Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(5-107)-188/2026 25.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı Cavabdeh qarşı “borcunun tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeha qarşı “borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, S3K5879210 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1975 manat əsas borcun, 592 manat dəbbə borcun, S3K5878054 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 692 manat əsas borcun, 208 manat dəbbə borcunun və dövlət rüsumu kimi ödənilmiş 54,67 manatın, ümumilikdə 3521,67 manat borcun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il və 14 oktyabr 2020-ci il tarixdə S3K5879210 və S3K5878054 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmış, müqavilənin 1.1-ci maddəsinə əsasən S3K5879210 nömrəli müqavilə üzrə 2917 manat dəyəri olan 1 ədəd «NB LENOVO Y540-15İRH (1716/1TB+256/4) markalı məhsulu və S3K5878054 nömrəli müqavilə üzrə 1420 manat dəyəri olan 1 ədəd «SONY PS4 PRO 1TB+HORİZON/SONY GAME PS4 PES2020 1 ədəd SONY PS4 JOYSTİCK RED» markalı məhsulu cavabdehə hissə-hissə ödəməklə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Cavabdeh S3K5879210 nömrəli müqavilə üzrə 40 manat ilkin ödəniş olmaqla, qalan 2877 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 21 ay müddətinə, aylıq 137 manat olmaqla, hər ayın 09-dək ödəməyi və S3K5878054 nömrəli müqavilə üzrə 55 manat ilkin ödəniş olmaqla, qalan 1365 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 91 manat olmaqla, hər ayın 13-dək ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə S3K5879210 nömrəli, 10 avqust 2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 1975 manat əsas, 592 manat dəbbə pulu olmaqla cəmi 25679 manat borcu yaranmışdır. Cavabdeh S3K5879210 nömrəli, 10 avqust 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 13 manat ödəniş etmişdir.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə S3K5878054 nömrəli, 14 oktyabr 2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 692 manat əsas, 208 manat dəbbə pulu olmaqla cəmi 900 manat borcu yaranmışdır. Cavabdeh S3K5878054 nömrəli, 14 oktyabr 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 25 manat ödəniş etmişdir. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2026-cı il tarixinə 10 avqust 2020-ci il tarixli S3K5879210 saylı müqavilə üzrə 1975 manat əsas, 592 manat dəbbə borcu olmaqla, cəmi 2567 manat və 14 oktyabr 2020-ci il tarixli S3K5878054 saylı müqavilə üzrə 692 manat əsas, 208 manat dəbbə borcu olmaqla, cəmi 900 manat, hər iki müqavilə üzrə qalıq borcu 2667 manat əsas, 800 manat dəbbə borcu, 54,67 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3521,67 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh sözügedən 10 avqust 2020-ci il tarixli S3K5879210 saylı müqavilə üzrə 1975 manat əsas, 592 manat dəbbə borcu olmaqla, cəmi 2567 manat və 14 oktyabr 2020-ci il tarixli S3K5878054 saylı müqavilə üzrə 692 manat əsas, 208 manat dəbbə borcu olmaqla, cəmi 900 manat, hər iki müqavilə üzrə 2667 manat əsas, 800 manat dəbbə borcu, 54,67 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3521,67 manat pul alınıb İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh - 10 avqust 2020-ci il tarixli S3K5879210 saylı müqavilə üzrə 1975 manat əsas, 592 manat dəbbə borcu olmaqla, cəmi 2567 manat, 14 oktyabr 2020-ci il tarixli S3K5878054 saylı müqavilə üzrə 692 manat əsas, 208 manat dəbbə borcu olmaqla, cəmi 900 manat, hər iki müqavilə üzrə 2667 manat əsas, 800 manat dəbbə borcu, 54,67 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3521,67 (üç min beş yüz iyirmi bir manat altmış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elşad Bayramov
Məhkəmə qərarları › İş №e-2(5-107)-188/2026
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-107)-188/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver