Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-946/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov Ilqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh xxxx” PHŞ-nin nümayəndəsi Salehzadə Ümman Tofiq oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı intizam tənbehinin ləğv olunması və əmək haqqına əlavənin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” X1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Işin halları
1. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, “xxxx” X1 mühasib işləyir. Belə ki, X1 səlahiyyəti var ki, ştatda olan işçilərə onların aldığı əmək haqqına uyğun olaraq əlavələr versin. Əvvəllər əmək haqqının iki misli miqdarında verilirdisə, 2025-ci ildən artıq bir misli miqdarında verilir. Əmək müqaviləsində ancaq vəzifə maaşı qeyd olunur, əlavələr qeyd olunmur və 2026-cı ilin əlavələri verilməmişdir. Nigar xanım hal-hazırda işləyir. Nigar xanımdan əlavə olaraq bir xanımda töhmət aldığı üçün əlavələr almır, digər işçilər isə əlavələr alır.
2. Işəgötürən “xxxx” X1 ilə işçi İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı “xxxx” X1 dəftərxana müdiri vəzifəsinə işə qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, qeyd olunan vəzifələrdə hazırda çalışan adiyyəti əməkdaşlara müvafiq qaydada rəsmiləşdirilməklə Azərbaycan Respublikası Nazirler Kabinetinin ## ######## 2021-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfinden işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası"nın tələbləri gözlənilməklə uyğun olaraq vəzifə maaşlarının 2 (iki) mislindən çox olmamaqla aylıq əlavələrin ödənilməsinə etiraz edilmir.
4. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ştat cədvəlindən görünür ki, dəftərxana müdirinin aylıq vəzifə maaşı 490 manat təşkil edir.
5. İddiaçı tərəfindən “xxxx” X1 direktoru xanım Hicran Əyyubovaya ünvanlanmış ##.##.2025-ci il tarixli izahatdan görünür ki, kollecin dəftərxana müdiri İddiaçı kollecin metodisti Xudiyeva Iradənin şikayəti üzrə izahat verməkdən imtina etmişdir.
6. “xxxx” X1 tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, kollecin metodisti Iradə Xudiyevanın daxil olmuş şikayət ərizəsində sizin tərəfinizdən daxili nizamintizam qaydalarının pozulması, sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədilməsi və xidməti davranış qaydalarına zidd hərəkətlər barədə məlumat verilmişdir. Qeyd olunan məsələnin araşdırılması məqsədilə sizin ##.##.2025-ci il tarixində saat 15:00-da keçiriləcək nizam-intizam komissiyasının iclasında iştirak etməyiniz tələb olunur.
7. “xxxx” X1 Nizam-Intizam Komissiyasının ##.##.2025-ci il tarixli qərarından görünür ki, kollecin dəftərxana müdiri vəzifəsində işləyən İddiaçı barəsində töhmət intizam tənbeh tədbirinin tətbiq edilməsi barəsində təqdimat verilmişdir.
8. “xxxx” X1 Nizam-Intizam Komissiyası tərəfindən dəftərxana müdiri İddiaçı barəsində “xxxx” X1 verilmiş təqdimatdan görünür ki, kollecin dəftərxana müdiri vəzifəsində işləyən İddiaçı barəsində töhmət intizam tənbeh tədbirinin tətbiq edilməsini təklif etmişdir.
9. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***Ü nömrəli əmrdən görünür ki, kollecin dəftərxana müdiri vəzifəsində işləyən İddiaçı barəsində töhmət intizam tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat
10.Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı intizam tənbehinin ləğv olunması və əmək haqqına əlavənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Əmək və ya icra intizamının pozulması sübuta yetirilməməsi ilə əlaqədar Bakı Dövlət Universitetinin nəzdində “xxxx” X1 direktoru Hicran Əyyubovanın */*Ü saylı, ## ###### 2025-ci il tarixli əmri ilə İddiaçı barəsində tətbiq edilən intizam tənbehinin ləğv olunmasına, eləcə də 2025-ci ilin iyul ayından etibarən ona ödənilməyən 4410 manat məbləğdə əmək haqqına əlavə və mediasiya prosesi ilə bağlı ödənilən 50 manat və hüquqi yardım üçün ödənilən 300 manat məbləğində çəkilmiş xərclərin qarşı tərəfdən tutularaq ona ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. 11.Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Dövlət Universitetinin nəzdində “xxxx” X1 dəftərxana müdiri olaraq fəaliyyət göstərir. 2025-ci ilin iyul ayında kollecdə rəhbər dəyişikliyi olmuş və yeni gələn rəhbər iddiaçıni dəvət edərək ondan könüllü şəkildə ərizə yazmasını və işdən çıxmasını tələb etmiş, iddiaçı isə 2 azyaşlı uşağı olmasını və işə ehtiyacı olmasını bildirmiş, ərizə yazmamışdır. Bundan sonra Kollec tərəfindən ona verilən əmək haqqına əlavələr dayandırılmış və dəfələrlə tələb etməsinə baxmayaraq müvafiq əlavələr verilməmişdir. Bakı Dövlət Universitetinin nəzdində “xxxx” X1 direktoru Hicran Əyyubova tərəfindən */*Ü saylı, ## ###### 2025-ci il tarixli əmri ilə iddiaçı barəsində intizam tənbehi tətbiq edilmişdir. Əmrlə tanış olduqda intizam tənbehinə səbəb olmuş hadisə ilə bağlı sənəddə təhrif edilmiş məlumatların olduğu müəyyən olunmuşdur. Həmçinin, əmrin məzmunu ilə bağlı aşağıdakıları diqqətə çatdırmaqla qeyd etmək istəyir ki, ümumiyyətlə inzibati tənbehin verilməsi qanunvericiliyin normalarının tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, hadisə ilə bağlı məlumatın təhrif edilməsi: 1. Sosial şəbəkədə Kollec barədə və ya onun hər hansı işçisi barədə məlumat iddiaçı tərəfindən yayılmamış, yayılan məlumat ona qarşı yönəlmiş ədalətsiz mövqe ilə bağlıdır; 2. Kollec barədə iddiaçı tərəfindən təqdim edilmiş məlumat sırf özünə aid olan məlumatdır ki, bu da ona ödənilməli olan əmək haqqına əlavələrə dair idi; 3. Iddiaçı tərəfindən sosial şəbəkədə qeyd olunan məlumat işəgötürənin kommersiya sirrini, habelə dövlət sirrini təşkil etmir; 4. Kollecdə Nizam-intizam komissiyası mövcud deyildir; 5. Kollecdə Müəssisədaxili intizam qaydalar mövcud deyildir; 6. Kolleci və onun əmək kollektivi, o cümlədən Kollecin metodisti Iradə Xudiyeva barəsində məlumatlar iddiaçı tərəfindən yazılmamışdır; 7. Məsələ ilə bağlı olaraq Kollecin metodisti Iradə Xudiyeva tərəfindən Kollecin əmək kollektivinin üzvlərinin — Kollecin psixoloqu X5, X12, X15, X17 iştirakı ilə iddiaçının ünvanına təhqiramiz və ləyaqətini alçaldan ifadələr işlədilmiş, ona qarşı böhtan xarakterli ittihamlar irəli sürülmüşdür. Qeyd edilən hallarla bağlı səs yazısı mövcuddur və zərurət yarandığı təqdirdə məhkəməyə təqdim edilə bilər. Bundan əlavə, sözügedən şəxs tərəfindən iddiaçının ünvanına açıqaşkar şəkildə intizam məsuliyyətinə cəlb olunacağına dair təhdid xarakterli ifadələr səsləndirilmişdir. Buna baxmayaraq, iddiaçı baş verən insident zamanı heç bir mübahisənin yaranmasına şərait yaratmamış, əksinə, susmaqla və təmkin nümayiş etdirməklə insidentin daha da böyüməsinin qarşısını almış, etik və nəzakətli davranış sərgiləmişdir. Iddiaçı barəsində ardıardınca rəhbərlik tərəfindən tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədilə ona əmək funksiyalarını icra edilməsinə maneələrin (sənədlərin vaxtlı-vaxtında təqdim edilməməsi və s.) törədilməsi, o işdə olarkən vəzifələrinin icrasının başqasına tapşırılması, adından tyutor işçilərin ərizələrinin qəbul edilməsi, şəxsiyyətinin aşağılanmasına cəhdlərin göstərilməsi (1 saat ayaq üstə saxlamaqla və s.), habelə rəhbərliyin dəfələrlə digər həmkarlara onunla ünsiyyətin qurulmamasına dair göstərişləri/çağırışları və başqa diskriminasiya yönümlü hərəkətlər sübut edir ki, rəhbərliyin onun şəxsinə qarşı yönəlmiş qərəzli münasibəti yaranmışdır və onu işdən çıxarmaq məqsədi daşıyır. Hadisə, yəni əmrdə qeyd olunan “kollecin işçisinin iş yoldaşları, işlədiyi kollektivi və kollec barəsində sosial şəbəkələrdə məlumatın yayılması” və ya “kollecin metodisti Iradə Xudiyeva, işlədiyi Kollec və onun əmək kollektivi haqqında onları nüfuzdan salan Səh. 3 / 7 məlumatlar, rəylər, yazılar yazmaqla” (Əmrin mətnində olduğu kimi qeyd edilir) iş vaxtı ərzində, yəni saat 09:00-18:00 aralığında baş vermədiyindən ümumiyyətlə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti istisna olunur (Aşağıda bununla bağlı geniş şərh verilir). Əmrdə qeyd olunmuş Kollecin Müəssisədaxili intizam qaydaları mövcud olmadığından orada “kollecin işçisinin iş yoldaşları, işlədiyi kollektivi və kollec barəsində sosial şəbəkələrdə məlumatın yayılması” və ya “kollecin metodisti Iradə Xudiyeva, işlədiyi Kollec və onun əmək kollektivi haqqında onları nüfuzdan salan məlumatlar, rəylər, yazılar yazmaqla” ilə bağlı bənd mövcud deyil. Iddiaçının davranışının hansı etik normalarına və davranış qaydalarına zidd olması aydın deyil. Iddiaçının davranışı müəssisəyə və ya digər şəxslərə maddi zərərə səbəb olmayıb, bu səbəbdən barəsində töhmətin verilməsi tam əsassızdır. Həmçinin bildirir ki, iddiaçı uzun müddət ərzində, sabit və davamlı şəkildə, aylıq əmək haqqına əlavə formasında 735 manat məbləğində ödəniş almışdır. Həmin ödənişlərin davam etdirilməsi Elm və Təhsil Nazirliyinin ## #### 2025-ci il tarixli məktubu və ona əlavə olunmuş siyahıya əsasən həyata keçirilməli idi. Lakin Kollecin hazırkı rəhbərliyi tərəfindən bu əlavələrin ödənilməsi 2025-ci ilin iyul ayından etibarən əsassız olaraq dayandırılmış və cari tarixədək iddiaçıya heç bir ödəniş edilməmişdir. Bu hal bir daha Kollec rəhbərliyinin iddiaçıya qarşı qərəzli və ayrı-seçkili mövqeyini açıq şəkildə nümayiş etdirir. Həmin əlavələrin iddiaçıya ödənilməməsi hüquqi baxımdan əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə isə əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına müəyyən edilən əlavə ödəncdir. Göründüyü kimi, əmək haqqına əlavə əmək haqqının ayrılmaz tərkib hissəsini təşkil edir. Iddiaçıya uzun müddət ərzində həmin əlavənin müntəzəm şəkildə ödənilməsi də bir daha sübut edir ki, ödənilməsi dayandırılmış 735 manat məbləğ iddiaçının əmək haqqının tərkib hissəsi olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, analoji ödəniş təcrübəsi digər müəssisələrdə də mövcuddur və hazırda bu praktika Kollecdə digər əməkdaşlara münasibətdə tətbiq olunmaqdadır. Xüsusilə vurğulanmalıdır ki, sözügedən əlavələr Kollec rəhbərliyinə münasibətdə loyal mövqe sərgiləyən əməkdaşlara ödənilməyə davam etdirilir ki, bu da iddiaçıya qarşı açıq ayrı-seçkilik faktını təsdiqləyir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2025-ci ilin iyul ayından etibarən ödənilməsi dayandırılmış 735 manat məbləğində aylıq əlavələrin iddiaçıya ödənilməsi bərpa edilməli, habelə həmin ödənişlərin gələcəkdə fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmçinin, ƏM-nin 294.5-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bunu nəzərə alaraq tərəfindən ##.##.2025-ci il tarixdə * saylı Mediasiya Təşkilatına müraciət edilmiş və ##.##.2026-cı il tarixdə müvafiq təşkilatdan arayış alınmışdır. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 12.Cavabdeh “xxxx” X1 nümayəndəsi Nümayəndə etirazında bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh Bakı Dövlət Universiteti nəzdində "xxxxi" X2rşı "İddiaçı barəsində tətbiq edilən intizam tənbehinin ləğv olunmasına, eləcədə 2025-ci ilin iyul ayından etibarən ona ödənilməyən 4410 manat məbləğində əmək haqqına əlavənin tutularaq iddiaçıya ödənilməsi” tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Iddiaya qarşı tərəflərindən qısa etiraz verilmişdir. Hazırda etiraza geniş əlavə təqdim edirlər. Kollecin metodisti X8 şikayət ərizəsi ilə müraciət edərək dəftərxana müdiri İddiaçı onun barəsində sosial şəbəkədə təhqiredici məlumatlar paylaşmasını bildirmiş və İddiaçı intizam məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. X10 Haşımlı barəsində olan şikayət ərizəsi Kollecdə araşdırılmışdır. Müəyyən olunmuşdur ki, ##.##.2025-ci il tarixdə digər şəxslər tərəfindən Iradə Xudiyevanın barəsində sosial şəbəkədə onun şərəf və ləyaqətini alçaldan, təhqir edən məlumatlar paylaşılmışdır. Həmin məlumatlar paylaşıldıqdan dərhal sonra Kollecin dəftərxana müdiri İddiaçı da həmin paylaşılmış məlumatlara dair yazılarla çıxış edərək iş yoldaşı Iradə Xudiyevanın barəsində onu, özünün işlədiyi əmək kollektivini və Kolleci nüfuzdan salan məlumatlar, yazılar, şərhlər yazmışdır. Belə ki, Iradə Xudiyevanın təqdim etidiyi sənədlərdən görünür ki, sosial şəbəkədə onun barəsində təhqiredici və şəxsi nüfuzdan salan məlumatlar yazılaraq rəylər paylaşılmışdır. Həmin yazı, məlumat və rəylərdə İddiaçı aşağıda göstərilən formada münasibət bildirmişdir. Iradə Xudiyevaya ünvanlanmış yazılar: "Siz eyni sözləri əvvəlki rəhbərin haqqında da deyirdiniz. Hətta onu görəndə o qədər tərifləyirdiniz. Sabahkı başqa rəhbər gələndə ona da deyəcəksiniz ki, çox pis rəhbər idi, bu əladır." "Hamını izləyirsiniz? Vəzifəyə ehtiyac yoxdur, bir-iki aya pensiyaya gedirsiniz. Ona görə gün sayırsınız." Xumar Məmmədovaya ünvanlanmış yazılar: "Çünki sən bunlar kimi yaltaqlıq etməmisən, şirinlik verməmisən, ona görə belə edirlər." "Bir-iki nəfəri öyrədir ki, gedib tələbə adı ilə yaz. Tərifləyin. Təriflənəsi nə var ki" Digər şəxslərə ünvanlanmış yazılar "Bu yaşa kimi əvvəlki rəhbərlikləri pisləyib, yenisi tərifləyə-tərifləyə gəlir. Elə bil işə yeni düzəlib, təcrübəsi azdı, heçnədən xəbəri olmayıb. "Hal-hazırda yenicə təmir olunmuş otağa yenə təmir etməliyik bəhanəsi adı altında məni otaqdan çıxarıb, sonra da otağın qapısını açarlayıb, hər cürə təhdid olunuram, bir bu qalmışdı, bunu da etdi." Şikayət ərizəsi ilə bağlı İddiaçı da özünün iştirakı ilə keçirilən Kollecin Nizam-Intizam Komissiyasının iclasında mövqeyini bildirirək Iradə Xudiyevanı təhqir etmədiyini bildirmişdir, lakin, onun özünün təqdim etdiyi sənəddən aydın olmuşdur ki, İddiaçı özünün qeyd etdiyi kimi Xumar Məmmədova adlı şəxsə yuxarıda qeyd olunan "Çünki sən bunlar kimi yaltaqlıq etməmisən, şirinlik verməmisən, ona görə belə edirlər." kimi sözlər yazmışdır. Məlum olmuşdur ki, kollecin metodisti Iradə Xudiyeva barəsində məzmunda təhqiredici məlumatlar olan məlumat paylaşıldıqdan sonra kollecin dəftərxana müdiri İddiaçı da onun, işlədiyi kollecin və əmək kollektivinin ünvanına təhqiredici yazılar, məlumatlar, rəylər yazmış, Iradə Xudiyevanı və işlədiyi kolleci, onun kollektivini nüfuzdan salmağa yönələn məlumatlar paylaşmışdır. Onun bu hərəkətləri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin, Kollecin müəssisədaxili intizam qaydalarına və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə ziddir. İddiaçı əmək müqaviləsinin 3.3-cü bəndinə əsasən, o, Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrinin və əmək funksiyasını vaxtında keyfiyyətlə yerinə yetirməsinə əməl etməlidir. Ο, Müəssisədaxili intizam qaydalarının X fəslinə əsasən kollecin işçisinin yoldaşları, işlədiyi əmək kollektivi və kollec barəsində sosial şəbəkələrdə icazəsiz olaraq məlumatlar paylaşması, paylaşılan məlumatlara münasibət bildirməsi, o cümlədən, kolleci, onun əmək kollektivini, digər iş yoldaşını nüfuzdan salan hərəkətlərə yol verən yazılar yazması qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydalarla və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafeyilərini pozmamaq işçinin əsas vəzifələrindəndir. Göründüyü kimi, dəftərxana müduri İddiaçı kollecin metodisti Iradə Xudiyeva, işlədiyi kollecin əmək kollektivi haqqında təhqiredici məlumatlar, rəylər, yazılar yazmaqla əmək müqaviləsi üzrə vəzifələrini, müəssisədaxili intizam qaydalarını (kollec və iş yoldaşı ilə bağlı sosial şəbəkələrdə aparılan yazışmalara mənfi rəy və münasibət bildirməklə), kollecin xidməti sirrini gizli saxlamalı olduğu halda, qanunun bu tələbini (otaqların təmiri ilə bağlı özbaşına paylaşım etməyinə görə), iş yoldaşlarının qanuni mənafelərini ( "sən də onlar kimi yaltaqlıq etməmisən, şirinlik verməmisən, təriflənəsi nə var ki, Iradə Xudiyevaya qarşı əvvəlki rəhbəri görəndə o qədər təriflədiniz, sabah başqası gəlsin, deyəcəksiniz ki, çox pis rəhbərdi, bu əladı, əvvəlki rəhbərləri tərifləyə-tərifləyə gəlirsiniz, bir-iki aya pensiyaya gedirsiniz, ona görə gün sayırsız kimi sözlərlə) kobud formada pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə görə bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə intizam tənbeh tədbiri tətbiq edə bilər. Odur ki, dəftərxana müdiri İddiaçı kollecin metodisti Iradə Xudiyeva, işlədiyi Kollec və onun kollektivi barəsində sosial şəbəkədə təhqiredici, şəxsi nüfuzdan salan yazılar yazması ilə əmək müqaviləsinin, müəssisə daxili intizam qaydalarının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozduğu üçün barəsində töhmət intizam tənbehi tətbiq edilməsi məqsədə müvafiq hesab edilmişdir. Kollecin direktoru toplanmış sənədləri nəzərdən keçirərək ##.##.2025-ci il tarixli əmri ilə İddiaçı barəsində töhmət intizam tənbeh tədbiri tətbiq etmişdir. İddiaçı əmək haqqına əlavənin ödənilməməsi ilə bağlı iddia tələbi ilə əlaqədar onu qeyd edirlər ki, tələbin bu hissəsi hesab edirlər ki, intizam tənbeh tədbirinin tətbiqinin ləğvi ilə bağlı tələblə birləşdirilə bilməz. Bu tələblərə ayrıca baxılmalıdır. Artıq məhkəmə tələblərə birgə baxdığından bu tələblə bağlı aşağıdakıları qeyd edirlər: İddiaçı işlədiyi dəftərxana müdiri vəzifəsi kollecin büdcədənkənar gəlirləri hesabına saxlanılır. Onun əmək haqqısı da büdcədənkənar gəlirlər hesabına ödənilir. İddiaçı ilə bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən ona 490 manat məbləğində vəzifə maaşı nəzərdə tutulmuşdur. Əmək müqaviləsində onun vəzifə maaşına əlavə nəzərdə tutulmamış, tərəflərin belə bir qarşılıqlı razılaşması olmamışdır. Həmçinin, işçilərə büdcədənkənar vəsaitlər hesabına əlavələrin verilməsi Kollecin vəzifəsi deyil, hüququdur. Nəzərinizə çatdırırlar ki, işçilərə vəzifə maaşına əlavələr kollecin büdcədənkənar gəlirləri hesabına ödənilir. 2025-ci ilin iyul ayından etibarən kollecin maliyyə vəsaitin optimallaşdırılması, büdcədənkənar gəlirlərin səmərəli idarə olunması, israflığın qarşısını alınması məqsədi ilə bütün işçilərin vəzifə maaşına əlavələr 2 mislindən 1 mislinə endirilmiş, bəzi ştatlar üzrə, o cümlədən büdcədənkənar gəlirlər hesabına saxlanılan dəftərxana müdiri ştatı üzrə əlavələr ləğv edilmişdir. Əlavələrin dayandırılması konkret işçi ilə bağlı deyil, kollecin büdcəkənar vəsaitlərin düzgün idarə olunması, israfçılığın qarşısının alınması ilə əlaqədardır. Şərh olunanlara əsasən İddiaçı iddia tələbi əsassızdır. Odur ki, o, iddiaçı İddiaçı cavabdeh Bakı Dövlət Universiteti nəzdində "xxxxi" X2rşı "İddiaçı barəsində tətbiq edilən intizam tənbehinin ləğv olunmasına, eləcədə 2025-ci ilin iyul ayından etibarən ona ödənilməyən 4410 manat məbləğində əmək haqqına əlavənin tutularaq iddiaçıya ödənilməsi” tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” X1 ##.##.2025-ci il tarixli ***Ü nömrəli əmri ilə iddiaçı İddiaçı barəsində tətbiq edilən intizam tənbehinin ləğv edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı cavabdeh “xxxx” X1 ilə əmək müqaviləsi bağlamaqla orada əmək fəaliyyətinə başlamışdır. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***Ü nömrəli əmrdən göründüyü kimi kollecin dəftərxana müdiri vəzifəsində işləyən İddiaçı barəsində töhmət intizam tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Iddiaçı həmin əmrin verilməsilə razılaşmayaraq Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı Dövlət Universitetinin nəzdində “xxxx” X1 direktoru Hicran Əyyubova tərəfindən */*Ü saylı, ## ###### 2025-ci il tarixli əmri ilə onun barəsində tətbiq edilən intizam tənbehinin ləğv olunması, eləcə də 2025-ci ilin iyul ayından etibarən ona ödənilməyən 4410 manat məbləğdə əmək haqqına əlavənin tutularaq ona ödənilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Işin araşdırılan hallarından müəyyən olunduğu kimi, iddiaçı İddiaçı cavabdeh «xxxx” X1 ilə əmək müqaviləsi bağlamaqla orada dəftərxana müdiri vəzifəsində əmək fəaliyyətinə başlamışdır. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ***Ü nömrəli əmrə əsasən, kollecin dəftərxana müdiri vəzifəsində işləyən İddiaçı barəsində töhmət intizam tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan qanuna əsasən, istirahət və nahar fasilələrində işçi əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsinə cəlb edilə bilməz, işçidən əmək qanunvericiliyinin tələblərin gözlənilməsi tələb edilə bilməz və həmin vaxt ərzində əmək funksiyaları həyata keçirilmədiyindən işçidən əmək intizamının təmin olunması tələb oluna bilməz. Göründüyü kimi, müəssisədaxili intizam qaydaları işçinin istirahət və nahar fasilələrində tətbiq olunmur. Belə ki, istirahət və nahar fasilələrində işçi əmək funksiyalarının icrasından müvəqqəti azad olunur və məhz buna görə bu müddəti öz mülahizəsinə görə istifadə etmək hüququna malikdir. Əgər işçi bu müddət ərzində qanunla nəzərdə tutulmuş pozuntuya yol verərsə o əmək qanunvericiliyinə görə deyil, digər əsaslarla məsuliyyət cəlb olunur. Hətta iş yerində olmaq şəxsin əmək qanunvericiliyini təsirinə düşməsi anlamına gəlmir. Belə ki, işçiyə qarşı intizam tənbehinin tətbiq etmək üçün yalnız bir halın, yəni onun iş yerində olması kifayət etmir, bunun üçün bir neçə halların (əmək funksiyaların icrası üçün müəyyən olunan zamanda baş verməsi və sair) birlikdə mövcudluğu tələb olunur. Belə ki, iş materiallarında olan yazışmalardan görünür ki, iddiaçı yalnız özünə məxsus hesabdan yazışmalarda iştirak etmişdir. Odur ki, iddiaçı barəsində töhmət intizam tənbeh tədbinin tətbiq edilməsinə dair əmrin verilməsinə əsas verən hallar, cavabdeh qurum tərəfindən sübuta yetrilə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, əmr hüquq normalarının pozulması ilə verildiyindən iddia tələbi bu hissədə əsaslıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində 2025-ci ilin iyul ayından etibarən ona ödənilməyən 4410 manat məbləğdə əmək haqqına əlavənin cavabdeh qurumdan tutularaq ona ödənilməsini xahiş etmiş, lakin həmin məbləğlərin hansı tarifə uyğun ona ödənilməsinə əsas verən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinin 4-cü bəndindən də görünür ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən ona tarif haqqına (vəzifə maaşına) əlavənin ödənilməsi nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən verilmiş əlavələrlin işçilərə verilməsi seçimi onun hüququdur, vəzifəsi deyildir.Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsi, 35-ci maddəsinin II hissəsi, 35-ci maddəsinin VI hissəsi, Əmək Məcəlləsinin 11-ci, 46.1-ci, 65.1-ci, 65.2-ci, 65.3-cü, 65.4-cü, 65.5-ci, 66-cı, 68-ci, 69-cu, 70-ci, 71-ci, 73-cü, 74-cü, 75-ci, 76-cı, 79-cu, 79-1-ci, 83.1-ci, 294-cü II hissəsi, 296-cı İ hissəsi, 300.1-ci, 300-1-ci və 300-2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan cavabdeh “xxxx” X1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin iddianın təmin edilməsi (əmrin ləğv edilməsi) hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı Kollecdə dəftərxana müdiri vəzifəsində işləyir və əmək fəaliyyəti dövründə sosial şəbəkə platformalarında Kollecin əməkdaşları və işgüzar mühiti barədə etik normalara zidd, əmək münasibətlərini pozan və Kollecin nüfuzuna xələl gətirən yazışmalar aparmışdır. Kollecin metodisti X8 tərəfindən bu barədə şikayət ərizəsi verilmiş və həmin şikayət Kollec daxilində araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sosial şəbəkələrdə iş yoldaşlarına və Kollec əməkdaşlarına münasibətdə təhqiramiz və nüfuzsalıcı xarakterli ifadələr işlədilmiş, kollektiv daxilində qarşılıqlı münasibətlərə və işgüzar mühitə mənfi təsir göstərən yazışmalar aparılmışdır. Həmin yazışmalar sırasında “Siz eyni sözləri əvvəlki rəhbərin haqqında da deyirdiniz…”, “Hamını izləyirsiniz? Vəzifəyə ehtiyac yoxdur…”, “Çünki sən bunlar kimi yaltaqlıq etməmisən…”, “Bu yaşa kimi əvvəlki rəhbərlikləri pisləyib…” kimi ifadələr və digər oxşar məzmunlu şərhlər müəyyən edilmişdir. Bu ifadələr əməkdaşların şəxsi və peşə nüfuzuna xələl gətirilməsinə və işgüzar mühitdə gərginliyə səbəb olan davranış kimi qiymətləndirilməlidir. Kollecdə qüvvədə olan müəssisədaxili intizam qaydalarına əsasən işçilərin sosial şəbəkələrdə Kollecin, onun rəhbərliyinin və əməkdaşlarının nüfuzuna xələl gətirən, etik davranış normalarına zidd və işgüzar mühiti pozan hərəkətlərə yol verməsi qadağan edilmişdir. Iddiaçı həmin qaydalarla tanış olmaqla onların tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Iddiaçının hərəkətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə görə bu Məcəllənin 10-cumaddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarının pozulması müəyyən edildiyindən intizam tənbehinin tətbiqi qaydalarına uyğun olaraq əmək intizamının pozulması kimi qiymətləndirilmişdir. Toplanmış materiallar əsasında Nizam- Intizam Komissiyası tərəfindən iddiaçının hərəkətlərinin intizam pozuntusu olması barədə təqdimat verilmiş, həmin təqdimat əsasında Kollecin direktoru tərəfindən ##.##.2025-ci il tarixli */*Ü nömrəli əmrlə iddiaçı barəsində töhmət intizam tənbehi tətbiq edilmişdir. Bununla belə, birinci instansiya məhkəməsi işin faktiki hallarını və təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, iddiaçının sosial şəbəkə yazışmalarının əmək intizamı və müəssisədaxili qaydalar çərçivəsinə düşmədiyi barədə yanlış nəticəyə gəlmişdir. Halbuki həmin yazışmalar birbaşa əmək münasibətləri çərçivəsində işgüzar mühitə və Kollecin nüfuzuna təsir edən davranış xarakteri daşıyır. Məhkəmə həmçinin iddiaçının hərəkətlərinin müəssisədaxili intizam qaydalarına və Əmək Məcəlləsinin 10 və 186- cı maddələrinin tələblərinə zidd olmasını nəzərə almamış, cavabdehin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda iddiaçının yazışmaları konkret əməkdaşların ünvanına yönəlmiş, onları alçaldan və kollektiv daxilində qarşılıqlı münasibətləri pozan məzmun daşıdığı nəzərə alınmamışdır ki, bu da əmək intizamının kobud pozuntusu kimi intizam tənbehinin tətbiqi üçün qanuni əsas yaradır. Beləliklə, cavabdeh tərəfin mövqeyinə görə iddiaçı tərəfindən əmək intizamının pozulması sübuta yetirildiyi halda birinci instansiya məhkəməsinin intizam tənbehini ləğv etməsi əsassız olmuş, məhkəmə sübutları birtərəfli qiymətləndirmiş, işin faktiki hallarını düzgün müəyyən etməmiş və nəticə etibarilə maddi hüquq normalarını səhv tətbiq etmişdir.
Apellyasiya şikayətinə etiraz
18. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Işdə iştirak edən şəxslərin izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh xxxx” PHŞ-nin nümayəndəsi Salehzadə Ümman Tofiq oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin II hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin VI hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 182.1-ci maddəsinə əsasən işəgötürən əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə daxili intizam qaydaları qəbul edə bilər. 182.2-ci maddəsinə əsasən müəssisələr birliyinin nizamnaməsində nəzərdə tutulmuş hallarda daxili intizam qaydaları birliyin müvafiq idarəetmə orqanı tərəfindən həmin birliyə daxil olan müəssisələr üçün də qəbul edilə bilər. 182.3-cü maddəsinə əsasən daxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan daxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir. 186.1-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. 189.4-cü maddəsinə əsasən, intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini və mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivi daşıyan məlumatların göstərilməsi yolverilməzdir. 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi intizam tənbehinin ləğv edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, intizam tənbehinin tətbiqinin qanuniliyinin qiymətləndirilməsi zamanı yalnız işçinin müvafiq hərəkəti bilavasitə iş vaxtında və ya əmək funksiyasının icrası zamanı törədib-törətməməsi deyil, həmin hərəkətin əmək münasibətləri ilə əlaqəsi və müəssisədaxili intizam qaydaları ilə müəyyən edilmiş vəzifələrinin pozulubpozulmaması, habelə işəgötürənin və digər işçilərin qanunla qorunan hüquq və mənafelərinə toxunub-toxunmaması nəzərə alınmalıdır.
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b”, “e” və “g” bəndlərinə əsasən işçi əmək intizamına və daxili intizam qaydalarına əməl etməli, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamalı, əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir. Həmin normalardan göründüyü kimi, işçinin vəzifələri yalnız konkret əmək funksiyasının icrası ilə məhdudlaşmır və işçi əmək münasibətlərindən irəli gələn ümumi davranış qaydalarına da riayət etməlidir.
27. Iş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh Kollecdə dəftərxana müdiri vəzifəsində çalışmış, kollecin digər əməkdaşları ilə əmək münasibətlərində olmuşdur. X11 şikayəti əsasında aparılmış araşdırma zamanı iddiaçının sosial şəbəkələrdə kollecin əməkdaşları, əmək kollektivi və kollecin özü barədə müxtəlif məzmunlu yazılar və rəylər paylaşdığı müəyyən edilmişdir.
28. Iş materiallarında olan və iddiaçının özünün də inkar etmədiyi yazışmalarda digər əməkdaşlara münasibətdə müxtəlif ifadələr işlədilmişdir. Belə ki, həmin yazışmalar sırasında “Siz eyni sözləri əvvəlki rəhbərin haqqında da deyirdiniz…”, “Hamını izləyirsiniz? Vəzifəyə ehtiyac yoxdur…”, “Çünki sən bunlar kimi yaltaqlıq etməmisən, şirinlik verməmisən ona görə belə ediblər”, “Bu yaşa kimi əvvəlki rəhbərlikləri pisləyib…” kimi ifadələr və digər oxşar məzmunlu şərhlər müəyyən edilmişdir. Həmin ifadələrin məzmunundan görünür ki, onlar təsadüfi və əmək münasibətlərindən tamamilə kənar şəxsi yazışmalar olmayıb, bilavasitə iddiaçının işlədiyi kollecin əməkdaşlarının peşəkar və şəxsi davranışlarına, kollektivdəki münasibətlərə və kollecin fəaliyyətinə dair qiymətləndirmələrdən ibarət olmuşdur.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının sosial şəbəkədəki yazışmalarının iş vaxtı ərzində aparılmaması səbəbindən həmin hərəkətlərin əmək intizamının pozuntusu kimi qiymətləndirilə bilməməsi barədə nəticəsi qanuni və əsaslı deyildir.
30. Eyni zamanda, işəgötürənin intizam məsuliyyəti məsələsini həll edərkən yalnız işçinin iş vaxtında hərəkət edib-etmədiyini deyil, onun konkret hərəkətlərinin əmək müqaviləsi və müəssisədaxili intizam qaydaları ilə müəyyən edilmiş öhdəliklərin pozulmasına səbəb olubolmadığını müəyyən etməsi tələb olunur.
31. Iddiaçının digər əməkdaşlar barədə işgüzar və şəxsi nüfuza toxunan ifadələr işlətməsi, əmək kollektivi daxilində münasibətlərə mənfi təsir göstərə biləcək yazılar paylaşması Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” bəndində müəyyən edilmiş iş yoldaşlarının əmək hüquqlarına və qanuni mənafelərinə hörmət etmək vəzifəsi ilə uzlaşmır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı sosial şəbəkələrdə işlədiyi kollecin əməkdaşları, əmək kollektivi və Kollec barədə yol verdiyi yazışmalar və ifadələr onun əmək münasibətləri ilə əlaqəli olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində müəyyən edilmiş işçinin əsas vəzifələrinə, habelə müəssisədaxili intizam qaydalarının tələblərinə zidd olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi intizam tənbehinin ləğv edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh “xxxx” X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi intizam tənbehinin ləğv edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.