Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № e-2(3-9)-684/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmәdov Pәrviz Tәrlan oğlunun sәdrliyi ilә, hakimlәr Əsәdov İlham Qoşunәli oğlu vә Heydәrov Tofiq Xudayar oğlundan ibarәt mәhkәmә tәrkibindә, Salyan Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qәrardadından İddiaçı tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Nәzirov Eldar Mәlik oğlu Abdullayev İlqar Ağahәsәn oğluna qarşı çıxarış vә reyestr qeydinin etibarsız hesab edilmәsi tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan Abdullayev İlqar Ağahәsәn oğlu Salyan Bәlәdiyyәsinin ## ###### 2003-cü il tarixli qәrarına, ## ###### 2004-cü il tarixli *** saylı alğı-satqı aktına vә torpağa mülkiyyәt hüququna dair Dövlәt aktına (JN 0020, kod 80901004) әsasәn özünә mәxsus Salyan şәhәri A.Hüseynov küçәsi ünvanda yerlәşәn 0,0687 ha torpaq sahәsinin ½ hissәsini arasında ## ### 2004-cü il tarixdә Salyan rayon birinci dövlәt notariat kontorunda bağlanmış vә tәsdiq edilәrәk reyestrdә 4-Ə-67 nömrә ilә qeyd alınmış torpaq alğı-satqı müqavilәsinә әsasәn 10000000 manata ona satmışdır. Hәmin torpaq sahәsinin ½ hissәsinin ona mәxsus olmasına baxmayaraq, satıcı Abdullayev İlqar Ağahәsәn oğlu ona satdığı torpaq sahәsini әlә keçirmәk mәqsәdi ilә ondan xәbәrsiz Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi şәxsin ** saylı Şirvan әrazi idarәsinә müraciәt edәrәk, 0,0687 ha torpaq sahәsinin ½ hissәsinin ona mәxsus olmasını tәsdiq edәn ## ### 2004-cü il tarixli alğı- satqı müqavilәsini gizlәdib, bu barәdә cavabdehә mәlumat vermәdәn ilkin torpaqayırma sәnәdlәrini tәqdim edәrәk, hәmin torpaq sahәsini daşınmaz әmlakın dövlәt reyestrindә tam mülkiyyәt hüququ üzrә öz adına qeydiyyata alınmasına vә Hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn adına ##.##.2006-cı il tarixli 809013000015- ***** reyestr nömrәli çıxarış verilmәsinә nail olmuşdur. Abdullayev İlqar Ağahәsәn oğlunun notarial qaydada tәsdiq olunmuş müqavilә әsasında ona satdığı torpaq sahәsini әlә keçirәrәk, hәmin torpaq sahәsi üzәrindә öz mülkiyyәt hüququnu qanunsuz olaraq qeydiyyata aldırmasından xәbәr tutmuş, Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi şәxsin ** saylı Şirvan Ərazi İdarәsinә yazılı müraciәt edәrәk, Abdullayev İlqar Ağahәsәn oğlunun adına Hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn verilmiş çıxarışı lәğv edilmәsini vә Salyan şәhәri A.Hüseynov küçәsi ünvanda yerlәşәn 0,0687 ha torpaq sahәsinin ½ hissәsi üzәrindә onun mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alaraq, adına Hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarış verilmәsini xahiş etmiş, lakin Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi şәxsin ** saylı Şirvan әrazi idarәsi tәrәfindәn ünvanına göndәrilmiş ##.##.2024-cü il tarixli 3-21-3-38/2-21/2024 mәktubda mübahisәli torpaq sahәsinin bütövlüklә vahid daşınmaz әmlak kimi satıcı Abdullayev İlqar Ağahәsәn oğlunun adına dövlәt qeydiyyatına alındığı bildirilmәklә, müraciәtinin icrasından imtina edilmiş, eyni zamanda “Daşınmaz Əmlakın Dövlәt Reyestri haqqında” Qanunun 2.4-cü maddәsinә istinad edilәrәk, hüquqların dövlәt qeydiyyatı ilә bağlı mәsәlәlәrin mәhkәmә qaydasında hәll olunduğu bildirilmişdir. Abdullayev İlqar Ağahәsәn oğlunun adına Hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn verilmiş çıxarışın vә reyestr qeydinin lәğvi, habelә Salyan şәhәri A.Hüseynov küçәsi ünvanda yerlәşәn 0,0687 ha torpaq sahәsinin ½ hissәsi üzәrindәn onun mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınması üçün kifayәt qәdәr әsasların olması cavabdehin imtinasının әsaslı olmadığını tәsdiq edir. Hәmin alğı-satqı müqavilәsi qüvvәdә olmuş, lakin cavabdeh şәxs qәsdәn hәmin alqı-satqı müqavilәsini gizlәtmişdir. Mülkiyyәt hüququnun qeydә alınması üçün әsas olan sәnәdlәrdәn biri alqısatqı müqavilәsidir. Lakin cavabdeh tәrәf hәmin alğı-satqı müqavilәsini gizlәtmiş, Daşınmaz Əmlakın nümayәndәsi isә hәmin әmlak ilә әlaqәdar olaraq müvafiq mәlumatları toplamamışdır. Daşınmaz Əmlak orqanı heç bir araşdırma aparmadan cavabdehin müraciәti üzrә ona çıxarış tәqdim etmişdir. Halbuki, notariat orqanına sorğu vermәli, әmlakın yüklü edilib-edilmәmәsi kimә isә satılıb-satılmaması mәsәlәlәrini araşdırmalı idi. Biz Daşınmaz Əmlak Komitәsinә alqı-satqı müqavilәsi ilә müraciәt edәrәk aldığımız әmlaka dair hüquqlarının qeydiyyata alınmasını tәlәb etsәlәr dә dövlәt orqanı hәmin әmlakla bağlı artıq çıxarışın verildiyini qeyd edir. Belә olan halda hüquqları kobud şәkildә pozulmuş olur. Tәbii ki, hәmin әmlakın üzәrindә iddiaçı tәrәf kimi onlar müәyyәn tikililәr inşa edәrәk onlara aid 2dә 1 hissәdә olan torpaq sahәsini zәnginlәşdirmişlәr Yәni artıq hәmin torpaq sahәsi әvvәllәr mövcud olmuş dәyәrindәn çox dәyәrlidir. İddianın әsasını alğı-satqı müqavilәsi tәşkil edir. Salyan Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrardadı ilә Nәzirov Eldar Mәlik oğlunun Abdullayev İlqar Ağahәsәn oğluna qarşı çıxarış vә reyestr qeydinin etibarsız hesab edilmәsi tәlәbinә dair mülki iş üzrә icraata xitam verilmәsi, iddiaçıya inzibati mәhkәmә icraatı qaydasında aidiyyәti mәhkәmәyә müraciәt etmәk hüququnun izah edilmәsi, Nәzirov Eldar Mәlik oğlu tәrәfindәn ödәnilmiş 100 (yüz) manat dövlәt rüsumunun dövlәt büdcәsi tәrәfindәn ona qaytarılması qәrara alınmışdır. Mәhkәmә mövqeyini onunla әsaslandırmışdır ki, baxılan işin materiallarından görünür ki, eyni tәrәflәr arasında, eyni әsaslarla vә eyni predmetә (reyestr qeydiyyatının vә onun әsasında verilmiş çıxarışın mübahisәlәndirilmәsinә) dair iddia Şirvan İnzibati Mәhkәmәsinin ##.##.2024-cü il tarixli qәrarı ilә hәll edilmişdir. İş materiallarından görünür ki, mübahisә predmeti üzrә artıq inzibati mәhkәmә tәrәfindәn qәrar qәbul edilmişdir. Hәmin qәrar hazırda mübahisәlәndirildiyindәn qanuni qüvvәyә minmәmişdir. Lakin mübahisәnin mahiyyәti inzibati hüquq münasibәtlәrindәn irәli gәldiyindәn vә bu mәsәlә inzibati icraat qaydasında hәll olunmalı olduğundan, hazırkı mübahisәyә mülki mәhkәmә icraatında baxılması yolverilmәzdir. Buna görә dә, mәhkәmә hesab edir ki, Nәzirov Eldar Mәlik oğlunun Abdullayev İlqar Ağahәsәn oğluna qarşı çıxarış vә reyestr qeydinin etibarsız hesab edilmәsi tәlәbinә dair mülki iş üzrә icraata MPM-in 261.0.1-ci maddәsinә әsasәn xitam verilmәlidir. İddiaçı qәrardaddan şikayәt verәrәk onun lәğv edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, iddianın әsasını onunla cavabdeh arasında bağlanmış ##.##.2004-c il tarixli torpaq sahәsinә dair alğı-satqı müqavilәsinin bağlanması tәşkil edir. Ali Mәhkәmә Plenumunun “İnzibati vә Mülki hüquq münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrin mәhkәmә adiyyatına dair” ##.##.2015-ci il tarixli * nömrәli qәrarının 17-ci bәndinә görә daşınmaz әmlakın dövlәt reyestrindә aparılmış qeydiyyatla bağlı münasibәtlәrdәn irәli gәlәn mübahisәlәrin mәhkәmә aidiyyәti müәyyәn edilәrkәn ilk növbәdә nәzәrә alınmalıdır ki, daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarış reyestrdәki qeydiyyatı әks etdirәn sәnәddir vә inzibati akt kimi qiymәtlәndirilә bilmәz. Bu qәbildәn olan mübahisәlәrin mәhkәmә aidiyyәti mәsәlәsinin hәlli qaldırılmış iddianın hüquqi tәbiәtindәn, onun mülki-hüquqi vә ya inzibati-hüquqi tәlәb olmasından asılıdır. İddia tәlәblәrinin hüquqi tәbiәtini müәyyәnlәşdirәrkәn isә mübahisәnin mahiyyәti tәhlil edilәrәk daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyatın aparılmasına әsas tәşkil etmiş hüquq müәyyәnedici sәnәdlәrә vә (vә ya) inzibati orqanın hәrәkәtlәrinә qiymәt verilmәlidir. Əgәr qeydiyyat mülkihüquqi әqdlәrin (alqı-satqı, bağışlama, vәrәsәlik şәhadәtnamәsi vә s.) әsasında aparılmışdırsa, bu halda daşınmaz әmlakın dövlәt reyestrindәki qeydiyyat onun aparılmasına әsas tәşkil etmiş hüquq müәyyәnedici sәnәdlәr mübahisәlәndirilmәklә hәyata keçirilmәli vә belә işlәrә mülki mәhkәmә icraatı qaydasında baxılmalıdır. Mülki işin sәnәdlәrindәn dә görünür ki, mübahisәnin predmeti alqı-satqı müqavilәsi әsasında yaranmış münasibәtlәrdir. Lakin әfsuslar olsun ki, mәhkәmә tәrәfindәn buna fikir verilmәmiş vә bununla da Ali Mәhkәmә Plenumunun “İnzibati vә Mülki hüquq münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrin mәhkәmә adiyyatına dair” ##.##.2015-ci il tarixli * nömrәli qәrarının 17ci bәndinin tәlәblәri pozulmuşdur. Mәhkәmә qәbul etdiyi qәrardadın әsaslandırıcı hissәsindә iddia әrizәsinin inzibati icraat qaydasında baxılmalı olması qәnaәtinә gәlmiş vә bu әsasla mülki iş üzrә icraata xitam verilmәsi barәdә qәrardad qәbul etmişdir. Lakin işin hallarından da görünür ki, bu iddiaya mülki icraat qaydasında baxılmalıdır. Hәmçinin mәhkәmә qәbul etdiyi qәrardadda aralarında inzibati icraat qaydasında da mәhkәmә prosesinin olduğunu göstәrmişdir. Lakin işin hallarından da görünür ki, hәmin inzibati işdә cavabdeh kimi dövlәt orqanı olmuşdur. Salyan Rayon Mәhkәmәsinin # ### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә işlә birlikdә baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (MPM) 397.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә tәrkibi şikayәtin dәlillәrini vә iş üzrә materialları araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәmәli vә qәrardad dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Şirvan Apellyasiya Mәhkәmәsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli *-*(*-*)-*/**** saylı qәrardadından görünür ki, İddiaçı Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsin ** saylı Şirvan Ərazi İdarәsinә qarşı iddia әrizәsi ilә müraciәt edәrәk, Abdullayev İlqar Ağahәsәn oğlunun adına ##.##.2006-cı il tarixdә verilmiş 809013000015-***** reyestr nömrәli Çıxarış vә reyestr qeydinin lәğv edilmәsi vә ünvan 2 ünvanda yerlәşәn 0,0687 ha topaq sahәsinin ½ hissәsi üzәrindәn onun mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә qeyd alınması vә çıxarışın verilmәsi öhdәliyinin cavabdehin üzәrinә qoyulması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Şirvan İnzibati Mәhkәmәsinin ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrәli qәrarı ilә iddia tәmin edilmәmişdir. Göründüyü kimi, hazırkı mübahisә üzrә tәrәflәr arasında eyni predmet vә eyni әsaslar üzrә hüquqi mübahisә artıq mәhkәmә baxışının predmeti olmuşdur. Belә ki, Şirvan İnzibati Mәhkәmәsi tәrәfindәn hәmin mübahisә ilә bağlı qәrar qәbul edilmiş vә bununla da müvafiq hüquq münasibәtlәri üzrә mәhkәmә araşdırması aparılmışdır. İş materiallarından da görünür ki, tәrәflәr arasında hәmin mübahisә ilә bağlı hüquqi münasibәtlәr hәlә dә davam etmәkdәdir vә mübahisәnin mahiyyәti üzrә eyni tәlәblәr yenidәn mәhkәmә baxışına çıxarılmışdır. Mәhkәmә müdafiәsi hüququnun hәyata keçirilmәsi hәr bir şәxsә eyni mübahisә üzrә dәfәlәrlә mәhkәmәyә müraciәt etmәk imkanı vermir. Prosessual qanunvericilik hüquqi müәyyәnlik prinsipinin, mәhkәmә qәrarlarının sabitliyinin vә ziddiyyәtli mәhkәmә aktlarının qarşısının alınmasının tәmin edilmәsi mәqsәdilә eyni tәrәflәr arasında, eyni predmet vә eyni әsaslar üzrә mübahisәyә tәkrar baxılmasını yolverilmәz hesab edir. Belә olan halda, işә mahiyyәti üzrә baxılması üçün qanuni әsaslar mövcud olmadığından, mәhkәmә tәrәfindәn iş üzrә icraata xitam verilmәsi prosessual qanunvericiliyin tәlәblәrinә uyğun olmaqla qanuni, әsaslı vә әdalәtli olmuşdur. Qeyd edilmәlidir ki, hüquqi müәyyәnlik prinsipi hüququn aliliyinin әsas xüsusiyyәtlәrindәn biri kimi çıxış edir. Hәr bir qanunun vә ya onun hәr hansı bir müddәasının hüquqi müәyyәnlik prinsipinә cavab vermәsi olduqca vacibdir. Bunun tәmin edilmәsi üçün hüquq normaları birmәnalı vә aydın olmalıdır. Bu isә öz növbәsindә hәr kәsә onun hüquq vә azadlıqlarını müdafiә edәcәyinә, hüquq tәtbiq edәnin hәrәkәtlәrinin isә qabaqcadan bilmәsinә imkan vermәlidir. Bu prinsip azadlıq vә toxunulmazlıq hüququnun mәhdudlaşdırılması şәrtlәrinin milli qanunvericilikdә aydın vә dәqiq tәsbitini, hüquq tәtbiq etmә praktikasının qanunun eyni cür vә dürüst tәfsirinә әsaslanmasını, müxtәlif mәhkәmә qәrarlarında hüququn tәtbiqi mәsәlәlәrindә ardıcıllığın gözlәnilmәsini, yәni qanunun tәtbiqi tәcrübәsinin şәxslәr üçün gözlәnilәn olmasını nәzәrdә tutur. Belәcә, işә baxan mәhkәmәlәr hüquqi müәyyәnlik prinsipinin yüksәk sәviyyәdә gözlәnilmәsi vә mәhkәmә tәcrübәsinin vahidliyinin tәmin edilmәsi baxımından hüququn tәtbiqindә tәrәflәrin mövqeyindәn vә hüquqi әsaslandırmasından asılı deyildir. Belәliklә, mәhkәmә tәrkibi şikayәtin dәlillәrini vә iş materiallarını hәrtәrәfli, obyektiv vә qәrәzsiz şәkildә araşdıraraq belә qәnaәtә gәlir ki, şikayәtdә irәli sürülmüş dәlillәr mübahisәlәndirilәn mәhkәmә qәrardadının lәğv edilmәsi üçün hüquqi әsas tәşkil etmir. MPM-in 398.0.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә mәhkәmәnin mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk sәlahiyyәti vardır. Mәhkәmә tәrkibi yuxarıda şәrh edilәnlәrә әsasәn vә MPM-in 157, 158, 159, 160, 263, 264 vә 402-ci maddәlәrini rәhbәr tutub QƏRAR VERDİ: Şikayәt tәmin edilmәsin vә Salyan Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir vә ondan kassasiya şikayәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-684/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-684/2026
25.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver