Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-722/2026 13.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları və iş üzrə məhkəmə icraatı; Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb etməklə iddiaçı İddiaçı iddia əizəsi ilə məhkəməyə müraciət edib Əmlak Məsələləri Dövlət Xidmətixxxx Publik Hüquqi şəxsi tərəfindən verilmiş 802013109519-***** reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən fərdi yaşayış evinə münasibətdə 1/3 hissəsi İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Cavabdeh, torpaq sahəsinə münasibətdə isə 5/12 hissə İddiaçı, Cavabdeh və 2/12 hissə isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs paylı mülkiyyətinə verilmiş 0.18 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 186.70 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun aralrında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, hazırda ailə üzvləri ilə birlikdə Lənkəran rayonu,Bürcəli kəndində yaşayır. Onun valideynlərinin Lənkəran rayonu, Bürcəli kəndində xüsusi mülkiyyətlərində 0.18 ha torpaq sahəsi və həmin torpaq sahəsində, ümumi sahəsi 186.70 kv.m olan fərdi yaşayış evi olmuşdur. Valideynləri vəfat etdikdən sonra həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evi vərəsəlik qaydasında onun, cavabdeh olan bacısı Cavabdeh və müstəqil tələb irəli sürməyən qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına keçmiş və bu barədə adlarına Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin “xxxx” publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi Idarəsi tərəfindən “ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 802013109519-***** reyestr nömrəli çıxarış” verilmişdir. Həmin çıxarışa əsasən fərdi yaşayış evindən hər birinə 1/3 hissə pay, torpaq sahəsindən isə 5/12 hissə onun və bacısı Cavabdeh, 2/12 hissə isə qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs payı müəyyən edilmişdir. Həmin fərdi yaşayış evində o, ailəsi ilə birlikdə yaşayır, qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs öz payını ona verəcəkdir. Bacısı Cavabdeh yaşamağa başqa evi olsa da, hazırda paylı mülkiyyətdə olan fərdi yaşayış evinə iddia edir. Belə ki, bacısı Cavabdeh ona qarşı Lənkəran Rayon Məhkəməsində qeyd olunan torpaq sahəsindən 5/12 hissə və fərdi yaşayış evindən 1/3 hissə payının naturada ayırıb ona verilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsi onun iddia tələbinə baxaraq ilk öncə məhkəmə tikinti - texniki ekspertizası təyin etmiş, ekspertin verdiyi rəyə görə onun payının naturada bölünməsi mümkün olmadığına görə iddia tələbini rədd edilmişdir. Bundan sonra o, bacısı Cavabdeh ona düşən paya uyğun pulunu vermək istəsə də, bacısı onunla razılaşmamış, məhkəməyə ona qarşı qeyd olunan fərdi yaşayış evinə köçürülməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə bu dəfə onun iddia tələbini təmin etmişdir. Əlbəttə ki, o, onun və onun ailəsinin gəlib onun və ailəsi ilə birlikdə yaşamasına razı deyil. Çünki, iki ailənin bir evdə yaşaması mümkün deyildir. Odur ki, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edirək qeyd olunan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsini məhkəmədən xahiş edir. Istinad etdiyi hallar iddia ərizəsinə əlavə etdiyi Lənkəran Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci tarixli qətnaməsinin sürəti ilə öz təsdiqini tapır. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edib onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, rəsmi olaraq öz payının 3-cü şəxsə və cavabdehə satmaq istəməsi barədə cavabdeh və müstəqil tələb isəli sürməyən qardaşına bilirsə də, onlar onun payının almaq istəmələri barədə ona hər-hansı bir cavab verməmişlər. Buna görə də paylı mülkiyyətlərindən olan evlə həyətyanı torpaq sahəsinin hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyib onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı ona payın satın almasını təklif etsə də, o, nə onun payını alımaq istəyir, nə də ki, öz payını ona və ya müstəqil tələb irəli sürməyən qardaşına satmaq istəmir. Həmin ev və torpaq sahəsi ona çox doğmadır, bu səbəbdən də onların hərracdan satılmasın etiraz edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində müstəqil tələb irəli süməyən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin ##.##.2026-cı il tarixdə məhkəməyə teleqram vuraraq iddianı qəbul etdiyini, iddianın təmin edilməsinə etiaz etmədiyini bildirib məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini və xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. a) Birinci instansiya məhkəməsində icraat; Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddianın təmin edilməsi, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evi və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin hərracdan satılması, mübahisəli yaşayış evinin satışdan əldə olunmuş pul vəsaitinin 1/3 hissəsinin İddiaçı, 1/3 hissəsi Cavabdeh və 1/3 hissəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilməsi, mübahisəli 0,18 ha həyətyanı torpaq sahəsinin satışdan əldə olunmuş pul vəsaitinin 5/12 hissəsinin İddiaçı, 5/12 hissəsinin Cavabdeh və 2/12 hissəsinin İddiaçı verilməsi, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evinin ilkin satış qiymətinin 42824 (qırx iki min səkkiz yüz iyirmi dörd) manat məbləğində qiymətləndirilməsi,. Lənkəran rayonu Bürcəli kəndində yerləşən mübahisəli 0,18 ha həyətyanı torpaq sahəsinin ilkin satış qiymətinin 28000 (iyirmi səkkiz min) manat məbləğində qiymətləndirilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyət kəsb edən bütün faktiki halları araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır. Odur ki, kollegiyadan Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs iclasda iştirak etməmiş, həmçinin iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Işin müəyyən edilmiş hallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə Cavabdeh cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan ev və torpaq sahəsinin naturada bölünməsi və ödədiyi dövlət rüsumu tələbinə dair iddiası təmin edilməmişdir. Həmin mülki işin araşdırılması ilə əlaqədar tərəflərin paylı mülkiyyətlərində olan evin naturada bölünməsinin mümkün olub-olmaması barədə məhkəməyə ekspert rəyi verilməsi üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə olaraq, tərtib edilmə tarixi ##.##.2024-cü il olan “Fərdi yaşayış evi”nin Texniki Pasportunda və sonuncu qeydiyyat tarixi ##.##.2024- cü il tarix olan ƏMDX DƏDK və RPHŞ-n “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışda göstərilmiş, tərəflərin paylı mülkiyyətlərində olan, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin Cavabdeh münasibətdə, müvafiq olaraq 1/3 və 5/12, İddiaçı münasibətdə müvafiq olaraq 1/3 və 5/12 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs münasibətdə, müvafiq olaraq 1/3 və 2/12 hissədə olmaqla təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Iş materiallarında olan qeydiyyat tarixləri ##.##.2024 və ##.##.2024-cü il olan ƏMDX DƏDK və RPHŞ-n “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış, ##.##.2024-cü il tarixli, reyestr nömrəsi 802013109519-***** olan “Texniki Pasportu” ilə müəyyən edilmişdr ki, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin, müvafiq olaraq 1/3 və 5/12 hissəsi Cavabdeh, müvafiq olaraq 1/3 və 5/12 hissəsi İddiaçıb və müvafiq olaraq 1/3 və 2/12 hissəsi isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla, həmin şəxslərin paylı mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair müvafiq orqan tərəfindən mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən sonra Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun tanınması və cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraiət etmiş, onun iddiası qismən təmin edilmiş, Cavabdeh Lənkəran rayonu Bürcəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, ona cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Iddiaçı məhkəməyə “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyini təqdim etmiş, həmin rəyin nəticə hissəsindən görünür ki, Lənkəran rayonu Bürcəli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin bazar dəyəri 28000, həmin torpaq sahəsində yerləşən evin torpaqdn kənar bzar dəyəri 42824 manat təşkil eləyir. Işin hallarından görünür ki, tərəflərin ümumi paylı mülkiyyətlərində olan fərdi yaşayış ev və torpaqdan istifadə ilə əlaqədar ciddi problemləri vardır. Belə ki, iddiaçı paylı mülkiyyətçisi olduğu ev və torpaqdan ailəsi ilə bərabər sərbəst istifadə etmək istəyir. Cavabdeh də eyni zamanda həmin evə köçürülməklə həmin ev və torpaqdan sərbəst istifadə etmək istəyir. Lakin, iddiaçı buna razı deyildir. Tərəflər öz aralarında öz paylarının digərlər payçılara satılması ilə bağlı razılıq əldə edə bilməmişlər. Tərəflərin paylı mülkiyyətlərində olan evlə torpaq sahəsinin naturada bölünməsi qeyrimümkündür. Iddiaçının özünə məxsus payın cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs tərəfindən satın almaları ilə bağlı onlara verdiyi təklifi, sonuncular cavablandırmamış, cavabdeh isə qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə “...Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). ... Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. ... Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ... Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. ... Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda”. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli evlə torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığı və iddiaçının ona məxsus payın cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs tərəfindən satın alınması tələbinə onların razılıqları olmadığı üçün iddiaçının evlə torpaq sahəsinin hərracda satılması və əldə olunmuş pulun paylara mütənasib bölünməsi tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 220.6-cı maddəsinin tələbinə görə “Bu Məcəllənin 220.3 – 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında həmçinin aşağıdakı hüquqi mövqe açıqlanır: “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3 – 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. ... Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz”. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbi təmin edilməli – Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evi və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsi hərracdan satılmalı, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evinin satışdan əldə olunmuş pul vəsaitinin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Lənkəran rayonu Bürcəli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin satışdan əldə olunmuş pul vəsaitinin isə 5/12 hissəsi İddiaçı, 5/12 hissəsi Cavabdeh və 2/12 hissəsi İddiaçı verilməlidir” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-722/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-722/2026
13.07.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver