellyasiya instansiyası yalnız qətnamənin qanuniliyini və əsaslılığını yoxlayır. Şikayətçi isə yeni sübut təqdim etmədən yalnız əvvəlki arqumentlərini təkrar etmişdir. Şikayətçi bildirir ki, borcu könüllü ödəmişdir. Lakin iş materialları tam əksini sübut edir. ##.##.2014-cü il tarixli məhkəmə əmri ilə tutulmalı olan borc yalnız ##.##.2025-ci ildə tam icra edilmişdir. Deməli, məhkəmə qərarı 11 ildən artıq müddətdə icra edilməmişdir. Şikayətçinin ödənişi yalnız icra sənədi icraya yönəldildikdən sonra etməsi gecikmə faktını aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə və Konstitusiya Məhkəməsinin ##.##.2014- cü il tarixli Plenum qərarına əsasən borclu pul öhdəliyinin icrasını gecikdirdikdə kreditor gecikdirilmiş müddət üçün illik 5 faiz tələb etmək hüququna malikdir. Rayon məhkəməsi də məhz bu hüquqi mövqeni tətbiq etmişdir.Apellyasiya şikayətində bildirilir ki, guya cavabdeh məhkəmə aktlarından və icra sənədindən gec xəbərtutmuşdur. Lakin bu iddia yalnız şəxsi izahatdan ibarətdir. Iş materiallarında bildirişlərin qanunsuz göndərilməsi və ya ümumiyyətlə göndərilməməsini təsdiq edən heç bir sübut yoxdur. Əksinə, məhkəmə müəyyən etmişdir ki, məhkəmədənkənar pretenziya göndərilmiş, icra icraatı aparılmış, borc hissə-hissə ödənilmişdir. Apellyasiya şikayətində hesablamalarda ziddiyyət olduğu göstərilir. Bu arqument də iş materialları ilə təkzib olunur. Əksinə, rayon məhkəməsi iddiaçının təqdim etdiyi hesablamanı tam qəbul etməmiş, hesablamaları özü yenidən aparmışdır. Məhkəmə müəyyən etmişdir ki, faiz yalnız əsas borca hesablanmalıdır; dövlət rüsumuna faiz hesablanmamalıdır; hissə-hissə ödənişlər nəzərə alınmalıdır. Bu səbəbdən tələb olunan 774,96 manat deyil, 763,04 manat hesablanmışdır. Beləliklə, hesablamalar artıq məhkəmə tərəfindən yenidən yoxlanılmış və cavabdehin xeyrinə düzəliş edilmişdir. Apellyasiya şikayətində isə hansı hesablamanın konkret olaraq səhv olduğu göstərilmir və alternativ hesab təqdim olunmur. Şikayətçi əvvəlki məhkəmə qərarının nəzərə alınmadığını bildirir. Halbuki həmin qərar əsas borcun tutulması ilə bağlı olmuşdur. Hazırkı mübahisə isə tamamilə başqa predmet üzrə — pul öhdəliyinin uzun müddət gecikdirilməsinə görə qanuni 5 faiz tələbi barədədir. Bu səbəbdən əvvəlki məhkəmə aktı hazırkı mübahisənin predmetini aradan qaldırmır. Birincii instansiya məhkəməsi də bu səbəbdən MM-in 445.7-ci maddəsini və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini tətbiq etmişdir. Apellyasiya şikayətində ailə vəziyyəti və gəlirlərin az olması göstərilmişdir. Lakin bu hallar məhkəmə qətnaməsinin qanuniliyinə təsir göstərən hüquqi əsas hesab edilmir. Mülki məsuliyyət öhdəliyin pozulması faktından irəli gəlir və şəxsin gəlir səviyyəsindən asılı olaraq aradan qalxmır. Sumqayıt Şəhər Məhkəməsi bütün sübutları araşdırmış, cavabdehin izahatlarını dinləmiş, hesablamaları yenidən aparmış, iddiaçının hesablamasını tam qəbul etməmiş, qanunvericiliyi və Konstitusiya Məhkəməsinin Plenum qərarlarını tətbiq etmiş, nəticədə iddianı qismən təmin etmişdir. Bu hal məhkəmənin obyektiv mövqe tutduğunu və yalnız qanunun tələblərindən çıxış etdiyini göstərir. Apellyasiya şikayətində isə qətnamənin ləğvi üçün MPM-in nəzərdə tutduğu əsaslar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün aşağıdakı hallardan ən azı biri müəyyən edilməlidir: maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; iş üçün əhəmiyyətli olan faktiki halların tam müəyyən edilməməsi; məhkəmənin müəyyən etdiyi halların sübut edilməməsi; qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi. Hazırkı iş üzrə həmin əsasların heç biri mövcud deyildir. Birinci instansiya məhkəməsi iş materiallarını tam araşdırmış, cavabdehin izahatlarını dinləmiş, bütün yazılı sübutları qiymətləndirmiş, hesablamaları yenidən aparmış, iddiaçının hesablamasını olduğu kimi qəbul etməmiş, nəticədə iddianı qismən təmin etmişdir. Belə olan halda apellyasiya şikayətində yalnız birinci instansiyada araşdırılmış arqumentlərin təkrar olunması qətnamənin ləğvi üçün hüquqi əsas yarada bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə apellyasiya icraatının məqsədi işə yenidən tam həcmdə baxmaq deyil, birinci instansiya məhkəməsinin yol verdiyi mümkün hüquqi və faktiki səhvləri aradan qaldırmaqdır. Iş üzrə bütün sübutların təqdim olunması və araşdırılması əsasən birinci instansiyanın funksiyasıdır. Şikayətçi isə apellyasiya instansiyasına yeni sübut təqdim etməmiş, yalnız birinci instansiyada araşdırılmış arqumentləri təkrar etmişdir. Bu isə apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət etmir. Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinə və Konstitusiya Məhkəməsinin həmin maddənin tətbiqi ilə bağlı hüquqi mövqeyinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlayır; maddi hüquq normalarının düzgün tətbiqini qiymətləndirir; prosessual hüquq normalarına riayət olunmasını isə zərurət olduqda şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Prosessual hüquq pozuntusu müəyyən olunmamış, cavabdeh də belə pozuntunu sübut edə bilməmişdir. Buna görə də qətnamənin dəyişdirilməsi üçün MPM-in 372-ci maddəsindən irəli gələn əsaslar mövcud deyildir. Konstitusiya Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyasında yeni tələb yalnız ərizəçi həmin tələbi birinci instansiyada ondan asılı olmayan səbəblərə görə irəli sürə bilmədiyini əsaslandırdıqda qəbul edilə bilər. Hazırkı işdə şikayətçi belə əsaslandırma verməmişdir. MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlaya, dəyişdirə, ləğv edib yeni qətnamə qəbul edə bilər. Konstitusiya Məhkəməsi də vurğulamışdır ki, apellyasiya instansiyasının səlahiyyətləri qanunla məhdudlaşdırılıb və o, yalnız qanunda göstərilən hallarda qətnaməni ləğv edə bilər. Hazırkı iş üzrə isə belə hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarını tətbiq etmişdir. Həmin qərarda göstərilir ki, pul öhdəliyinin icrası gecikdirildikdə, kreditor daha böyük məbləği tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün illik 5 faiz tələb etmək hüququ yaranır. Hazırkı işdə borc məhkəmə qərarı ilə müəyyən edilmiş, borc uzun müddət ərzində icra olunmamış, icra yalnız 2025-ci ildə başa çatmışdır. Buna görə qanuni 5 faiz tələbi tam hüquqi əsaslara malikdir. Qətnamədən görünür ki, məhkəmə iddiaçının hesablamasını olduğu kimi qəbul etməmişdir. Əksinə, faiz yalnız əsas borca hesablanmış, dövlət rüsumu faiz hesablamasından çıxarılmış, hissə-hissə ödənişlər nəzərə alınmış, nəticədə tələb olunan 774,96 manat əvəzinə 763,04 manat tutulmuşdur. Bu hal göstərir ki, məhkəmə yalnız iddiaçının mövqeyini qəbul etməmiş, cavabdehin maraqlarını da nəzərə alaraq obyektiv hüquqi qiymətləndirmə aparmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirik ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e*(***)- ****/**** saylı qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilən arqumentlər qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir.
Işdə iştirak edən şəxslərin izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Iddiaçı məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məhkəmə kollegiyasından xahiş etmiş, cavabdeh isə apellyasiya şikayətində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır (## ###### 2024-cü il tarixli Qanun ilə yeni redaksiya).
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009cu il tarixli Qərarı:
MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı:
Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarı:
Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, cavabdehin borcu sonradan könüllü qaydada ödəməsi pul öhdəliyinin uzun müddət ərzində icra edilməməsi faktını və həmin gecikmənin hüquqi nəticələrini aradan qaldırmır. Iş materiallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2014-cü il tarixli məhkəmə əmri ilə cavabdehlərdən iddiaçının xeyrinə pul vəsaitinin tutulması qərara alınmış, həmin borc isə yalnız 2025-ci ildə hissə-hissə ödənilməklə tam icra edilmişdir. Beləliklə, pul öhdəliyinin vaxtında icra edilməməsi faktı iş üzrə mübahisəsizdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqenin məzmunundan görünür ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə və kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, kreditor gecikdirilmiş müddət üçün illik beş faiz tələb etmək hüququna malikdir.
22. Məhkəmə kollegiyası hesablamaların düzgün aparılmaması barədə apellyasiya şikayətinin dəlilini də əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi hesablamanı olduğu kimi qəbul etməmiş, Mülki Məcəllənin 740.4-cü maddəsinin tələblərini nəzərə alaraq faizlərin yalnız ödənilməmiş əsas borc qalığına hesablanmalı olduğunu düzgün müəyyən etmişdir. Bu səbəbdən məhkəmə 21 manat dövlət rüsumunu faiz hesablanmalı məbləğə daxil etməmiş, həmçinin ## ###### 2025-ci il, ## #### 2025-ci il, ## ### 2025-ci il və ## ### 2025-ci il tarixlərində həyata keçirilmiş hissəvi ödənişləri nəzərə almaqla hər bir ödənişdən sonra əsas borcun qalıq məbləğini azaltmış və növbəti dövr üzrə faizi həmin qalıq məbləğə hesablamışdır.
23. Apellyasiya şikayətində cavabdehin ailə vəziyyətinin ağır olması, himayəsində azyaşlı uşağın olması və gəlirinin aşağı olması da göstərilmişdir. Lakin həmin hallar pul öhdəliyinin icrasının gecikdirilməsi faktını aradan qaldırmır.
24. Eyni zamanda cavabdeh tərəfindən məhkəmə və icra sənədlərinin ona vaxtında çatdırılmaması barədə dəlilləri təsdiq edən mötəbər sübutlar da təqdim edilməmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.