Məhkəmə qərarları › İş №e-2(5-121)-1055/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-121)-1055/2026

10.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(5-121)-1055/2026 10.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin dəyərinin ödənilməsi” tələbinə dair Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, məhkəmə, müəyyən etdim: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən 0,0295 hektar torpaq sahəsinin dəyəri olan 36000 (otuz altı min) manat pulun və mütəxəssis rəyi üçün ödədiyi 200 (iki yüz) manat pulun əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. 2.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi. 3.İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. 4.Belə ki, EMİS - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən Goranboy rayonu, Gürzallar Ərazi Dairəsi, Gürzallar kəndində qeydiyyatdadır. Bununla da müəyyən olunur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir.

5. Həmçinin qeyd edilir ki, iş materiallarına əlavə edilmiş 008962 nömrəli, 12 may 2023-cü il tarixli Şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. Belə olan halda “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20ci maddəsinə əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad hesab olunur. Ona görə də məhkəmə iddia ərizəsini qaytararkən dövlət rüsumunun qaytarılması məsələsini həll etmir.

6. Həmçinin, iddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə (Goranboy Rayon Məhkəməsinə) müraciət edə bilər. 7.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldım: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə (Goranboy Rayon Məhkəməsinə) müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar