Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(5-145)-485/2026 16.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 16 oktyabr 2021-ci il tarixli Y20K6114323 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A12 4/128GB SM-A127 Black” markalı telefon, “MA” qızıl zəmanət. Müqavilənin predmeti - nisyə alğı-satqı müqaviləsi. Tələb olunan məbləğ: 16 oktyabr 2021-ci il tarixli Y20K6114323 nömrəli müqavilə üzrə 325 manat əsas borc, 98 manat cərimə, ümumilikdə 423 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqaviləsi, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən xəbərnamə. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci və 465.2-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh 16 oktyabr 2021-ci il tarixli Y20K6114323 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A12 4/128GB SM-A127 Black” markalı telefon, “MA” qızıl zəmanət almış, lakin borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 16 oktyabr 2021-ci il tarixli Y20K6114323 nömrəli müqavilə üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16 oktyabr 2021-ci il tarixli Y20K6114323 nömrəli müqavilə üzrə 325 manat əsas borc, 10 manat cərimə, ümumilikdə 335 (üç yüz otuz beş) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(5-145)-485/2026
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-145)-485/2026
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver