Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-568/2026 04.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi ilə, Astara Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Astara şəhər Z.Bünyadov adına * nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhər Z.Bünyadov adına * nömrəli tam orta məktəbin direktor vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Yaqut Ağayeva tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli *** saylı əmrin və Astara şəhər Z.Bünyadov adına * nömrəli tam orta məktəbin ##.##.2025-ci il tarixli ** saylı Pedaqoji Şura protokolunun ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ibtidai sinif müəllimi işləyir. Məktəbin müəllimi ünvan 1 ünvanda yaşayan X3 rayon prokurorluğuna ərizə ilə müraciət edərək barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin şikayət ilə əlaqədar Astara rayon prokurorluğunun böyük müstəntiqi R Rahib Baratov tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsində ## ###### 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Astara rayon prokurorluğunun böyük müstəntiqi Rahib Baratov qəbul etdiyi akt ilə X3 müraciəti əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Cinayət işinin başlanmasının rədd edilməsi, Şahəsənəm Hüseynovaya Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində (Böhtan və təhqir) nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi və Astara şəhər Ziya Bünyadov adına * saylı tam orta məktəbin müəllimi İddiaçı tərəfindən “Təhsil haqqında” Qanunun 33.3.5-ci maddəsinin tələbləri pozulduğundan qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə sonuncu barəsində təqdimat verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılmasını qərara almışdır. ## ###### 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında Astara rayon prokuroru tərəfindən Cavabdeh təqdimatla müraciət edilmişdir. Həmin müraciət əsasında Astara şəhər Z.Bünyadov adına * nömrəli tam orta məktəbdə ##.##.2025-ci il tarixində Pedaqoji Şuranın iclası keçirilmiş, şuranın qərarına əsasən məktəbin müəllimləri - X3 və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinin məktəbin direktor vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Yaqut Ağayevaya tapşırılması qərara alınmışdır. Bundan sonra Cavabdeh direktor vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Yaqut Ağayeva tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli *** saylı əmr ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Sözügedən əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Astara rayon Prokurorluğunda verdiyi izahatda da bildirmişdir ki, heç kimlə düşmənçiliyi və ədavəti yoxdur. Şahsənəm Hüseynovaya məxsus fotoşəkil və videogörüntünü heç bir yerdə görməmiş, qeydə almamış, heç kimə göstərməmiş, göndərməmiş və heç bir sosial şəbəkədə paylaşmamışdır. Heç kim Şahsənəmə məxsus fotoşəkil və videogörüntünü ona göndərməmiş və göstərməmişdir. Həmçinin, Astara şəhəri Ziya Bünyadov adına * saylı tam orta məktəbdə Şahsənəm Hüseynovaya aid heç bir fotoşəkil və videogörüntünün paylaşılmasının şahidi olmamışdır. X7 aid onda heç bir fotoşəkil və videogörüntü yoxdur. ##.##.2025-ci il tarixdə saat 10:55-də “Whatsapp” mobil tətbiqində istifadəsində olan +************ saylı nömrənin profilində status bölməsində “Öz əxlaqsız videosu ilə tarix yazan “tarix müəllimi" görəsən mənim töhmətimi niyə unuda bilmir? Korrupsiya ilə vəzifədən uçan 70C bəndi aldığını ona xatırladır? Mənim rüşvət aldığımın subutu üçün bir adam tapa bilməzsən, amma sənin kimlərdən nələr alıb aldatdığın, şagirdlər arasında viral olan əxlaqsız videon hələ də unudulmayıb, dillərdədir" sözlərini yazıb status paylaşmışdır. Lakin, həmin statusda heç kimin adını qeyd etməmişdir. Yəni həmin statusu Şahsənəm Hüseynova da, daxil olmaqla konkret olaraq heç kimə ünvanlamamışdır. Şahsənəm Hüseynovanı heç vaxt təhqir etməmiş, eləcə də sonuncunun şərəf və ləyaqətini alçaltmamışdır. Bundan əlavə, ## ###### 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilir ki, “Təhsil haqqında” qanunun 33.3.5-ci maddəsinin tələblərini də pozmuşdur. Amma bununla bağlı hər hansı əsaslandırma qeyd edilməmiş, pozuntunun nədən ibarət olduğu açıqlanmamışdır. “Təhsil haqqında” qanunun 33.3.5-ci maddəsində qeyd edilir ki, etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək təhsil verənlərin vəzifəsidir. Paylaşdığı status ilə “Təhsil haqqında” qanunun 33.3.5-ci maddəsinin tələblərini pozmamışdır. Məktəbdə şagird və müəllimlər arasında yüksək nüfuza malik şəxsdir. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına həmişə riayət edərək müəllim nüfuzunu yüksək tutmuşdur. Məktəb rəhbərliyinin prokurorun təqdimatı əsasında barəsində intizam tənbehi tətbiq etməsi qanunsuzdur. Məktəb rəhbərliyi tərəfindən şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. Paylaşdığı statusdan məktəb rəhbərliyi həmin gün - ## ####### 2025-ci il tarixində xəbərdar olmuşdur. Astara Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva) iddia rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı barəsində verilmiş intizam tənbehi barədə əmrin və əmrin verilməsinə əsas olmuş pedoqoji şura protokolunun ləğv edilməsini tələb edir. İddiasını işgötürənin onunla qərəzli münasibətdə olduğu ilə əsaslandırır. ##.##.2025-ci il tarixli *** nömrəli əmrlə İddiaçı barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas Şuranın protokolu və Əmək Məcəlləsinin müvafiq maddəsi göstərilmişdir. İddiaçı fəaliyyətində yol verdiyi səhvlərlə bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılmış və barəsində tədbir görülməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Astara Regional Təhsil İdarəsinə təqdimat verilmiş, həmin təqdimat məktəbin ##.##.2025-ci il tarixdə Pedaqoji Şura iclasında müzakirə edilmiş və İddiaçı barəsində tədbir görülməsi qərara alınmışdır. İddiaçı əmrin verilməsinə əsas kimi məktəbin direktorunun ona qarşı olan qərəzli münasibətini göstərmiş, lakin, bu qərəzin və qeyriobyektiv münasibətin nədə ifadə olunduğunu sübut edə bilməmişdir. Halbuki, iş materialları ilə təsdiq olunmuşdur ki, Astara şəhər Z.Bünyadov adına * saylı tam orta ümumtəhsil məktəbinin müəllimi İddiaçı ilə X3 arasında olan qeyri-etik davranışlara görə hər iki müəllim barəsində məktəbin direktoru tərəfindən intizam tənbehi tətbiq edilmiş, sözügedən intizam tənbehinin tətbiq edilməsi üçün əsas isə Astara rayon prokurorluğu tərəfindən verilmiş təqdimat və həmin təqdimatda öz əksini tapmış araşdırmanın nəticəsi olmuşdur. İş materilları ilə isə sübut olunur ki, pedoqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsini göstərmək, məktəbin etik davranış qaydalarına riayət etmək, məktəbin adını və nüfuzunu yüksəltmək, sosial şəbəkələrdən düzgün istifadə etmək müvafiq qanunvericilik aktı normalarına və daxili qaydalarla məktəbdə təhsilverənin vəzifəsi olaraq müəyyən edilsə də, İddiaçı tərəfindən bu vəzifələr yerinə yetirilməmiş, kobudcasına pozulmuş və barəsində intizam tənbehi seçilmişdir. İntizam tənbehinin tətbiq edilməsi müddətinə münasibətdə isə məhkəmə qeyd edir ki, müəllimin sosial platforma üzərindən hərəkətləri işəgötürənə hərkətin edildiyi ## ####### 2025-ci il tarixdən məlum olsa da, həmin hərəkətlər barəsində Astara rayon Prokurorluğunda araşdırma aparılmış və araşdırmanın nəticəsində Astara rayon Prokuroru tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Astara Regional Təhsil idarəsinə təqdimat verilmiş və Cavabdeh ibtidai sinif müəllimi İddiaçı törətdiyi qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması barədə təqdimata baxılması və görülmüş tədbirlər barədə bir aydan gec olmayaraq Astara rayon prokurorluğuna yazılı məlumat verilməsinin təmin edilməsi xahiş edilmiş, nəticədə iddiaçı barəsində intizam tənbehi tətbiq edilmiş və hərəkətin edildiyi ## ####### 2025-ci il tarixdən 6 ay müddət keçməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (ƏM) 3.4- 1-ci, 3.16-cı, 186.1-ci, 186.2-ci, 186.4-cü, 187.2-ci, 187.3-cü, 190.3-cü, 287-ci, 288-ci, 296-cı maddələriə, “Təhsil haqqında” Qanunun 33.3.5-ci, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2024-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”-nın 2.2.2.1-ci, 2.2.3.2-ci, 2.2.7.1ci, 2.2.7.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məktəb rəhbərliyinin prokurorun təqdimatı əsasında barəsində intizam tənbehi tətbiq etməsi qanunsuzdur. Həmin təqdimat əsasında yalnız profilaktik tədbir görülə bilərdi. Məktəb rəhbərliyi tərəfindən şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi də nəzərə alınmamışdır. Paylaşdığı statusdan məktəb rəhbərliyi həmin gün - ## ####### 2025-ci il tarixdə xəbərdar olmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbələri barədə məlumat verməmişlər. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. İ Ş İ N H A L L A R İ: Astara Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli təqdimatından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Astara Regional Təhsil idarəsinə təqdimat verilmiş və Cavabdeh ibtidai sinif müəllimi İddiaçı törətdiyi qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması barədə təqdimata baxılması və görülmüş tədbirlər barədə bir aydan gec olmayaraq Astara rayon prokurorluğuna yazılı məlumat verilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli * nömrəli protokoldan görünür ki, məsələ ilə bağlı məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Yaqut Ağayevanın və sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Nuranə Dadaşovavanın məruzəsinin qənaətbəxş hesab edilməsi, Astara şəhər Z.Bünyadov adına * nömrəli tam orta ümumtəhsil məktəbin rus bölməsi üzrə müəllimləri - İddiaçı və X3 fəaliyyətləri ilə bağlı yol verdikləri kobud səhvlərə, eləcə də “Təhsilverənlərin Etik Davranış Qaydaları”n 2.2.1, 2.32, 2.6.2, 2.7.1, 2.7.2-cl bəndləri və “Təhsil haqqında” Qanunun 33.3.5-ci bəndləri üzrə öhdəlikləri kobud şəkildə pozduqlarına görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi məktəbin direktor vəzifə səlahiyyətlərini müvəqqəti icra edən X1 tapşırılması, məktəbin müəllimləri - X3 və İddiaçı öz fəaliyyətlərində dönüş yaratmazlarsa və ya yol verdikləri pozuntuları davam etdirəcəkləri halda barələrində daha ciddi intizam tədbiri görüləcəyinin nəzərlərinə çatdırılması, məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işlər üzrə direktor müavini Nuranə Dadaşovaya məktəbin müəllimləri - X3 və İddiaçı fəaliyyətini 1 ay müddətinə nəzarətə götürməsi və fəaliyyətləri ilə bağlı məktəb rəhbərliyinə yazılı hesabat təqdim edilməsinin tapşırılması, məktəbin bütün pedaqoji və texniki heyətinə məktəbin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirməyin hər bir işçinin borcu olması və bu tələblərə əməl olunmasının mütləq olmasının çatdırılması, qərarın icrasına nəzarətin məktəbin direktor vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Yaqut Ağayevaya tapşırılması qərara alınmışdır. Cavabdeh ##.##.2025-ci il tarixli ** nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsində müəyyən edilmiş vəzifələrini, müəssisisə daxili intizam qaydalarını pozduğuna görə məktəbin müəllimi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi qərara alınmışdır. Astara şəhər Z.Bünyadov adına * saylı tam orta ümumtəhsil məktəbi ##.##.2025-ci il tarixli, *** nömrəli əmrdən görünür ki, Astara şəhər Z Bünyadov adına * nömrəli tam orta məktəbin rus bölməsi üzrə ibtidai sinif müəllimi İddiaçı Rafall qızına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, məktəbin ibtidai sinif müəllimi İddiaçı yol verdiyi pozuntuları gələcəkdə də təkrar davam etdirəcəyi halda barəsində daha ciddi tədbir görülməsinin nəzərinə çatdırılması, məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Nuranə Dadaşovaya məktəbin müəllimi İddiaçı fəaliyyəti ilə bağlı 1 ay müddətinə məktəb rəhbərliyinə yazılı hesabat təqdim etməsi, məktəbin bütün pedaqoji və texniki işçilərinin məktəbin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirməyin hər bir işçinin borcu olması və bunlara əməl etməyin mütləq olmasının nəzərlərinə çatdırılması əmr edilmişdir. Astara şəhər Z.Bünyadov adına * saylı tam orta ümumtəhsil məktəbinin Nizamnaməsindən görünür ki, həmin nizamnamənin 8.1.3-cü bəndində şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək hüququ təhsilverənin hüququ, 8.2.5-ci bəndində pedoqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsini göstərmək, məktəbin etik davranış qaydalarına riayət etmək, məktəbin adını və nüfuzunu yüksəltmək, sosial şəbəkələrdən düzgün istifadə etmək məktəbdə təhsilverənin vəzifəsi olaraq müəyyən edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin tam olaraq yoxlanılmasını zəruri hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2.1-ci maddəsinə görə bu Məcəllə işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. ƏM-in 3-cü maddəsinin 4-1-ci bəndinə görə əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. ƏM-in 3-cü maddəsinin 16-cı bəndinə görə fərdi əmək mübahisəsi – əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. ƏM-in 186.1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. ƏM-in 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. ƏM-in 186.3-cü və 186.4-cü maddələrinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunda müəyyən edilmiş qaydada cəlb edilir. ƏM-in 187.2-ci və 187.3-cü maddələrinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. ƏM-in 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. ƏM-in 288-ci maddəsinin f bəndinə əsasən bu Məcəllə ilə intizam tənbehi verilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. “Təhsil haqqında” Qanunun 33.3.5-ci maddəsinə əsasən etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək təhsilverənlərin vəzifələrindən biri olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2024cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın təhsilverənlərin etik davranış prinsiplərini müəyyən edən 2-ci maddəsinin 2.2.1-ci bəndinə əsasən təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Qaydaların 2-ci maddəsinin 2.3.2-ci bəndinə əsasən təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Adıçəkilən Qaydaların 2-ci maddəsinin 2.7.1-ci bəndinə əsasən təhsilverən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Həmin Qaydaların 2-ci maddəsinin 2.7.2-ci bəndinə əsasən təhsilverən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsilalanların, onların valideynləri və ya digər qanuni nümayəndələrinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini təmin etməlidir APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İş materiallarında olan yazılı sübutların məcmu halında araşdırılmasından müəyyən edilir ki, İddiaçı yol verdiyi hərəkətlər təhsilverən üçün müəyyən edilmiş etik davranış prinsiplərinə, əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına və müəllim peşəsinin nüfuzuna uyğun davranış standartlarına zidd olmuşdur. Belə ki, İddiaçı özünə məxsus mobil telefonda istifadə etdiyi “WhatsApp” tətbiqi vasitəsilə müəllim adına və təhsilverən nüfuzuna uyğun gəlməyən, etik davranış normalarını kobud şəkildə pozan paylaşımlar etmişdir. Həmin paylaşımların məzmunu əmək münasibətləri zəminində yaranmış mübahisə ilə bağlı olmuş, həmin paylaşımların müəllifi olması iddiaçı tərəfindən təkzib edilməmiş, yalnız onların məktəbin konkret müəllimlərinə ünvanlanmadığı və şəxsi xarakter daşıdığı irəli sürülmüşdür. Paylaşımların konkret şəxsə ünvanlanıb-ünvanlanmamasından asılı olmayaraq, onların əmək münasibətlərindən irəli gələn münaqişə fonunda edilməsi, peşə fəaliyyəti ilə bağlı fikir və münasibətləri əks etdirməsi, habelə müəllim nüfuzuna xələl gətirə biləcək ifadələrdən ibarət olması onların əmək intizamı və etik davranış qaydaları baxımından qiymətləndirilməsini zəruri edir. Əmək münasibətləri çərçivəsində təhsilverənin davranışı yalnız iş yerində deyil, peşə fəaliyyətinə və kollektiv münasibətlərinə təsir göstərən digər hallarda da etik normaların tələblərinə uyğun olmalıdır. Bundan əlavə, “WhatsApp” tətbiqi vasitəsilə edilən status və digər paylaşımlar məhdud fərdlər arasında şəxsi yazışma hesab edilə bilməz. Belə paylaşımlar istifadəçinin əlaqə siyahısında olan şəxslər tərəfindən sərbəst şəkildə görüntülənə bilir, onların ekran görüntülərinin əldə edilərək digər şəxslərə ötürülməsi və geniş auditoriya arasında yayılması texniki cəhətdən mümkündür. Bu baxımdan, həmin paylaşımların ictimai xarakter daşıdığı, təhsil müəssisəsində əmək mühitinə, kollektiv münasibətlərinə və müəllimin peşə nüfuzuna təsir göstərə biləcəyi istisna edilmir. Göründüyü kimi, iddiaçı “Təhsilverənlərin Etik Davranış Qaydaları”nın 2.4-cü maddəsində nəzərdə tutulmuş “Mədəni davranış” prinsipinin tələblərinə əməl etməmişdir. Həmin normaya əsasən təhsilverən təhsil prosesinin bütün iştirakçıları ilə münasibətlərində nəzakətli və təmkinli davranmalı, xidməti fəaliyyəti ilə bağlı irad və tənqidi fikirlərə hörmətlə yanaşmalı, onları peşəkar qaydada dəyərləndirməli, davranışı və ünsiyyəti ilə təhsil müəssisəsinin nüfuzunun qorunmasına xidmət etməlidir. Müəllim peşəsinin cəmiyyət qarşısında daşıdığı xüsusi məsuliyyət nəzərə alınmaqla, etik davranış qaydalarına riayət olunması əmək funksiyasının ayrılmaz elementi hesab edilir. İddiaçının yol verdiyi hərəkətlər isə göstərilən tələblərlə uzlaşmır və onun peşə davranışına dair müəyyən edilmiş standartları pozduğunu təsdiq edir. Bütün bunlara əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə toplanmış sübutlar qarşılıqlı əlaqədə qiymətləndirildikdə cavabdeh tərəfindən iddiaçının barəsində tətbiq edilmiş intizam tədbirinin qanunvericiliyin tələblərinə uyğun olduğu, qəbul edilmiş inzibati qərarın obyektiv hallara əsaslandığı və iddiaçının davranışı ilə törədilmiş pozuntu arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapır. Bundan başqa, intizam tənbehinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra tətbiq edildiyinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin dəlillər işin faktiki halları və əmək qanunvericiliyinin tələbləri ilə təsdiq olunmur. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən intizam məsuliyyətinə səbəb olmuş hərəkətlər ## ####### 2025-ci il tarixdə baş vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi gündən etibarən bir ay müddətində tətbiq edilə bilər və intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, qanunverici intizam tənbehinin tətbiqi müddətinin hesablanmasını intizam xətasının törədildiyi tarixdən deyil, onun işəgötürən tərəfindən aşkar edildiyi tarixdən başlayaraq müəyyən etmişdir. Hazırkı iş üzrə intizam pozuntusunun mövcudluğu və xarakteri dərhal müəyyən edilə biləcək hallardan olmamışdır. Belə ki, ilkin olaraq iddiaçının hərəkətlərinin hüquqi qiymətləndirilməsi, həmin hərəkətlərdə qanun pozuntusunun olub-olmaması, habelə bunun əmək intizamı baxımından nəticələrinin müəyyən edilməsi zəruri olmuşdur. Məhz bu məqsədlə aparılmış araşdırmaların nəticəsi olaraq Astara Rayon Prokuroru tərəfindən ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X8-Astara Regional Təhsil İdarəsinə Astara şəhər Z.Bünyadov adına * nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı tərəfindən yol verilmiş qanun pozuntularının, habelə həmin pozuntulara şərait yaradan səbəb və halların aradan qaldırılması barədə təqdimat göndərilmişdir. Beləcə, işəgötürən üçün intizam pozuntusunun mövcudluğunu təsdiq edən və onun hüquqi qiymətləndirilməsinə əsas verən rəsmi məlumat məhz qeyd olunan təqdimatın daxil olduğu tarixdə məlum olmuşdur. Başqa sözlə, Əmək Məcəlləsinin 187-ci maddəsinin mənasında intizam xətasının aşkar edilməsi anı ## ###### 2025-ci il tarix hesab edilməlidir. Bundan sonra işəgötürən qanunla müəyyən edilmiş bir aylıq müddət ərzində intizam icraatını həyata keçirərək iddiaçı barəsində intizam tənbehi tətbiq etmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-568/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-568/2026
04.08.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver