Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-115/2026 05.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Azərbaycan Beynəlxalq Bankı ASC ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 49.84 manat pulun, 4.95 manat illik beş faizin və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat ximdət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC tələbi belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Göyçay filialına Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə edilmiş müraciətə əsasən Bank tərəfindən Cavabdeh əmək haqqı plastik kartı verilmişdir. Cavabdeh ona təqdim edilmiş əmək haqqı plastik kart hesabında (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 49.84 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2024-cü il tarixində hesabında 20.16 AZN olmasına baxmayaraq 70 manat məxaric edərək hesabından 49.84 AZN plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan ödəniş edilməmişdir. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 4.95 manat borcu mövcüddür. Bankın İsmayıllı filialı tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə 49.84 manat əsas borc və 4.95 manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu olmaqla, cəmi 54.79 manat borcu mövcuddur.Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır Məhkəməyə təqdim edilmiş Cavabdeh aid kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh adi plastik kartdan 49.84 manat pul vəsaitini məxaric etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində qeyd olunanlara əsasən, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Adıçəkilən Məcəllənin 449.2-ci maddəsində qeyd edilmişdir ki, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. X1 Heyətinin qərarı ilə xx.xx.2020-ci il tarixindən uçot dərəcəsi 6,25% miqdarında müəyyən edilmişdir. Həmin Məcəllənin 449.4-cu maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət miiəyyənləşdirilməyibsə. həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. ğAzərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 49.84 manat pul, 4.95 manat illik beş faiz və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(5-123)-115/2026
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-115/2026
05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver