Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-461/2026 27.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Şükürova İlhamə Siyasət qızının cavabdeh3 Şirvan-X4 İdarəsi və X1 Məktəbinə qarşı attestasiya komissiyasının qərarının ləğvi, şəxsin vəzifəyə uyğun hesab edilməklə, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxıb MÜƏYYƏN ETDİ: Şükürova İlhamə Siyasət qızı cavabdeh3 Şirvan-X4 İdarəsinə və X1 Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, attestasiya komissiyasının qərarının ləğvi, şəxsin vəzifəyə uyğun hesab edilməklə, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Əli İmanov) iddianın təmin edilməsi, cavabdeh3 Şirvan-X4 İdarəsi, X1 məktəbinin Attestasiya Komissiyasının Şükürova İlhamə Siyasət qızı barəsində qəbul etdiyi vəzifəyə uyğun hesab edilməmə barədə ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsi və sonuncunun tutduğu vəzifəyə uyğun hesab edilməsi, X1 Məktəbi direktorunun “əmək müqaviləsinə xitam verilməsi barədə” ## ###### 2025-ci il tarixli əmrin ləğv edilməsi və Şükürova İlhamə Siyasət qızının həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh X1 məktəbindən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Qətnamədən cavabdeh3 Şirvan-X4 İdarəsi apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə tam əməl edilməmişdir. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq diqqətə çatdırır ki, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Habelə MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayəti verilərkən dövlət rüsumu ödənilməmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh apellyasiya şikayəti verərkən yuxarıda adıçəkilən “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə istinad etmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin hüquqi norma cavabdehlərə deyil, yalnız iddiaçılara şamil olunur. Belə olan halda, cavabdehin apellyasiya şikayəti üzrə dövlət rüsumunu ödəmək öhdəliyi mövcud olmuşdur və rüsumun ödənilməməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-9)-461/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-461/2026
27.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver