Məhkəmə qərarları › İş №e-2(3-9)-409/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-409/2026

07.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № e-2(3-9)-409/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsi Mülki Kollegiyasının hakimlәri Imanov Cahid Fehruz oğlunun sәdrliyi vә mәruzәsi ilә, Kәrimov Tale Suliddin oğlu vә Əliyev Qasım Vәli oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclas katibi Əhmәdli Murad Ilham oğlunun katibliyi, Iddiaçının nümayәndәsi (vәkili) Vәkil vә cavabdeh Cavabdeh iştirakları ilә, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanun üzrә vәrәsәlik hüquqlarının tanınması vә miras әmlakın cavabdeh Cavabdeh ilә aralarında bölünmәsi tәlәbi”-nә dair iş üzrә Salyan Rayon Mәhkәmәsinin # ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qәtnamәsindәn cavabdeh Cavabdeh tәrәfindәn verilmiş apelyasiya şikayәtinә, apellyasiya icraatı qaydasında mәhkәmәnin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qanun üzrә vәrәsәlik hüquqlarının tanınması vә miras әmlakın cavabdeh Cavabdeh ilә aralarında bölünmәsi tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Iddiaçı İddiaçı iddia әrizәsini onunla әsaslandırmışdır ki, qeydiyyat nömrәsi 1323027983, reyestr nömrәsi 809013074207-10301 ve qeydiyyat tarixi ##.##.2023-cü il olan “Hüququn ölmüş şәxsә mәxsus olması haqqında dövlәt reyestrindәn” arayışdan görünür ki, ünvan 1 ünvanda yerlәşәn fәrdi yaşayış evi babası mәrhum X1 xüsusi mülkiyyәtindәdir vә onun adına dövlәt qeydiyyatına alınmışdır. X3 1975-ci ildә vәfat etmişdir. X1 vәfat etdikdәn sonra miras әmlakı onun hәyat yoldaşı X4 Abdullayevna (iddiaçının nәnәsi) vә övladları faktiki olaraq qәbul etmişdirlәr. X4 Abdullayevna babasının mülkiyyәtindә olan ünvan 1 ünvanda yerlәşәn fәrdi yaşayış evini öz adına rәsmilәşdirmәdәn 2004-cü il tarixindә vәfat etmişdir. X17 vәfat etdikdәn sonra miras әmlakı onun övladları, o cümlәdәn, o vә digәr vәrәsәlәr faktiki olaraq qәbul etmişdirlәr. X1 vә X17 birgә nikahlarından 5 övladı olmuşdur: X2, X5, X6, X12 va X7. X8 ##.##.1996-ci il tarixindә vәfat etmişdir. X2 ##.##.2022-ci il tarixindә vәfat etmişdir. X12 2013cü il tarixindә vәfat etmişdir, lakin ölümü qeydә alınmamışdır. Onun faktiki olaraq mәzarı vә mәzar daşı var. X1 övladlarından biri X5 ##.##.2021-ci il tarixda vәfat etmişdir. (Leyla Rәhimovanın övladı X18 notarial әrizә ilә miras әmlakdan imtina etmişdir). Salyan Rayon Mәhkәmәsinin # ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qәtnamәsi ilә iddia qismәn tәmin edilmiş, X1 miras qalmış ünvan 2 ünvanda yerlәşәn fәrdi yaşayış evinin miras әmlak kimi İddiaçı tәrәfindәn qәbul edilmiş hesab edilmәsi qәt edilmişdir. Qәtnamәdәn cavabdeh apellyasiya şikayәti verәrәk Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsinin tәmin olunan hissәdә lәğv edilmәsini vә hәmin hissәdә iddia tәlәbinin rәdd edilmәsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə qətnamədə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli Plenum qərarına istinad etsə də, həmin qərarın hazırkı mübahisə ilə hansı əlaqədə olduğunu əsaslandırmamışdır. Şikayətdə qeyd edilmişdir ki, məhkəmənin “Cavabdeh tərəfindən miras əmlakın faktiki qəbul edilməsi həmin əmlakın İddiaçı tərəfindən də faktiki qəbul edilməsini istisna etmir” formasında nəticəyə gəlməsi iş üzrə əvvəllər qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının nəzərə alınmamasını göstərir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X6 miras qoyan Yusif Rəhimovun ölümündən sonra mirası nə qanunla müəyyən edilmiş müddətdə notariat qaydasında qəbul etmiş, nə də faktiki olaraq miras əmlaka sahiblik edib onu idarə etmişdir, əksinə başqa ünvanda yaşamış və anası sağ olarkən vəfat etmişdir. Həmçinin həmin qətnamə ilə müəyyən edilmişdir ki, miras əmlakı faktiki olaraq yalnız X2 və X17 qəbul etmiş, digər vərəsələr isə mirasa yiyələnməmiş və notariat orqanına müraciət etməmişlər. Şikayətdə göstərilmişdir ki, həmin qətnamə sonradan Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmış və preyudisial əhəmiyyət kəsb edən hallara baxmayaraq birinci instansiya məhkəməsi onları nəzərə almamışdır. Kollegiyanın iclasında iştirak edәn cavabdeh Cavabdeh apellyasiya şikayәtini müdafiә etmiş, onun mәzmununa uyğun izahat vermiş vә tәmin edilmәsini xahiş etmişdir. Əlavә olaraq göstәrmişdir ki, o ailәsi ilә birlikdә qeyd edilәn miras әmlakda 36 ildәn artıqdır ki, yaşayır. Iddiaçı hәmin miras әmlakda heç vaxt yaşamamış, hәmin әmlakı nә faktiki nә dә ki, rәsmi olaraq qәbul etmәmişdir. Kollegiyanın iclasında iştirak edәn iddiaçının nümayәndәsi (vәkili) Vәkil apellyasiya şikayәtini әsassız hesab etmiş vә onun tәmin edilmәmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyası tәrәflәrin izahatlarını dinlәyib, iş materiallarını araşdırıb hesab edir ki, qәtnamә lәğv olunmaqla iş üzrә icraata xitam verilmәlidir. Belә ki, işә әlavә edilmiş Salyan Rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli e-*(***)- ****/**** saylı qüvvәdә olan qәtnamәsindәn görünür ki, iddiaçı Cavabdeh cavabdehlәr Salyan Regional “ASAN Xidmәt Mәrkәzi”nin Notariat ofisinә, Rәhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rәhimova (Tağıyeva) Süsәn Yusif qızı, İddiaçı, X9 vә X19 qarşı ünvan 2 ünvanda yerlәşәn miras әmlakı qәbul etmәsi faktının vә ünvan 2 ünvanda yerlәşәn miras әmlak üzәrindә (fәrdi yaşayış evi) X2 tam payının müәyyәn olunması barәdә iddiası qismәn tәmin edilmiş, X1 miras qalmış ünvan 2 ünvanda yerlәşәn fәrdi yaşayış evi miras әmlak kimi X2 tәrәfindәn qәbul edilmiş hesab edilmişdir. Vurğulanmalıdır ki, Salyan Rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, e-2(057)- ****/**** saylı qәtnamәsi ilә X1 miras qalmış ünvan 2 ünvanındakı fәrdi yaşayış evinin kim tәrәfindәn qәbul edildiyi, hәmin әmlakın miras әmlak olması vә mirasçılar arasında hüquqi vәziyyәt tam araşdırılmış, qiymәtlәndirilmiş vә hüquqi mübahisә hәll edilmişdir. Hәmin qәtnamә dәyişdirilmәdәn qanuni qüvvәyә minmiş vә hüquqi nәticәlәr doğurur. Qüvvәdә olan hәmin qәtnamә ilә müәyyәn edilmişdir ki, X2 vә X17 miras qoyan X1 vәfat etdikdәn sonra ona mәxsus olan ünvan 3 ünvanında yerlәşәn sahәsi 121.3 kv.m. olan fәrdi yaşayış evini faktiki olaraq qәbul etmәklә ona yiyәlәnmişlәr, miras әmlakı idarә etmişlәr, kommunalları vә vergilәri ödәmişlәr. Miras qoyan X1 digәr vәrәsәlәri X5, X6, X12 vә X7 isә hәmin mirasa faktiki yiyәlәnmәmişlәr, o cümlәdәn notariat orqanına әrizә vermәklә onu qәbul etmәk barәdә iradә ifadәsi bildirmәmişlәr. X1 vәrәsәsi olan arvadı X17 ## ###### 2004-cü ildә vәfat etmişdir. X6 ##.##.1996-cı il tarixdә vәfat etmişdir. Rәfail Rәhimov mirasqoyan Yusif Rәhimovun ölümündәn sonra miras әmlakı nә qanunda müәyyәn edilmiş müddәtdә notariat kontoruna mirasın qәbul edilmәsi barәdә әrizә vermәklә rәsmi qaydada, nә dә ki, miras әmlaka sahiblik etmәklә, onu idarә etmәklә faktiki olaraq mirası qәbul etmәmişdir. O, anası X17 sağlığında daimi olaraq başqa ünvana köçәrәk yaşamış vә X17 sağlığında vәfat etmişdir. Hazırkı iş üzrә Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qәtnamәsi ilә X1 miras qalmış ünvan 2 ünvanında yerlәşәn fәrdi yaşayış evinin miras әmlak kimi İddiaçı tәrәfindәn qәbul edilmiş hesab edilmәsi qәt edilmişdir. Lakin iş materiallarından müәyyәn olunur ki, hәmin miras әmlak, eyni tәrәflәr vә eyni hüquqi münasibәtlәr üzrә daha әvvәl Salyan Rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli e- *(***)-****/**** saylı qәtnamәsi ilә artıq mәhkәmә araşdırmasının predmeti olmuş, hәmin iş üzrә iddiaçı Cavabdeh mәhz X1 qalmış eyni yaşayış evi ilә bağlı X2 mirası faktiki qәbul etmәsi vә miras әmlak üzәrindә tam payının müәyyәn olunması barәdә tәlәb irәli sürmüş, hәmin iş üzrә hazırkı iddiaçı İddiaçı da cavabdeh qismindә işә cәlb edilmişdir. e-*(***)-****/**** saylı iş üzrә mәhkәmә araşdırması zamanı tәrәflәrin izahatları, şahid ifadәlәri, kommunal ödәnişlәr, yaşayış vә istifadә halları, elәcә dә mirasın faktiki qәbuluna dair bütün hallar әtraflı tәdqiq edilmiş, nәticәdә müәyyәn olunmuşdur ki, miras qoyan X1 ölümündәn sonra miras әmlakı faktiki olaraq әvvәlcә hәyat yoldaşı X17, onun ölümündәn sonra isә onun övladı X2 qәbul etmiş, digәr vәrәsәlәr, o cümlәdәn hazırkı iddiaçı İddiaçı X8 hәmin mirasa nә faktiki sahiblik etmiş, nә dә qanunla nәzәrdә tutulmuş qaydada qәbul etmişdir. Hazırkı işdә isә İddiaçı X8nun hәmin miras әmlakı qәbul etdiyini göstәrmәklә eyni hüquqi münasibәtә yenidәn qiymәt verilmәsini tәlәb etmişdir. Halbuki, Şirvan Apellyasiya Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ## ##### 2025-ci il tarixli qәtnamәsi ilә dә müәyyәn edilmişdir ki, X6 miras qoyan Yusif Rәhimovun ölümündәn sonra mirası nә notariat qaydasında, nә dә faktiki olaraq qәbul etmәmiş, başqa ünvanda yaşamış vә anası X17 sağlığında vәfat etmişdir. Hәmin mәhkәmә aktında hәmçinin göstәrilmişdir ki, miras әmlakı faktiki olaraq yalnız X2 vә X17 qәbul etmişlәr. Belә olan halda, hazırkı iş üzrә irәli sürülmüş tәlәb formal olaraq “mirasın qәbul edilmәsi” kimi tәqdim edilsә dә, mahiyyәt etibarilә artıq qanuni qüvvәyә minmiş mәhkәmә aktları ilә müәyyәn edilmiş hüquqi vәziyyәtin dәyişdirilmәsinә vә miras әmlak üzәrindә hüquq barәdә yaranmış mübahisәnin yenidәn hәllinә yönәlmişdir. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qәrarında ifadә edilmiş hüquqi mövqeyә әsasәn, hüquq barәsindә mübahisә olduğu halda hüquqi әhәmiyyәtli faktın müәyyәn edilmәsi barәdә iddia icraatı qaydasında müstәqil tәlәbin irәli sürülmәsi yolverilmәzdir. Qәrarda göstәrilmişdir ki, belә hallarda mәhkәmә tәrәfindәn MPMin 153.2.1-ci maddәsinә әsasәn әrizәnin icraata qәbulundan imtina edilmәli, әgәr iş artıq icraata qәbul edilmişdirsә, MPM-in 261.0.1-ci maddәsinә әsasәn iş üzrә icraata xitam verilmәlidir. Hazırkı mübahisәdә dә analoji vәziyyәt mövcuddur. Belә ki, e-*(***)-****/**** saylı qәtnamә ilә hәmin miras әmlakın kim tәrәfindәn faktiki qәbul olunması mәsәlәsinә artıq hüquqi qiymәt verilmiş, tәrәflәr arasında miras hüquqları ilә bağlı mübahisә hәll edilmişdir. Buna baxmayaraq, sonradan e-*(***)-****/**** saylı iş üzrә eyni miras әmlakla bağlı yenidәn “mirasın qәbul edilmәsi faktının müәyyәn olunması” tәlәbinin irәli sürülmәsi mahiyyәtcә әvvәlki mәhkәmә aktı ilә müәyyәn edilmiş hüquqi nәticәlәrin yenidәn mübahisәlәndirilmәsinә gәtirib çıxarmışdır ki, bu da yolverilmәzdir. Bu sәbәbdәn mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi hüquq barәdә mövcud mübahisәni vә әvvәlki qanuni qüvvәyә minmiş mәhkәmә aktlarını nәzәrә almadan işә mahiyyәti üzrә baxmışdır. Halbuki, mövcud halda tәlәbә mahiyyәti üzrә baxılması deyil, MPM-in 261.0.1-ci maddәsinә әsasәn iş üzrә icraata xitam verilmәsi tәlәb olunurdu. Buna görә dә Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qәtnamәsi lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikası Konstitusiyanın 129-cu maddәsinin İ hissәsinә görә, mәhkәmәnin qәbul etdiyi qәrarlar dövlәtin adından çıxarılır vә onların icrası mәcburidir. Mülki Prosessual Mәcәllәnin 261.0.2-ci maddәsinә görә, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa, hakim iş üzrә icraata xitam verir. Hәmin Mәcәllәnin 384.0.5.-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamә vә ya qәrardadını qismәn lәğv edә, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 259.0.1-259.0.5-ci vә 259.0.8- 259.0.12-ci maddәlәrinә müvafiq olaraq iddianı tamamilә, yaxud qismәn baxılmamış saxlaya, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 261-ci maddәlәrinә müvafiq olaraq iş üzrә icraata xitam verә bilәr. Hәmin Mәcәllәnin 387.2.8-ci maddәsinә әsasәn şikayәtin dәlillәrindәn asılı olmayaraq birinci instansiya mәhkәmәsinin qәtnamәsi vә ya qәrardadı, iddianın baxılmamış saxlanılması vә ya iş üzrә icraata xitam verilmәsi üçün bu Mәcәllәdә müәyyәn edilmiş әsaslar olduğu halda mәhkәmә işә mahiyyәti üzrә baxmışsa, lәğv edilmәlidir. Şәrh olunanlara әsasәn mәhkәmә kollegiyası hesab edir ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsinin mövcudluğu nәzәrә alınaraq apellyasiya şikayәti qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәtnamәsi lәğv olunaraq iş üzrә icraata xitam verilmәlidir. Şәrh olunanlara әsasәn vә Mülki Prosessual Mәcәllәnin 261.0.2, 391, 400, 402.2.4-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayәti qismәn tәmin edilsin. Salyan Rayon Mәhkәmәsinin # ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qәtnamәsi lәğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanun üzrә vәrәsәlik hüquqlarının tanınması vә miras әmlakın cavabdeh Cavabdeh ilә aralarında bölünmәsi tәlәbi”nә dair iş üzrә icraata xitam verilsin. Qәrardaddan işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün müddәtindә Şirvan Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki kollegiyasına “Elektron mәhkәmә” informasiya sistemi üzәrindәn qanunla müәyyәn olunan qaydada kassasiya şikayәti verilә bilәr. Hәmin müddәtdә kassasiya şikayәti verilmәzsә, qәrardad qanuni qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar