Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-102)-335/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması, miras payın müəyyən edilməsi, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və.s tələblərinə dair iddia ərizəsinin icraata qəbul edilməsi mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması, miras payın müəyyən edilməsi, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və.s tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı anası mərhum X1 qalan miras əmlakın mövcudluğunu təsdiq edən sübutu iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya verilmiş cavab məktubundan görünür ki, mərhum X3 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı anasından miras qalan əmlaka vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, həmin əmlakın satılması halında alqı-sarqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb irəli sürmüşdür. Hakim qeyd edir ki, iddiaçının qeyd edilən tələbləri konkret deyil. İddia ərizəsində iddiaçı anasından qalan miras əmlakın vərəsələr olan bacı və qardaşı arasında bölüşdürüldüyünü qeyd etmişdir. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim həmçinin qeyd edir ki, miras əmlaka dair hüquqlar notariat orqanı tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə yaranır. Eyni zamanda Bakı şəhəri 2 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 adına Bakı şəhəri 2 saylı notariat ofisində vərəsəlik işi açılmamış və notariat hərəkətnin aparılması ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Hakim iş materiallarında olan sənədlərə əsasən qeyd edir ki, iddiaçı notariat ofisinə vərəsəlik işinin açılması ilə bağlı deyil, yəni miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı deyil, anası X2 adına vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı sorğu vermişdir.Başqa sözlə iddiaçı mübahisənin məhkəməyəqədər həlli qaydasına da riayət etməmişdir. Belə ki, qanunvericilik miras əmlaka dair hüququların əldə edilməsi üçün vərəsəin notariat ofisinə müraciət etməsini nəzərdə tutur. Yalnız notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edildiyi təqdirdə şəxsin məhkəməyə bununla bağlı müraciət etmək hüququ yaranmış olur. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. AR Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. “Notariat Haqqında” AR Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Beləliklə hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149, 151.1, və 152.1.1-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması, miras payın müəyyən edilməsi, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və.s tələblərinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(5-102)-335/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-102)-335/2026
19.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver