Məhkəmə qərarları › İş №e-2(3-8)-919/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-919/2026

27.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № e-2(3-8)-919/2026 27.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizәçi Ərizәçi şәxsә qulluq etmә faktının müәyyәn edilmәsi barәdә әrizәsinә dair mülki iş üzrә (Açar sözlər: ərazi aidiyyatına görə ərizənin geri qaytarılması) Hakimlәr Mahmudov Ayaz Akif oğlu (sәdrlik edәn vә mәruzәçi), X1 vә Hüseynzadә Afiq Hüseyn oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclas katibi X2 iştirakı ilә Abşeron Rayon Mәhkәmәsinin e-*(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında bаxаrаq, mәhkәmә kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizәçi Ərizәçi әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, onun mәrhum X4 ahıl şәxs kimi ##.##.2002-ci ildәn ##.##.2021-ci ilәdәk olan dövr üzrә qulluq etmәsi faktının müәyyәn edilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

2. Abşeron Rayon Mәhkәmәsinin e-*(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә (hakim M.Abbasova) әrizә әrazi aidiyyatı üzrә düzgün mәhkәmәyә müraciәt olunmaması әsası ilә geri qaytarılmışdır.

3. Hәmin qәrardaddan narazı qalan әrizәçi Ərizәçi şikayәt verәrәk, Abşeron Rayon Mәhkәmәsinin e-*(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadının lәğv edilmәsini, işә mahiyyәti üzrә Abşeron Rayon Mәhkәmәsinin icraatında baxılmasını xahiş etmişdir.

4. Abşeron Rayon Mәhkәmәsinin e-*(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә işlә birlikdә baxılması üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir.

5. Mәhkәmә hesab edib ki, әrizәdәn vә ona әlavә olunmuş sәnәdlәrdәn ("AZEMİS" Elektron Mәhkәmә İnformasiya Sistemindәn çıxarılmış mәlumatdan) görünür ki, әrizәçi Ərizәçi ünvan 2 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, mülki iş üzrә әrizәçi Abşeron rayonu әrazisindә qeydiyyatda olmadığından mülki işә Abşeron Rayon Mәhkәmәsindә baxılmalı deyildir.

6. Birinci instansiya mәhkәmәsi öz mövqeyini Azәrbaycan Respublikası Mülki- Prosessual Mәcәlәsinin 309.1, 40.1, 152.1.3, 152.4, 114.1.3-cü maddәlәrinә vә “Yaşayış yeri vә olduğu yer üzrә qeydiyyat haqqında” Azәrbaycan Respublikası Qanununun 3-cü maddәsinә istinadla әsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

7. Şikayәt onunla әsaslandırılmışdır ki, әrizәçinin rәsmi qeydә alındığı ünvan Saatlı rayonudur. Bu işin mübahisәsiz halıdır. Lakin, әrizәçi Abşeron rayonunda doğulub vә faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Bu faktla bağlı iş materiallarına arayış da әlavә edilmişdir. Ərizәnin Abşeron Rayon Mәhkәmәsinә göndәrilmәsinin sәbәbi odur ki, hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsi barәdә işlәrә әrizәçinin olduğu yerdә baxılır vә hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsi haqqında әrizәlәr әrizәçinin yaşadığı yerin mәhkәmәsinә verilir. Buna görә dә hesab edir ki, әrizәnin әrazi vә ya mәhkәmә aidiyyәti üzrә hәmin mәhkәmәdә baxılmalı olmaması sәbәbindәn geri qaytarılması ilә bağlı Abşeron Rayon Mәhkәmәsinin qәrardadı әsassız vә qanunsuzdur. Bu sәbәbdәn qәrardadın lәğv edilmәsini, işin әrazi aidiyyәti qaydalarına uyğun olaraq Abşeron Rayon Mәhkәmәsinin icraatına qәbul edilmәsi barәdә yeni qәrardad çıxarılmalıdır. Əgәr “yaşayış yeri” anlayışı ilә “rәsmi qeydә alındığı yer” anlayışı eyni mәzmun daşısaydı, qanunverici bu anlayışları fәrqli şәkildә tәnzimlәmәzdi. “Yaşayış yeri” anlayışı daha geniş olub, özündә hәm faktiki, hәm dә rәsmi yaşayış yerini ehtiva edir. Mülki Prosessual Mәcәllәnin 309.1-ci maddәsindә isә yalnız “yaşayış yeri” anlayışından istifadә edilmiş, onun faktiki vә ya rәsmi olması ayrıca göstәrilmәmişdir. Bu da hәmin normanın geniş mәnada – yәni hәm faktiki, hәm dә rәsmi yaşayış yerini әhatә etmәsi kimi qiymәtlәndirilmәlidir. Bu baxımdan, mәhkәmәnin yalnız rәsmi qeydiyyat yerinә әsaslanması vә әrizәyә әlavә olunmuş yaşayış yeri barәdә arayışı nәzәrә almaması düzgün mövqe hesab edilә bilmәz. Çünki formalaşmış mәhkәmә tәcrübәsinә әsasәn, belә arayışlar әrazi aidiyyәtinin müәyyәn edilmәsi zamanı qәbul olunur. Bundan başqa iş üzrә şahidlәrin böyük әksәriyyәti Abşeron rayonu әrazisindә yaşayır. Hәmçinin iş üzrә tәqdim edilmiş vә tәqdim edilәcәk yazılı sübutlar Abşeron rayonu әrazisindә yerlәşәn müvafiq orqanlar tәrәfindәn verilmişdir vә әlavә sübutların toplanması da hәmin әrazi ilә birbaşa bağlıdır. Belәliklә, şәxslәrin mәhkәmәyә әlçatanlığının tәmin edilmәsi, işә ağlabatan müddәtdә baxılması, prosessual qәnaәt prinsipinin qorunması vә әdalәt mühakimәsinin sәmәrәliliyinin tәmin olunması mәqsәdilә işә Abşeron Rayon Mәhkәmәsindә baxılması mәqsәdәuyğun hesab edilmәlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayәtә qarşı AR Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin Tabeliyindә Dövlәt Sosial Müdafiә Fondunun Mәhkәmә Mübahisәlәri ilә İş üzrә Mәrkәzi Filialı tәrәfindәn yazılı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddәsinә әsasәn hәr kәsin qanunla qadağan olunmayan üsul vә vasitәlәrlә öz hüquqlarını vә azadlıqlarını müdafiә etmәk hüququ vardır. 60-cı maddәsinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmә müdafiәsinә tәminat verilir. 62-ci maddәsinә әsasәn hәr kәsin onun işinә qanunla müәyyәn edilmiş mәhkәmәdә baxılması hüququ vardır. Şәxsin razılığı olmadan onun işinә başqa mәhkәmәdә baxılmasına yol verilmir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1. Bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. 35.1. Qanunla başqa hal nәzәrdә tutulmamışdırsa, iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir. 36.5. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda vә ya iddiaçı sәhhәtinә görә cavabdehin yaşadığı yerә getmәyә çәtinlik çәkdikdә dә nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerә görә verilә bilәr. 36.13. Bu Mәcәllәnin 39-cu maddәsindә müәyyәn edilmiş aidiyyәt istisna olunmaqla, bu Mәcәllәnin 36.1-36.12-ci maddәlәrinә görә işin aid olduğu mәhkәmәlәrdәn birini seçmәk hüququ iddiaçıya mәxsusdur. 40.1. Ərazi aidiyyәti qaydalarının pozulmasına yol verilmir. 45.4. Bir mәhkәmәdәn digәrinә göndәrilәn iş, onun göndәrildiyi mәhkәmә tәrәfindәn baxılmağa qәbul edilmәlidir. Mәhkәmәlәr arasında әrazi aidiyyәtinә dair mübahisәlәrә yol verilmir. Mәhkәmәlәr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn iş bir mәhkәmәdәn başqasına verilir 306.1. Mәhkәmәlәr tәrәfindәn xüsusi icraat işlәrinә, bu Mәcәllәnin ikinci bölmәsinin üçüncü yarımbölmәsindә müәyyәn edilmiş xüsusiyyәtlәrlә, iddia icraatı qaydasında baxılır. 306.2. Xüsusi icraat işlәri әrizәçilәr tәrәfindәn qaldırılır, әrizәçinin vә maraqlı şәxsin iştirakı ilә mәhkәmәdә baxılır. 309.1. Hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsi haqqında әrizәlәr әrizәçinin yaşadığı yerin mәhkәmәsinә verilir. 372.7. Apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. 398.0.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk hüququ vardır.

12. “Yaşayış yeri vә olduğu yer haqqında" Qanunun 2-ci maddәsinә әsasәn şәxsin yaşayış yeri dedikdә, tam hәcmdә fәaliyyәt qabiliyyәtli şәxsin mülkiyyәtçi kimi icarә vә ya kirayә müqavilәsi üzrә, yaxud AR qanunvericiliyi ilә nәzәrdә tutulmuş әsaslarla daimi vә ya daha çox yaşadığı ev, mәnzil, xidmәti yaşayış sahәsi, yataqxana, qoca vә әlil evlәri, sağlamlıq imkanları mәhdud uşaqlar üçün internat evlәri, xüsusi tәhsil müәssisәlәri vә digәr bu kimi yaşayış yerlәri başa düşülür. Bu qanunun 5-ci maddәsinә әssәn yaşayış yerini dәyişdirmiş vәtәndaş yeni yaşayış yerinә gәldikdәn sonra 10 gündәn gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyәti orqanına müraciәt edәrәk forması müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilәn, yaşayış yeri üzrә qeydiyyata alınma haqqında әrizә-anketlә birlikdә aşağıdakı sәnәdlәri tәqdim etmәlidir: 1) şәxsiyyәt vәsiqәsi 2) yaşayış sahәsinә köçmәk üçün әsas verәn sәnәd (mülkiyyәt hüququnun dövlәt qeydiyyatına alınması haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarış, order, icarә vә ya kirayә müqavilәsi, yaxud Azәrbaycan Respublikası qanunvericiliyindә nәzәrdә tutulmuş başqa sәnәd) vә ya vәtәndaşa yaşayış sahәsi verәn şәxsin әrizәsi.

Apellyasiya baxışının hədləri

13. Şikayәtdәn görünür ki, apellyator Abşeron Rayon Mәhkәmәsinin e-*(*-***)- ****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadının tam lәğv olunmasını xahiş etmişdir.

14. Ona görә dә kollegiya birinci instansiya mәhkәmәsinin qәrardadının tam hәcmdә yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini iş materialları ilә birlikdә hәrtәrәfli, tam, obyektiv, qәrәzsiz araşdırıb vә toplanmış sübutlara mәcmu halında hüquqi qiymәt verәrәk hesab edir ki, şikayәt әsassız olduğundan tәmin edilmәmәli vә iş üzrә birinci instansiya mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır.

16. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin gәlmiş olduğu nәticә ilә razılaşır vә yaranmış mübahisә ilә bağlı aşağıdakıları qeyd edir.

17. Qeyd olunmalıdır ki, şәxsin mәhkәmә müdafiәsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bәrpa olunması üçün mәhkәmәyә müraciәt etmәk hüququdur vә bu hüquq da qanunvericilikdә tәsbit olunmuşdur. Lakin o da nәzәrә alınmalıdır ki, mәhkәmәyә müraciәt hüququ mütlәq hüquq deyildir vә şәxsin mәhkәmәyә yazılı müraciәtinin qәbul olunması üçün bәzi şәrtlәr, mәhdudiyyәtlәr dә müәyyәn olunmuşdur.

18. Mәhz bu kontekstdәn yanaşaraq qeyd etmәk lazımdır ki, Mülki Prosessual Mәcәllәdә әrazi aidiyyәt qaydaları dәqiq müәyyәn edilәrәk, formal әsaslara söykәnmәklә iddiaçının başqa mәhkәmәdә iddia qaldırmaq imkanı istisna olunmuşdur. Bu institutun tәtbiq edilmәsi mülki işlәrin eyni dairәdәn olan mәhkәmәlәr arasında bölüşdürülmәsi qaydasını müәyyәn etmәklә yanaşı, hәm dә әdalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı şәxsin hüquqlarının vә qanuni maraqlarının әsas prosessual tәminatlarından biri kimi qәbul olunur. Ərazi aidiyyәtinә dәqiq riayәt edilmәsi mübahisәnin müvafiq mәhkәmә icraatı qaydasında hәrtәrәfli araşdırılmasına zәmanәt yaradır.

19. Hazırki әrizәsinin ifadә tәrzindәn vә mahiyyәtindәn müәyyәn edilir ki, әrizәçi mәrhum X4 ahıl şәxs kimi ##.##.2002-ci ildәn ##.##.2021-ci ilәdәk olan dövr üzrә qulluq etmәsi faktının müәyyәn edilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

20. Araşdırılan işin mübahisәsiz hallarından müәyyәn edilir ki, әrizәçi Saatlı şәhәri, Abbas Sәhhәt küçәsi, ev 31 ünvanda qeydiyyatdadır. Mәhz mәhkәmә bu sәbәbdәn әrizәnin Saatlı Rayon Mәhkәmәsindә baxılmalı olması qәnaәtinә gәlmiş vә әrizәni geri qaytarmışdır.

21. Şikayәtin dәlillәri üzrә araşdırma aparan kollegiya bildirir ki, yaşayış yerini müvәqqәti vә ya daimi dәyişmiş vәtәndaşın yaşayış yeri hәr hansı icra nümayәndәliyi tәrәfindәn verilmiş arayışla deyil, “Yaşayış yeri vә olduğu yer haqqında" Qanunun normaları ilә tәnzimlәnir.

22. Hazırda apellyator Abşeron RİH-ti başçısının Digah qәsәbә İnzibati Ərazi Dairәsi üzrә nümayәndәsinin ##.##.2026-cı il tarixli yaşayış yeri barәdә arayışına istinadla hesab edir ki, işә Abşeron Rayon Mәhkәmәsindә baxılmalıdır. Kollegiya şikayәtin dәlillәrini әsassız hesab edәrәk aşağıdakıları qeyd edir.

23. “Yaşayış yeri vә olduğu yer üzrә qeydiyyat haqqında” Azәrbaycan Respublikasının Qanununun 1-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının vәtәndaşları, әcnәbilәr vә vәtәndaşlığı olmayan şәxslәr (bundan sonra şәxslәr) Azәrbaycan Respublikasında yaşayış yeri vә olduğu yer üzrә qeydiyyata alınmalıdırlar.

24. Hәmin Qanunun 5-ci maddәsinә әsasәn yaşayış yerini dәyişdirmiş vәtәndaş yeni yaşayış yerinә gәldikdәn sonra 10 gündәn gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyәti orqanına müraciәt edәrәk forması müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilәn, yaşayış yeri üzrә qeydiyyata alınma haqqında әrizәanketlә birlikdә aşağıdakı sәnәdlәri tәqdim etmәlidir:1) şәxsiyyәt vәsiqәsi ; 2) yaşayış sahәsinә köçmәk üçün әsas verәn sәnәd (mülkiyyәt hüququnun dövlәt qeydiyyatına alınması haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarış, order, icarә vә ya kirayә müqavilәsi, yaxud Azәrbaycan Respublikası qanunvericiliyindә nәzәrdә tutulmuş başqasәnәd) vә ya vәtәndaşa yaşayış sahәsi verәn şәxsin әrizәsi. Müvafiq icra hakimiyyәti orqanı yaşayış yerinin dәyişdirilmәsi ilә bağlı müvafiq sәnәdlәri tәqdim etmiş vәtәndaşı dәrhal yaşayış yeri üzrә qeydiyyata almalı vә onun şәxsiyyәt vәsiqәsinin elektron daşıyıcısında yaşayış yeri haqqında mәlumatı dәyişdirmәlidir.

25. Hәmin Qanunun 10-cu maddәsinә görә vәtәndaşın olduğu yer üzrә qeydiyyatı yaşayış yeri üzrә qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahәt evinә, kempinqә, turist bazasına, yataqxanaya, xәstәxanaya vә digәr belә ictimai yerlәrә gәlәn vәtәndaş üçün әrizә-anket doldurulur vә hәmin yerin müdiriyyәtinә verilir. Müdiriyyәt әrizә-anketi 24 saat әrzindә müvafiq dövlәt orqanına tәqdim edir. Yaşayış yerindәn kәnarda 60 gündәn artıq müvәqqәti yaşamaq istәyәn vәtәndaş hәmin yerә gәldikdәn sonra 7 gün әrzindә (istirahәt, sәsvermә, iş günü hesab edilmәyәn bayram günlәri vә ümumxalq hüzn günü istisna olmaqla) әrizә-anket dolduraraq müvafiq dövlәt orqanına tәqdim etmәlidir. Hәmin orqan vәtәndaşı dәrhal olduğu yer üzrә qeydiyyata almalıdır. Vәtәndaş olduğu yerdәn getdikdә müvafiq dövlәt orqanı onu olduğu yer üzrә qeydiyyatdan çıxarır. Valideynlәrini itirmiş vә valideyn himayәsindәn mәhrum olmuş uşaqların sosial müdafiәsi haqqında" Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn olunmuş valideynlәrini itirmiş vә valideyn himayәsindәn mәhrum olmuş uşaqların olduğu yer üzrә qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyәti orqanının razılığı ilә mümkündür. Vәtәndaşın olduğu yer üzrә qeydiyyata alınması haqqında әrizә-anketin forması müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilir.

26. Göstәrilәn normaların mәzmunundan belә nәticәyә gәlmәk olar ki, hәr bir şәxsin yaşadığı yer üzrә qeydiyyata alınması qanunvericiliyin tәlәbidir vә bu tәlәb şәxslә dövlәt arasındakı qarşılıqlı öhdәliklәrin icrasına lazımi şәrait yaradılmasına xidmәt edir.

27. Bu tәlәbin icra edilmәmәsi “Yaşayış yeri vә olduğu yer üzrә qeydiyyat haqqında” Qanunun güddüyü mәqsәdә zidd olmaqla seçki vә sosial tәminat hüquqlarının realizәsi, hәrbi xidmәtә çağırış, mәhkәmә qәrarlarının icrası vә s. kimi mәsәlәlәrdә çәtinliklәr yarada bilәr. Mәhz bunun qarşısının alınması mәqsәdi ilә qanunverici Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 563-cü maddәsindә yaşayış yeri vә olduğu yer üzrә qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xәta kimi müәyyәn edәrәk inzibati mәsuliyyәt nәzәrdә tutmuşdur.

28. İşdәn göründüyü kimi әrizәçi yaşayış yerini dәyişmәsi ilә bağlı yuxarıda göstәrilmiş qanunvericilik normalarına riayәt etmәmәklә, yalnız İcra nümayәndәliyi tәrәfindәn verilmiş arayışla kifayәtlәnmişdir ki, bu da özlüyündә şәxsin istәyinә uyğun mәhkәmә әrazi aidiyyәtinin dәyişmәsi ilә nәticәlәnә bilmәz.

29. İşin faktiki hallarından çıxış edәn kollegiya qeyd edir ki, hazırkı halda әrizәçinin qeyd olunan әrizәyә dair mülki işin formal hallar baxımından Abşeron Rayon Rayon Mәhkәmәsindә baxılması yuxarıda sadalanan qanunvericilik normalarının tәlәblәri ilә uzlaşmadığı kimi, mülki mühakimә icraatının tәmәl prinsiplәrinә dә ziddir.

30. Yuxarıda qeyd olunanlara mәcmu halda qiymәt verәn kollegiya bir daha vurğulayır ki, hәmin halların dairәsi qanunvericilikdә dәqiq müәyyәn edildiyinә görә geniş tәfsir edilә bilmәz.

31. Sadalananlara istinadәn kollegiya qeyd edir ki, şikayәtin dәlillәri әsassızdır. Ona görә dә Abşeron Rayon Mәhkәmәsinin e-*(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır.

32. Hazırkı qәrardaddan kassasiya şikayәtinin verilmәsi nәzәrdә tutulmamışdır.

33. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 263-264, 397-398, 400, 402 vә 405-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası

Qərara aldı:

Ərizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. Abşeron Rayon Mәhkәmәsinin e-*(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar