Məhkəmə qərarları › İş №e-2(5-104)-605/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-104)-605/2026

06.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-104)-605/2026 06.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı Ərizəçinın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı faktın təsdiq edilməsi və sənədlərin təqdim edilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı Ərizəçinın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı faktın təsdiq edilməsi və sənədlərin təqdim edilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüseyn Cavid prospekti, ev 46 ünvanında yerləşən və Cavabdeh3 MMMC tərəfindən idarə olunan binanın 127-ci mənzilniə varisi olduğu atası X1 həqiqətən faktiki olaraq satılması, atasının həmin mənzilə əmlak hüquqlarının olması faktının təsdiq edilməsi, Hüseyn Cavid pr. 46 ünvanında yerləşən və Cavabdeh3 MMMC tərəfindən idarə olunan binanın 127-ci mənzilniin atama satılması və ya faktiki istifadəsinə verilməsinə dair alqı-satqı müqaviləsinin, həmçinin mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin cavabdehlərdən alınaraq ona təqdim edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Belə ki, işdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, tələblərdən biri hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi, digər tələb isə iddia icraatı qaydasında baxılmalı olan məsələdir. Bu iki tələbə birlikdə baxılması isə mümkün deyil. Çünki, hüquqi əhəmiyyətli faktların təsdiq edilməsinə dair işlərə xüsusi icraat qaydasında, ərizəçi və maraqlı şəxsin iştirakı ilə, digər tələblərə isə iddia icraatı qaydasında iddiaçı və iddiaya cavab verməli olan cavabdehin iştirakı ilə baxılır.

5. Bu halda isə birləşdirilmiş tələbləri bir-biri ilə bağlı olan və birlikdə baxılması yolverilən bir neçə tələb kimi qiymətləndirmək olmaz.

6. Odur ki, hazırkı iş üzrə iddia ərizəsi MPM-in göstərilən tələblərinə uyğun verilmədiyindən iddia ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

7. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Ərizəçinın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı faktın təsdiq edilməsi və sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçina izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar