Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-679/2026 16.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Kürdəmir rayonu M.Abdullayev adına Muradxan kənd tam orta ümumitəhsil məktəbinə və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Ümumi Təhsil üzrə X5 Aran Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ##### 2026-cı il tarixli qətnaməsindən üçüncü şəxs Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək , MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən Kürdəmir rayonu M.Abdullayev adına Muradxan kənd tam orta ümumtəhsil məktəbində tədris edilən “ingilis dili” dərslərinin məktəbin 10-cu sinfinə münasibətdə əsas xarici dil fənni qismində ondan alınmasına və bərpası tələbindən imtina edilməsinə dair cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Aran Regional Təhsil İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin dərslərin bərpa edilməsi öhdəliyinin digər cavabdeh Kürdəmir rayonu M.Abdullayev adına Muradxan kənd tam orta ümumtəhsil məktəbinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Kürdəmir rayonu M. Abdullayev adına Muradxan kənd tam orta ümumtəhsil məktəbinin ##.##.2025ci il tarixli, *** nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ##### 2026-cı il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Aran Regional Təhsil İdarəsi Kürdəmir rayon üzrə Təhsil Sektoru M.Abdullayev adına Muradxan kənd tam orta ümumitəhsil məktəbinin ## ######## 2025-ci il tarixli əmrin nəticəvi hissəsində “onlar üçün əsas xarici dil kimi rus dili tədris olunsun” hissəsi əsassız və qanunsuz olduğu üçün əmrdən çıxarılması, Əmrdən çıxarılan məsələyə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 32.3.2-ci maddəsinin, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 22.2.2-ci maddəsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il # ###### tarixli, */* nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.10-cu bəndinin, Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin ##.##.2025ci il tarixli *-**/*-*-***F/**** nömrəli əmrinin 1.5-ci bəndi ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”in (* nömrəli alavə) 1, 2, 8-ci bəndlərinin tələblərinə riayət etməklə yenidən baxılması Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Aran Regional Təhsil İdarəsi Kürdəmir rayon üzrə Təhsil Sektoru M.Abdullayev adına Muradxan kənd tam orta ümumitəhsil məktəbin pedaqoji şurasına həvalə edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən üçüncü şəxs Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ##### 2026-cı il tarixli qətnaməsindən üçüncü şəxs Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 361.1.5-ci maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ##### 2026-cı il tarixli qətnaməsindən üçüncü şəxs Mərkəzi Aran Regional Təhsil İdarəsinin vermiş olduğu apelyasiya şikayətinin apelyasiya icraatı üçün prosessual əsasların olub-olmamasını müəyyən edərkən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikasının MPM-ə Əlavə 2-lə apellyasiya şikayətinin forması müəyyənləşdirilmişdir. Apellyasiya şikayəti həmin formaya uyğun tərtib edilməlidir. Formanın 6-cı və 7-ci hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki apellyasiya şikayətində həmin qrafalar silinmiş, ümumiyyətlə həmin normaların pozuntusunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqe ifadə edilməmişdir Bundan başqa MPM-ə əlavə edilmiş * saylı Əlavəyə əsasən apelyasiya şikayəti tərtib edilməsi formasının 8-ci hissəsində Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, 9-cu hissəsində Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, 10-cu hissəsində Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, 11-ci hissəsində Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər göstərilməlidir. Hazırki apellyasiya şikayətində isə yenə də həmin qrafalar silinmiş, göstərilən hissələrlə bağlı dəlillər üçüncü şəxs tərəfindən apelyasiya şikayətinə əlavə edilməmişdir. Bundan başqa apellyasiya şikayətinə nəzər yetirdikdə görünür ki, apellyasiya şikayəti verən şəxs qismində X2 göstərilmişdir. Halbuki apellyasiya şikayəti üçüncü şəxs qismində Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən verilmiş, nümayəndəsi qismində X2 tərəfindən imzalanmışdır. Belə olan halda apellyasiya şikayəti verən şəxs qismində Mərkəzi Aran Regional Təhsil İdarəsi göstərilməli, nümayəndəsi kimi X2 adı yazılmalıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericiliyin tələbinə görə, daxil olan apellyasiya şikayətinin surəti qarşı tərəfə göndərilir ki, qarşı tərəfin həmin şikayətin dəlillərinə öz münasibətini bildirə bilsin və özünün məhkəmədə müdafiə hüququnu təmin edə bilsin. Lakin tərtib olunan apellyasiya şikayəti üzrə dəlillər əsaslandırılmamış, maddi və prosessual hüquq normaları yuxarıda qeyd edildiyi kimi göstərilməmişdir. Qeyd olunan halı birinci instansiya məhkəməsi nəzərə almayaraq apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya qeyd edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və hüquqi qiymət verilməsi üçün mülki iş, iş materialı ilə birlikdə Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. 363.4-ci maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, üçüncü şəxs Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş materialı Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ##### 2026-cı il tarixli qətnaməsindən üçüncü şəxs Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş materialı apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-679/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-679/2026
16.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver