Məhkəmə qərarları › İş №e-2(3-9)-506/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-506/2026

18.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qətnamə Şirvanǝşəhəri İşǝ№ǝe-2(3-9)-506/2026 18.05.2026 ŞIRVANǝAPELLYASIYAǝMƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, ƏliyevǝOrxanǝİsmayılǝoğlununǝkatibliyi, Cavabdeh Cavabdeh, iddiaçınınǝnümayəndəsi-vəkiliǝNümayəndə iştirakıǝilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməniǝqəbulǝetdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizə ilə məhkəmə müraciət edərək, cavabdeh Cavabdehdan 6000,54 manat pulun və 81 manat dövlət rüsumunun alınıb ona verilməsi barədəǝqətnaməǝqǝtǝedilməsiniǝxahişǝetmişdir. Məhkəmə baxışı zamanı iddiaçı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onunla X3 arasında ## ####### 2010-cu il tarixində “Torpağın müvəqqəti istifadəsinə dair Müqavilə № **” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Məmmədov Şükrü öz mülkiyyətində olan Saatlı rayonu, Varxankənd kəndində yerləşən 1,06 ha-dan ibarət torpaq sahəsini müddətsiz olaraq onun istifadəsinə vermişdir. Bundan sonra ümumi sahəsi 3,35 hektar təşkil edən və onun istifadəsində olan digər üç torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsinin münbitləşdirilməsi məqsədi ilə onun tərəfindən sahəyə üzvi gübrə (peyin) verilməsi, torpağın aqrotexniki işlənməsi (torpağın hazırlanması/qarışdırılması və s.) və münbitləşdirmə ilə əlaqədar digər zəruri işlər həyata keçirmişdir. Uzun müddət qeyd edilən torpaq sahələri onun tərəfindən kənd təsərrüfatı məqsədi ilə sərbəst istifadə etmişdir. Lakin, ## ####### 2025-ci il tarixində X3 oğlu – Cavabdeh onun istifadəsində olan Saatlı rayonu, Varxankənd kəndində yerləşən 1,06 hadan ibarət torpaq sahəsini şumlatdırmaq məqsədi ilə sahəyə traktor gətirmişdir. Bundan xəbər tutan kimi o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Saatlı RPŞ-nə müraciət etmişdir. Həmin hadisə ilə əlaqədar qeydiyyata alınmış HK-*/**** nömrəli iş Saatlı Rayon Polis X6 təhqiqatçısı, R X2 icraatına verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən çıxarış almış və məhz bu səbəbə görə də qeyd edilən torpaq sahəsində şumlama işlərini həyata keçirərək sahədə taxıl əkmək niyyətində olmuşdur. Cavabdeh əməlində cinayət hadisəsi olmadığı üçün ## ####### 2025- ci il tarixində Saatlı RPŞ-də HK-*/**** nömrəli iş üzrə “Cinayət işinin başlanılmasının rədd edilməsiǝhaqqındaǝQərar”ǝqəbulǝedilmişdir. Daha sonra iddiasını əsaslandıraraq bildirdi ki, onun müddətsiz istifadəsində olan cavabdeh Cavabdeh mülkiyyətindəki 1,06 ha-dan ibarət torpaq sahəsi də daxil olmaqla ümumi sahəsi 3,35 hektar təşkil edən torpaq sahəsinin münbitləşdirilməsi məqsədi ilə onun tərəfindən sahəyə üzvi gübrə (peyin) verilməsi, torpağın aqrotexniki işlənməsi (torpağın hazırlanması/ qarışdırılması və s.) və münbitləşdirmə ilə əlaqədar olaraq kifayət qədər pul vəsaiti xərclənmişdir. Həmin xərcləri müəyyən etmək məqsədi ilə o, “xxxx” MMC-nin direktoru Elman Əsədovu, qiymətləndiricilər Ağaməhəmməd Alosmanovu və Vüsal Məstəliyevi mütəxəssis kimi cəlb etmişdir. Mütəxəssislər Saatlı rayonu, Varxankənd kəndində yerləşən 3,35 hektardan ibarət torpaq sahəsinə baxış keçirmiş, oradan və qonşuluqda yerləşən, lakin münbitləşdirilməmiş digər sahədən torpaq nümunələri götürərək laboratoriyada onların qarşılıqlı analizini aparmışdırlar. Laboratoriyada Saatlı rayonu, Varxankənd kəndində yerləşən 3,35 hektardan ibarət torpaq sahəsinin münbitləşdirilmə dərəcəsi müəyyən edildikdən sonra mütəxəssislər müvafiq hesablamalar apararaq həmin torpaq sahəsinə 18 964,00 (on səkkiz min doqquz yüz altmış dörd) manat məbləğində xərc çəkildiyini müəyyən etmişdirlər. Bu fakt “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli R**/**/** saylı “Torpaq sahəsinin münbitləşdirilməsi üçün çəkilmiş xərclərin dəyərinin müəyyən edilməsi barədə Ekspert Rəyi” ilə təsdiq edilmişdir. Beləliklə onun tərəfindən Saatlı rayonu, Varxankənd kəndində yerləşən 3,35 hektardan ibarət torpaq sahəsinə 18 964,00 (on səkkiz min doqquz yüz altmış dörd) manat pul vəsaiti xərcləndiyi müəyyən edildiyi üçün, hazırda cavabdeh Cavabdeh tərəfindən geri götürülmüş 1,06 ha-dan ibarət torpaq sahəsinin münbitləşdirilməsinə 1,0 hektar üçün 18 964,00 manat/3,35ha=5 660,89 manat olmaqla, 5 660,89 manat x 1,06ha= 6000,54 manat pul vəsaiti sərf edildiyi müəyyən olunur. Məhz bu səbəbə görə o, Saatlı rayonu, Varxankənd kəndində yerləşən 1,06 ha-dan ibarət torpaq sahəsinin münbitləşdirilməsinə xərclədiyi 6000,54 (altı min doqquz əlli dörd manat) həcmində pul vəsaitini məhkəmə qaydasında cavabdeh Cavabdeh tələb eməkdə haqlıdır. Odur ki, iddianın təmin olunmasınıǝxahişǝedir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiəǝedərəkǝiddiaçıǝİddiaçıǝizahatınaǝuyğunǝizahatǝverdi. Məhkəmə baxışı zamanı cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun və ailə üzvlərinin mülkiyyətinə 1,06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş 1,06 hektar torpaq sahəsini, Saatlı rayon Qaracalar kəndi sakini cavabdeh Umudov Umudǝli Əligulla oğlu uzun müddət zəbt edib və qanunsuz istifadə etmişdir. Saatlı rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə Saatlı rayonu, Varxankənd kəndində yerləşən 1,06 ha torpaq sahəsindən cavabdeh İddiaçı qanunsuz istifadəsi dayandırılmış və cavabdeh həmin torpaq sahəsindən çıxarılmışdır. Həmin qətnamədən şikayət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanlımışdır. “X4 İnformasiya Sistemi” (EKTİS) – kənd təsərrüfatının zamanla bütün sahələrini əhatə etməklə yanaşı, daxili və xarici sistemləri ilə inteqrasiya imkanlarının genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyinin qurulmasına, proseslərin tamamlanmasına, analizlərin aparılmasına, müasir texniki həllərin tətbiqinə, kənd təsərrüfatı torpaq sahələrinin əkin bəyannaməsi verilməsi üçün və dəqiq məlumatlara əsaslanan proqnozların verilməsinə imkan yaradır. Bildirir ki, 2010-cu ildən- 2026-cı ilə qədər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.88 hektar kənd təsərrüfatı torpaq sahələrinin əkilib-becərilməsi məqsədi ilə heç bir əkin bəyannaməsi verilməmişdir. Bundan əlavə olaraq qeyd edir ki, iddiaçı həmin torpaq səhəsinin münbitləşdirilməsi məqsədi ilə görülən tədbirlər barəsində hər hansı bir sübut təqdim etməmişdir. Həmin sahənin münbitləndirilməsi məqsədi ilə işlətdiyi kənd təsərrüfatı texnikalarının sahibləri ilə heç bir müqavilə bağlamamışdır. Saatlı rayonunda Meliorasiya və İrriqasiya İdarəsi mövcud olmuş, həmin təşkilatla və ya kənd təsərrüfatı texnikaları idarə edən sahibkarlarla torpaq sahəsində meliorativ işlərin aparılması barədə heç bir müqavilə təqdim etməmişdir. Bu isə onun iddia tələbinin əsassız olmasını sübuta yetirir. Odur ki, iddianınǝrəddǝolunmasınıǝxahişǝedir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi (Hakim: Aygün Cəmilova) ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 81 manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallarǝsübutǝolunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini,ǝiddianınǝtəminǝedilməsiǝbarədəǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh iddiaçının apellyasiya şikayətinə etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsiniǝxahişǝetdi. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə həm yazılı həm də şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədəǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinəǝbaxılmasınıǝmümkünǝhesabǝetmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuşǝsübutlarǝəsasındaǝmahiyyətiǝüzrəǝbaxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqdaǝisəǝtamǝyoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apelyasiya şikayətlərinin dəlilləri həddində Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasınıǝməqsədəmüvafiqǝhesabǝedir. Tətbiq edilən hüquq: AzərbaycanǝRespublikasıǝMülkiǝMəcəlləsinin; Maddə 14.1 maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.7 maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 1091.1 maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasǝolmadanǝbaşqaǝşəxsinǝ(məhrumǝolanın)ǝhesabınaǝəmlakǝəldəǝetsin. Maddə 1091.2 maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və yaǝsonralarǝaradanǝqalxmışǝəsasaǝsöykənir. Maddə 1092.1 maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlıǝhallarǝistisnaǝolmaqla,ǝəşyanınǝmülkiyyətçisiǝonunǝbütünǝtərkibǝhissələrininǝmülkiyyətçisidir. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərinǝəvəzininǝödənilməsiniǝtələbǝedəǝbilər. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydadaǝhəyataǝkeçirilir. AzərbaycanǝRespublikasıǝTorpaqǝMəcəlləsi; Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqlarınǝpozulmasıǝnəticəsindəǝonlaraǝdəyənǝzərərǝtamǝhəcmdəǝödənilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi vəǝprosessualǝhüquqǝnormalarınaǝriayətǝetməsiniǝyoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, yaxşılaşdırılma ilə bağlı çəkilən xərclərin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında təqdim olunan müqavilədə icarəyə götürən şəxs tərəfindən icarəyə götürdüyü əmlakla bağlı yaxşılaşdırma işlərinin görülməsi, müqavilə müddəti bitdikdən və ya tərəflər arasında icarə münasibətlərinə son qoyulduqdan sonra həmin xərci icarəyə verən şəxs tərəfindən ödənilməli olmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçının mübahisəli torpaq sahəsində apardığı hər hansı bir yaxşılaşdırma işləri onun özünün mənafeyinə xidmət etmişdir. Belə ki, torpaq sahəsində aparılan yaxşılaşdırma işləri bol məhsulun əldə edilməsi ilə nəticələnir. Bu da, idiaçının torpaq sahəsində əlavə gəlir əldə etməsinə xidmət edir. Beləliklə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə çəkilmiş xərc icarəyə verənin razılığı olmadan çəkildiyindən, aparılmış yaxşılaşma işləri icarə müqaviləsində nəzərədə tutulmadığından, iddiaçının torpaq sahəsinin yaxşılaşdırılmasınaǝçəkilmişǝxərcləriǝcavabdehdənǝtələbǝetməsiǝhaqlıǝdeyildir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmiş, nəticədə iddia tələbinə münasibətdə maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apelyasiya qaydasında ləğvi üçünǝkifayətǝqədərǝəsasǝyaratmışdır. Kollegiya apelyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutlarıǝmüəyyənǝetmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli 2- *(***)-****/**** saylı qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ** saylı Şirvan Ərazi İdarəsinə qarşı “X3 vərəsəsinə verilmiş dövlət çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi səbəbindən mümkünǝsayılmamışdır.ǝ İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli 2- *(***)- ***/**** saylı qərardadından görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.ǝ İş materiallarında olan ##.##.2010-cu il tarixli torpağın müvəqqəti istifadəsinə dair müqavilədən görünür ki, Cavabdeh öz mülkiyyətində olan Saatlı rayonu, Varxankənd kəndində yerləşənǝ1,06ǝhaǝtorpaqǝsahəsiniǝİddiaçıǝicarəyəǝvermişdir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh anası X3 arasında ##.##.2010-cu il tarixdə torpağın müvəqqəti istifadəsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 öz mülkiyyətində olan Saatlı rayonu, Varxankənd kəndində yerləşən 1.06 ha torpaq sahəsini İddiaçı icarəyə vermişdir. Daha sonra cavabdeh iddiaçının həmin torpaq sahəsindən çıxarılması ilə bağlı iddia qaldırmış və hazırda mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətindəǝvəǝistifadəsindədir. Hazırda iddiaçı torpaq sahəsi cavabdehin mülkiyyətində və istifadəsində olduğundan torpağa çəkilən yaxşılaşdırma xərcinin əvəzi kimi 6000,54 manat pulun alınıb ona verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən çəkilən yaxşılaşdırma xərclərinin icarəyə verənin razılığı olmadan çəkildiyi, aparılmış yaxşılaşma işlərinin icarə müqaviləsində nəzərədə tutulmadığınıǝəsasǝgətiribǝiddianıǝtəminǝetməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, lakin bu məsrəflər əmlakın dəyərindən artıq olmamalıdır. Beləliklə iddia tələbinin qanuni əsaslarından göründüyü kimi əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququǝəmlakınǝsahibdənǝalındığıǝandanǝyaranır. Hazırkı işin düzgün həlli ilə bağlı məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Başqa sözlə cavabdeh Cavabdeh torpağı yaxşılaşdırılmış vəziyyətdə geri alıbsa və bu, onun əmlakının dəyərini artırıbsa, onda o, hazırda mülkiyyətçi olaraq aydalanan şəxs olmuşdur. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidənǝtələbǝedəǝbilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilərǝartıqǝəşyanınǝ(torpaqǝsahəsinin)ǝtərkibǝhissəsinəǝçevrilir.ǝ Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakıǝfərqǝəsasındaǝmüəyyənǝedilməlidir. Hazırki işdə də iddiaçı İddiaçı iddia ərizəsində torpaq sahəsinə üzvi gübrə (peyin) verilməsi, torpağın aqrotexniki işlənməsi (torpağın hazırlanması/ qarışdırılması və s.) və münbitləşdirmə ilə əlaqədar olaraq kifayət qədər pul vəsaiti xərclədiyini bildirmiş, buna görə də iddiaçı istifadəsində olmuş Saatlı rayonu, Varxankənd kəndində yerləşən 4 torpaq sahəsinə, ümumilikdə 3,35 hektardan ibarət torpaq sahəsinə çəkilən yaxşılaşdırma xərclərinin müəyyən edilməsindən ötrü ELEX qiymətləndirmə şirkətindən Arayış almış və arayışda münbitləşdirilmə dərəcəsi müəyyən edildikdən sonra mütəxəssislər müvafiq hesablamalar apararaq həmin torpaq sahələrinə ümumilikdə 18964,00 (on səkkiz min doqquz yüz altmış dörd) manat məbləğində xərc çəkildiyini müəyyənǝedilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə iddiaçı tərəfindən yaxşılaşdırma ilə bağlı çəkilən xərclər hissəsində iddia tələbi üzrə işin faktiki hallarını düzgün müəyyən etməmişdir. Lakin qiymətləndirici rəyində hazırkı mübahisə premdeti olan 1.06 ha-dan ibarət torpaq sahəsinə münasibətdə konkret nə qədər xərc çəkildiyi deyil iddiaçının istifadəsində olmuş dörd müxtəlif sahələrə yəni 0,88 ha, 0.88 ha 0,53 ha, 1,06 ha torpaq sahəsinə (ümumilikdə 3.35 ha) çəkilən yaxşılaşdırma xərcləri müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, çəkilən ümumi xərc 4 hissəyə bölünməli ( 18964,00: 4=4741) hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan 1.06 ha torpaq sahəsinə çəkilən yaxşılaşdırma xərci 4741 manat müəyyən edilməli vəǝhəminǝməbləğǝcavabdehdənǝtutularaqǝiddiaçıyaǝverilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəməninǝqətnaməsiǝqanuniǝvəǝəsaslıǝolmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarınaǝuyğunǝçıxarılmasıǝbaşaǝdüşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarınaǝuyğunǝolsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasındaǝləğvǝedilməsiǝüçünǝəsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdimǝolunmuşǝsübutlarǝəsasındaǝyeniǝqətnaməǝqəbulǝedəǝbilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərəǝaidǝedilirǝ(MülkiǝProsessualǝMəcəlləninǝ107ǝvəǝ119.1-ciǝmaddələri). Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarınınǝqətnamələrindənǝkassasiyaǝşikayətiǝveriləǝbilər.ǝ İş materiallarından göründüyü kimi iddianın mübahisələndirilən hissədə qiyməti 4741 manat manat təşkil edir. Ona görə də kollegiya hesab edir ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 402.1-ciǝmaddələrininǝrəhbərǝtutaraqǝməhkəməǝkollegiyası, Qət etdi: İddiaçının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təminǝedilsin. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ləğv edilərəkǝişǝüzrəǝyeniǝqətnaməǝqəbulǝedilsin. İddiaǝqismənǝtəminǝedilsin. İddiaçı İddiaçı tərəfindən torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən 4741 manat pul vəsaiti cavabdeh Cavabdehǝtutulubǝiddiaçıǝİddiaçı verilsin. İddiaǝqalanǝhissədəǝtəminǝedilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 81 manat dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasibətdə 64 manatı cavabdehdən alınaraq iddiaçıya verilsin, 17 manatı iddiaçıya aid edilsin. Qətnaməǝelanǝedildiyiǝandanǝqanuniǝqüvvəyəǝminir. Qətnamədənǝkassasiyaǝşikayətiǝveriləǝbilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar