Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-491/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Mamedov Bəxtiyar Şükru oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizə ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 4981,58 manat pulun və 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, hazırda vəfat etmiş Məmmədov Şükrü arasında ## ####### 2010-cu il tarixində “Torpağın müvəqqəti istifadəsinə dair Müqavilə № **” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Məmmədov Şükrü öz mülkiyyətində olan Saatlı rayonu, Varxankənd kəndində yerləşən 0,88 ha-dan ibarət torpaq sahəsini müddətsiz olaraq onun istifadəsinə vermişdir. Bundan sonra ümumi sahəsi 3,35 hektar təşkil edən və onun istifadəsində olan digər üç torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsinin münbitləşdirilməsi məqsədi ilə onun tərəfindən sahəyə üzvi gübrə (peyin) verilməsi, torpağın aqrotexniki işlənməsi (torpağın hazırlanması/qarışdırılması və s.) və münbitləşdirmə ilə əlaqədar digər zəruri işlər həyata keçirmişdir. Uzun müddət qeyd edilən torpaq sahələri onun tərəfindən kənd təsərrüfatı məqsədi ilə sərbəst istifadə etmişdir. Lakin ## ####### 2025-ci il tarixində Şükrü Məmmədovun oğlu – Mamedov Bəxtiyar Şükrü oğlu onun istifadəsində olan Saatlı rayonu, Varxankənd kəndində yerləşən 0,88 ha-dan ibarət torpaq sahəsini şumlatdırmaq məqsədi ilə sahəyə traktor gətirmişdir. Bundan xəbər tutan kimi o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Saatlı RPŞ-nə müraciət etmişdir. Həmin hadisə ilə əlaqədar qeydiyyata alınmış HK-*/**** nömrəli iş Saatlı Rayon Polis X5 təhqiqatçısı, R X1 icraatına verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Mamedov Bəxtiyar Şükrü oğlu atası vəfat etdikdən sonra həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən çıxarış almış və məhz bu səbəbə görə də qeyd edilən torpaq sahəsində şumlama işlərini həyata keçirərək sahədə taxıl əkmək niyyətində olmuşdur. Mamedov Bəxtiyar Şükrü oğlunun əməlində cinayət hadisəsi olmadığı üçün ## ####### 2025-ci il tarixində Saatlı RPŞ-də HK-*/**** nömrəli iş üzrə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərar” qəbul edilmişdir. Əlavə olaraq bildirir ki, onun müddətsiz istifadəsində olan cavabdeh Mamedov Bəxtiyar Şükrü oğlunun mülkiyyətindəki 0,88 ha-dan ibarət torpaq sahəsi də daxil olmaqla ümumi sahəsi 3,35 hektar təşkil edən torpaq sahəsinin münbitləşdirilməsi məqsədi ilə onun tərəfindən sahəyə üzvi gübrə (peyin) verilməsi, torpağın aqrotexniki işlənməsi (torpağın hazırlanması/ qarışdırılması və s.) və münbitləşdirmə ilə əlaqədar olaraq kifayət qədər pul vəsaiti xərclənmişdir. Həmin xərcləri müəyyən etmək məqsədi ilə o, “xxxx” MMC-nin direktoru Elman Əsədovu, qiymətləndiriciləri Ağaməhəmməd Alosmanovu və Vüsal Məstəliyevi mütəxəssis kimi cəlb etmişdir. Mütəxəssislər Saatlı rayonu, Varxankənd kəndində yerləşən 3,35 hektardan ibarət torpaq sahəsinə baxış keçirmiş, oradan və qonşuluqda yerləşən, lakin münbitləşdirilməmiş digər sahədən torpaq nümunələri götürərək laboratoriyada onların qarşılıqlı analizini aparmışdırlar. Laboratoriyada Saatlı rayonu, Varxankənd kəndində yerləşən 3,35 hektardan ibarət torpaq sahəsinin münbitləşdirilmə dərəcəsi müəyyən edildikdən sonra mütəxəssislər müvafiq hesablamalar apararaq həmin torpaq sahəsinə 18 964,00 (on səkkiz min doqquz yüz altmış dörd) manat məbləğində xərc çəkildiyini müəyyən etmişdirlər. Bu fakt “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025- ci il tarixli, R**/**/** saylı “Torpaq sahəsinin münbitləşdirilməsi üçün çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi barədə Ekspert Rəyi” ilə təsdiq edilmişdir. Beləliklə onun tərəfindən Saatlı rayonu, Varxankənd kəndində yerləşən 3,35 hektardan ibarət torpaq sahəsinə 18 964,00 (on səkkiz min doqquz yüz altmış dörd) manat pul vəsaiti xərcləndiyi müəyyən edildiyi üçün, hazırda cavabdeh Mamedov Bəxtiyar Şükrü oğlu tərəfindən geri götürülmüş 0,88 ha-dan ibarət torpaq sahəsinin münbitləşdirilməsinə 1,0 hektar üçün 18 964,00 manat/3,35ha=5 660,89 manat olmaqla, 5 660,89 manat x 0,88ha=4 981,58 manat pul vəsaiti sərf edildiyi müəyyən olunur. Məhz bu səbəbə görə o, Saatlı rayonu, Varxankənd kəndində yerləşən 0,88 ha-dan ibarət torpaq sahəsinin münbitləşdirilməsinə xərclədiyi 4 981,58 (dörd min doqquz yüz səksən bir) manat həcmində pul vəsaitini məhkəmə qaydasında cavabdeh Mamedov Bəxtiyar Şükrü oğlundan tələb eməkdə haqlıdır. Birinci instansiya məhkəməsində icraat Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi (hakim: Vüqar Qasımov) ilə iddia ərizəsi təmin edilməmiş, iş üzrə ödənilmiş 70 manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əlavə edilmiş: Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ## ####### 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Mamedov Bəxtiyar Şükru oğlunun və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.8822 ha torpaq sahəsindən cavabdeh İddiaçı qanunsuz istifadəsinin dayandırılması və cavabdeh həmin torpaq sahəsidən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. ##.##.2010-cu il tarixli torpağın müvəqqəti istifadəsinə dair müqavilədən görünür ki, X2 öz mülkiyyətində olan Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.88 ha torpaq sahəsini İddiaçı icarə vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh atası X2 arasında ##.##.2010-cu il tarixdə torpağın müvəqqəti istifadəsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 öz mülkiyyətində olan Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.88 ha torpaq sahəsini İddiaçı icarə vermişdir. Hazırkı iş üzrə tərəflər arasında olan əvvəlki məhkəmə prosesi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur ki, İddiaçı X2 0,88 ha torpaq sahəsini birdəfəlik olaraq aldığını göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Torpağın alqı-satqısı yalnız qanunla müəyyən edilmiş qaydada notariat qaydasında təsdiq edilmiş müqavilə və sonradan dövlət qeydiyyatı ilə hüquqi qüvvə kəsb edə bilər. Həm yuxarıda qeyd edilən mülki iş üzrə, həm də hazırkı mülki iş üzrə araşdırma zamanı İddiaçı tərəfindən təqdim edilmiş sənəd alqı-satqı müqaviləsi deyil, yalnız torpaq sahəsinin müvəqqəti istifadəsinə dair, mahiyyətcə icarə münasibətləri doğuran razılaşmadır. Bu sənəddə mülkiyyətin keçməsi, satış qiyməti, əmlakın alıcıya verilməsi və mülkiyyətçinin razılığı kimi alqı-satqı münasibətlərinə xas olan tələblər mövcud olmadığından, İddiaçı iddia etdiyi “alqı-satqı” hüquqi fakt kimi təsdiq olunmur. Yuxarıda qeyd edilənlərə və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən faktlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının bildirdiyi kimi mübahisəli torpaq sahəsini birdəfəlik almamış, həmin torpaq sahəsi onun müvəqqəti istifadəsinə, yəni icarəsinə verilmişdir. Ona görə də məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə torpaq icarəsini tənzimləyən maddi normaları tətbiq etməyi zəruri hesab etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən icarə münasibətlərinə xitam verildikdə, icarəyə verən razılıq verdiyi və icarəyə götürülmüş torpağın dəyərini artıran digər məsrəflərin əvəzini də icarəçiyə ödəməlidir. Hazırki işdən göründüyü kimi, icarəçi qismində çıxış edən İddiaçı, icarəyə verən mərhum X2, daha sonra isə onun varisi Cavabdeh razılığı olmadan mübahisəli torpaq sahəsində yaxşılaşdırma işləri aparmışdır. Bundan başqa, mülki qanunvericiliyin tələbinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin keyfiyyətinin yaxşılaşdırılması şərtləri, nəzərdə tutula bilər. Məhkəmə iclasında təqdim olunan müqavilədə icarəyə götürən şəxs tərəfindən icarəyə götürdüyü əmlakla bağlı yaxşılaşdırma işlərinin görülməsi, müqavilə müddəti bitdikdən və ya tərəflər arasında icarə münasibətlərinə son qoyulduqdan sonra həmin xərci icarəyə verən şəxs tərəfindən ödənilməli olmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsində apardığı hər hansı bir yaxşılaşdırma işləri onun özünün mənafeyinə xidmət etmişdir. Belə ki, torpaq sahəsində aparılan yaxşılaşdırma işləri bol məhsulun əldə edilməsi ilə nəticələnir. Bu da iddiaçının torpaq sahəsində əlavə gəlir əldə etməsinə xidmət edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə çəkilmiş xərc icarəyə verənin razılığı olmadan çəkildiyindən, aparılmış yaxşılaşma işləri icarə müqaviləsində nəzərədə tutulmadığından, iddiaçının torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilmiş xərcləri cavabdehdən tələb etməsi haqlı deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 706.1, 706.3, 714.1, 714.2, 680.1, 680.1.1, 680.1.2, 680.2ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1,14.2, 76.1, 77.1, 80, 217.4, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Saatlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsinə və 4 981,58 (dörd min doqquz yüz səksən bir) manat həcmində pul vəsaitinin cavabdeh Mamedov Bəxtiyar Şükrü oğlundan tutularaq iddiaçı İddiaçı Əliqulla oğluna ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç vaxt Məmmədov Şükrü və İddiaçı arasında “İcarə müqaviləsi” bağlanmamış, İddiaçı heç kimə icarə haqqı ödəməmişdir. Yəni iddiaçı İddiaçı müddətsiz istifadəsinə verilmiş torpaq sahəsinə onun yaxşılaşdırılmasına görə xərc çəkmişdir ki, buna da cavabdeh Mamedov Bəxtiyar Şükrü oğlunun hazırda vəfat etmiş atası Məmmədov Şükrünün razılığı tələb edilmir. Beləliklə də hesab edir ki, birinci instansiya məhkəməsi öz qətnaməsini çıxararkən tərəflər arasında guya icarə münasibətlərinin olduğunu və bu münasibətləri tənzimləyən maddi hüquq normalarına istinad etməklə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübut kimi təqdim edilmiş ## ####### 2010-cu il tarixində “Torpağın müvəqqəti istifadəsinə dair Müqavilə № **”-i düzgün qiymətləndirməmiş və tərəflər arasında icarə münasibətlərinin olduğunu qeyd edərək, müvafiq hüquq normalarını deyil, digər maddi hüquq normalarını tətbiq etmiş, beləliklə də səhv nəticəyə gəlmişdir. Mübahisələndirilən qətnamənin “Sübutların qiymətləndirilməsi hissəsi”-ndə tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, R**/**/** saylı “Torpaq sahəsinin münbitləşdirilməsi üçün çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi barədə Ekspert Rəyi”-nə ümumiyyətlə münasibət bildirilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə, ƏMDX-nin DƏDKR PHŞ tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ## ####### 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Mamedov Bəxtiyar Şükrü oğlunun və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.8822 ha torpaq sahəsindən cavabdeh İddiaçı Əliqulla oğlunun qanunsuz istifadəsi dayandırılmış və cavabdeh həmin torpaq sahəsindən çıxarılmışdır. Məhkəmə qətnaməsi ilə, ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən, İddiaçı Əliqulla oğlunun qanunsuz istifadəsindən söhbət gedir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən, "özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. İkincisi isə, "X3 İnformasiya Sistemi" (EKTİS) - kənd təsərrüfatının zamanla bütün sahələrini əhatə etməklə yanaşı, daxili və xarici sistemləri ilə inteqrasiya imkanlarının genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyinin qurulmasına, proseslərin tamamlanmasına, analizlərin aparılmasına, müasir texniki həllərin tətbiqinə, kənd təsərrüfatı torpaq sahələrinin əkin bəyannaməsi verilməsi üçün və dəqiq məlumatlara əsaslanan proqnozların verilməsinə imkan yaradır. Bildirir ki, 2010-cu ildən-2026-cı ilə qədər ailə üzvlərininin mülkiyyətinə verilmiş 0.88 hektar kənd təsərrüfatı torpaq sahələrinin əkilib-becərilməsi məqsədi ilə heç bir əkin bəyannaməsi verilməmişdir. Torpaqların əkilməməsi barədə, 2020-2026-cı illəri əhatə edən, bəyannamələri Kənd Təsərrüfatı Nazirliyinin "X3 İnformasiya Sistemi" (EKTİS) proqramından çıxarıb, etirazına əlavə etmişdir.Bundan əlavə olaraq qeyd edir ki, iddiaçı həmin torpaq sahəsinin münbitləşdirilməsi məqsədi ilə görülən tədbirlər barəsində hər hansı bir sübut təqdim etməmişdir. Həmin sahənin münbitləşdirilməsi məqsədi ilə işlətdiyi kənd təsərrüfatı texnikalarının sahibləri ilə heç bir müqavilə bağlamamışdır. Saatlı rayonunda Meliorasiya və İrriqasiya İdarəsi mövcud olmuşdur. Həmin təşkilatla və ya kənd təsərrüfatı texnikaları idarə edən sahibkarlarla torpaq sahəsində meliorativ işlərin aparılması barədə heç bir müqavilə təqdim etməmişdir. Bu isə onun iddia tələbinin əsassız olmasını sübuta yetirir. Mübahisəli sahəyə çəkilmiş xərcləri müəyyən etmək məqsədi ilə iddiaçı İddiaçı Əliqulla oğlu "xxxx" MMC-nin direktoru Elman Əsədovu, qiymətləndiriciləri Ağaməhəmməd Ələsmanovu və Vüsal Məstəliyevi mütəxəssis kimi cəlb etmişdir. Həmin mütəxəssisləri o görməmiş və onlar mübahisəli torpaq sahəsində olmamışdırlar. Odur ki, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi qüvvədə qalmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək Saatlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsinə və 4 981,58 (dörd min doqquz yüz səksən bir) manat həcmində pul vəsaitinin cavabdeh Mamedov Bəxtiyar Şükrü oğlundan tutularaq iddiaçı İddiaçı Əliqulla oğluna ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Mamedov Bəxtiyar Şükru oğlu apellyasiya şikayətinə etiraz edərək Saatlı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.7-ci maddəsinə əsasən maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 1091.1-ci maddəsinə əsasən maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84-cü maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Saatlı Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsinə və 4 981,58 (dörd min doqquz yüz səksən bir) manat həcmində pul vəsaitinin cavabdeh Mamedov Bəxtiyar Şükrü oğlundan tutularaq iddiaçı İddiaçı Əliqulla oğluna ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Ona görə də məhkəmə tərkibi Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-150)-50/2026 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin dəlilləri həcmində-tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı yanlış olaraq tam rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizə ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 4981,58 manat pulun və 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2010-cu il tarixli müqavilə mahiyyət etibarilə icarə münasibətlərini əks etdirir və iddiaçının torpaq sahəsini alması barədə iddiası sübut olunmamışdır. Əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də bu hal təsdiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı torpaq sahəsində yaxşılaşdırma işlərini icarəyə verənin razılığı olmadan aparmış, həmçinin müqavilədə bu cür xərclərin ödənilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, aparılan işlər iddiaçının öz mənafeyinə xidmət etmişdir Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. ##.##.2010-cu il tarixli torpağın müvəqqəti istifadəsinə dair müqavilədən görünür ki, X2 öz mülkiyyətində olan Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.88 ha torpaq sahəsini İddiaçı müddətsiz istifadəsinə vermişdir. Daha sonra cavabdeh iddiaçının həmin torpaq sahəsindən çıxarılması ilə bağlı iddia qaldırmış və hazırda mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində və istifadəsindədir. Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ## ####### 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Mamedov Bəxtiyar Şükru oğlunun və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.8822 ha torpaq sahəsindən cavabdeh İddiaçı qanunsuz istifadəsinin dayandırılması və cavabdeh həmin torpaq sahəsidən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda iddiaçı torpaq sahəsi cavabdehin mülkiyyətində və istifadəsində olduğundan torpağa çəkilən yaxşılaşdırma xərcinin əvəzi kimi 4981,58 manat pulun alınıb ona verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən çəkilən yaxşılaşdırma xərclərinin icarəyə verənin razılığı olmadan çəkildiyi, aparılmış yaxşılaşma işlərinin icarə müqaviləsində nəzərədə tutulmadığını əsas gətirib iddianı təmin etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, lakin bu məsrəflər əmlakın dəyərindən artıq olmamalıdır. Beləliklə iddia tələbinin qanuni əsaslarından göründüyü kimi əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır. Hazırkı işin düzgün həlli ilə bağlı məhkəmə tərkibi, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Başqa sözlə cavabdeh torpağı yaxşılaşdırılmış vəziyyətdə geri alıbsa və bu, onun əmlakının dəyərini artırıbsa, onda o, hazırda mülkiyyətçi olaraq aydalanan şəxs olmuşdur. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. Hazırkı işdə də iddiaçı İddiaçı iddia ərizəsində torpaq sahəsinə üzvi gübrə (peyin) verilməsi, torpağın aqrotexniki işlənməsi (torpağın hazırlanması/ qarışdırılması və s.) və münbitləşdirmə ilə əlaqədar olaraq kifayət qədər pul vəsaiti xərclədiyini bildirmiş, buna görə də iddiaçı istifadəsində olmuş Saatlı rayonu, Varxankənd kəndində yerləşən 4 torpaq sahəsinə, ümumilikdə 3,35 hektardan ibarət torpaq sahəsinə çəkilən yaxşılaşdırma xərclərinin müəyyən edilməsindən ötrü ELEX qiymətləndirmə şirkətindən Arayış almış və arayışda münbitləşdirilmə dərəcəsi müəyyən edildikdən sonra mütəxəssislər müvafiq hesablamalar apararaq həmin torpaq sahələrinə ümumilikdə 18964,00 (on səkkiz min doqquz yüz altmış dörd) manat məbləğində xərc çəkildiyini müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə iddiaçı tərəfindən yaxşılaşdırma ilə bağlı çəkilən xərclər hissəsində iddia tələbi üzrə işin faktiki hallarını düzgün müəyyən etməmişdir. Lakin qiymətləndirici rəyində hazırkı mübahisə premdeti olan 0.88 ha-dan ibarət torpaq sahəsinə münasibətdə konkret nə qədər xərc çəkildiyi deyil iddiaçının istifadəsində olmuş dörd müxtəlif sahələrə yəni 0,88 ha, 0.88 ha 0,53 ha, 1,06 ha torpaq sahəsinə (ümumilikdə 3.35 ha) çəkilən yaxşılaşdırma xərcləri müəyyən edilmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, çəkilən ümumi xərc 4 hissəyə bölünməli ( 18964,00:4=4741) hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan 0,88 ha torpaq sahəsinə çəkilən yaxşılaşdırma xərci 4741 manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın tamamilə rədd edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı İddiaçı tərəfindən torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən 4741 manat pul vəsaiti cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasibətdə 67,41 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, 2,59 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi iddianın mübahisələndirilən hissədə qiyməti 4741 manat manat təşkil edir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı İddiaçı tərəfindən torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən 4741 manat pul vəsaiti cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasibətdə 67,41 manatı cavabdehdən alınaraq iddiaçıya verilsin. 2,59 manatı iddiaçıya aid edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №e-2(3-9)-491/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-491/2026
21.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver