Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(5-131)-530/2026 19.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh1 Heydər oğlu, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5,X2, X1, Cavabdeh6, Cavabdeh7 ona məxsus olan İmişli rayonu Oruclu kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı “fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Heydər oğlu, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5,X2, X1, Cavabdeh6, Cavabdeh7 ona məxsus olan İmişli rayonu Oruclu kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Heydər oğlunun ona borcu olduğu üçün ona qarşı pul tələbi barədə məhkəməyə iddia ərizəsi vermişdi. İmişli rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(036)-1330/2012 saylı qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh1 Heydər oğlundan 28020 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu Cavabdeh1 Heydər oğlu uzun müddət bu qətnamənin icrasından yayındığı üçün İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən məcburi icraat tədbirləri görülərək Cavabdeh1 Heydər oğlunun mülkiyyətində olan İmişli rayonu Oruclu kəndində yerləşən fərdi yaşayış evi hərraca çıxarılmış və hərracda 10000 manat məbləğində qiymətləndirilərək onun mülkiyyətinə verilmişdir. Həmin fərdi yaşayış evinin onun mülkiyyətində olmasını təsdiq edən xx.xx.2015-ci il tarixli **********23-10301 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda verilmişdir. Qeyd edir ki, dəfələrlə cavabdehə mülkiyyətində olan mənzili boşaldaraq təhvil verilməsini tələb etsə də, bu günə kimi cavabdeh tərəfindən həmin mənzil boşaldılaraq təhvil verilməmişdir. Bu isə mülkiyyətçi kimi hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2 və 149.2.3-cü maddələrinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) İş materialları ilə müəyyən olunur ki, iddia ərizəsində cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5, X2, X1, Cavabdeh6, Cavabdeh7 şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi göstərilməmiş, AZEMİS-də əldə edilən məlumatlarla da həmin məlumatların əldə edilməsi həmin məlumatları eyni olan şəxslərin çoxluğu səbəbindən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2026-ci il tarixli ********** nömrəli qəbz əsasında (Birbank ödəniş sistemi) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Heydər oğlu, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5,X2, X1, Cavabdeh6, Cavabdeh7 qarşı “fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (Birbank ödəniş sistemi xx.xx.2026-ci il tarixli ********** nömrəli qəbz) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №e-2(5-131)-530/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-131)-530/2026
19.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver