Məhkəmə qərarları › İş №e-2(3-9)-410/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-410/2026

16.04.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-410/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında bаxаrаq məhkəmə tərkibi MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Imişli şəhəri H.Əliyev prospekti 124 ünvanında yerləşən ona məxsus həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını qeyd etməklə və torpağın plan ölçüsünün rəsmi qaydada yerində ölçməklə həmin nöqtələrin ona və Cavabdeh Yunis oğluna göstərilməklə plan ölçü sənədlərinin verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulması və hasarın çəkilməsində Cavabdeh Yunis oğluna 3 metr yol saxlamaqla hasar çəkməyinə maneçilik etdiyinə görə bu işlə bağlı gələcəkdə ekspertiza təyin olunarsa ekspert xərclərinin Cavabdeh Yunis oğlunun üzərinə qoyulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Imişli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli **/*** nömrəli ekspert rəyi üzrə tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** saylı ##.##.2025ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Iddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı ilə (hakim Zaur Pirverdiyev) Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə izah verilməsi barədə iddiaçı İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Iddiaçı İddiaçı Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından şikayət verərək Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qərardadının ləğv edilərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2021-ci il tarixli ********** nömrəli Daşınmaz əmlakın Dövlət reystirindən çıxarışa əsasən Cavabdeh Yunus oğlunun mülkiyətinə verilmiş 0,035 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında və torpaq sahəsinin planı və ölçülərindən də Cavabdeh Yunus oğlunun mülkiyyətində olan torpaq sahəsinin H.Əliyev prospekinə çıxış verməklə 3 metr enində, 34,70 metr uzununda, 15.10 enində onunla sərhədləri və döngə nöqtələri qeyd olunması görünür. JN *** saylı torpaq mülkiyyət hüququna dair şəhadətnamə ilə X1 xüsusi mülkiyətində olan 0.09 ha olan həyətyani torpaq sahəsindən ayrılmışdır. JN *** saylı torpaq sahəsinin döngə nöqtələri isə belədir H.Əliyev prospektinə olan çıxış 19.4 metr bundan 3 metr çıxdıqda 16.4 metr onun mülkiyyətində qalmalıdır. Həmin 16.4 metrdən və Cavabdeh Yunus oğlu çıxarışınıdakı plan ölçü sənədinə uyğun döngə nöqtələrini pozmamaq şərti ilə hasar çəkmək istəsə də, ona imkan verməmişdir. Bundan sonra o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Beyləqan ərazi idarəsinə müraciət etmiş və torpaq sahəsinin onun hesabına ölçülməsi və döngə nöqtələrinin qoyulub plan ölçü sənədinin verilməsi və qonşusu Cavabdehla onun torpaqdakı sərhədlərinin göstərilməsini xahiş etmişdir. Lakin Cavabdeh həmin nümayəndəyə kobudluq göstərərək ona ölçmək üçün şərait yaratmamışdır. Həmin nümayəndə belə olan halda məhkəmə qaydasında bu problemin həll olunmasını bildirmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş ölçu planında göstərilmişdir ki, cədvəl 2 də onun faktiki sənədində olan H.Əliyev pr. ilə 3-4 nöqtəsi 20.06 m. amma buna baxmayaraq o, 16.4 metrdən hasar çəkmək istəmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir ki, cədvəl 3 də onun həqiqtən də, H.Əliyev pr. ilə olan ərazisi 5-6 nöqtəsi 7,18 metr, 6-7 nöqtəsi isə 9,2 metr, toplam 16,38 metr, 7-1 nöqtəsi isə 34,73, 1-2 nöqtəsi isə 15,1 metr kimi göstərilmişdir. O da bu nöqtələrdən hasar çəkmək istəmiş və iddia tələbi də belə olmuşdur Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- **/**** saylı qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirr; 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə ilə bağlı olmuş, lakin iddia rədd edilmişdir. Iddiaçının izah verilməsini xahiş etdiyi qətnamədə isə cavabdehin üzrinə hər hansı öhdəliyin qoyulması müəyyən edilməməklə yanaşı, qətnamənin aydın və dəqiq olmaması, həmçinin ziddiyyətli olması müəyyən edilmir. Qətnamənin nəticə hissəsi aydın şəkildə müəyyən edilmiş və onun məzmununda izahla aydınlaşdırılmalı olan qeyrimüəyyən ifadələr və ya hallar mövcud deyildir. Həmçinin iddiaçı qətnamənin hansı hissəsinə izah verilməsi, qətnamənin məhz hansı hissəsinin aydın və dəqiq olmaması, ziddiyyətli olması barədə hər hansı bir məlumatı nə ərizəsində göstərmiş, nə də məhkəmə iclasında bununla bağlı izahat vermişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən prosessual pozuntuya yol vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 228-230-cu maddələrində qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsindən, əlavə qətnamədən və qətnamənin izah edilməsindən bəhs edilir. Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Hazırkı iş üzrə iddiaçının izah verilməsini istədiyi qətnamə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi olmuşdur. Birinci instansiya məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinə izah verilməsi barədə ərizəyə baxması qanunvericiliyin tələblərinə ziddir. Işə baxan hakim, yalnız öz qərarlarını izah etmək hüququna malikdir, apellyasiya məhkəməsinin verdiyi qətnaməyə izah verilməsi isə yalnız apellyasiya məhkəməsinin (müvafiq məhkəmə tərkibinin) səlahiyyətindədir. Bu səbəbdən, birinci instansiya məhkəməsi apellyasiya məhkəməsinin qərarına izah verilməsi məsələsinə baxaraq münasibət bildirməklə hüquq pozuntusuna yol vermişdir. Halbuki, birinci instansiya məhkəməsi ərizəni icraata götürməkdən imtina etməli idi. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Imişli Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-**/**** saylı qərardadı ləğv edilməlidir. Mülki iş qərardadın təsviriəsaslandırıcı hissəsindəki hallara yenidən hüquqi qiymət verilməsi üçün Imişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 230, 263, 264, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı ləğv edilsin. Mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsindəki hallara yenidən hüquqi qiymət verilməsi üçün Imişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar