Məhkəmə qərarları › İş №e-2(3-9)-575/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-575/2026

14.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-575/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil3 iddia ərizəai ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsində rəsmiləşdirilməsi, alqı-satqısı, abadlaşdırılması və tikililəri ilə əlaqədar dəymiş zərərin əvəzi qismində 127000 manat və dövlət rüsumunun əvəzi qismində 400 manat, cəmi 127.400 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qəradadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qiymətləndirilmə rəyi alınması üçün müstəqil qiymətləndirici təyin edilmiş, qiymətləndirilmənin aparılması üçün təqdim edilən işin aidiyyəti qiymətləndirmə təşkilatına yönləndirilməsi, müstəqil qiymətləndirici qarşısında “Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin və onun üzərində yerləşən tikililərin hal-hazırki orta bazar dəyəri nə qədər təşkil edir?” sualının qoyulması qərara alınmışdır. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 həmin qərardaddan şikayət verərək, Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə, şikayətinin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı İddiaçı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin mahiyyətindən görünür ki, tələb Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsində rəsmiləşdirilməsi, alqısatqısı, abadlaşdırılması və tikililəri ilə əlaqədar dəymiş zərərin əvəzi qismində 127000 manat və dövlət rüsumunun əvəzi qismində 400 manat, cəmi 127.400 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi üzrə yekun hüquqi mövqeyə gəlinməsi və işin həlli ekspert rəyi olmadan mümkün deyil və buna xüsusi bilik tələb olunur. Bu baxımdan iş üzrə ekspertiza təyin etmiş və ekspert qarşısında “Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin və onun üzərində yerləşən tikililərin hal-hazırki orta bazar dəyəri nə qədər təşkil edir?” sualının qoyulmuşdur. Cavabdehin nümayəndəsi və vəkili dayandırma barədə qəbul edilən qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, torpağın hüquqi taleyi ilə bağlı məhkəmələrin qərarlarının olmasına baxmayaraq həmin torpaq sahəsinin bazar dəyərinin müəyyənləşdirilməsi gələcəkdə iddianın təmin edilməsi üçün tədbir olmaqla onun mülkiyyət hüququna müdaxilə hesab edilir. Kollegiya şikayətin dəlili ilə qismən razılaşır. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin bazar dəyərinin tələb edilməsi hüquqi baxımdan zəif mövqedir. Əgər torpaq sahəsi cavabdeh Cavabdeh mülkiyyətindədirsə, alqı-satqı müqaviləsi bağlanmış hesab edilməyibsə, torpaq iddiaçıya verilməyibsə, onda iddiaçının torpaq sahəsinin tam bazar dəyərini tələb etməsi ümumi qayda üzrə hüquqi əsasdan məhrum görünür. Çünki, mülkiyyət hüququ cavabdehdə qalmış, iddiaçı torpağın sahibi olmayıb və ya özgəninkiləşdirilməmişdir. Bu halda ən çox ehtimal olunan hüquqi yanaşma odur ki, iddiaçı yalnız çəkdiyi faktiki və faydalı xərclərin kompensasiyasını tələb edə bilər. Bunun üçün isə xüsusi bilik tələb edən ekspertizanın təyin olunması mümkün ola bilər. Bundan başqa məhkəmənin torpaq sahəsinin bazar dəyərinin, tikinti xərclərinin, tikilinin dəyərinin, müəyyən edilməsi üçün ekspertiza təyin etməsi prosessual baxımdan normal və qanunauyğundur. Çünki məhkəmə tələbin əsaslı olub-olmamasını, kompensasiyanın mümkün həcmini, faktiki sərmayənin dəyərini müəyyən etməlidir. Ekspertiza təyin olunması hələ iddianın təmin ediləcəyi anlamına gəlmir. Həmçinin nəzərə alınmalıdır ki, işin dayandırılması məsələsi ekspertiza təyin edilərkən işin icraatının dayandırılması MPM baxımından mümkün prosessual hərəkətdir. Çünki ekspert rəyi olmadan işin həlli mümkün deyilsə, xüsusi bilik tələb olunursa, məhkəmə icraatı dayandıra bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. Qeyd edilən prosessual hüquq normalarının və işin hallarının müqayisəli təhlilindən müəyyən edilir ki, hazırkı mübahisə torpaq sahəsinə münasibətdə dəymiş zərərin ödənilməsi ödənilməsi ilə bağlıdır. Hazırki iş üzrə ekspertiza təyin edilməsi iddia tələbinin əsaslı olub-olmaması ilə məhkəmənin qabaqcadan mövqeyə gəlməsi kimi qəbul edilə bilməz. Həmçinin MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Digər tərəfdən iş materiallarına iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyi əlavə olunmuşdur. İddianın (o cümlədən həmin rəyin) cavabdeh tərəfindən qəbul edilməməsini, bununla da tərəflər arasında mübahisə olmasını nəzərə alan məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün iş üzrə qiymətləndirilmə rəyi alınması üçün müstəqil qiymətləndirici təyin etmiş, rəy alınanadək iş üzrə icraatın dayandırılması qənaətinə gəlmişdir. Odur ki, qiymətləndirici təyin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2- 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar