Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(5-131)-278/2026 12.03.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ekspert rəyində göstərilən ölçülərə uyğun hasarın çəkilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ekspert rəyində göstərilən ölçülərə uyğun hasarın çəkilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli şəhəri, H.Əliyev prospekti, ev 124 ünvanında yerləşən onun mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hüdudları (sərhədləri), döngə nöqtələri ekspertiziya rəyində göstərilən ölçülərdən hasarın çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə verərək, hazırkı mülki işin İmişli Rayon Məhkəməsinin icraatında olan e-2(036)-10/2025 nömrəli mülki işlə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2023-cü ildən etibarən torpaq sahəsi və hasarla bağlı mübahisələr davam etməkdədir. Eyni predmet və eyni hüquqi münasibətlərdən irəli gələn bir neçə məhkəmə işi müxtəlif icraatlarda baxılmaqdadır. İddiaçı eyni xarakterli tələblə yenidən məhkəməyə müraciət etməklə prosesi süni şəkildə uzadır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəsatətin təmin edilməsinə razı olmadığını, mülki işə ayrıca icraatda baxılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, vəsatət təmin olunmalı, prosessual qənaətçillik baxımından hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı ekspert rəyində göstərilən ölçülərə uyğun hasarın çəkilməsi tələbinə dair e-2(5-131)-278/2026 nömrəli mülki iş İmişli Rayon Məhkəməsinin sədri Zaur Pirverdiyevin icraatında olan ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər İmişli Rayon İcra Hakimiyyəti və Cavabdeh qarşı Cavabdeh məxsus evin sökülməsi barədə ilkin iddia ərizəsinə dair, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya məxsus tikintiyə yaradılan manelərin aradan qaldırılması, həmçinin yaradılacaq manelərin cavabdehə qadağan edilməsi və cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair e-2(036)-10/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə cavabdehin işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. İddiaçı Cavabdeh qarşı ekspert rəyində göstərilən ölçülərə uyğun hasarın çəkilməsi tələbinə dair e-2(5-131)-278/2026 nömrəli mülki iş İmişli Rayon Məhkəməsinin icraatında olan ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər İmişli Rayon İcra Hakimiyyəti və Cavabdeh qarşı Cavabdeh məxsus evin sökülməsi barədə ilkin iddia ərizəsinə dair, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya məxsus tikintiyə yaradılan manelərin aradan qaldırılması, həmçinin yaradılacaq manelərin cavabdehə qadağan edilməsi və cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair e-2(036)-10/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №e-2(5-131)-278/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-131)-278/2026
12.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver