Məhkəmə qərarları › İş №e-2(3-8)-962/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-962/2026

13.08.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-962/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasından imtina) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X6 və X7 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 22097 (iyirmi iki min doxsan yeddi) manat məbləğində pulun, 60 (altmış) manat mediasiya xərcinin və 97 (doxsan yeddi) manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı İddiaçı MMCyə ödənilməsi qət edilmişdir.

2. Həmin qətnamədən narazı qalan cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən şikayət vermişdir.

3. ## #### 2026-cı il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi daxil olmuşdur.

4. Ərizə onunla əsaslandırılmışdır ki, qətnaməni rəsmi qaydada məhkəmə binasında ##.##.2026-cı il tarixdə imza etməklə əldə etmişdir. Ona məhkəmədə bildirildi ki, qətnaməni əldə etdiyi 20 may tarixindən etibarən 30 gün müddətinə apellyasiya şikayəti verə bilər. "E-Məhkəmə" Veb saytından qətnamənin surətini əldə edə bilməmiş, bu səbəbdən qətnaməni məhkəməyə müraciət edərək əldə edə bilmişdir. X1 1-ci qrup əlildir, onunla yaşayır, rəsmi olaraq ona qəyyum təyin edilmişdir. X2 3-cü qrup əlildir. Sosial ailə problemləri lə bağlı məşğul olduğum və bütün ailənin sosial vəziyyəti ondan asılı olduğu üçün qətnaməni elektron qaydada əldə edə bilməmişdir.

5. İddiaçı İddiaçı MMC-nin direktoru X3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair verdiyi ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Vüsal Məhərrəmov) cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən şikayət verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

7. Həmin qərardaddan narazı qalan cavabdeh Cavabdeh qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsi, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəmin təmin edilməsi və apellyasiya şikayətimin mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Kamilə Raxtari) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsində göstərmişdir ki, qətnaməni "Elektron məhkəmə" informasiya sistemindən əldə edə bilmədiyi üçün onu yalnız ##.##.2026cı il tarixdə məhkəməyə müraciət etməklə rəsmi qaydada qəbul etmişdir. Ona məhkəmədə bildirilmişdir ki, apellyasiya şikayəti vermək müddəti qətnaməni qəbul etdiyi tarixdən hesablanır və o da həmin məlumata əsaslanaraq ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Bundan əlavə, bacısı 1-ci qrup əlildir və ona münasibətdə rəsmi qəyyum təyin edilmişdir. Həmçinin 3-cü qrup əlil övladı vardır və ailəsinin sosial təminatı tamamilə üzərindədir. Bu obyektiv hallar səbəbindən elektron kabinetdən istifadə etmək və qətnaməni vaxtında elektron qaydada əldə etmək imkanı olmamışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə formal yanaşma nümayiş etdirərək məhkəmə müdafiəsi və yuxarı instansiya məhkəməsinə müraciət hüququnun həyata keçirilməsinə əsassız maneə yaratmışdır. Müddətin buraxılmasına səbəb olmuş obyektiv hallar nəzərə alınmamış, nəticədə məhkəməyə çıxış hüququ qeyri-mütənasib şəkildə məhdudlaşdırılmışdır. Məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ərizəsində göstərilən qətnamənin yalnız ##.##.2026-cı il tarixdə əldə edilməsi, elektron sistemdən istifadə edə bilməməyi, 1-ci qrup əlil bacısına qəyyum olmağı, 3-cü qrup əlil övladına qulluq etməyi və ailə vəziyyəti kimi hallar araşdırılmamış, bu hallara hüquqi qiymət verilməmişdir. Məhkəmə yalnız qətnamənin elektron kabinetə yerləşdirilməsi faktına istinad etmiş, müddətin buraxılmasına səbəb olmuş digər obyektiv halları nəzərə almamışdır. Həmçinin qərardadda sübut təqdim edilmədiyi qeyd olunsa da, həmin sübutların təqdim edilməsi üçün ona heç bir imkan yaradılmamışdır. Məhkəmə sübutları düzgün təhlil etməmiş və bununla da AR MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Məhkəmə qətnamənin faktiki olaraq ##.##.2026-cı il tarixdə əldə edilməsinin, elektron sistemdən istifadə edilməsinin mümkün olmamasının, məhkəmə əməkdaşının verdiyi izahatın, həmçinin 1-ci qrup əlil bacısına qəyyum olmağı və 3-cü qrup əlil övladına qulluq etməyi kimi halların müddətin buraxılmasının üzrlü səbəbi olub-olmamasını araşdırmamışdır. Bu hallar araşdırılmış olsaydı, müddətin bərpası barədə fərqli nəticəyə gəlinməsi mümkün idi. Məhkəmə elektron kabinetdən istifadə etməməyinin iradəsindən asılı olduğunu qəbul etsə də, bunu təsdiq edən heç bir sübuta istinad etməmişdir. Əksinə, ərizəsində elektron qaydada qətnaməni əldə edə bilmədiyini və bu səbəbdən məhkəmədən kağız formatında aldığını bildirmişdir. Bu xüsusatlar təkzib edilmədən nəzərə alınmamışdır. Məhkəmə yalnız prosessual müddətin formal hesablanmasına üstünlük vermiş, müddətin buraxılmasının səbəblərini qiymətləndirməmişdir. Halbuki iş materiallarından görünür ki, apellyasiya hüququndan imtina etməmiş, qətnaməni faktiki əldə etdikdən dərhal sonra şikayət vermişdir. Buna görə də məhkəmənin müddətin üzrsüz səbəbdən buraxılması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir.

Şikayətə qarşı etirazın dəlilləri

10. İddiaçı İddiaçı MMC tərəfindən şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.

11. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəlki məhkəmə prossesləri zamanı qeyd edilən “e-mehkeme” veb saytından aktiv istifadə etmişdir. Bu səbəbdən haqlı olaraq, Sumqayıt Şəhər Məhkəməsi heç bir maddi və prosessual hüquq normalarını pozmadan ##.##.2026-cı il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizəni təmin etməmişdir. İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd dilməsinə dair qərardad qəbul edilməsi xahiş olunur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

14. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən, cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən şikayət verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

17. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ##.##.2026-cı il tarixdə elektron imza ilə təsdiq edilməklə cavabdeh Cavabdeh məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş, lakin cavabdeh tərəfindən məhkəmənin ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Beləliklə, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür.

18. Cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin yuxarıda adı qeyd ediən qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu ərizəsinə əlavə etməmiş, eyni zamanda məhkəmə iclasında təqdim etməmişdir. Onun elektron kabinetindən istifadə etməməsi məhkəmənin qətnaməsindən şikayət verilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz.

19. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Cavabdeh qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsi, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəmin təmin edilməsi və apellyasiya şikayətimin mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir, kollegiyanın qənatincə birinci intansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının tələblərinə uyğundur, qərardadın ləğv edilməsi üçün əsas yoxdur.

21. Kollegiya həmçinin aşağıda şərh olunanları qeyd edir:

22. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.

23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı ## ###### 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

25. Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina edilməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Tərəfin göstərdiyi dəlillər buraxılmış prosessual müddətin bərpa edilməsinin üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Odur ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

qərara a l d ı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar