Məhkəmə qərarları › İş №e-2(3-9)-700/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-700/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-700/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar və X1 ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmi 824,01 manat pulun iddiaçının xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Səkinəxanım Məmmədli) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilərək işin icraata qəbul edilməsi və mübahisəyə mövcud sübutlar əsasında mahiyyəti üzrə baxılmasının təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə işi araşdırmadan ərizəni geri qaytarmışdır. İddiaçı MMC dövlət tərəfindən yaradılmış, əhalinin sosial mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə fəaliyyət göstərən qurumdur və fəaliyyət mənfəət əldə edib payçılar arasında bölüşdürülməsi məqsədi daşımır və əldə olunan vəsait məhz sosial məqsədlərin həyata keçirilməsinə yönəldilir. “Dövlət quluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü bəndinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən halarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.30-cu bəndinə görə dövlət müəssisəsi – paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət, digər təşkilati formada fəaliyyət göstərən hüquqi şəxslər və publik hüquqi şəxslərdir. Bundan əlavə Mülki Məcələnin 64.6-cı maddəsinə əsasən dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər. Bu norma göstərir ki, dövlətin təsis etdiyi və sosial məqsədlər üzrə fəaliyyət göstərən qurum klassik sahibkarlıq subyekti kimi qiymətləndirilə bilməz. İddiaçıxxxx“xxxx MMC-nin hüquqi mahiyyəti kommersiya təşkilatlarından fərqlənir. Nəzərə çatdırır ki, birinci instansiya məhkəmələrinin icraatında analoji mübahisələrlə bağlı çoxsaylı mülki işlər var və qaldırılan iddialar üzrə işlərə dövlət rüsumu ödənilmədən baxılmış və iddia tələbləri təmin olunmuşdur. Bu proseslər hazırda da davam etdirilir. Nəticə etibarilə digər məhkəmələr də iddiaçı “xxxx MMC-nin dövlətin məqsədini və funksiyalarını həyata keçirən orqan kimi dövlət rüsumunun ödənilməsindən azad olunmasının düzgünlüyü qənaətində olmuşlar. Hazırkı məsələ ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini çatdırmağı zəruri hesab edir. Sözügedən qətnamənin 53-cü bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməyə əsasən İddiaçı MMC Azərbaycan Respublikasında çoxmənzili yaşayış binalarının tikintisinə rəvac vermək, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzilər əldə etmələrinə şərait yaratmaq, çoxmənzili yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədi ilə yaradılmışdır və onun bütün payları dövlətə məxsusdur. Mülki Məcələnin 64.6-cı maddəsinə əsasən dövlət orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər”. Həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Eyni hüquqi münasibətlər üzrə formalaşmış məhkəmə təcrübəsinin nəzərə alınmaması hüquqi müəyyənlik prinsipinin və vahid məhkəmə praktikasının pozulmasına səbəb ola bilər. Hüquqi müəyyənlik prinsipi məhkəmə təcrübəsinin sabitliyini təmin edir. Beləliklə də, MPM-nin 152.1.5-ci maddəsi hazırkı halda yanlış tətbiqi olunmuşdur. Çünki dövlət rüsumunun ödənilməməsi qanuni əsaslara söykənir və iddianın geri qaytarılması üçün əsas təşkil etmir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. İddiaçı iddia ərizəsində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-ci maddəsi ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin ## ##### 2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 1.2-ci bəndinə istinad edərək cəmiyyətin bütün paylarının dövlətə məxsus olduğunu qeyd etmiş və bu səbəbdən dövlət rüsumu ödəməkdən azad olunduğunu bildirmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ## ##### 2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, "xxxx" MMC Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ayrıca hüquqi şəxsdir. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üzrə həmin əmlakla cavabdehdir və dövlət onun öhdəlikləri üçün məsuliyyət daşımır. Eyni zamanda, cəmiyyətin fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında təşkil edilmişdir. Cəmiyyətin bütün paylarının dövlətə məxsus olması onun dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatı hesab edilməsi və ya dövlət orqanı statusuna malik olması anlamına gəlmir. Bu hal yalnız təsisçilik və korporativ idarəetmə münasibətlərini ifadə edir və cəmiyyətə qanunla nəzərdə tutulmayan prosessual güzəştlərin tətbiqi üçün əsas yaratmır. İddiaçının istinad etdiyi “Dövlət qulluğu haqqında” Qanunun və “Büdcə sistemi haqqında” Qanunun müddəaları da fərqli hüquqi münasibətləri tənzimləyir və həmin normalardan xxxx MMC-nin dövlət rüsumundan azad olunması nəticəsi çıxmır. Əksinə, “Büdcə sistemi haqqında” Qanunun müddəalarına əsasən büdcə təşkilatı maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. İş materialları ilə xxxx MMC-nin belə statusa malik olması müəyyən edilmir. Həmçinin "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində dövlət rüsumunun ödənilməsindən azad edilən şəxslərin dairəsi müəyyən edilmişdir. "xxxx" MMC həmin maddədə göstərilən subyektlər sırasına aid edilməmişdir. Bu səbəbdən iddiaçının dövlət rüsumunu ödəmədən məhkəməyə müraciət etmək hüququ mövcud olmamışdır. Həmçinin iddiaçının digər məhkəmələr tərəfindən qəbul edilmiş məhkəmə aktlarına istinad etməsi də şikayətin təmin olunması üçün əsas ola bilməz. Çünki hər bir iş üzrə məhkəmə konkret mübahisənin halları və tətbiq edilməli hüquq normaları əsasında qərar qəbul edir. Ayrı-ayrı işlər üzrə qəbul edilmiş məhkəmə aktları normativ xarakter daşımadığından hazırkı iş üzrə məhkəmə üçün məcburi hüquqi əsas hesab edilə bilməz. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və həmin çatışmazlıq qanunla müəyyən edilmiş qaydada aradan qaldırılmadığından birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Buna görə də şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas vermir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərkibi yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə tərkibi iddiaçı İddiaçı MMC-ə MPM-in 152.4-cü maddəsinə uyğun olaraq izah edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi, QƏRARA ALDI: İddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar