Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-101)-158/2026 13.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxs qismində 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi qeyd olunmaqla “müəssisənin nizamnamə kapitalında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxs qismində 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi qeyd olunmaqla “müəssisənin nizamnamə kapitalında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “H.Z.Tağıyev adına” kiçik müəssisəsinin nizamnamə kapitalında İddiaçı 33,3%, İddiaçı 33,3% və Cavabdeh2 33,3% paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı mirasın qəbulu üçün qanunla nəzərdə tutulan müddətdə deyil, həmin müddətin bitməsindən təxminən 4 il keçdikdən sonra bu barədə notariat ofisinə müraciət etmişdir. Notariat ofisi isə, mirasın faktiki qəbuluna dair sübutlar təqdim olunmadığı üçün vərəsəlik işinin açılmasından imtina etmişdir. Bu o deməkdir ki, vərəsəlik hüququ hüquqi baxımdan hələ formalaşmayıb. Vərəsəlik hüququ tanınmadan miras bölgüsü mümkün deyil. İddiaçı əvvəlcə ya mirasın faktiki qəbulunun tanınması, ya da mirasın qəbul müddətinin bərpası barədə iddia ilə məhkəməyə müraciət etməli və yalnız bundan sonra miras kütləsinə daxil olan əmlakın (burada – təsis paylarının) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etməli idi. Birinci mərhələ olmadan ikinci mərhələyə keçmək hüquqi cəhətdən mümkün deyil. Notariat orqanı vərəsəlik işini açmadan, vərəsə statusunu tanımadan məhkəmə birbaşa olaraq təsis paylarını bölə, nizamnamə kapitalında pay müəyyən edə bilməz, çünki tərəflər hüquqi mənada vərəsə statusunu hələ qazanmamışlar. Bu, artıq məhkəmənin notariat səlahiyyətlərini əvəz etməsi olardı ki, bu da yol verilməzdir. İddia tələbi maddi hüquqla qorunan subyektiv hüquqa əsaslanmalıdır. Hüquq mövcud deyilsə, onun bölgüsü də tələb oluna bilməz. Bu işdə hüquq (vərəsəlik hüququ) hələ mövcud deyil, amma onun nəticəsi (pay bölgüsü) tələb olunur. Mirasın qəbul edilməsi və ya qəbul edilmiş sayılması barədə tələb həll olunmadan, miras əmlakının bölgüsünə dair tələbin icraata qəbul edilməsi yolverilməzdir. Beləliklə, hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia tələbi yanlış formada göstərildiyindən, iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılmalı, müvafiq nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxs qismində 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi qeyd olunmaqla “müəssisənin nizamnamə kapitalında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(5-101)-158/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-101)-158/2026
13.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver