Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-758/2026 23.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından iddiaçı Şükürova İlhamə Siyasət qızının nümayəndəsi nümayəndə3 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şükürova İlhamə Siyasət qızı cavabdehlər cavabdeh3 Şirvan-X5 İdarəsinə və cavabdeh3 Şirvan-X5 İdarəsi X1 Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, attestasiya komissiyasının qərarının ləğvi, şəxsin vəzifəyə uyğun hesab edilməklə, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh3 Şirvan-X5 İdarəsi, X1 məktəbinin Attestasiya Komissiyasının Şükürova İlhamə Siyasət qızı barəsində qəbul etdiyi vəzifəyə uyğun hesab edilməmə barədə ## ####### 2025-ci il tarixli qərarı ləğv edilsin və sonuncu tutduğu vəzifəyə uyğun hesab edilməsi, X1 Məktəbi direktorunun “əmək müqaviləsinə xitam verilməsi barədə” ## ###### 2025-ci il tarixli əmrinin ləğv edilməsi və Şükürova İlhamə Siyasət qızının həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh X1 məktəbindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh3 Şirvan-X5 İdarəsi X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-*)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh cavabdeh3 Şirvan-X5 İdarəsinin nümayəndəsi, X1 Məktəbinin direktoru İsmayılov Əbülfət Siyasət oğlu buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməklə bərpa edilməsi və Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026- cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 Şirvan-X5 İdarəsinin nümayəndəsi, X1 Məktəbinin direktoru İsmayılov Əbülfət Siyasət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Şükürova İlhamə Siyasət qızı və nümayəndəsi nümayəndə3 ## #### 2026-cı il tarixdə məhkəməyə şikayət təqdim edərək Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə, iddiaçı Şükürova İlhamə Siyasət qızı və nümayəndəsi nümayəndə3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından iddiaçı Şükürova İlhamə Siyasət qızı və nümayəndəsi nümayəndə3 verdiyi şikayətə baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadında göstərilənləri qanuni hesab edərək qeyd edir ki, cavabdehin nümayəndəsi Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin surətini ##.##.2026-cı il tarixdə almışdır. Həmin qətnamədən narazı olduğundan apellyasiya şikayəti vermişdir. Qeyd olunan qətnamədən apellyasiya şikayəti Şirvan Şəhər Məhkəməsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(*-*)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti Azərbaycan Respublikası MPMnin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, apellyasiya şikayəti cavabdeh cavabdeh3 Şirvan-X5 İdarəsi tərəfindən verilən apellyasiya şikayəti üzrə qanunla müəyyən olunan məbləğdə dövlət rüsumu ödənilmədən verilmişdir. Hazırda isə apellyasiya şikayətinin qaytarılmasına əsas olmuş səbəblər aradan qaldırılmaqla cavabdeh tərəfindən yenidən apelyasiya şikayəti verilmişdir. Kollegiya qeyd edir ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbul edilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. Məhkəmə müdafiəsi hüququnun realizəsi qaydalarını müəyyən edən Mülki Prosesual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X4rşı iş üzrə 1975-ci il ## ###### tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X8rşı iş üzrə 1985-ci il ## ### tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X3rşı iş üzrə 1994-cü il ## ######## §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il # ###### tarixli §31 Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il # ####### tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzürlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti mahiyyəti üzrə əsassız hesab edilməmiş, yalnız qanunla nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsi səbəbindən qeyri-mümkün hesab edilərək birinci instansiya məhkəməsinə qaytarılmışdır. Həmin qərardad apellyasiya hüququnun həyata keçirilməsinin mümkünsüzlüyünü deyil, yalnız mövcud prosessual çatışmazlığın aradan qaldırılmasının zəruriliyini ifadə etmişdir. Göstərilənlər baxımından kollegiya hesab edir ki, məhkəmələr tərəfindən şikayət verən şəxsin şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün müvafiq müddətin qanunvericilik qaydasında müəyyən edilməsi məqsədəmüvafiq olar. Bu, şəxslərin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi baxımından zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: İddiaçı Şükürova İlhamə Siyasət qızının nümayəndəsi nümayəndə3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 Şirvan-X5 İdarəsinin nümayəndəsi, X1 Məktəbinin direktoru İsmayılov Əbülfət Siyasət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-758/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-758/2026
23.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver