Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-7/2026 12.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X15 yanında Suların İstifadəsi və X12 Xidməti X1rşı “əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət X15 yanında Suların İstifadəsi və X12 Xidməti X1rşı “əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı ilə bağladığı əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli 75/K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan X20 Agentliyi yanında X17 X9 Xidmətinin tabeliyində Mərkəzi Laboratoriyada əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci ilin 21 iyul tarixindən 2025-ci il 4 dekabr tarixinə kimi "xxxx" ASC-nin (hazırda “İri şəhərlərin X18 Xidməti” X22in) müxtəlif qurumlarında mühasib vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan X20 Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC çevrilmə yolu ilə yenidən təşkil edilərək “İri şəhərlərin X18 Xidməti” X22i olaraq fəaliyyət göstərməyə başlamışdır. Bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə 97/K nömrəli əmrlə Azərbaycan X20 Agentliyinin “İri Şəhərlərin X18 Xidməti” X22in X2 və uçot şöbəsində 9-cu dərəcə ilə mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.2025-ci il tarixli 75/K nömrəli əmrlə AR ƏM-nin 70-ci maddəsinin a) bəndinə əsasən (müəssisənin ləğv edilməsi) əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, cavabdehin xx.xx.2025-ci il tarixli 75/K nömrəli əmri qanunsuz və qərəzli olduğundan ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və ona məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməlidir. Belə ki, iddiaçının əmək müqaviləsinin xitamının əsası kimi AR ƏM-nin 70-ci maddəsinin a) bəndi – yəni müəssisənin ləğv edilməsi çıxış edir. İddiaçının iş yeri xx.xx.2025-ci il tarixli 75/K nömrəli əmrdə və xx.xx.2024 tarixli əmək müqaviləsində göstərildiyi kimi Azərbaycan X20 Agentliyinin “İri Şəhərlərin X18 Xidməti” X22in Mərkəzi Laboratoriyasıdır. AR Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli 229 saylı qərarı ilə Azərbaycan X20 Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilmişdir. Həmin siyahıda qurum olaraq Mərkəzi Laboratoriya da təsbit edilmişdir. Sadəcə olaraq Mərkəzi Laboratoriya artıq “İri Şəhərlərin X18 Xidməti” X22in tabeliyindən çıxarılmış və Azərbaycan X20 Agentliyi yanında X17 X9 Xidmətinin tabeliyinə verilmişdir. Azərbaycan X20 Agentliyi yanında X17 X9 Xidmətinin tabeliyində X8 Vergi Xidməti tərəfindən 13 noyabr 2025-ci il tarixində ********** nömrəli VÖEN verilmişdir və müstəqil surətdə fəaliyyət göstərir. Hüquqi şəxsin ləğvi haqqında qərarı həm onun təsisçiləri (iştirakçıları), həm də hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı qə bul edə bilər. Deməli, AR ƏM-nin 70-ci maddəsinin «a» bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas qismində hüquqi şəxsin ləğvi haqqında qərar, yəni hüquq və vəzifələrinin hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən onun fəaliyətinə xitam verilməsi haqqında müəyyən olunmuş qaydada qəbul edilmiş qərar çıxış edə bilər. Bu zaman hüquqi şəxsi kimin və hansı əsasla ləğv etməsi əhəmiyyət daşı mır. Ən vacib olanı isə müəssisənin ləğvi faktının özünün mövcudluğudur. İddiaçı verilmiş 03 dekabr 2025-ci il tarixində verilmiş xəbərdarlıq məktubunda göstərilir ki, “Azərbaycan X20 Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli 229 saylı qərarının icrası ilə bağlı Azərbaycan X20 Agentliyinin 11 avqust 2025-ci il tarixli, F 84 nömrəli əmri ilə “İri Şəhərlərin X18 Xidməti” X22in strukturunda olan Mərkəzi Laboratoriya ləğv edilmişdir. Məhz elə buna görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏMnin 70-ci maddəsinin a) bəndinə əsasən (müəssisənin ləğv edilməsi) əsası ilə xitam verilmişdir. Azərbaycan X20 Agentliyinin 11 avqust 2025-ci il tarixli, F 84 nömrəli əmri ilə faktiki olaraq əslində Mərkəzi LaboratoriyaAzərbaycan X20 Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum kimi“İri Şəhərlərin X18 Xidməti” X22in tabeliyindən çıxarılmış və Azərbaycan X20 Agentliyi yanında X17 X9 Xidmətinin tabeliyinə verilmişdir. Göründüyü kimi, Azərbaycan X20 Agentliyi yanında X17 X9 Xidmətinin tabeliyinə verilmiş Mərkəzi Laboratoriya əvvəlki “İri Şəhərlərin X18 Xidməti” X22in tabeliyindən çıxarılaraq X17 X9 Xidmətinin tabeliyinə verilmiş Mərkəzi Laboratoriyanın hüquqi varisi olduğu üçün əmək müqaviləsinə müəssisənin ləğvi əsası ilə xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Azərbaycan X20 Agentliyinin 11 avqust 2025-ci il tarixli, F 84 nömrəli əmrinin 4.3-cü bəndində göstərilir ki, Mərkəzi Laboratoriyanın əməkdaşlarının hazırda fəaliyyət göstərdikləri aidiyyəti qurumların inzibati binalarına iş funksiyalarını davam etdirmələrinə şərait yaradılısın. Lakin cavabdeh həmin əmrin tələblərini yerinə yetirmək əvəzinə işəgötürənin şəxsi mülahizəsinə əsasən “arzu olunmaz” işçilərlə (təxminən 6 nəfərlə) bağlanmış əmək müqavilələrinə xitam vermişdir (məlumata əsasən Mərkəzi Laboratoriyanın 145 ştat vahidi var, iddiaçı ilə birgə işləyən digər işçilərin əmək münasibətləri öz binalarında olduğu kimi davam etdirilir. Məlumat üçün bildirmişdir ki, X19 tərəfindən iddiaçıya 20 oktyabr 2025-ci il tarixli PMS № ******* saylı “X10” verilmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, Nazirlər Kabinetinin müvafiq qərarı işəgötürən tərəfindən məzmununa uyğun olmayan şəkildə şərh edilərək və məqsədli formada tətbiq olunaraq, Mərkəzi Laboratoriyanın “İri Şəhərlərin X18 Xidməti” X22in tabeliyindən çıxarılıb Azərbaycan X20 Agentliyi yanında X17 X9 Xidmətinin tabeliyinə verilməsindən ibarət struktur dəyişiklikləri, faktiki olaraq, əvvəlcədən müəyyən edilmiş məhdud sayda işçinin əmək münasibətlərinə xitam verilməsi üçün “əlverişli” hüquqi izah vasitəsinə çevrilmişdir. Görünür, işəgötürən belə hesab etmişdir ki, struktur dəyişikliyi adı altında təqdim edilən bu qərara istinad edilməsi işdən azad edilən şəxslərin sonradan öz hüquqlarını müdafiə etməyə cəhd göstərəcəyi halda kifayət qədər “rahat” və mübahisəsiz arqument rolunu oynayacaqdır. Mərkəzi Laboratoriyada çalışan 145 nəfər işçi arasından yalnız 6 nəfərin seçmə yolu ilə işdən azad edilməsi, qalan işçilərin isə öz əmək fəaliyyətini davam etdirməsi bu qərarın obyektiv zərurətdən deyil, işəgötürənin selektiv tətbiqindən irəli gəldiyini açıq şəkildə nümayiş etdirir. Müəssisənin bir orqanın tabeliyindən başqa orqanın tabeliyinə verilməsi əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. Mü əssisə ləğv edildikdə müəssisədə işləyənlərin hamısı ilə AR ƏM-nin 70-ci maddəsinin «a» bəndi ilə əmək müqaviləsi ləğv edilməlidir. Bu əsasla işçi ilə əmək müqaviləsi ləğv edildikdə və mübahisə yarandıqda, mübahisəyə baxan məhkəmə müəssisənin fəaliyyətinə xitam verilib-verilmədiyini, yəni onun ləğv edildiyini, habelə bu əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydasını tənzimləyən əmək qanunvericiliyi normalarına işəgötürənin əməl edibetmədiyini yoxlamağa borcludur. Hesab edir ki, aşağıda qeyd edilənlər baxımından cavabdeh müəssisənin xx.xx.2025-ci il tarixli 75/K nömrəli əmr qanunsuz və qərəzli olduğundan ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və ona məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməlidir. Onu da qeyd etmişdir ki, cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı müraciət edilsə də, keçirilmiş mediasiya prosesində aralarında barışıq əldə olunmamışdır. Cavabdeh Azərbaycan Dövlət X15 yanında Suların İstifadəsi və X12 Xidməti Tabeliyində Mərkəzi Laboratoriyasının nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan X20 Agentliyi “İri Şəhərlərin X18 xidməti” X22in Mərkəzi Laboratoriyası tərəfindən xx.xx.2025-ci il tarixli 75/K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndi ilə (yəni müəssisənin xitamı ilə) xitam verilmişdir. AR Nazirlər Kabineti tərəfindən 1 avqust 2025-ci il tarixli 229 saylı qərarının icrası ilə bağlı Azərbaycan X20 Agentliyinin 11 avqust 2025-ci il tarixli, F 84 nömrəli əmri ilə “İri Şəhərlərin X18 Xidməti” X22in tərkibində olan Mərkəzi Laboratoriya, “X16 Xidməti” X22in, “X17 X9 Xidmətinin” tabeliyində olan SEDAM MMC-nin tərkibində fəaliyyət göstərən laboratoriyalar ləğv edilmiş, Azərbaycan X20 Agentliyi yanında X17 X9 Xidmətinin tabeliyində yeni Mərkəzi Laboratoriya yaradılmışdır. Ləğv olunmuş Mərkəzi Laboratoriya “İri Şəhərlərin X18 Xidməti” X22inin strukturu tərkibində olan idarələrindən biri olmuşdur. X4 və X9 Xidməti tabeliyində olan yeni yaradılmış Mərkəzi Laboratoriya isə müstəqil hüquqi şəxs kimi vergi uçotunda qeydiyyata alınmışdır. Və Hal-hazırda öz VÖEN-ni ilə fəaliyyət göstərir və əvvəlki ləğv olunmuş Mərkəzi Laboratoriyanın hüquqi varisi hesab olunmadığından onun öhdəlikləri qarşısında heç bir məsuliyyət daşımır. Yeni yaradılmış Laboratoriyaya geniş səlahiyyətlər verilmiş, əlavə olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində olan "xxxx" MMCnin suyun laborator təhlili ilə bağlı laboratoriya hissəsi və Fövqəladə Hallar Nazirliyinin tərkibində olan X21 Agentliyi "xxxx" MMC-nin suyun keyfiyyətinə nəzarət laboratoriyası da ləğv edilərək səlahiyyətləri yeni yaradılmış X17 X9 Xidmətinin tabeliyindəki Mərkəzi Laboratoriyaya verilmişdir. İlkin olaraq bildiririk ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə, yəni müəssisənin ləğvi ilə əlaqədar xitamına AR Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli 229 saylı qərarının icrası ilə bağlı Azərbaycan X20 Agentliyinin 11 avqust 2025-ci il tarixli, F 84 nömrəli əmri əsas olmuşdur. Sözügedən əmrin 1-ci bəndinin tələbinə əsasən Agentlik yanında X17 X9 Xidmətinin tabeliyində Mərkəzi Laboratoriyanın yaradılması, əmrin 3-cü bəndinin tələbinə əsasən isə Agentliyin tərkibində olan “İri Şəhərlərin X18 Xidməti” X22in strukturunda olan Mərkəzi Laboratoriyanın ləğv edilməsi haqqında tapşırıq verilmişdir. Bu səbəbdən də iddiaçının müqaviləsi əsaslı olaraq məhz müəssisənin ləğvi ilə xitam edilmişdir. Hesab edirik ki, iddiaçı ilkin olaraq AR Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli 229 saylı qərarının icrası ilə bağlı Azərbaycan X20 Agentliyinin 11 avqust 2025- ci il tarixli, F 84 nömrəli əmrini məhkəmə qaydasında mübahisələndirməli olduğu halda “İri Şəhərlərin Birləşmiş Sub Təchizatı Xidməti” X22in Mərkəzi Laboratoriyasının xitam əmrini (xx.xx.2025-ci il tarixli 75/K nömrəli) mübahisələndirmişdir. Bundan əlavə bildiririk ki, İddiaçı ilə işəgötürən arasında şifahi formada razılıq olmuş, heç bir narazılıq bildirməmiş, hətta müqaviləyə xitam verildikdən dərhal sonra çox az müddətdə başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır. Ən başlıcası isə odur ki, İddiaçı hal-hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində çalışmasına baxmayaraq işə bərpa ilə əlaqədar müraciət etmişdir. İddiaçının çox az müddətdə yeni işəgötürənlə müqavilə bağlaması onun köhnə işəgötürənə qarşı işlə təmin olunma iddiasının olmadığını bir daha sübut edir. İddiaçının mülahizələrinə görə işəgötürən Nazirlər Kabinetinin müvafiq qərarını məqsədli formada tətbiq etmişdir və müvafiq işçilər yeni Laboartoriyaya işə götürülməmişdir. Lakin məlum olduğu kimi, Mərkəzi Laboratoriya əsaslı olaraq Agentliyin F 84 nömrəli əmrinə əsasən yaradılmış və onun yaradılmasında heç bir əlavə məqsəd olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə etiraza mülahizə təqdim edərək bildirmişdir ki, iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş etirazla bağlı aşağıda qeyd edilənləri məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir: 1. Cavabdeh müəssisənin ləğv edilməməsi: cavabdeh etirazda qeyd edir ki, X20 Agentliyinin xx.xx.2025-ci ilı tarixli F 84 nömrəli əmri ilə aşağıda qeyd edilən laboratoriyalar ləğv edilmişdir: 1. “İri Şəhərlərin X18 Xidməti” X22in tabeliyində olan Mərkəzi Laboratoriya; 2. “X16 Xidməti” X22in tərkibində olan Laboratoriya. 6. X17 X9 Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin tərkibində olan Laboratoriya Eyni zamanda cavabdeh qeyd edir ki, yuxarıdakı laboratoriyalar ləğv edilməklə X20 X3 və X9 Xidmətinin tabeliyində yeni Mərkəzi Laboratoriya yaradılmışdır. Cavabdehin bu mövqeyi ilə bağlı bildirmək istəyirik ki, AR Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkilinin formalarından biri də birləşmədir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Eləcə də Mülki Məcəllənin 57 və 58-ci maddələrinə əsasən, hüquqi şəxsin yenidən təşkili ləğvetmə sayılmır və bu zaman hüquqi şəxsin öhdəlikləri universal hüquqi varisliyi qaydasında yeni yaranmış hüquqi şəxsə keçir. Lakin, hüquqi şəxsin ləğvi zamanı hüquq varisliyinə yol verilmədən ləğvetmə həyata keçirlir. Belə ki, Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Göründüyü kimi cavabdehin nümayəndəsi hüquqi şəxslərin ləğv edildiyini və yeni hüquqi şəxsin yaradıldığını qeyd etsə də, faktiki olaraq hüquqi şəxs ləğv edilməmiş, sadəcə olaraq birləşmə formasında yenidən təşkil edilmiş və birləşdirilmiş hüquqi şəxslərin hüquq və vəzifələri yeni təşkil edilmiş Mərkəzi Laboratoriyaya keçmişdir. 2. Müəssisənin ləğvinin NK-nın Qərarında nəzərdə tutulmaması: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli 229 saylı qərarı ilə Azərbaycan X20 Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilmişdir. Həmin siyahıda qurum olaraq Mərkəzi Laboratoriya da təsbit edilmişdir. Sadəcə olaraq Mərkəzi Laboratoriya artıq “İri Şəhərlərin X18 Xidməti” X22in tabeliyindən çıxarılmış və Azərbaycan X20 Agentliyi yanında X17 X9 Xidmətinin tabeliyinə verilmişdir. Yəni, Nazirlər Kabinetinin Qərarında “İri Şəhərlərin X18 Xidməti” X22in tabeliyində olan Mərkəzi Laboratoriyanın ləğv edilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Azərbaycan X20 Agentliyinin 11 avqust 2025-ci il tarixli, F 84 nömrəli əmri ilə “İri Şəhərlərin X18 Xidməti” X22in strukturunda olan Mərkəzi Laboratoriya ləğv edilmişdir. Halbuki, AR Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli 229 saylı qərarında ləğvetmə ilə bağlı heç bir göstəriş və ya müddəa nəzərdə tutulmamışdır. Beləliklə də həmin əmr NK-nin 229 nömrəli qərarına ziddir. 3. İddiaçının hazırda əmək fəaliyyəti ilə məşğul olmasına dair: cavabdeh etirazında qeyd edir ki, iddiaçı hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində çalışmasına baxmayaraq işə bərpa tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının çox az müddətdə yeni işəgötürənlə müqavilə bağlaması onun köhnə işəgötürənə qarşı işlə təmin olunma iddiasının olmadığını bir daha sübut edir. Hesab edir ki, cavabdehin bu mövqeyi tamamilə absurddur. Çünki, qanunvericilikdə və Əmək Məcəlləsində işdən çıxarılan işçinin məhkəməyə müraciət etdiyi dövrdə başqa işdə işləməsini məhdudlaşdıran heç bir norma öz əksini tapmamışdır. Yəni, iddiaçının öz maddi rifahını və dolanışığını təmin etmək üçün cavabdehin qanunsuz əmri ləğv edilənədək başqa bir müəssisədə işləməsində hüquqazidd heç bir hal yoxdur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, əmək hüququ konstitusion və sərbəst hüququdur və formal mülahizələr əsasında məhdudlaşdırıla bilməz. Yuxarıda qeyd edilənlərə əsasən etirazın əsassız hesab edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, aralarında razılıq olmamışdır. 03 dekabr 2025-ci il tarixində iddiaçıya xəbərdarlıq məktubu göndərilib. Əmr 04 dekabr 2025-ci il tarixində verilib. Hər iki müəssisə Agentliyin tərkibindədir. Azərbaycan X20 Agentliyinin 11 avqust 2025-ci il tarixli, F 84 nömrəli əmri ilə faktiki olaraq əslində Mərkəzi Laboratoriya Azərbaycan X20 Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum kimi “İri Şəhərlərin X18 Xidməti” X22in tabeliyindən çıxarılmış və Azərbaycan X20 Agentliyi yanında X17 X9 Xidmətinin tabeliyinə verilmişdir. Əmri mərkəzi Mərkəzi Laboratoriya müdiri Elçin Əliyev imzalayıb. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, əmr 04 dekabr 2025-ci il tarixində verilib. İş dosyesi onlarda deyil, “İri Şəhərlərin X18 Xidməti” X13. İddiaçının işdən azad olmasına səbəb müəssisənin ləğv olunması olmuşdur. X5 F 84 nömrəli əmrinə əsasən yaradılmışdır. Hazırkı Laboratoriya ayrıca hüquqi şəxsdir. Əmr müəssisəsi tərəfindən verilib və yeni yaradılımış Laboratoriya ilə əlaqəsi yoxdur. Həmçinin qeyd etmişdir ki, iddiaçı işdən azad olunarkən heç bir narazılığının olduğunu bildirməmişdir. Onun hətta yeni işə qəbul olduğu barədə məlumat əldə etmişlər. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.1988-ci il təvəllüdlü İddiaçı məxsus ******* saylı 24 iyul 2015-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin Yasamal rayonu Sukanal İdarəsində mühasib uçotu və hesabatı şöbəsinə müvəqqəti olaraq (sosial məzuniyyət yerinə) 11-ci dərəcə ilə mühasib vəzifəsinə təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Dövlət X15 “İri Şəhərlərin X18 Xidməti” X22 Mərkəzi Laboratoriya ilə bağlanmış əmək müqaviləsinə əsasən İqtisadiyyat və uçot şöbəsinə 9-cu dərəcə ilə mühasib vəzifəsinə təyin edilmişdir. Bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildiyinə görə ləğv edilmişdir. - Azərbaycan Dövlət X15 “İri Şəhərlərin X18 Xidməti” X22 X6 Elvira Mahir qızına ünvanladığı 03 dekabr 2025-ci il tarixli Mərkəzi Laboratoriyanın ləğvi ilə bağlı xəbərdarlıq məktubuna əsasən “Azərbaycan X20 Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli 229 saylı qərarının icrası ilə bağlı Azərbaycan X20 Agentliyinin 11 avqust 2025-ci il tarixli, F 84 nömrəli əmri ilə “İri Şəhərlərin X18 Xidməti” X22in strukturunda olan Mərkəzi Laboratoriya ləğv edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən o, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam veriləcəyi barədə xəbərdar olunmuşdur. - Azərbaycan X20 Agentliyinin F84 saylı, 11 avqust 2025-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 01 avqust tarixli 229 nömrəli Qərarı ilə Azərbaycan X20 Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarının siyahısı təsdiq edilmiş, "xxxx" MMC və X5 yanında X17 X9 Xidmətinin tabeliyindəki qurumlar olaraq müəyyən edilmişdir. Azərbaycan X20 Agentliyi (bundan sonra - Agentlik) üzrə laboratoriya sahəsində fəaliyyətin optimallaşdırılması, çevikliyə və səmərəliliyə nail olunması, həmçinin vahid idarəetmənin təşkili məqsədilə “Azərbaycan X20 Agentliyinin strukturuna daxıl olmayan tabeliyindəki qurumların siyahısrnm təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 01 avqust tarixli 229 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin 2023-ci il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan X20 Agentliyi haqqında Əsasnamə”nin 5.5 10-cu yarımbəndini rəhbər tutaraq, əmr edilmişdir: Agentlik yanında X17 X9 Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində Mərkəzi laboratoriya yaradılsın, müəyyən edilsin ki, Agentliyin fəaliyyət istiqamətləri üzrə laboratoriya sahəsində işlər Xidmətin tabeliyində Mərkəzi laboratoriya tərəfindən həyata keçirilir. Agentliyin tabeliyində olan “İri Şəhərlərin X18 Xidməti” X22in strukturunda olan Mərkəzi laboratoriya ləğv edilsin, “İri Şəhərlərin X18 Xidməti” (Tahir Xəlilov) və X16 Xidməti” (Zakir Quliyev) X22lərinə tapşırılsın ki: strukturlarında laboratoriya sahəsində fəaliyyət göstərən bölmələrinin 01 oktyabr 2025-ci il tarixindən ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görsünlər; laboratoriya sahəsində fəaliyyət göstərən bölmələrinin istifadələrində olan əmlakların (cihaz, avadanlıq və digər mal-materiallar) bu Əmrin 1-ci hissəsi ilə yaradılan Mərkəzi laboratoriyaya təhvil verilməsini təmin etsinlər; Mərkəzi laboratoriyanın əməkdaşlarının hazırda fəaliyyət göstərdikləri aidiyyəti qurumların inzibati binalarında iş funksiyalarını davam etdirmələrinə şərait yaratsınlar; bu əmrdən irəli gələn digər məsələləri həll etsinlər. Xidmətə (Rafiq Aslanov) tapşırılsın ki: Xidmətin tabeliyində olan "xxxx" MMC-də laboratoriya sahəsində fəaliyyət göstərən bölmənin 01 oktyabr 2025-ci il tarixindən ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görsün; Mərkəzi laboratoriyanın fəaliyyətinin təşkili ilə bağlı təkliflərini 5 (beş) iş günü müddətində təqdim etsin; Mərkəzi laboratoriyanın kadrlarla komplektləşdirilməsini bu əmrin 3-cü hissəsi, 4.1-ci və 5.1-ci bəndlərinə əsasən ləğv ediləcək bölmələrin əməkdaşlarının işgüzarlığı, nəzəri və təcrübi bilikləri və peşə bacarıqları nəzərə alınmaqla həyata keçirsin; bu əmrdən irəli gələn digər məsələləri həll etsin. Agentliyin strukturuna daxil olan və tabeliyində qurumlara tapşırılsın ki, cari ildə müvafiq təşkilatlar üçün ayrılmış büdcə vəsaitləri çərçivəsində laboratoriya fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələrdən irəli gələn öhdəliklərin icrasını təmin etsinlər. Hüquq və insan resursları şöbəsi (Kamil Həsənov) və Maliyyə və təminat şöbəsi (Anar Əliyev) bu əmrdən irəli gələn digər məsələləri qanunvericiliyə uyğun həll etsinlər. Ümumi şöbə (Toğrul Kərimli) bu Əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin. Əmrin icrasına nəzarət Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədova həvalə olunsun. - Azərbaycan Dövlət X15 “İri Şəhərlərin X18 Xidməti” X22 Mərkəzi Laboratoriyanın 75/K saylı, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətinə əsasən Baxışlı X7 və uçot şöbəsinin mühasib ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildiyinə görə xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. - Azərbaycan Dövlət X15 yanında Suların İstifadəsi və X12 Xidməti Tabeliyində Mərkəzi Laboratoriyasının 75/K saylı, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinə əsasən Mərkəzi Laboratoriya/ İqtisadiyyat və uçot şöbəsi bölməsində “mühasib” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) xx.xx.2025-ci il tarixində xitam verilmişdir. - Azərbaycan Dövlət X15nin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı: “X16 Xidməti” X22; “İri Şəhərlərin X18 Xidməti” X22; “Su və X14 İnstitutu” X22; “X11 Müdiriyyəti” X22; “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” X22. Azərbaycan X20 Agentliyi yanında X17 X9 Xidmətinin tabeliyindəki qurumlar: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti; Mərkəzi laboratoriya. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin Yasamal rayonu Sukanal İdarəsində mühasib uçotu və hesabatı şöbəsinə 11-ci dərəcə ilə mühasib vəzifəsinə təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Dövlət X15 “İri Şəhərlərin X18 Xidməti” X22 Mərkəzi Laboratoriya ilə bağlanmış əmək müqaviləsinə əsasən İqtisadiyyat və uçot şöbəsinə 9-cu dərəcə ilə mühasib vəzifəsinə təyin edilmişdir. “Azərbaycan X20 Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli 229 saylı qərarının icrası ilə bağlı Azərbaycan X20 Agentliyinin 11 avqust 2025-ci il tarixli, F 84 nömrəli əmri ilə “İri Şəhərlərin X18 Xidməti” X22in strukturunda olan Mərkəzi Laboratoriya ləğv edilmişdir. Buna görə də o, xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisənin ləğv edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək "xxxx" ASC-nin (hazırda “İri şəhərlərin X18 Xidməti” X22in) müxtəlif qurumlarında mühasib vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan X20 Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC çevrilmə yolu ilə yenidən təşkil edilərək “İri şəhərlərin X18 Xidməti” X22i olaraq fəaliyyət göstərməyə başlamışdır. AR Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli 229 saylı qərarının icrası ilə bağlı Azərbaycan X20 Agentliyinin 11 avqust 2025-ci il tarixli, F 84 nömrəli əmri ilə “İri Şəhərlərin X18 Xidməti” X22in strukturunda olan Mərkəzi Laboratoriya ləğv edildiyindən xx.xx.2025-ci il tarixli əmrlə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisə ləğv edildikdə) əsasən xitam verilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının əmək funksiyasını yerinə yetirməsi müddətində işəgötürən tərəfindən onun əmək intizamını pozması ilə bağlı hər hansı tənbeh tədbiri tətbiq edilməmiş, əmək funksiyalarını vicdanla və tam yerinə yetirdiyi təsdiq edilmişdir. Hal-hazırda İddiaçı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və ona məcburi iş buraxma müddəti üzrə əmək haqqının hesablanaraq ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: – onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin möv cudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; – hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; – lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, AR MM-də «Banklar haqqında», «Sığorta fəaliyyəti haqqında» və «İnvestisiya fondları haqqında» Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə. Həmin Məcəllənin 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxsin isə mövcudluğuna son qoyulmuş sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız qanunda nəzərdə tutulmuş əsaslar mövcud olduqda xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2025-ci il tarixli 229 nömrəli qərarı ilə yalnız Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilmişdir. Həmin qərarda “İri Şəhərlərin X18 Xidməti” X22in strukturunda olan Mərkəzi Laboratoriyanın ləğv edilməsi ilə bağlı birbaşa müddəa nəzərdə tutulmamışdır. Eyni zamanda Mərkəzi Laboratoriyanın əməkdaşlarının hazırda fəaliyyət göstərdikləri aidiyyəti qurumların inzibati binalarında iş funksiyalarının davam etdirmələrinə şərait yaratmaları tapşırılmışdır. Azərbaycan X20 Agentliyinin 11 avqust 2025-ci il tarixli F-84 nömrəli əmri ilə Mərkəzi Laboratoriyanın ləğv edildiyi göstərilsə də, faktiki olaraq həmin struktur vahidi digər tabeliyə keçirilmiş və Agentlik yanında X17 X9 Xidmətinin tabeliyində yeni Mərkəzi Laboratoriya yaradılmışdır. Göründüyü kimi əvvəlki Mərkəzi Laboratoriya və yenidən təşkil edilən Mərkəzi Laboratoriya – hər ikisi Azərbaycan X20 Agentliyininin tabeliyindədir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 01 avqust tarixli 229 nömrəli Qərarında da bu öz əksini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə cavabdehin etiraz ərizəsində iddiaçının başqa iş yerində əmək fəaliyyətinə başlamasına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyində işçinin qanunsuz işdən çıxarıldıqdan sonra başqa iş yerində işləməsini onun işə bərpa hüququndan məhrum edən norma mövcud deyildir. Əksinə, işçinin dolanışığını təmin etmək məqsədilə başqa işlə məşğul olması onun əvvəlki işə bərpa hüququnu aradan qaldırmır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 75/K nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Dövlət X15 yanında Suların İstifadəsi və X12 Xidməti Tabeliyində Mərkəzi Laboratoriyasında “mühasib” vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı (tərkib hissəsinə daxil olan ödənişlərlə birlikdə) hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 75/K nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Dövlət X15 yanında Suların İstifadəsi və X12 Xidməti Tabeliyində Mərkəzi Laboratoriyasında “mühasib” vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı (tərkib hissəsinə daxil olan ödənişlərlə birlikdə) hesablanaraq ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(5-104)-7/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-7/2026
12.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver