Məhkəmə qərarları › İş №e-2(3-9)-495/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-495/2026

18.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-495/2026 18.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi-vəkili Vəkil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ** saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi Mütəxəssis İmanxan oğlunun iştirakı ilə, İddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “tikilinin sökülməsi, gedişgəliş yolunun açılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs (nümayəndə-vəkil Vəkil) tərəfindən birgə verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “tikilinin sökülməsi, gediş-gəliş yolunun açılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh1 qonşuların istifadə etdiyi ümumi məhəllədə (gediş-gəliş yolunda), ona məxsus olan həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla torpaq sahəsində qanunsuz çəkdirdiyi hasarın və hasarın üzərində tikilmiş üst tikilinin və ona məxsus torpaq sahəsinin daxilində apardığı tikintinin onların hesabına sökülərək köhnə vəziyyətinə gətirilməsi və gələcəkdə tikinti işlərinin aparılmasının onlara qadağan olunması, ona məxsus olan məhv edilmiş beş ədəd feyxoa ağaclarının qiymətinin hesablanaraq cavabdeh2 və cavabdeh1 alınaraq ona ödənilməsi, qeyri-qanuni tikinti işlərinin aparılmasına və ağacların qanunsuz kəsilməsinə görə dəymiş 10.000 manat məbləğində mənəvi ziyanın cavabdeh2 və cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan 8 sotdan ibarət olan torpaq sahəsi ünvan 1 ünvanında yerləşir (daşınmaz əmlakın əvvəlki ünvan Lenin küçəsi 82 olmuşdur). Həmin torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi ## ###### 1968-ci ildə X5 adından oğlu X3 adına qeydiyyata alınmışdır. X3 vəfat etdikdən sonra X1 torpaq sahəsi və evə sahiblik etmiş və onun adına torpağın mülkiyyətə verilməsinə dair JN663A seriyalı, ******** saylı və JN-663B seriyalı, ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. (Həmin şəhadətnamələrin surətləri ərizəyə əlavə olunacaqdır). Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, ******** saylı şəhadətnaməyə əsasən iddiaçının 0.05 ha torpaq sahəsi və JN663B seriyalı, ******** saylı şəhadətnaməyə əsasən isə 0.03 ha torpaq sahəsi vardır. Sözügedən hər iki torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli, ** saylı Qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Bu torpaq sahələri əslində qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsdir. O, uzun müddətdir ki, Almaniyada yaşayır. Qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ölkədə olmamasından istifadə edən cavabdeh cavabdeh2 heç kimin istifadəsində olmayan məhəllədə (gediş-gəliş yolunda) olan torpaq sahəsini zəbt etməyi özünə fürsət bilib onlara məxsus torpaq sahəsində də qanunsuz tikinti aparır. Bu qanunsuz hərəkət (torpaqda qanunsuz tikinti aparmaq, yaxud torpaq sahəsinin zəbt olunması) artıq ənənə halını alıb. Bu hala birdəfəlik son qoyulmalıdır. Çünki onlar hər dəfə bu cür qanunsuz hərəkətin qarşısını ala bilmir (Məhkəmə işi №:2 (018)-401/2018 əlavə edir). Torpaq sahəsi qardaşınındır. Cavabdehlər özünə aid olmayan və mülkiyyətində olmayan torpaq sahəsində tikinti aparır. Həyətyanı qonşusu cavabdeh2 (JN - 663A KOD ******** nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə 661A kimi qeyd olunan sahənin sahibi) kimsədən icazə almadan 2023-cü ilin avqust ayının ortalarında 2023-ci il JN - 663A KOD ******** nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə B-dən C-yə kimi göstərilən, ona məxsus olan hissədə, 4 ədəd ona məxsus olan Feyxoa ağacını məhv edib qonşuların istifadə etdiyi məhəllədə (gediş-gəliş yolunda) tikinti işi aparmış və torpağının bir hissəsini də zəbt edərək, JN - 663A KOD ******** nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə B-dən C-yə kimi göstərilən gediş-gəliş yolunu tutmuşdur. Cavabdehlərin apardığı qanunsuz tikinti sahəsinin sxemini əlavə edir. Cavabdehlər ağacları kəsib, zirzibili töküb onların torpaq sahəsinə. Ağacları kəsib bərbad günə qoyub. Kəsilən ağaclar dörd ədəd feyxoa ağacları olmaqla məhsul gətirdiyi vaxtda kəsilib. Evlərində kirayə qalan adamların evdə olmadığı bir neçə gündə qanunsuz tikinti işləri görülüb və tikinti gedir. Cavabdehlərin apardığı qanunsuz tikinti işlərinin nəticəsinin video diskini ve şəkillərini iddia ərizəsinə əlavə edir. Həmin mülki iş üzrə sonradan müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “tikilinin sökülməsi, gediş-gəliş yolunun açılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh1 qonşuların istifadə etdiyi ümumi məhəllədə (gediş-gəliş yolunda), ona məxsus olan həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla torpaq sahəsində qanunsuz çəkdirdiyi hasarın və hasarın üzərində tikilmiş üst tikilinin və ona məxsus torpaq sahəsinin daxilində apardığı tikintinin onların hesabına sökülərək köhnə vəziyyətinə gətirilməsi və gələcəkdə tikinti işlərinin aparılmasının onlara qadağan olunması, ona məxsus olan məhv edilmiş beş ədəd feyxoa ağaclarının qiymətinin hesablanaraq cavabdeh2 və cavabdeh1 alınaraq ona ödənilməsi, qeyri-qanuni tikinti işlərinin aparılmasına və ağacların qanunsuz kəsilməsinə görə dəymiş 10.000 manat məbləğində mənəvi ziyanın cavabdeh2 və cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı torpaq mübahisələri tələbinə dair mülki iş icraatdadır. O, 825 kv.m-dən ibarət olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçisi X1 vərəsəsidir. Bu faktları təsdiq edən sənədləri əlavə edir. Hazırda, o da bu torpaq sahəsi üzrə iddiaçı tərəfdən müstəqil tələb irəli sürən şəxs kimi mülki işə qoşulmaq istəyir. Ona məxsus olan 8 sotdan ibarət olan torpaq sahəsi ünvan 1 ünvanında yerləşir (daşınmaz əmlakın əvvəlki ünvan Lenin küçəsi 82 olmuşdur). Həmin torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi ## ###### 1968-ci ildə X5 adından oğlu X3 adına qeydiyyata alınmışdır. X3 vəfat etdikdən sonra X1 torpaq sahəsi və evə sahiblik etmiş və onun adına torpağın mülkiyyətə verilməsinə dair JN663A seriyalı, ******** saylı və JN-663B seriyalı, ******** saylı torpağın mülkiyyətə olunacaqdır). verilməsinə dair şəhadətnamələr verilmişdir. (Həmin şəhadətnamələrin surətləri ərizəyə əlavə olunacaqdır). Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, ******** saylı şəhadətnaməyə asasən iddiaçının 0.05 ha torpaq sahəsi və JN-663B seriyalı, ******** saylı şəhadətnaməyə əsasən isə 0.03 ha torpaq sahəsi vardır. Sözügedən hər iki torpaq sahəsi Astara rayon Aqrar ahat Komissiyasının ## #### 1999-cu il tarixli, ** saylı Qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Bu torpaq sahələri əslində onundur. O, uzun müddətdir ki, Almaniyada yaşayır. Onun ölkədə olmamağından istifadə edən cavabeh cavabdeh2 heç kimin istifadəsində olmayan məhəllədə (gediş-gəliş yolunda) olan torpaq sahəsini zəbt etməyi özünə fürsət bilib onlara məxsus torpaq sahəsində də qanunsuz tikinti aparır. Bu qanunsuz hərəkət (torpaqda qanunsuz tikinti aparmaq, yaxud torpaq sahəsinin zəbt olunması) artıq ənənə halını alıb. Bu hala birdəfəlik son qoyulmalıdır. Çünki onlar hər dəfə bu cür qanunsuz hərəkətin qarşını ala bilmirlər (Məhkəmə işi Nr:2 (018)-401/2018 əlavə edir). Torpaq sahəsi qardaşınındır. Cavabdehlər özünə aid olmayan və mülkiyyətində olmayan torpaq sahəsində tikinti aparır. Həyətyanı qonşusu cavabdeh2 (JN-663A KOD ******** nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə 661A kimi qeyd olunan sahənin sahibi) kimsədən icazə almadan 2023-cü ilin avqust ayının ortalarında 2023-ci il JN-663A KOD ******** nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə B-dən C-yə kimi göstərilən, ona məxsus olan hissədə, 4 ədəd ona məxsus olan Feyxoa ağacını məhv edib qonşuların istifadə etdiyi məhəllədə (gediş-gəliş yolunda) tikinti işi aparmış və torpağının bir hissəsini də zəbt edərək, JN 663A KOD ******** nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə B-dən C-yə kimi köstərilən gedişgəliş yolunu tutmuşdur. Cavabdehlərin apardığı qanunsuz tikinti sahəsinin sxemini əlavə edir. Cavabdehlər ağacları kəsib, zir-zibili töküb onların torpaq sahəsinə. Ağacları kəsib bərbad günə qoyub. Kəsilən ağaclar dörd ədəd feyxoa ağacları olmaqla məhsul gətirdiyi vaxtda kəsilib. Evlərində kirayə qalan adamların evdə olmadığı bir neçə gündə qanunsuz tikinti işləri görülüb və tikinti gedir. Cavabdehlərin apardığı qanunsuz tikinti işlərinin nəticəsinin video diskini ve şəkillərini iddia ərizəsinə əlavə edir. Məhkəmə iclasında iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, onun hasarının İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs heç bir aidiyyatı yoxdur. O, hər hansı bir feyxoa ağacını kəsməmişdir. Onlara məxsus ağacların budaqları ona məxsus həyətə düşdüyündən və dəfələrlə bu barədə özlərinə məlumat verilsə də, tədbir görülmədiyin, öz həyətlərinə düşən budaqlar tərəfindən kəsilmişdir. Ağacların kəsilməsi üçün tərəfindən həmin həyətə daxil olması lazım idiki, bu da mümkünsüzdür. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs ona şər atır. Ona görə də, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, onun hasarının İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs məxsus torpaq sahəsinə və gediş gəliş yoluna heç bir aidiyyatı yoxdur. Qardaşı tərəfindən hər hansı bir feyxoa ağacını kəsməmişdir. İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs onlara şər atır. Ona görə də, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi (Hakim: Şəfiqə Meybullayeva) ilə, iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “tikilinin sökülməsi, gediş-gəliş yolunun açılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiaları təmin edilməmiş, Tikinti-texniki obyektlərin tədqiqi üçün hesablanmış 50 (əlli) manat rüsum iddiaçı İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı və üçüncü şəxs birgə apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı və üçüncü şəxs Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh iddiaçının apellyasiya şikayətinə etiraz göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflərə və müstəqil tələb irəli sürməyən Astara şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı və üçüncü şəxs tərəfindən birgə verilmiş apelyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Mülki Məcəllənin; 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 152.1 və 152.5-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. (Mülki məcəllə 1243.1,1243.2, 1243.3,1255.) Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bələdiyyələrin ümumi istifadədə olan torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır; 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, tərəflərə aid torpaq sahələrinin üst-üstə düşməsi müəyyən oluna bilməmiş, lakin iddia edilən gediş-gəliş yolunun bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu, faktiki olaraq cavabdehlərin və kimliyi müəyyən edilməyən şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin torpaq sahəsinə qərb istiqamətdən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Həmçinin, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin torpaq sahəsinin cavabdehlərə məxsus torpaq sahəsinə bitişik hissənin çəpər vasitəsilə ayrılması və orada ağacların olması, həmin ağacların budaqlarının cavabdehlərə məxsus torpaq sahəsinə düşməsi, həmçinin həmin kəsildiyi müəyyən edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki tələb 3 hissədən ibarətdir. Birincisi qanunsuz tikilinin sökülməsi, ikincisi məhv edilmiş feyxoa ağaclarının dəyərinin ödənilməsi və dəymiş maddi ziyanın ödənilməsi. Üçüncü hissənin təmin edilməsi tələbin 1-ci və 2-ci hissəsinin təmin edilməsi ilə birbaşa bağlıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin torpaq sahəsinin sərhəddinin pozulmasını, cavabdehlərin qanunsuz sahibliyində olmasını, məhv edilmiş feyxoa ağaclarının dəyərinin və dəymiş mənəvi ziyanın ödənilməsinə dair sübutlar təqdim edə bilməmişdir. Əksinə cavabdehlər tərəfindən onlara məxsus həyətə iddiaçı tərəfin həyətində yerləşən ağacların budaqlarının düşməsi və bu budaqların kəsildiyi bildirilmiş, təqdim edilən videogörüntülər ilə də, təsdiqini tapmışdır. Tələbin birinci və ikinci hissəsi əsassız olduğundan 3-cü hissəsi də təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunsuz tikilinin sökülməsi və gediş-gəliş yolunun açılmasına münasibətdə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin qeyd olunan hissədə apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi qismən ləğv edilərək, ləğv edilən hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, JN – 663A, KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarı ilə 0.05 hektar həyətyanı torpaq sahəsi X1 və İddiaçı ümumi paylı mülkiyyətinə verilib. Şəhadətnamə 421 nömrə ilə kitabda qeydə alınmışdır. İş materiallarında olan, ## ###### 2018-ci il tarixli, *(***)-***/**** saylı qətnamənin surətindən görünür ki, iddiaçılar cavabdeh1 və cavabdeh2 cavabdeh İddiaçı qarşı “tutulmuş gediş-gəliş yolunun açılmasına” dair ilk iddiasının rədd olunması, cavabdeh İddiaçı iddiaçılar cavabdeh1 və cavabdeh2 qarşı “maneçiliyin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin olunması, cavabdeh İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən istifadəyə iddiaçılar tərəfindən edilən maneçiliyin aradan qaldırılması qət edilmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 131.7 kvm olan fərdi yaşayış evi cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materialına əlavə edilmiş ##.##.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin **/**** saylı, ## ######## 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, 3-21-3-43/2- ****/**** saylı mütəxəssis rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *- **-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında JN663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı İddiaçı və X1 mülkiyyətlərina verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə sərhədləri və dongə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,05 ha həyətyanı torpaq sahəsinin "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədindəki məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur (torpaq sahəsinin sənəd üzrə vəziyyətilə faktiki vəziyyətin müqayisəli təhlili mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və 801013060912-***** reyestr nömrəli Çıxarışa əsasən cavabdehlər cavabdeh2 və cavabdeh1 paylı mülkiyyətinə verilmiş 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada və sənəd üzrə sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin ölçüsünün hüquqmüəyyənedici sənədlərdə qeyd edilən sahə ölçüsündən çox olması, həmçinin torpaq sahəsinin şərq sərhədinin koordinatlarının faktiki vəziyyətə uyğun olmaması müəyyən edilmişdir. (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin ##.##.2024cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında JN663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı İddiaçı və X1 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətin uyğun gəlməməsi səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçılar İddiaçı və X1 mülkiyyətlərində olan 0,05 ha həyətyanı torpaq sahəsinin cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lankaran Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, 3-21-3- **/*- ****/**** saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı İddiaçı və X1 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehler cavabdeh2 və cavabdeh1 tərəfindən istifadə edilməməsi (tutulmaması) müəyyən olunmuşdur. Faktiki olaraq həmin torpaq sahəsinə qərb istiqamətdən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Astara şəhərində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-663A yadilən 0.05 hektar həyətyanı torpaq sahəsində kəsilmiş feyxoa ağaclarının kötüyünün olub-olmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyildir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, 3-21-3-43/2- ****/**** saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1999- cu il tarixli, ** saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı İddiaçı və X1 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətin uyğun gəlməməsi səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022- ci il tarixli, ********** qeydiyyat nömrəli və 801013060912-***** reyestr nömrəli Çıxarışa əsasən cavabdehlər cavabdeh2 və cavabdeh1 paylı mülkiyyətinə verilmiş 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı İddiaçı və X1 mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. İş materialında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin ##.##.2025ci il tarixli, *-**-**/*-**/****/**** saylı mütəxəssis rəyindən görünür ki, Torpaq islahatı zamanı Astara şəhəri ərazisində Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən İddiaçı və X1 mülkiyyətlərinə 0,05 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədi işlənilmişdir. Araşdırma zamanı sözügedən 0,05 ha həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-663A "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədinin koordinatlarının faktiki vəziyyətdə natura ilə üst-üstə düşməməsi, torpaq sahəsinin "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədindəki məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı iddiaçı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının sözügedən "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədinin koordinatlarına tam həcmdə uyğun olmaması və həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün şəhadətnamə sənədində qeyd edilen sahə ölçüsündən az olması (şəhadətnamə üzrə 0,05 ha, faktiki istifadədə 0,048 ha) müəyyən olunmuşdur. Qeyd olunan səbəblərdən həmin 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və 801013060912-***** reyestr nömrəli Çıxarışa əsasən cavabdehlər cavabdeh2 və cavabdeh1 paylı mülkiyyətində olan 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin 2024-cü il tarixdə bağışlanma müqaviləsi əsasında cavabdeh1 hədiyyə verilməsi (bağışlanması) müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və 801013060912- ***** reyestr nömrəli Çıxarışa əsasən cavabdeh cavabdeh1 mülkiyyətində olan 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada və sənəd üzrə sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Həmçinin cavabdeh cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən olunmuş və faktiki istifadədə olan torpaq sahəsinin ölçüsünün 0,058 ha (mülkiyyətdə olan 0,04 ha torpaq sahəsi ilə birgə) olması məlum olmuşdur. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün hüquqmüəyyənedici sənəddə qeyd edilən sahə ölçüsündən çox (sənəd üzrə 0,04 ha, faktiki istifadədə 0,058 ha) olması müəyyən edilmişdir. Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında JN663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçı İddiaçı və X1 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətdə natura ilə, eləcə də iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də, JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçılar İddiaçı və X1 mülkiyyətlərində olan 0,05 ha həyətyanı torpaq sahəsinin cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən istifadə edilibedilməməsini də müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçının iddia tələbinə uyğun, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı məlum olmuşdur ki, torpaq islahatı aparılan zaman İddiaçı və X1 faktiki istifadələrində 0,06 ha torpaq sahəsi mövcud olmuş və həmin 0,06 ha torpaq sahəsinin 0,05 ha- JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında İddiaçı və X1 mülkiyyətlərinə verilmiş, qalan 0,01 ha- (145 kv.m) isə onların istifadələrində olmaqla bələdiyyə mülkiyyətində saxlanılmışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı və X1 istifadələrində olan bələdiyyə mülkiyyətinə aid həmin 0.01 ha (145 kv.m) torpaq sahəsinin faktiki vəziyyətdə təxminən (qeyd olunan uyğunsuzluğun mövcud olmasına rəğmən) 0.007 ha hissəsinin cavabdehlər cavabdeh2 və cavabdeh1 faktiki istifadələrində (üzərində onlara məxsus həyət tikilisinin mövcud olması da müəyyən olunmuş) olması, təxminən 0.006 ha hissəsinin digər şəxsin (kimliyini müəyyənləşdirmək mümkün olmamış) faktiki istifadəsində (Üzərində digər şəxsə məxsus həyət tikilisinin mövcud olması da müəyyən olunmuş) olması müəyyən olunmuşdur. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı İddiaçı və X1 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə gedişgəliş yolunun cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən istifadə edilməməsi (tutulmaması) müəyyən olunmuşdur. Faktiki olaraq həmin torpaq sahəsinə layihədə nəzərdə tutulan qərb istiqamətdəki gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Lakin 3-cü sualın cavabında qeyd olunduğu kimi İddiaçının iddia tələbinə uyğun, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı məlum olmuşdur ki, torpaq islahatı aparılan zaman İddiaçı və X1 faktiki istifadələrində 0,06 ha torpaq sahəsi mövcud olmuş və həmin 0,06 ha torpaq sahəsinin 0,05 ha-1 JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında İddiaçı və X1 mülkiyyətlərinə verilmiş, qalan 0,01 ha-ı (145 kv.m) isə onların istifadələrində olmaqla bələdiyyə mülkiyyətində saxlanılmışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı və X1 istifadələrində olmuş bələdiyyə mülkiyyətinə aid həmin 0,01 ha-ı (145 kv.m) torpaq sahəsinin şimal qonşuluğunun yol ilə (hazırda iddia olunan yol) sərhəd olması müəyyən olunmuşdur. Cavabdehlər cavabdeh2 və cavabdeh1 və digər şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid həmin 0,01 ha-i (145 kv.m) torpaq sahəsindən istifadə edilərək iddiaçının şimal istiqamətdəki həmin yola giriş-çıxışın bağlanması (İddiaçının həmin yoldan istifadə edə bilməməsi) müəyyən olunmuşdur. Araşdırma zamanı torpaq islahatına dair kompleks yerquruluşu layihəsində nəzərdə tutulan qeyd olunan mübahisəli gedişgəliş yolunun faktiki vəziyyətdə naturaya (yerə) uyğun gəlməməsi də müəyyən olunmuşdur. 5-ci sualı cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı İddiaçı və X1 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətdə natura ilə, eləcə də iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və 801013060912-***** reyestr nömrəli Çıxarışa əsasən cavabdeh cavabdeh1 mülkiyyətində olan 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bütün bunlar rəyə əlavə edilmiş yerquruluşu planlarında göstərilmişdir. İş materiallarında olan videogörüntülərdən görünür ki, iki torpaq sahəsini çəpər ayırır, həmin çəpərin bir tərəfində yerləşən torpaq sahəsindəki ağacların budaqları digər torpaq sahəsinə düşür. Digər videogörüntüdə isə iki torpaq sahəsini ayıran çəpərin digər tərəfindəki ağacların kəsildiyi görünür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı və iddiaçı tərəfdən çıxış edən müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbində qeyd edir ki, iddiaçıya məxsus olan 8 sotdan ibarət olan torpaq sahəsi ünvan 1 ünvanında yerləşir (daşınmaz əmlakın əvvəlki ünvan Lenin küçəsi 82 olmuşdur). Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, ******** saylı şəhadətnaməyə əsasən iddiaçının 0.05 ha torpaq sahəsi və JN663B seriyalı, ******** saylı şəhadətnaməyə əsasən isə 0.03 ha torpaq sahəsi vardır. Sözügedən hər iki torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli, ** saylı Qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Bu torpaq sahələri əslində qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsdir. O, uzun müddətdir ki, Almaniyada yaşayır. Qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ölkədə olmamasından istifadə edən cavabdeh cavabdeh2 heç kimin istifadəsində olmayan məhəllədə (gediş-gəliş yolunda) olan torpaq sahəsini zəbt etməyi özünə fürsət bilib onlara məxsus torpaq sahəsində də qanunsuz tikinti aparır. cavabdeh2 (JN - 663A KOD ******** nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə 661A kimi qeyd olunan sahənin sahibi) kimsədən icazə almadan 2023-cü ilin avqust ayının ortalarında 2023-ci il JN - 663A KOD ******** nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə B-dən C-yə kimi göstərilən, ona məxsus olan hissədə, 4 ədəd ona məxsus olan Feyxoa ağacını məhv edib qonşuların istifadə etdiyi məhəllədə (gediş-gəliş yolunda) tikinti işi aparmış və torpağının bir hissəsini də zəbt edərək, JN - 663A KOD ******** nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə B-dən C-yə kimi göstərilən gediş-gəliş yolunu tutmuşdur. Cavabdehlər iddiaya etirazında bildirir ki, onların hasarının İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs heç bir aidiyyatı yoxdur. Onlar, hər hansı bir feyxoa ağacını kəsməmiş, iddiaçıya məxsus ağacların budaqları ona məxsus həyətə düşdüyündən və dəfələrlə bu barədə özlərinə məlumat verilsə də, tədbir görülmədiyin, öz həyətlərinə düşən budaqları kəsilmişlər. İddia tələbi əsassızdır. İddiaçının iddia tələbi 3 hissədən ibarətdir: - qanunsuz tikilinin sökülərək ümumi istifadədə olan gediş-gəliş yolunun açılması - -məhv edilmiş feyxoa ağaclarının dəyərinin ödənilməsi - 10000 (on min) manat mənəvi ziyanın ödənilməsi Kollegiya tələbin 1-ci hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan sübutlardan və ekspert rəyindən müəyyən edilir ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı məlum olmuşdur ki, torpaq islahatı aparılan zaman İddiaçı və X1 faktiki istifadələrində 0,06 ha torpaq sahəsi mövcud olmuş və həmin 0,06 ha torpaq sahəsinin 0,05 ha-1 JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında İddiaçı və X1 mülkiyyətlərinə verilmiş, qalan 0,01 ha-ı (145 kv.m) isə onların istifadələrində olmaqla bələdiyyə mülkiyyətində saxlanılmışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı və X1 istifadələrində olmuş bələdiyyə mülkiyyətinə aid həmin 0,01 ha-ı (145 kv.m) torpaq sahəsinin şimal qonşuluğunun yol ilə (hazırda iddia olunan yol) sərhəd olması müəyyən olunmuşdur. Cavabdehlər cavabdeh2 və cavabdeh1 və digər şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid həmin 0,01 ha-i (145 kv.m) torpaq sahəsindən istifadə edilərək iddiaçının şimal istiqamətdəki həmin yola giriş-çıxışın bağlanması (İddiaçının həmin yoldan istifadə edə bilməməsi) müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməyərək qeyd etmişdir ki, iddia edilən gediş-gəliş yolunun bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu, faktiki olaraq cavabdehlərin və kimliyi müəyyən edilməyən şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin torpaq sahəsinə qərb istiqamətdən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Mülki Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi ümumi istifadədə olan gediş-gəliş yolun zəbtdən azad edilməsi ilə bağlıdır. Belə ki, işdə olan sübutlardan müəyyən edilir ki, cavabdehlər Bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olan yolu qanunsuz zəbt etməklə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə şimal hissədən gediş-gəliş yolunu bağlamışlar. Apellyasiya icraatı zamanı mütəxəssis qismində məhkəmə iclasında izahatı alınmış, bundan əlavə yazılı şəkildə mütəxəssis rəyinə əlavə təqdim etmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ** saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi Mütəxəssis İmanxan oğlu bildirmişdir ki, torpaq islahatından sonra mübahisəli 0.01 ha (145 kv.m) torpaq sahəsi Bələdiyyə mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmuş və ümumi istifadədə olan yol kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehlər tərəfindən həmin torpaq sahəsinin 0.007 ha hissəsinin üzərində talvarın (naves) bir hissəsinin və hasarın (iddiaçılarla cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin sərhəddində) mövcud olması, həmin bələdiyyə mülkiyyətinə aid 0.01 ha (145 kv.m) torpaq sahəsinin qalan 0.006 ha hissəsinin üzərində isə bir damın altında yerləşən sanitar qovşağı, hin və anbarın mövcud olması müəyyən edilmişdir. Həmçinin Mütəxəssis göstərmişdir ki, cavabdehlər tərəfindən qanunsuz olaraq Bələdiyyənin mülkiyyətində olan faktiki iddiaçıların istifadəsində olan 0,01 ha-ı (145 kv.m) torpaq sahəsindən daş hasar və talvar tikilməsi nəticəsində ümumi istifadədə olan hissədə iddiaçının şimal istiqamətdəki həmin yola giriş-çıxışı bağlanmışdır. Mütəxəssis əlavə olaraq göstərmişdir ki, qeyd olunan mübahisəli 0,01 ha-ı (145 kv.m) torpaq sahəsini iddiaçılar 20 ildən artıq müddətdir ki, istifadələrindədir, lakin son vaxtlar cavabdeh cavabdeh2 və cavabdeh1 həmin torpaq sahəsində qanunsuz tikili olan daş hasar və talvar hörmüş, talvarın bir hissəsi cavabdehlərin mülkiyyətində olan sahədə, bir hissəsi isə iddiaçıların istifadələrində olan torpaq sahəsində aparılmışdır. Bundan başqa iddiaçının vəkili tərəfindən təqdim edilmiş Astara Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddiaçılar cavabdeh2 və cavabdeh1 qarşılıqlı iddiaçı İddiaçı qarşı “tutulmuş gediş-gəliş yolunun açılması”na dair ilk iddiaları təmin edilməmiş, qarşılıqlı iddiaçı İddiaçı ilkin iddiaçılar cavabdeh2 və cavabdeh1 qarşı “manelərin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsindən istifadəyə iddiaçılar tərəfindən edilən maneçiliyin aradan qaldırılması qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan kanalizasiya və hamam bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə düşür. Cavabdeh İddiaçı məxsus mübahisə predmeti olan torpaq sahəsindən istifadəyə iddiaçılar tərəfindən maneçilik edilmişdir. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsinin preyudisiallığı baxımından Astara Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli qətnaməsi ilə də mübahisəli Bələdiyyə mülkiyyətində olan 01 ha (145 kv.m) torpaq sahəsinin uzun müddət iddiaçı İddiaçı mülkiyyətində olduğu müəyyən edilmiş, həmin torpaq sahəsi üzərində kanalizasiya və hamam tikilməklə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə maneələrin yaradılması müəyyən edilmişdir. Kollegiya eyni tərəf, eyni predmet və eyni əsas baxımından mövcud qətnaməni hazırki işin hallarına münasibətdə qiymət verərək hesab edir ki, hazırki mübahisənin predmeti məhz həmin Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz (inşa edilən navestalvar və daş hasar əvvəllər mübahhisələndirilən qətnamənin icrasından sonra inşa edilmiş, yəni həmin vaxt mübahisə predmerti olmamışdır.) inşa edilən daş hasarın və talavarın sökülərək maneələrin aradan qaldırılması və iddiaçının mülkiyyətinə gedən torpaq sahəsinə gediş-gəliş yolunun açılması ilə bağlıdır. Ona görə də Astara Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisiallığı yalnız mübahisəli Bələdiyyə torpağının uzun müddət iddiaçının istifadəsində olmasından və həmin torpaq sahəsinin gediş-gəliş yolu kimi nəzərdə tutulmasından ibarətdir. Torpaq Məcəlləsinin 47.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. 47.3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. Kollegiya işin mübahisəsiz halı kimi müəyyən edir ki, iddiaçı 5 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir, əlavə 145 kvm bələdiyyə torpağı isə 20 ildən artıq onun istifadəsindədir, ümumi istifadədə olan gediş-gəliş yolu kompleks yer quruluşu sənədlərində nəzərdə tutulmuşdur. Başqa sözlə mübahisəli gediş-gəliş yolu kompleks yerquruluşu layihəsində və xəritədə, uzunmüddətli istifadə ilə təsdiqlənmiş, iddiaçı və müstəqil tələb irəli sürən mülkiyyətçi X1 vəfatından sonra torpaq sahəsi onun vərəsələri qızı (İddiaçı həm də mülkiyyətçilərdən biridir.) İddiaçı və oğlu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən miras əmlakın faktiki sahibi kimi istifadə edirlər. Nəzərə alınmalıdır ki, vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. (Mülki Məccəllə maddə 1255) Miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.(mülki məcəllə maddə 1243.1,1242.2, 1242.3). Göründüyü kimi həm iddiaçı həm də üçüncü şəxs bu halda həmin yoldan istifadə hüququna malik olan şəxs hesab olunur. Məhz bu səbəbdən də, onlar Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və Mülki Məcəlləyə görə torpaqdan istifadəyə maneələrin aradan qaldırılması tələb irəli sürmək üçün subyektiv hüquq sahibi kimi qəbul edilə bilər. Başqa sözlə iddiaçı və iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qanundan irəli gəlir. Çünki hüquq yalnız mülkiyyət hüququ ilə məhdudlaşmır. Uzunmüddətli qanuni istifadəçi də öz istifadəsinin pozulmasına qarşı müdafiə tələb edə bilər. Xüsusilə 20 ildən artıq faktiki istifadə, bələdiyyənin etiraz etməməsi, kommunikasiyaların və yolun mövcudluğu iddiaçının legitim istifadəsini gücləndirmişdir. Kollegiya yuxarıda qeyd olunan Torpaq qanunvericiliyi baxımından hüquqi qiymətləndirmə apararaq müəyyən edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin 5 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir, əlavə 145 kvm torpaq sahəsi bələdiyyə mülkiyyətində olsa da, 20 ildən artıq iddiaçıların faktiki istifadəsindədir, hər iki sahəyə çıxış kompleks yerquruluşu sənədlərində nəzərdə tutulmuş ümumi istifadədə olan yol vasitəsilə təmin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə görə torpaqdan istifadə hüququ yalnız mülkiyyət hüququ ilə məhdudlaşmır. Torpaq sahəsinin qanuni istifadəçisi də müdafiə olunan subyekt hesab edilir. Burada mühüm hüquqi məqam odur ki, uzunmüddətli faktiki istifadə, bələdiyyənin buna etiraz etməməsi, həmin istifadə formasının sabit xarakter alması iddiaçı üçün hüquqi maraq və müdafiə olunan istifadə hüququ yaratmışıdr. Bundan başqa ümumi istifadədə olan torpaqların zəbt edilməsi, onların təyinatının dəyişdirilməsi, keçid və gediş-gəlişin məhdudlaşdırılması qanunsuz hesab olunur. Bu baxımdan cavabdehlər bu hərəkəti torpaq qanunvericiliyinin pozuntusu kimi qiymətləndirilməlidir. Cavabdehlərin iddia tələbinə etirazından müəyyən edilir ki, onlar iddiaçıların iddiasına etiraz edir və etirazını onunla əsaslandırır ki, iddiaçıların həyətyanı sahələrinə başqa alternativ yol mövcuddur və onlar həmin yoldan istifadə edə bilərlər. Göründüyü kimi, cаvаbdehlərin iddiаçının mülkiyyətində оlаn torpaq sahəsinə şimal hissədən gedən yоlun üzərində çəpərləmə aparaq qanunsuz tikili tikməsi, bundan başqa talavarın bir hissəsini həmin ərazidə tikməsi iddiaçının mülkiyyətində оlаn tоrpаğınа ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş üçün mаneə yаrаtdığındаn iddiаçının оnа qаrşı həmin mаneələrin аrаdаn qаldırılmаsı, yəni hasarlanmış ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun açılmasını tələb etmək hüququ yаrаnmış və iddia tələbinin əsaslı olmaqla həmin hasar sökülməli, qanunsuz tikililər sökülərək yaradılan maneələr aradan qaldırılmaqla gediş-gəliş yolu açılmalıdır. Baxmayarq ki, birinci instansiya məhkəməsi iddiaçının həyətyanı sahəsinə ikinci alternativ yolun olması əsası ilə iddianı təmin etməmiş və nəzərə almamışdır ki, ümumiyyətlə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla kəndarası gediş-gəliş yolu (ümumi istifadə) üçün nəzərdə tutulmuş ümumi istifadədə olan torpaq sahəsinin hər hansı formada zəbti qanununla yol verilən hesab edilə bilməz. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa yerdən gedişgəliş yolunun olması, nəzərdə tutulmuş digər gediş-gəliş yolunun zəbt olunaraq istifadəyə maneə yaradılmasına əsas verə bilməz. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin mülkiyyət hüququ qorunur və dövlət mülkiyyət hüququnu təmin etməlidir. Mülkiyyətə çıxış və istifadənin təminatı da mülkiyyət hüququnun tərkib hissəsidir. Hazırki halda iddiaçı İddiaçı həyətyanı torpaq sahəsinə gediş-gəliş çıxışın hər hansı formada məhdudlaşdırılması onun mülkiyyət hüququnun faktiki pozulmasına gətirib çıxarmaqla yanaşı, həyətyanı torpaq sahəsinə çıxışı da çətinləşdirə (məsələn təcili yardım, yanğın xidmətləri və ya digər nəqliyyat növləri üçün əlçatanlıq zəifləyər) bilər. Kollegiya iddiaçının məhv edilmiş feyxoa ağaclarının dəyərinin ödənilməsi və 10000 (on min) manat mənəvi ziyanın ödənilməsi tələbləri ilə bağlı bildirir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsində də məhkəmə baxışı zamanı təqdim edilmiş videogörüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iki torpaq sahəsini çəpər ayırır, həmin çəpərin bir tərəfində yerləşən torpaq sahəsindəki ağacların budaqları digər torpaq sahəsinə düşür. Digər videogörüntüdə isə iki torpaq sahəsini ayıran çəpərin digər tərəfindəki ağacların kəsildiyi görünür. Cavabdehlər də iddiaya etirazların da ağacları kəsmədiklərini, həyətyanı sahələrinə düşən budaqları kəsdiklərini bildirmişlər. Kollegiya qeyd edir ki, əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsində feyxoa ağaclarını kəsməsini, 10000 manat mənəvi zərərə məruz qalmasını sübut edə bilməmişdir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. (Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarı) Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qismən təmin edilməli, iş üzrə Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddiaları qismən, yəni tikilinin sökülməsi, gediş-gəliş yolunun açılması hissəsində təmin edilməli, cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən Bələdiyyə mülkiyyətində olan.01 ha (145 kv.m) torpaq sahəsi üzərində inşa edilmiş daş hasar, talvarın həmin torpaq sahəsinə düşən hissəsi sökülərək ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolu açılmaqla yaradılan maneələr aradan qaldırılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsnın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs (nümayəndə-vəkil Vəkil) tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi “tikilinin sökülməsi, gediş-gəliş yolunun açılmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddiaları qismən, yəni tikilinin sökülməsi, gediş-gəliş yolunun açılması hissəsində təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən Bələdiyyə mülkiyyətində olan 01 ha (145 kv.m) torpaq sahəsi üzərində inşa edilmiş daş hasar, talvarın həmin torpaq sahəsinə düşən hissəsi sökülərək ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolu açılmaqla yaradılan maneələr aradan qaldırılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar