Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-103)-211/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Məmməd Əhməd oğlu, İddiaçı Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 483,24 manat penya borcu, 807 manat əsas borc, ümumilikdə 1290,24 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında Hövsan yaşayış kompleksində yerləşən (Hövsan yaşayış kompleksi-1) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi bina 5, giriş 153, mərtəbə 1, 2 saylı mənzilin alğısatqısına dair ******* nömrəli, 21 dekabr 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Akt əsasında mənzil cavabdehə təhvil verilmişdir. Həmçinin, 21 dekabr 2020-ci ildə tərəflər arasında “Çoxmənzilli binaların idarəedilməsi haqqında” müqavilə imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh mənzilin kvadratmetrinə uyğun olaraq hər ay 20.16 manat xidmət haqqı ödəməlidir. Lakin cavabdeh ödəniş etmədiyi üçün 807 manat borcu yaranmışdır. Həmçinin, gecikdirilmiş 1200 gün üçün 483.24 manat penya hesablanmışdır. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 1290,24 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsinin dəlillərini və işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli, 21 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqsı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67.2 kv/m olan mənzil satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh satılmışdır. Müqavilə satıcının nümayəndəsi X1 və alıcı Cavabdeh tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. İş materiallarında olan 21 dekabr 2020-ci il tarixli “mənzilin təhvil-təslim edilməsi və binaların idarə edilməsi barədə” aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67.2 kv/m olan mənzil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan müqavilədən görünür ki, iddaçı İddiaçı ilə Cavabdeh arasında “Çoxmənzilli binaların idarəedilməsi haqqında” xx.xx.2020-ci il tarixində 5/153/1/2 nömrəli müqavilə imzalanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67.2 kv/m olan mənzil üçün kommunal xidmət haqqı üzrə 807 manat, gecikdirilmiş 1200 gün üçün isə 483.24 manat penya borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh yaranmış borcun 10 gün müddətində ödənilməsi bildirilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi kommunal xidmətlərin göstərilməsi və yaşayış sahələrinin yararlı vəziyyətdə saxlanması və təmiri ilə bağlı münasibətlərdən irəli gəldiyindən mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 137.6-cı maddəsinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 137.9-cu maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 142.2-ci maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı MMC yaşayış sahəsinin mülkiyytçiləri ilə bağlanmış müqavilə əsasında ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasına ümumi əmlakın saxlanılması, kommunal və digər xidmətlər, təmir və binanın idarə edilməsi üzrə fəaliyyəti həyata keçirir. Cavabdeh isə iddiaçının xidmət göstərdiyi binada yaşayış sahəsinin mülkiyyətçisidir. (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi bina 5, giriş 153, mərtəbə 1, 2 saylı mənzil, ümumi sahəsi 67.2 kv/m) xx.xx.2020-ci il tarixində tərəflər arasında “Çoxmənzilli binanın idarə edilməsi haqqında” müqavilə imzalanmışdır. Müqaviləyə görə xidmət haqqı hər ay hər kvadratmetr üçün 0,30 manat olmaqla (0.30x67.2=20.16) cəmi 20.16 manat müəyyən edilmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq mülkiyyətində olan mənzilə dair (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi bina 5, giriş 153, mərtəbə 1, 2 saylı mənzil, ümumi sahəsi 67.2 kv/m) kommunal xidmət haqlarını ödəməkdən yayınır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış müqaviləyə əsasən cavabdehin ödəməli olduğu kommunal xərclərdir. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və 807 manat məbləğində borcu yaranmışdır. Buna görə də cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia borc hissəsində təmin edilməli, Cavabdeh 807 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Tələb edilən cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyil. Bu baxımdan, cаvаbdehin öhdəliyini lаzımıncа yerinə yetirməməsi ilə onun mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаq üçün tutulan cərimənin miqdаrı аzаldılаrаq 50 manat məbləğində müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, 807 manat borc və 50 manat cərimə olmaqla ümumilikdə 857 manat pul cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, 30 manat məbləğində ödənilməmiş dövlət rüsumu isə dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 807 manat borc və 50 manat cərimə olmaqla, ümumilikdə 857 (səkkiz yüz əlli yeddi) manat pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-2(5-103)-211/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-103)-211/2026
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver