Azərbaycan Respublikası adından Qətnamə Kürdəmir rayon İş № e-2(5-134)-136/2026 10.03.2026 KÜRDƏMIR RAYON MƏHKƏMƏSI Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsatinin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə edilmiş vəsaitə görə qalıq borc üzrə 67.57 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 4.40 manat faiz borcu olmaqla, cəmi 71.97 manat borcun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Kürdəmir Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli, BPM************ nömrəli tam kart müqaviləsinə əsasən İddiaçı ASC-nin Kürdəmir filialı tərəfindən cavabdeh Cavabdeh istifadə etmək üçün “Tam Digicart debet” plastik ödəniş kartı verilmişdir. Cavabdeh sözü gedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (33881029442862452260) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 67.57 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, cavabdeh ##.##.2025-ci il tarixində hesabında 25.43 manat olmasına baxmayaraq 273 manat məxaric edərək hesabından 247.57 manat plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 180 manat ödəniş edilmişdir. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 4.40 manat borcu mövcuddur. İşə əlavə edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsas olmadan əldə edilmiş vəsaitə görə 67.57 əsas borc, 4.40 manat gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla faiz borcu olmaqla, cəmi 71.97 manat borcu vardır. İşə əlavə edilmiş ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı 03 iş günü ərzində öhdəliklərinin icrası, əks halda məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-ci maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2.). Həmin Məcəllənin 1094-cu maddəsinə görə, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Beləliklə, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, cavabdeh Cavabdeh hüquqi əsas olmadan əldə edilmiş vəsaitə görə qalıq borc üzrə 67.57 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 4.40 manat faiz borcu olmaqla, cəmi 71.97 manat borc və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi 30.40 manat məbləğində pul iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh hüquqi əsas olmadan əldə edilmiş vəsaitə görə qalıq borc üzrə 67.57 manat əsas borc, 4.40 manat faiz borcu olmaqla, cəmi 71.97 (yetmiş bir manat doxsan yeddi qəpik) manat borc və xidmət haqqı daxil olmaqla dövlət rüsumu olan 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(5-134)-136/2026
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-134)-136/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver