Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1011/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli 2(017)-1267/2025 qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh Ağcabədi rayon Aqrar İslahat Komissiyasının ## ###### 2006-cı il tarixli * nömrəli qərarına əsasən İddiaçı məxsus olan Ağcabədi şəhəri ərazisində yerləşən 1140,7 kv.metr həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün maneələrin aradan qaldırılması və torpaq sahəsinə edilən müdaxilələrin Cavabdeh qadağan edilməsi, aparılmış tədqiqatın dəyərini təşkil edən 187 manat məbləğində ekspertiza (mütəxəssis) xərcinin və dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğdə pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə göndərmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş vaxtda, yəni # ### 2026-cı tarixdə elektron qaydada apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər elektron qaydada təsdiqlənsə də sistemdəki texniki xəta üzündən göndərilməmiş qalmışdır. Hazırda ona məlum olmuşdur ki, qanunla müəyyən edilmiş müddətdə verdiyi apellyasiya şikayəti elektron qaydada sistemdə oturmamışdır. Ağcabədi Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməməsinə dair sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi elektron imza ilə təsdiq edilməklə ## ##### 2026-cı il tarixdə sifarişli məktubla poçt vasitəsilə Cavabdeh çatdırılmışdır. Cavabdeh ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə göndərmişdir. Qərardaddan Cavabdeh şikayət verərək onun ləğv olunması və müddətin bərpa olunması barədə ərizənin təmin edilərək apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsi xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli reyestrdən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixli sifarişli məktubla cavabdeh Cavabdeh göndərilmişdir. F.*** nömrəli forma arayışdan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə Cavabdeh çatdırılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə əsasında verilmiş icra sənədi ##.##.2026-cı il tarixdə icra olunması üçün Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Ağcabədi rayon icra və probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Lakin Cavabdeh həmin qətnamədən qanunla müəyyən edilmiş müddəti üzrsüz səbəbdən ötürməklə apellyasiya şikayəti vermişdir. MPM-in 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Habelə MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Beləliklə, məhkəmə tərkibi bildirir ki, iş materiallarına əsasən Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsini ## ##### 2026-cı il tarixdə əldə etmişdir. MPM-in 135.5-ci maddəsinin tələbləri baxımından prosessual müddətin hesablanması həmin gündən başlanıldığından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət ## ### 2026-cı il tarixdə artıq başa çatmışdır. İşdən də göründüyü kimi, Cavabdeh eyni zamanda prosessual hüquqlarından vaxtında və lazımi qaydada istifadə etməyərək öz ziyanına çıxarılmış qərara hər hansı maraq göstərməmiş və qəbul edilmiş qərarın mübahisələndirilməsinə ötən müddət ərzində cəhd etməmişdir. MPM-in 47.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin # #### 2026cı il tarixli 2(017)-1267/2025 qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Ağcabədi Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli 2(017)-1267/2025 qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-1011/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1011/2026
10.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver