Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(5-132)-170/2026 19.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC) Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1929.7 manat pul vəsaitinin və 39.3 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları Cavabdeh İddiaçı ASC-yə məxsus 2 ədəd plastik kartlardan özünə məxsus kart hesablarından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmiş və nəticədə banka ümumilikdə 1929.7 manat maddi ziyan vurmuşdur. İddia ərizəsi və ona etirazın dəlilləri a) iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus 2 ədəd plastik kart istifadəçisidir. İddiaçı ASC tərəfindən verilmiş plastik kartlar (AZN kartları) cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, cavabdeh özünə məxsus kart hesablarından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının №********************) xx.xx.2025 tarixində BUMM9582804A299 saylı müqavilə üzrə silinmiş vəsaitdən istifadə etmiş məbləğə görə texniki overdraft borcu yaranmışdır. Nəticədə cavabdeh banka cəmi 1219,03 manat ziyan vurmuşdur. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2025 tarixində BUMM9582804A299 saylı müqavilə üzrə silinmiş vəsaitdən istifadə etmiş məbləğə görə texniki overdraft borcu yaranmışdır. Nəticədə cavabdeh banka cəmi 710,67 manat ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 500.97 manat mədaxil edilib, 1731 manat isə məxaric edilmişdir. İlkin qalıq da 11 manat olduğundan buradan tam aydın olur ki, cavabdeh banka 1219.03 manat ziyan vurmuşdur. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 3000 manat mədaxil edilib, 3710.67 manat isə məxaric edilmişdir. İlkin qalıq da 0,00 manat olduğundan buradan tam aydın olur ki, cavabdeh banka 710.67 manat ziyan vurmuşdur. Ümumilikdə cavabdeh banka 1929.7 manat manat ziyan vurmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmiş və məhkəməyə ərizə ilə müraciət edilmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixli, №BRCB3641664B299 saylı birbank cashback debet kart müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə №BRCB3641664B299 saylı birbank cashback debet kart müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2026-ci il tarixdək illik maksimal FİFD 29.26% olmaqla 15000 manat məbləğində kredit xətti açılaraq birbank cashback debet kartı təhvil verilmiş, borcalan isə həmin kredit kartından məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli, №BRCB3769901C299 saylı birbank cashback debet kart müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə №BRCB3769901C299 saylı birbank cashback debet kart müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2028-ci il tarixdək illik maksimal FİFD 33.01% olmaqla 15000 manat məbləğində kredit xətti açılaraq birbank cashback debet kartı təhvil verilmiş, borcalan isə həmin kredit kartından məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2026-cı il tarixli, 10-387-16/T11590 nömrəli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2026-cı il tarixdə Cavabdeh yaşadığı ünvana bildiriş göndərilərək ******************** nömrəli plastik kart hesabından istifadə zamanı 1219.03 manat məbləğində texniki overdravt borcu yarandığı, həmin borcun 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş edilmiş, əks halda vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2026-cı il tarixli, 9-387-16/T11589 nömrəli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2026-cı il tarixdə Cavabdeh yaşadığı ünvana bildiriş göndərilərək ******************** nömrəli plastik kart hesabından istifadə zamanı 710.67 manat məbləğində texniki overdravt borcu yarandığı, həmin borcun 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş edilmiş, əks halda vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2026-cı il tarixli X1 ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus MC Birbank CashBack kart hesabında xx.xx.2025-xx.xx.2026-cı il tarixdək olan dövr ərzində 710.67 manat balans mövcud olmuş, dövr üzrə 3710.67 manat məxaric və 3000 manat mədaxil olunmuş, xx.xx.2026-cı il tarixə son qalıq borc 710.67 manat təşkil etdiyi qeyd edilmişdir. xx.xx.2026-cı il tarixli X1 ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus X1 kart hesabında xx.xx.2025-xx.xx.2026-cı il tarixdək olan dövr ərzində 1219.03 manat balans mövcud olmuş, dövr üzrə 1731.00 manat məxaric olunmuş, dövr üzrə 500.97 manat mədaxil olunmuş, xx.xx.2026-cı il tarixə son qalıq borc 1219.03 manat təşkil etdiyi qeyd edilmişdir. xx.xx.2026-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün 39.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh İddiaçı ASC-yə məxsus 2 ədəd plastik kartlardan özünə məxsus kart hesablarından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmiş və nəticədə banka ümumilikdə 1929.7 manat maddi ziyan vurmuşdur. Cavabdeh bu davranışı ilə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39.30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1929.7 manat pul və 39.3 manat dövlət rüsumu olmaqla, cəmi 1969 manat məbləği tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №e-2(5-132)-170/2026
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-132)-170/2026
19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver