Məhkəmə qərarları › İş №e-2(3-9)-728/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-728/2026

03.07.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № e-2(3-9)-728/2026 03.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmәdov Pәrviz Tәrlan oğlunun sәdrliyi vә mәruzәsi, hakimlәr Əsәdov İlham Qoşunәli oğlu vә Heydәrov Tofiq Xudayar oğlundan ibarәt tәrkibdә, Salyan Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qәrardadından İddiaçı tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Hәsәn oğlunun Cavabdeh qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Cavabdeh vә digәr şәxslәr tәrәfindәn hәmin evindәn sәrbәst istifadә etmәyinә törәdilәn maneçiliklәrin aradan qaldırılmasının vә gәlәcәkdә maneçilik törәdilmәsinin qadağan edilmәsini, 100 manat kimi ödәnilmiş dövlәt rüsumunun cavabdehdәn alınaraq ona verilmәsini xahiş etmişdir. Salyan Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrardadı ilә İddiaçı Hәsәn oğlunun Cavabdeh qarşı mәnzilә köçürülmә, istifadәyә maneçiliyin aradan qaldırılması tәlәbinә dair *(*-***)-**/**** saylı mülki işin icraatının Şirvan İnzibati Mәhkәmәsindә icraatında olan *-*(***)-****/**** saylı iş üzrә qәbul edilәcәk qәrar qanuni qüvvәsini alana kimi dayandırılması qәrara alınmışdır. Qәrardaddan İddiaçı şikayәt verәrәk onun lәğv olunaraq mahiyyәti üzrә baxılması üçün işin mәhkәmә iclasına tәyin edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, Salyan rayonunun Qarabağlı kәndindә xüsusi mülkiyyәtindә olan torpaq sahәsi vә onun üzәrindә yerlәşәn ümumi sahәsi 165,3 kv.m, yaşayış sahәsi, 107,3 kv.m olan 3 otaqlı fәrdi yaşayış evi xüsus mülkiyyәtindәdir. Hәmin fәrdi yaşayış evindә uzun müddәt yaşamışdır. İş üzrә cavabdehin soyadı vә ata adının eyni olması bacısı olması demәk deyil. Qardaşı oğlu onunla evlәnmәk istәdiyi, valideynlәrinin isә buna razılığı olmadığı üçün cavabdehi qaçırmış vә yaşamağa yer olmadığı üçün hәmin vaxt onları evinә bir neçә günlük gәtirmişdir. Daha sonra onların ailә münasibәtlәri pozulmuş, cavabdeh hәmin vaxt mәhkәmә qәrarı әsasında xüsusi mülkiyyәtindә olan bu mәnzilә köçürülmüşdür. Hәmin vaxtdan bu günә kimi ona kompensasiya vermәklә çıxarmaq istәsә dә, o, bu fәrdi yaşayış evinә dair mülkiyyәt hüququnu Şirvan İnzibati Mәhkәmәsinә mübahisәlәndirdiyi üçün hәmin kompensasiya tәlәbinә dair işin icaatı dayandırılmışdır. Salyan rayonunun Qarabağlı kәndindә xüsusi mülkiyyәtindә olan torpaq sahәsi vә onun üzәrindә yerlәşәn ümumi sahәsi 165,3 kv.m, yaşayış sahәsi, 107,3 kv.m olan 3 otaqlı fәrdi yaşayış evi atasından qalmış fәrdi yaşayış evidir. Ev 1978-ci ildәn әvvәl inşa edilmişdir. Halhazırda xüsusi mülkiyyәtindә olan bu fәrdi yaşayış evinә köçüb yaşamaq vә ondan istәdiyi kimi istifadә etmәk istәyir. İş üzrә cavabdeh isә süni maneәlәr yaradaraq buna imkan vermir. Cavabdeh ##.##.2026-cı il tarixli vәsatәti tam әsassızdır. Ona görә ki, Şirvan İnzibati Mәhkәmәsinin icraatında olan *-*(***)-****/**** saylı işin bu işә heç bir aidiyyәti yoxdur. Tәlәbi faktiki olaraq mülkiyyәtindә olan fәrdi yaşayış evindәn istәdiyi kimi istifadә etmәk vә yaşamadır. İş üzrә icraatın dayandırılması üçün heç bir hüquqi әsası yoxdur. Salyan Rayon Mәhkәmәsinin # #### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (MPM) 397.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә tәrkibi şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Salyan Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrardadı lәğv edilәrәk, mülki işin materialları yenidәn araşdırılması üçün Salyan Rayon Mәhkәmәsinә qaytarılmalıdır. MPM-in 372.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Qeyd edilmәlidir ki, Azәrbaycan Respublikasının Konstitusiyası insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsini dövlәtin ali mәqsәdi kimi tәsbit etmәklә yanaşı, mәhkәmәlәr tәrәfindәn onların müdafiәsinә dә tәminat verilmişdir. Belә ki, Azәrbaycan Respublikasının Konstitusiyasının 60-cı maddәsinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. Hәr kәsin hüququ var ki, onun işinә qәrәzsiz yanaşılsın, habelә inzibati icraat vә mәhkәmә prosesindә ağlabatan müddәtdә baxılsın. İşdәn bәlli olur ki, birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin normalarına istinad etmәklә hәr hansı әsaslandırma aparmadan iş üzrә icraatı dayandırmışdır. MPM-in 4.1-ci maddәsinә görә bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmçinin hәmin mәcәllәnin 5.1-ci maddәsinә әsasәn hәr hansı fiziki vә yaxud hüquqi şәxs öz hüququnun vә ya qanunla qorunan mәnafeyinin müdafiәsi vә yaxud tәsdiqi üçün mәhkәmәyә müraciәt etdiyi hallarda mәhkәmәdә iş başlanılır. Mәhkәmә tәrkibi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn icraatın dayandırılması barәdә qәrardad qәbul edilәrkәn prosessual qanunvericiliyin tәlәblәrinә riayәt olunmamış, iş üzrә әhәmiyyәtli olan hallar hәrtәrәfli vә obyektiv araşdırılmamışdır. Belә ki, hazırkı iddia yaşayış mәnzilinә köçürülmә vә hәmin mәnzildәn istifadәyә yaradılan maneәlәrin aradan qaldırılması tәlәblәri ilә bağlıdır. Halbuki, Cavabdeh tәrәfindәn Şirvan İnzibati Mәhkәmәsindә qaldırılmış iddia Cavabdeh, X5, X2 vә X3 cavabdeh Daşınmaz Əmlakın Kadastrı vә Reyestri Xidmәtinin ** saylı Şirvan Ərazi İdarәsinә qarşı, İddiaçı vә X1 üçüncü şәxs qismindә cәlb edilmәlәri ilә yaşayış evinin qeydiyyata alınmasına dair qeydiyyat vәsiqәsinin lәğv edilmәsi tәlәbinә aiddir. Göründüyü kimi, cavabdehin icraatın dayandırılması barәdә әrizәsindә istinad etdiyi mübahisәnin hazırkı işlә hüquqi vә faktiki bağlılığının mövcud olub-olmaması mәhkәmә tәrәfindәn müәyyәn edilmәmiş vә hәmin xüsusat tam şәkildә araşdırılaraq qiymәtlәndirilmәdәn icraatın dayandırılması barәdә nәticәyә gәlinmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin müvafiq normalarına әsasәn icraatın dayandırılması yalnız başqa iş üzrә hәll edilәn mәsәlәnin hazırkı işin düzgün vә obyektiv hәlli üçün hәlledici әhәmiyyәt daşıdığı, yәni hәmin işin nәticәsinin hazırkı mübahisәyә birbaşa tәsir göstәrdiyi hallarda mümkündür. Belә bir bağlılığın mövcudluğu isә mәhkәmә tәrәfindәn әsaslandırılmış qaydada müәyyәn edilmәli vә qәrarda әks etdirilmәlidir. Bundan әlavә, nәzәrә alınmalıdır ki, hazırkı iş üzrә icraatın әsassız olaraq dayandırılması mülkiyyәtçi İddiaçı Konstitusiya vә qanunla qorunan mülkiyyәt hüquqlarının hәyata keçirilmәsini mәhdudlaşdıra, onun öz әmlakından sәrbәst istifadә vә ona sahiblik hüquqlarına xәlәl gәtirә bilәr. Bu baxımdan, icraatın dayandırılması üçün qanuni әsasların mövcudluğu hәrtәrәfli araşdırılmalı vә hәmin mәsәlәyә hüquqi qiymәt verilmәlidir. MPM-in 398.0.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Mәhkәmә tәrkibi qeyd edir ki, MPM-in 399-cu maddәsinin tәlәbinә görә birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Mәhkәmә tәrkibi şәrh olunanlara әsaslanıb, MPM-in 263, 264, 397.2, 398, 400 vә 402-ci maddәlәrinin tәlәblәrini rәhbәr tutub QƏRAR VERDİ: Şikayәt qismәn tәmin edilsin. Salyan Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qәrardadı lәğv edilsin. Mülki işin materialları yenidәn araşdırılması üçün Salyan Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir vә ondan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar