Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(5-133)-275/2026 03.03.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı Cavabdehnə qarşı “əmək hüquqlarının bərpa edilməsi tələbinə dair” iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri məhkəmə binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayonu 26 nömrəli tam orta məktəbinin direktorunun 01 aprel 2025-ci il tarixli 417 saylı əmrinin ləğv edilməsi, onun Mingəçevir şəhəri ərazisində yerləşən Kəlbəcər rayon 26 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mediasiya xərci olan 60 (altmış) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia ərizəsi 03 mart 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur). İddiaçı 03 mart 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. İddiaçının ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur( Mülki Prosessual Məcəlləsi maddə 152.4). Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər geri qaytarılmasını xahiş etdiyindən İddiaçı Cavabdehnə qarşı “əmək hüquqlarının bərpa edilməsi tələbinə dair” iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədləri geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdehnə qarşı “əmək hüquqlarının bərpa edilməsi tələbinə dair” 03 mart 2026-cı il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1.9-cu maddəsinə əsasən geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(5-133)-275/2026
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-133)-275/2026
03.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver