Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(5-144)-614/2026 23.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması və pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan, Bakı- Sumqayıt magistral yolunun sağ tərəfində, “Vaz” dairəsi ilə “Neapol” restoranı arasında yerləşən, təqdim edilmiş mütəxəssis rəyində qeyd olunan koordinatlara uyğun torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması və xx.xx.2025-ci il tarixdən hazırki vaxtadək ödənilməli olan 5300 manat pul vəsaitinin cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının əsas tələbi torpaq sahəsinin boşaldılması ilə əlaqədar olmaqla, tələbin 5300 manat pul vəsaitinin tutulmasına dair hissəsi isə əsas tələbdən irəli gəlir. İddiaçının özünün də qeyd etdiyi və işə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, mübahisə predmetinə aid olan torpaq sahəsi Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hazırki işdə iddiaçının tələbinin cavabdehlərdən 5300 manat pul vəsaitinin tutulmasına dair hissəsi əsas tələbdən irəli gələn tələb kimi deyil, müstəqil tələb kimi verilmiş olsaydı da və iddiaçı iddianın verilməsi yerini cavabdehlərdən birinin rəsmi yaşayış yeri olaraq seçsəydi də hazırki iddia tələbi Lənkəran Rayon Məhkəməsinə aid olmayacaqdır. Belə ki, iddiaçı məhkəməyə göndərdiyi elektron iddia ərizəsində Cavabdeh2 ünvanının Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsi ev 76, digər Cavabdeh1 ünvanının isə ünvan 2rmiş, lakin “Elektron məhkəmə” informasiya sistemi üzrə yoxlama məlumatları əsasında Cavabdeh2 qeydiyyat ünvanının Bakı şəhəri Nizami rayonu, digər Cavabdeh1 qeydiyyat ünvanının isə Lerik rayonu olduğu müəyyən edilmişdir. İddiaçı özü isə Bakı şəhəri Sabunçu rayonu ərazisində qeydiyyatdadır. Hazırki iş üzrə iddianın aidiyyət baxımından iddiaçının seçməsinə görə verilməsini nəzərdə tutan (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsi ilə müəyyən edilmiş) hallar da mövcud deyildir. Belə olan halda, iddiaçının hazırki tələblə Lənkəran Rayon Məhkəməsinə müraciət etməsi üçün hər hansı qanuni əsas mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddiaçının hazırki iddia tələbinin bir hissəsi qiymətləndirilməyən, digər hissəsi isə qiymətləndirilən (iddia tələbi 1000 manatdan 10000 manatadək olduqda) iddia hesab olunur. Bu baxımdan iddiaçı həmin tələblərə görə hər iki tələbi əhatə edə biləcək miqdarda - 100 manat miqdarında dövlət rüsumu ödəməlidir. Lakin iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün cəmi 73 manat dövlət rüsumu ödəmişdir və bu məbləğ həmin növ tələbə görə ödənilməli olan dövlət rüsumu məbləğini əhatə etmir. “Dövlət rüsumu” haqqında Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı hazırki iddia tələbi ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli **********83 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 73 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 73 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 35, 40, 114, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixli **********83 nömrəli qəbzə əsasən ödənilmiş 73 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(5-144)-614/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-614/2026
23.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver