Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(5-144)-59/2026 07.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu iddiaçı Lənkəran şəhər İcra Hakimiyyətinin cavabdeh «Mars-O» Kəndli (Fermer) Təsərrüfatına qarşı «torpaq sahəsindən qanuni istifadəyə maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki işi Lənkəran Rayon Məhkəməsinin inzibati binasında məhkəmə iclasından kənar araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı Lənkəran şəhər İcra Hakimiyyətinin cavabdeh «Mars-O» Kəndli (Fermer) Təsərrüfatına qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə iddiaçı Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Lənkəran şəhər İcra Hakimiyyəti cavabdeh «Mars-O» Kəndli Təsərrüfatına və üçüncü şəxs Maraqlı şəxs qarşı «torpaq sahəsindən qanuni istifadəyə maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia qaldırıb. Hazırda iddia ərizəsini icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinə əsasən hesab edir ki, ərizə qəbul edilməli, idda ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-ci maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırki iddia üzrə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edilən sənəd ərizəyə əlavə edilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən QƏRARA ALDİM: İddiaçı Lənkəran şəhər İcra Hakimiyyətinin cavabdeh «Mars-O» Kəndli (Fermer) Təsərrüfatına qarşı «torpaq sahəsindən qanuni istifadəyə maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(5-144)-59/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-59/2026
07.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver