Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(5-146)-265/2026 26.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın ləğv edilməsi, qabaqcadan verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlaka dair payın müəyyən olunması və qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın ləğv edilməsi, qabaqcadan verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlaka dair payın müəyyən olunması və qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olaraq hesab edirəm ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın ləğv edilməsi, qabaqcadan verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlaka dair payın müəyyən olunması və qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə qanunla müəyyən edilmiş qaydada işin məhkəmədən kənar pretenziya qaydasında həll edilməsi məsələsinə əməl etməmiş, Notariat ofisinə öncədən ərizə ilə müraciət edərək imtina cavabı almamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda müəyyən edilən nöqsanları aradan qaldırdıqdan sonra, məhkəməyə notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın ləğv edilməsi, qabaqcadan verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlaka dair payın müəyyən olunması və qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edə bilər. Odur ki, iddiaçı tərəfindən natamam ərizə məhkəməyə ünvanlanması əsassızdır. Bu hal ərizənin məhkəmə tərəfindən geri qaytarılmasına əsasdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsində göstərilmişdir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 azn dövlət rüsumu iddiaçının nümayəndəsi Vəkil geri qaytarılmalıdır. Dövlət rüsumunun geri qaytarılması halları ilə bağlı MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.6, 152.2-152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın ləğv edilməsi, qabaqcadan verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlaka dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 azn dövlət rüsumu iddiaçının nümayəndəsi Vəkil geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(5-146)-265/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-146)-265/2026
26.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver